departasiya
deputat
OBASTAN VİKİ
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Depo hesabı
Depo hesabı — (ing. custody account) qiymətli kağızların uçotu məqsədilə depozitarda ümumi əlamətlərlə birləşdirilmış məlumatların məcmusunu əks etdirən depozitar əməliyyatların uçotu vasitəsidir.
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
Amerikan depozitar qəbzi
Axısqa türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi - Azərbaycan Respublikasında depozitar və reyestr saxlayıcı kimi fəaliyyət göstərən dövlət təşkilatı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir . Yeni qanuna əsasən qurum Azərbaycan Respublikasının Mərkəzi Depiztarı olacaq.
Azərbaycanlıların Ermənistandan deportasiyası
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. == Arxa plan == Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. == Gedişat == Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir.
Kalmıkların deportasiyası
Kalmıkların deportasiyası və ya "Ulusı" əməliyyatı (rus. Операция «Улусы») — 28 – 31 dekabr 1943-cü ildə 93.000-dən çox kalmıkların və kalmıklarla evil olan qeyri-kalmık qadınların Sovet İttifaqı tərəfindən sürgün edilməsidir. Ailələr və ayrı-ayrılıqda insanlar məcburi əmək üçün zorla mal-qara vaqonlarında Sibirə, xüsusi yaşayış məntəqələrinə köçürüldülər. Kalmık olmayan kişilərlə evlənən kalmık qadınlar deportasiyalardan azad edildi. Hökumət sürgünlərin rəsmi səbəbi kimi 2-ci Dünya müharibəsində təxminən 5000 kalmıkın nasistlərə bağlı Kalmıkiya Süvari Korpusunda döyüşməsini göstərərək, onları Aksis qüvvələri ilə əməkdaşlıqda ittiham etmişdi. Amma iqtidar eyni zamanda 23 mindən çox kalmıkın Qızıl Orduda xidmət etdiyini və Aksis qüvvələrinə qarşı Sovetlərlə birlikdə vuruşduğunu qəbul etmirdi. NKVD rəisi Lavrenti Beriya və onun komissar müavini İvan Serov SSRİ hökumət başçısı İosif Stalinin birbaşa göstərişi ilə deportasiyanı həyata keçirdilər. Deportasiyada NKVD-NKGB qoşunlarından 10 minədək hərbçi iştirak etmişdir. Bu, 1930–1950-ci illər arasında bir neçə milyon sovet etnik azlığına təsir edən sovetlərin məcburi yerləşdirmə və əhali köçürmələri proqramının bir hissəsidir. Kalmıkların xüsusi hədəfə çevrilməsi bu entik qrup içindəki anti-kommunist əhvali-ruhiyyə və Buddist mədəniyyəti kimi bir sıra səbəblərə əsaslanırdı.
Krım tatarlarının deportasiyası
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) — 18–20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular.
Mesxeti türklərinin deportasiyası
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur. Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Nərimanov (elektrik deposu)
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Postsovet ölkələrində tarakanların depopulyasiyası
Postsovet ölkələrində tarakanların depopulyasiyası – XXI əsrin əvvəlindən etibarən Rusiyada və keçmiş SSRİ ölkələrində bir çox tarakan növlərinin sürətlə yoxa çıxması fenomeni. Tarakanların sayının azalması bir çox faktorla əlaqələndirilir. XXI əsrin əvvəllərindən etibarən Rusiya və digər postsovet ölkələrində tarakanların populyasiyasında böyük azalma müşahidə olunur. Alimlər Rusiya, Azərbaycan, Ukrayna, Moldova, Qazaxıstan və Belarus şəhərlərində müxtəlif tarakan növlərinin sürətlə yoxa çıxdığını aşkarlayıblar. Lakin Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni-Novqorod kimi meqapolislərində bu cür azalma müşahidə olunmayıb. Çelyabinsk və Yekaterinburq alimləri hesab edirlər ki, qara tarakanlar artıq təhlükə altında olan növlər siyahısına daxil edilməlidirlər. Bəziləri tarakan populyasiyasının azalması barədə fikirləri şişirdilmiş hesab edir. Digər fərziyyəyə görə bu fenomen müvəqqəti və ya tsiklikdir. Kütləvi informasiya vasitələri bu fenomeni açıqlamaq üçün bir çox səbəb ortaya atmışdır: Geni dəyişdirilmiş məhsulların geniş istifadəsi qida zəncirinin pozulmasına səbəb olub. Zibilləri saxlamaq üçün plastik torbalardan istifadə populyarlaşıb və zibil borularının istifadəsi dayandırılıb.
Qaraçaylıların deportasiyası
Qaraçaylıların deportasiyası (rus. Депортация карачаевцев) — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir. Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylılarının işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi.
Sovet İttifaqında koreyalıların deportasiyası
Sovet İttifaqında koreyalıların deportasiyası (rus. Депортация корейцев в СССР, kor. 고려인의 강제 이주) — 172.000-ə yaxın sovet koreyalının Rusiyanın Uzaq Şərqindən 1937-ci ildə sovet lideri İosif Stalinin və Sovet İttifaqı Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun göstərişi ilə NKVD tərəfindən Qazaxıstan SSR və Özbəkistan SSR-in əhalisi olmayan ərazilərinə məcburi köçürülməsi. Onları 4000 mil (6400 km) uzaq Orta Asiyaya köçürmək üçün 124 qatardan istifadə edildi. Deportasiyanın səbəbi “yapon casusluğunun Uzaq Şərq diyarına nüfuz etməsini” dayandırmaq idi, çünki koreyalılar o zaman Sovet İttifaqının rəqibi olan Yaponiya İmperiyasının təbəələri idilər, lakin, tarixçilər bunu Stalinin "sərhədlərin təmizlənməsi” siyasətinin bir hissəsi hesab edirlər. Əhali statistikasına əsaslanan hesablamalar göstərir ki, deportasiya edilmiş 16,500-dən 50,000-ə qədər koreyalı aclıq, məhdudiyyətlərə məruz qalma və sürgündə yeni mühitə uyğunlaşmaqda çətinlik çəkərək öldü. Nikita Xruşşov 1953-cü ildə Sovet İttifaqının yeni Birinci katibi olduqdan və destalinizasiya prosesini həyata keçirdikdən sonra Stalinin etnik deportasiyasını pislədi, lakin bu sürgün edilmiş millətlər arasında sovet koreyalılarının adını çəkmədi. Sürgün edilən koreyalılar Qazax və Özbək cəmiyyətinə inteqrasiya edərək Orta Asiyada yaşamağa davam etdilər, lakin yeni nəsillər tədricən öz mədəniyyətlərini və dillərini itirdilər. Bu, bütöv bir milliyyətin ilk sovet etnik deportasiyasının presedenti oldu, sonralar İkinci Dünya Müharibəsi zamanı və sonra digər etnik qruplara mənsub milyonlarla insanın köçürülməsi zamanı Sovet İttifaqında əhalinin köçürülməsi zamanı təkrarlandı. Müasir tarixçilər və alimlər bu deportasiyanı SSRİ-də irqçi siyasətin və etnik təmizləmənin nümunəsi, eləcə də insanlığa qarşı cinayət kimi qiymətləndirirlər.
XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir.
Xocəsən (elektrik deposu)
Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu. Bənövşəyi xəttin bir hissəsini təşkil edir. Xocəsən metrostansiyasının yanında yerləşir. "Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək. İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq. Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır. Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir.
Çeçenlərin və inquşların deportasiyası
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi. Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi.
İon-depozisiya printeri
İon-depozisiya printeri ( ing. ion-deposition printer ~ ru. ионно-депозиционный принтер ~ tr. iyon-yerleştirme yazıcı) – lazerli printerə bənzəyən, ancaq daha bahalı texnologiyaya əsaslanan elektroqrafik printer. Əsasən böyük həcmli verilənlərin emalı sistemlərində istifadə olunan bu printerlər, adətən, bir dəqiqədə 30-90 səhifə çap edir. Başqa elektroqrafik printerlər kimi, ion-depozisiya modelləri elektrostatik yüklənmiş barabanlardan istifadə edir. Lazerli, LED- və LCD-printerlərdə edildiyi kimi, müəyyən xarakteristikalı işıq şüalarını çevirmək əvəzinə ion-depozisiya printeri barabana ionlar selini yönəltməklə onu yükləyir, boyaq (toner) isə, adətən, əriyib kağıza yapışır – bu həm tez olur, həm də yüksək temperatur tələb etmir. Bu üsulda kağız bir az parıltılı olur, ancaq daha işgüzar yazışmaya yaramır. Bundan başqa, ion-depozisiya printeri “qalın”, simvolları bir az da qeyri-dəqiq çap edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İyun deportasiyası
İyun deportasiyası (est. juuniküüditamine, latış. jūnija deportācijas‎, lit. birželio trėmimai) — Sovet İttifaqı tərəfindən 1940–1941-ci illərdə işğal olunmuş Baltikyanı ölkələr, işğal olunmuş Polşa (əsasən indiki Qərbi Belarusiya və Qərbi Ukrayna) və Moldaviyadan on minlərlə insanın kütləvi deportasiyası. Bu kütləvi deportasiya SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın baş icraçı olmaqla NKVD və DTK -nın müəyyən etdiyi göstərişlərə əsasən təşkil edilib. Çox məxfi əməliyyatın rəsmi adı “Sosial yad elementlərin Baltikyanı respublikalardan, Qərbi Ukraynadan, Qərbi Belarusiyadan və Moldovadan çıxarılması haqqında Qətnamə” idi. “Militsya” adlanan sovet polisi həbsləri yerli Kommunist Partiyası üzvlərinin əməkdaşlığı ilə həyata keçirib. Deportasiya 1941-ci il mayın 22-dən iyunun 20-dək, faşist Almaniyasının Sovet İttifaqına hücum etməsindən əvvəl baş verdi. Lakin deportasiyaların məqsədi almanların hücumuna hazırlıq zamanı təhlükəsizliyi gücləndirmək deyil, sovet hökumətinin siyasi əleyhdarlarını uzaqlaşdırmaq idi. Deportasiya Baltikyanı dövlətlərin, Bessarabiyanın və Şimali Bukovinanın işğalından və ilhaqından bir il sonra baş verdi və “antisovet elementləri” – keçmiş siyasətçilər, polislər, varlı sənayeçilər və torpaq sahibləri və s.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1948–1953)
1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası — SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin köçürülməsi. Proses Azərbaycanda azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi olaraq qiymətləndirilir. Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır. Deportasiyaya məruz qalanların dəqiq sayı bəlli deyil. Onların sayının 50 mindən çox olması güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlamış, 1956-cı ildə isə tamamilə dayandırılmışdır. == Zəmin == === Ermənilərin bölgəyə köçürülməsi === 1829-cu ildə İrəvana gələrək bölgəni öyrənməyə başlayan İvan Şopen sonra dövlət üçün bu araşdırmalarını yayınlamışdır.
Kürdlərin deportasiyası
SSRİ-də kürdlərin deportasiyası — Cənubi Qafqazda yaşayan kürdlərin SSRİ hakimiyyəti dövründə deportasiya edilməsi. Stalinin hakimiyyəti dövründə kürdlərin deportasiyası bir neçə mərhələdə baş vermişdir. 1937-ci ildə Türkiyə ilə həmsərhəd bölgələrdən olan kürdlər deportasiya olunmuş, 1944-cü ildə isə Axısqa türkləri ilə birlikdə deportasiya olunmuşdur. Deportasiya edilən kürdlər Cənubi Qazaxıstan və Orta Asiyanın digər respublikalarının kəndlərində yerləşdirilmişdir. Bir sıra digər xalqlardan fərqli olaraq, kürdlər yalnız qismən deportasiya edilmişdilər. Həjar Şamiloğlu köçkün düşmüş kürdlərlə bağlı demişdir ki, Araz çayının hər iki tərəfində qalan kürdlər İrandakı qohumlarını ziyarət etmək məqsədilə sərhədləri pozmuş, buna görə də bir neçə dəfə sərhəd təhlükəsizlik qüvvələri ilə kiçik toqquşmalara girmişdilər. Mamke qəbiləsindən Basoye Ozmen və yanındakı bir neçə nəfər 1937-ci ildə sərhədi keçərkən SSRİ qüvvələri ilə münaqişəyə girmişdir. == Xronologiya == 1937 – Azərbaycan və Ermənistan kürdlərinin Qazaxıstan və Orta Asiyaya deportasiyası. 1944 – kürdlərin Gürcüstandan Qazaxıstan və Orta Asiyaya deportasiyası. 1956 – SSRİ kürdlərinin reabilitasiyasının başlanğıcı.
Azərbaycanlıların Ermənistandan deportasiyası (1988–1989)
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Depozit hesabı
Depozit hesabı (fr. dépôt) — qiymətli kağızların uçotu üçün nəzərdə tutulmuş ümumi əlamətlə birləşən depozitar reyestrlərində qeydlər toplusu. Bu hesabda əmanətçiyə məxsus qiymətli kağızlar üzrə hüquqlar uçota alınır. == Ümumi müddəalar == Rusiya Bankı tərəfindən təsdiq edilmiş "Depozitarilər tərəfindən qiymətli kağızlar hesablarının və digər hesabların açılması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq qiymətli kağızlar hesablarında aşağıdakı qiymətli kağızlara hüquqlar qeyd edilə bilər: Rusiya emitentləri tərəfindən yerləşdirilmiş (hüquqi şəxslər və ya Rusiya Federasiyasının vətəndaşları tərəfindən buraxılmış) adlı qiymətli kağızlar, federal qanunlara uyğun olaraq hüquqların qeydiyyatı qiymətli kağızlar hesabları üzrə depozitarlar tərəfindən həyata keçirilə bilər; məcburi mərkəzləşdirilmiş saxlanması olan adsız qiymətli kağızlar; qiymətli kağızlar kimi təsnif edilən xarici maliyyə alətləri və bu maliyyə alətləri üzrə öhdəlik daşıyan şəxsin şəxsi qanunvericiliyinə uyğun olaraq onlara olan hüquqları qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatlarda açılmış hesablarda uçota alına bilər. Depozitar qiymətli kağızlara münasibətdə bu cür hesablarda yazılışların aparılması və mühafizəsini təmin etməklə qiymətli kağızlar hesablarını və digər hesabları aparır. Qiymətli kağızlar hesablarında və depozitari tərəfindən açılmış digər hesablarda qiymətli kağızların uçotu vahidlər üzrə aparılır. Qiymətli kağızlar kimi təsnif edilən xarici maliyyə alətlərinin uçotu depozitarda açılmış digər şəxslərin maraqları naminə fəaliyyət göstərən şəxsin hesabında uçota alındığı vahidlərdə aparıla bilər. Kəsrə qiymətli kağızlar olduqda depozitar qiymətli kağızların fraksiya hissələrini uçota alır. Qiymətli kağızlar silindikdə onların kəsir hissələrinin yaranmasına, artırılmasına və ya azalmasına yalnız nominal sahiblərin qiymətli kağızlar hesablarında, xarici nominal sahiblərin qiymətli kağızlar hesablarında, o cümlədən şəxsi hesabdakı qiymətli kağızların sayı dəyişdikdə yol verilir. qiymətli kağızlar sahiblərinin reyestrindəki nominal sahibi, nominal qiymətli kağız sahibinin başqa depozitardakı hesabı və ya qiymətli kağızlara hüquqların uçotunu aparan xarici təşkilatda başqa şəxslərin maraqları naminə fəaliyyət göstərən şəxsin hesabı.
İkinci Dünya müharibəsindən sonra almanların deportasiyası
İkinci Dünya müharibəsi zamanı və ondan sonra almanların deportasiyası və qovulması — Almaniyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra, 1945–1950-ci illərdə baş vermiş Mərkəzi və Şərqi Avropa ölkələrinin alman əhalisinin Almaniyaya və Avstriyaya məcburi deportasiyası prosesi. Ümumilikdə təxminən 12–14 milyon alman məcburi köçürməyə məruz qaldı . Almanların Şərqi Avropadan köçürülməsi prosesi 1945-ci ilin avqustunda beynəlxalq hərbi tribunalının statutunda insanlığa qarşı cinayət kimi tanınmasına baxmayaraq, geniş miqyasda mütəşəkkil zorakılıq, o cümlədən bütün əmlakın tam müsadirə edilməsi, alman mülki vətəndaşlarının konsentrasiya düşərgələrində yerləşdirilməsi ilə müşayiət olundu. 1944-cü ilin payızında Sovet qoşunlarının uğurlu hücumu inkişaf etdikcə, alman hakimiyyəti alman əhalisinin Şərqi Prussiyadan və qərbə digər ərazilərdən təxliyəsini təşkil etdi. Evakuasiya könüllü idi və Köniqsberqin alman əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuş, cəmi bir neçə ay ərzində almanların sayı 340 mindən 200 minə düşmüşdü. Qırmızı Ordu hissələri yaxınlaşdıqca evakuasiya getdikcə xaotik xarakter aldı. Bir çox almanlar repressiyalardan qorxaraq özbaşına qaçdılar. Adi insanların bu cür qorxuları Reyx Təbliğat Nazirliyinin həyəcan mesajları ilə aktiv şəkildə stimullaşdırıldı. Bu və ya digər şəkildə alman əhalisi labüd sovet işğalının başlanmasından sonra yalnız pis rəftar gözləyərək Qırmızı Ordu hissələrinin irəliləyişini qabaqcadan və qorxu ilə gözləyirdi . Reyx vətəndaşlarının əksəriyyəti yerli əhaliyə qarşı çoxsaylı repressiyaların başlandığına və sovet qoşunlarının zorlama və digər cinayətlər törətdiyinə tam əmin idi .
Əfqanların Pakistandan deportasiyası
Əfqanların Pakistandan deportasiyası və ya rəsmi olaraq Qanunsuz Əcnəbilərin Repatriasiya Planı — Pakistan hökuməti tərəfindən elan edilmiş, etibarlı Pakistan vizası olmayan və ya vizasının müddəti bir ildən çox keçdiyi halda Pakistanda qalmış əcnəbi vətəndaşların, əsasən əfqanların repatriasiyasını nəzərdə tutan plan. İcrasına 1 noybar 2023-cü ildən start verilmişdir. Hökumət bu qeyri-qanuni əcnəbilərin, o cümlədən Əfqanıstan vətəndaşlarının repatriasiyası üçün hərtərəfli planı yekunlaşdırmışdır. Əcnəbilərin ölkədən çıxarılmasının motivi qeyri-qanuni fəaliyyət və zorakılığın, o cümlədən intihar hücumlarının artmasıdır. 1 noyabr tarixində 200,000 əfqan Pakistanı tərk etmək məcburiyyətində qalmışdır. Qanunsuz Əcnəbilərin Repatriasiya Planına qeyri-qanuni, qeydiyyatdan keçməmiş və ölkədə qalma müddəti keçmiş əcnəbilərin müəyyən edilməsi və deportasiya edilməsi daxildir. Repatriasiya prosesinin ardıcıl mərhələlərlə həyata keçirilməsi planlaşdırılmışdır. Pakistan Daxili İşlər Nazirliyi bu şəxslərin hərtərəfli skrininq edilməsindən sonra sərhədi keçməsinə kömək etmək üçün bütün ölkə üzrə 49 saxlama məntəqəsi yaratmışdır. Bu saxlama mərkəzləri Pəncabın bütün 36 rayonunda, üçü Hayber-Paxtunxvada, ikisi Sinddə və üçü Bəlucistanda yaradılmışdır. Federal paytaxt İslamabad və Gilgitdə də bir saxlama mərkəzi yaradılmışdır.
Yunanların deportasiyası (1914)
Yunanların deportasiyası — İttihat və Tərəqqi Komitəsi tərəfindən 1914-cü ilin may və iyun aylarında Şərqi Frakiya və Anadolunun Egey sahillərində yaşayan təxminən 150,000–300,000 Osmanlı yunanının zorla qovulması. Deportasiyalar Yunanıstan və Osmanlı imperiyası arasında müharibəyə səbəb olacaqdı. Bu, Erməni soyqırımının mühüm xəbərçisi hesab edilir. 1909-cu ildə Yunanıstanın Kriti ilhaq etməsindən sonra Osmanlı boykot hərəkatı ilkin olaraq Yunanıstan vətəndaşlarını hədəf almağa başlamış, eyni zamanda Yunanıstan vətəndaşlığı olan Osmanlı yunanlarına və nəticədə bütün Osmanlı yunanlarına təsir etmişdir. Tezliklə zorakılıq və talan xəbərləri yayılmışdır. Boykotda məqsəd yunanların Anadoluda yaşamasını qeyri-mümkün hala salmaq, həmçinin xristianları iqtisadiyyatdan sıxışdırıb müsəlman türklərin hakim olduğu milli iqtisadiyyat yaratmaq idi. Bu yeni iqtisadi sinif təkcə etnik-dini xüsusiyyətlərinə görə yox, həm də dövlət tərəfindən rəqabətin aradan qaldırılmasına görə özünü dövlətə borclu hiss etməsi səbəbilə dövlətə daha sədaqətli olaraq qəbul edilirdi. Bir çox Osmanlı yunanı boykot nəticəsində iqtisadi cəhətdən məhv olmuş, lakin onlar ayrılmaq istəmirdilər. Bəziləri müvəqqəti olaraq getmiş və boykot sona çatanda geri dönmüşdü. Balkan müharibələrindən sonra boykot güclənməyə davam etmiş və birbaşa hakim partiya olan " (İTK) tərəfindən təşkil edilmişdir.

Digər lüğətlərdə