Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rusca
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. == Əlifba == Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Arianna Rusca
Arianna Rusca (8 yanvar 1981) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Arianna Rusca İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Rusca Vikipediya
Rusca Vikipediya (rus. Русская Википедия) — Vikipediyanın rus dilində olan bölməsidir. 11 ölkədə: Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Moldovada, Ermənistanda, Özbəkistanda, Azərbaycanda, Qırğızıstanda, Tacikistanda və Türkmənistanda digər dilli Vikipediyanın bölmələri arasında ziyarət sayına görə birincidir. Dünyada isə Fransızca Vikipediya ilə 5–6 yerləri bölür. == Tarix == 11 may 2001 — russian.wikipedia.com domendə RuVikinin anonsu 30 dekabr 2004–10 000 məqalə. 31 dekabr 2005–50 000 məqalə. 2006 16 avqust — 100 000 məqalə. 29 noyabr — "Elm və Təhsil" nominasiyasında "Runet 2006 mükafatı". 2007 4 sentyabr — 200 000 məqalə. 27 – 28 oktyabr — Peterburqda birinci Viki-konfrans.
Azərbaycanca
Azərbaycan dili və ya Azərbaycan türkcəsi (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləriAzərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
BBC Azərbaycanca
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az.-əbcəd اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matfeya və İohannın İncili, fransız-Azərbaycan lüğəti daxildir.
Qədim azərbaycanca
Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü. == Tarixi == Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir.Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür.Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm. == Əlifba == == Qalareya == == İstinadlar == == Ədəbiyyat == Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018. ISBN 9789004355767.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. == Tarixi == XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, tarixi əsərlərdə və s. istifadə edilirdi. Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi. Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.
BBC Azərbaycanca Xidməti
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az.-əbcəd تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.333 məqalə və 45.622 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Qədim türkcə-azərbaycanca əlaqələri
Qədim türkcə–azərbaycanca əlaqələri
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü. == Dil qaydaları və leksika == Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir.Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (köç, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq.Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir. Çünki bu dialektlərdə qədim türkcəyə aid bir çox arxaik ünsür vardır. Qədim türk dövrünə aid iki sözdən ibarət mürəkkəb sözlər (ikiləmələr) də canlı bir şəkildə Azərbaycan dilində qorunur (məsələn Ağcabədi ləhcəsində "düşünmədən danışmaq" mənasında "yencih-yencih" sözü).
Azərbaycanca yazmış orta əsr şairləri
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. == XIV əsr == == XV əsr == == XVI əsr == == XVII əsr == == XVIII əsr == == İstinadlar == == Ədəbiyyat == Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.
Rusya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Achillea fusca
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Avena fusca
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Baccharis fusca
Baccharis fusca (lat. Baccharis fusca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bidens fusca
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Baden knyazlığı[d] – 27 may 1988[…], Qərbi Berlin, Berlin) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Horkelia fusca
Horkelia fusca (lat. Horkelia fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin horkelia cinsinə aid bitki növü.
Malacoptila fusca
Malacoptila fusca (lat. Malacoptila fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin malacoptila cinsinə aid heyvan növü.
Malus fusca
Boz alma (lat. Malus fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Melanitta fusca
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü. == Təsviri == İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir. == Yayılması == Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur. == Yaşayış yeri və həyat tərzi == Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur.
Spilanthes fusca
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Staraya Russa
Staraya Russa — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
İbn Rusta
İbn Rüstə; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır. == Həyatı == İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir". == İstinadlar == == Mənbə == Sayyid Maqbul Ahmad.
Rusya şovinizmi
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. == Tarixi == === Cövhər Dudayev === Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl ambarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (e. ə. VIII əsr – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi.
Rusa alfredi
Rusa alfredi (lat. Rusa alfredi) — zambar cinsinə aid heyvan növü.
Rusa mariannus
Rusa mariannus (lat. Rusa mariannus) — zambar cinsinə aid heyvan növü.
Azərbaycanda ruslar
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır. Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar. == Məskunlaşma tarixi == === Çarizm dövrü === Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər.
Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan–Rusiya münasibətləri
Azərbaycan–Rusiya münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. 2006-cı ildən etibarən Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğludur.2018-ci ildən etibarən Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov olub. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməməsi həmin vaxt Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Bakı Slavyan Universitetindəki tədbir zamanı qınanılıb.22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar, hansı ki Azərbaycan və Rusiyanın münasibətlərin “müttəfiqlik səviyyəsinə” çıxması demək idi. 13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində həmçinin qeyd edib ki, Azərbaycan və Rusiyanın münasibətləri “ən yüksək səviyyəyə – müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb”.Hal hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Komissiyanın həmsədrləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və RF Baş nazirinin müavini Aleksey Overçukdur.
Azərbaycan–Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan–Rusiya futbol matçları
== Kişilər == === A milli === 28.03.2009 Moskva DÇ Rusiya – Azərbaycan 2:0 14.10.2009 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 16.10.2012 Moskva DÇ Rusiya – Azərbaycan 1:0 15.10.2013 Bakı DÇ Azərbaycan – Rusiya 1:1 03.09.2014 Moskva DÇ Rusiya – Azərbaycan 4:0 === U-21 === 17.11.2015 Bakı AÇSO Azərbaycan – Rusiya 3:0 24.03.2016 Rostov-na-Donu AÇSO Rusiya – Azərbaycan 2:2 === U-19 === 29.09.2005 Berburq, Lüksemburq AÇSO Rusiya – Azərbaycan 3:0 07.01.2009 Sankt-Peterburq BT Rusiya – Azərbaycan 2:0 05.01.2012 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 1:2 04.01.2015 Sankt-Peterburq, Rusiya BT Rusiya-2 – Azərbaycan 2:4 07.01.2015 Sankt-Peterburq BT Sankt-Peterburq – Azərbaycan 4:2 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:4 25.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 0:1 20.03.2019 Krasnodar, Rusiya AÇSO e.r., Rusiya – Azərbaycan 0:0 === U-18 === 01.10.2000 AÇSO Rusiya – Azərbaycan 10:0 22.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- ??.03.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya -:- === U-17 === 26.10.2005 Kfar-Sava, İsrail AÇSO Rusiya – Azərbaycan 1:1 01.10.2007 AÇSO Rusiya - Azərbaycan 1:1 23.09.2013 Volqoqrad, Rusiya AÇSO Rusiya – Azərbaycan 1:0 18.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:2 20.02.2015 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 2:4 23.06.2015 Astana BT Rusiya-2 – Azərbaycan 0:1 23.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:5 25.02.2016 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya 1:0 11.08.2016 Çimkənd, Qazaxıstan BT Rusiya-2 – Azərbaycan 1:12 === U-16 === 27.03.2015 Matozinyuş, Portuqaliya BT Rusiya – Azərbaycan 1:0 === Klublar === 27.01.1993 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 8:0 30.01.1995 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 5:0 25.01.1997 Moskva, Rusiya, Birlik Kuboku, Spartak M. – Neftçi 4:2 27.07.2004 Bakı, Azərbaycan, UEFA ÇL, Neftçi – ÇSKA 0:0 04.08.2004 Moskva, Rusiya, UEFA ÇL, ÇSKA – Neftçi 2:0 23.01.2005 Moskva, Rusiya, Birlik Kuboku, Lokomotiv – Neftçi 2:1 08.01.2009 Antalya, Türkiyə, YO, Spartak Nalçik – Xəzər Lənkəran 1:2 13.01.2009 Antalya, Türkiyə, YO, İnter Bakı – Tom 1:0 19.01.2010 Antalya, Türkiyə, YO, Xəzər Lənkəran – Vityaz 1:0 19.01.2011 Antalya, Türkiyə, YO, Neftçi – SKA-Energiya 1:1 21.01.2011 Sankt-Peterburq, Rusiya, Birlik Kuboku, Zenit - İnter Bakı 0:5 06.03.2011 Antalya, Türkiyə, YO, Qarabağ – SKA-Energiya 3:1 23.01.2011 Antalya, Türkiyə, YO, Spartak Moskva – Xəzər Lənkəran 3:1 18.01.2012 Sankt Peterburq, Rusiya BT Sozvezdiye (U-14) - Neftçi (U-14) 0:1 03.02.2012 Antalya, Türkiyə, BT, Terek – Neftçi 0:3 03.07.2012 Antalya, Türkiyə, YO, Kuban – Neftçi 2:0 25.10.2012 Kazan, Rusiya, UEFA AL QM, Rubin – Neftçi 1:0 08.11.2012 Bakı, Azərbaycan, UEFA AL QM, Neftçi – Rubin 0:1 19.01.2013 Antalya, Türkiyə, YO, Neftçi – Rotor Volqoqrad 1:0 19.01.2013 Antalya, Türkiyə, YO, Qarabağ – Ural 3:2 25.01.2013 Antalya, Türkiyə, YO, Qəbələ – Tom 1:1 22.06.2013 Tirol, Avstriya YO İnter Bakı – Krasnodar 0:0 24.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 3:1 27.06.2013 Qızılcahamam, Türkiyə YO Mordoviya – Qarabağ 1:1 27.06.2013 Leoqanq, Avstriya YO İnter Bakı – Anji 0:1 28.06.2013 Tirol, Avstriya YO Neftçi – Volqa 0:1 30.06.2013 Antalya, Türkiyə YO Simurq – Spartak Nalçik 0:1 09.07.2013 Tirol, Avstriya YO Neftçi – Terek 0:0 22.01.2014 Antalya, Türkiyə YO Qəbələ – Volqa 0:0 28.06.2014 Xoxfilsen, Avstriya, YO, Qarabağ – Krasnodar 0:1 26.07.2014 Avstriya YO Amkar – Simurq 4:1 27.07.2014 Sloveniya YO Xəzər Lənkəran – Arsenal (Tula) 2:1 22.01.2015 Antalya YO Neftçi-2 – Rubin-2 1:4 23.01.2015 Antalya YO Qəbələ – Kuban 0:2 23.01.2015 Antalya YO Neftçi-2 – Dinamo Moskva-2 1:2 29.01.2015 Antalya YO Qarabağ – Mordoviya 0:0 07.07.2015 Avstriya YO Qarabağ – Lokomotiv Moskva 2:2 30.09.2015 Moskva, Rusiya UEFA GL Spartak Moskva (U-19) - Rəvan (U-19) 4:0 01.10.2015 Krasnodar, Rusiya UEFA AL Krasnodar - Qəbələ 2:1 14.10.2015 Krasnodar, Rusiya BT Puls Yakutsk (U-14) - Neftçi (U-14) 1:2 16.10.2015 Krasnodar, Rusiya BT Nadejda Krasnodar (U-14) - Neftçi (U-14) 2:3 21.10.2015 Bakı, Azərbaycan UEFA GL Rəvan (U-19) - Spartak Moskva (U-19) 0:0 10.12.2015 Bakı, Azərbaycan UEFA AL Qəbələ - Krasnodar 0:3 28.06.2016 Avstriya YO Zenit - Qarabağ 0:1 21.09.2016 Qəbələ UEFA GL Qəbələ (U-19) - Dinamo Moskva (U-19) 0:2 19.09.2016 Moskva UEFA GL Dinamo Moskva (U-19) - Qəbələ (U-19) 5:0 17.01.2017 Antalya, Türkiyə YO Neftçi – Tosno 2:2 21.01.2017 Antalya, Türkiyə YO İnter Bakı – Orenburq 1:1 15.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qəbələ 1:0 20.06.2017 İnnsburk, Avstriya YO Axmat – Qarabağ 1:0 28.06.2017 Tirol, Avstriya YO Dinamo Moskva – Qarabağ 1:0 17.01.2018 Antalya, Türkiyə YO Qarabağ – Kuban 2:2 22.01.2018 Antalya, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 1:8 27.01.2018 Antalya, Türkiyə YO Neftçi – Krılya Sovetov 0:2 27.01.2018 Antalya, Türkiyə YO Qəbələ – Arsenal Tula 3:3 30.01.2018 Antalya, Türkiyə, YO, Zirə – Avanqard 0:3 31.01.2018 Antalya, Türkiyə YO Sumqayıt – Anji 0:1 01.02.2018 Antalya, Türkiyə YO Keşlə – Yenisey 1:1 28.08.2018 Astana, Qazaxıstan BT Azərbaycan (U-17) – Krasnodar (U-17) 0:3 20.01.2019 Antalya, Türkiyə YO Qəbələ – Yenisey 2:2 22.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Krasnodar-3 1:1 24.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-21) – Spartak Moskva-2 0:0 25.01.2019 Antalya, Türkiyə YO Keşlə – Çertanovo 1:0 26.01.2019 Antalya, Türkiyə YO Zirə – Tambov 2:0 30.01.2019 Antalya, Türkiyə YO Azərbaycan (U-19) – Dinamo-2 -:- 20.06.2019 Topuk yaylası, Türkiyə YO Neftçi – SKA-Xabarovsk 3:1 28.06.2019 Avstriya YO Ufa - Qarabağ 1:2 25.07.2019 Tula, Rusiya UEFA AL Arsenal Tula - Neftçi 0:1 01.08.2019 Bakı, Azərbaycan UEFA AL Neftçi - Arsenal Tula 3:0 18.12.2019 Bakı, Azərbaycan YO Zirə (U-17) - Kazan (U-17) 1:1 18.01.2020 Antalya, Türkiyə YO Qəbələ – Çayka 3:0 21.01.2020 Antalya, Türkiyə YO Sabah – Spartak Moskva-2 2:2 22.01.2020 Antalya, Türkiyə YO Keşlə – Arsenal Tula 1:2 29.06.2021 Fillax, Avstriya YO Neftçi – Spartak Moskva 2:1 11.07.2021 Kirxdorf, Avstriya YO Qarabağ – Arsenal Tula 0:1 22.07.2021 Soçi, Rusiya UEFA KL Soçi - Keşlə 3:0 29.07.2021 Bakı, Azərbaycan UEFA KL Keşlə - Soçi 2:4 17.01.2023 Antalya, Türkiyə YO Sumqayıt – Krılya Sovetov 0:1 01.07.2023 Sankt-Peterburq, Rusiya BT Zenit - Neftçi 3:1 15.07.2023 Türkiyə YO Qəbələ - Orenburq 1:1 18.07.2023 Moskva, Rusiya YO Spartak Moskva - Neftçi 2:0 == Qadınlar == === A milli === 17.09.2021 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 2:0 25.11.2021 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 0:4 === U-21 === === U-19 === 20.10.2012 Krımsk, Rusiya AÇSO Rusiya - Azərbaycan 5:0 11.03.2013 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 0:1 22.03.2014 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 3:0 20.03.2017 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 1:0 01.03.2019 Soçi, Rusiya BT Rusiya - Azərbaycan 7:0 === U-18 === 16.05.2014 Bakı, Azərbaycan BT Azərbaycan - Rusiya 1:4 === U-17 === 12.02.2014 Antalya, Türkiyə YO Azərbaycan - Rusiya 2:0 25.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan - Rusiya (U-16) 0:2 28.04.2018 Bakı, Azərbaycan YO Azərbaycan – Rusiya (U-16) 0:1 === Klublar === == Futzal == === A milli === 27.03.2012 Bakı, Azərbaycan DÇSO (p/o), Azərbaycan – Rusiya 2:3 09.04.2012 Tümen, Rusiya DÇSO (p/o), Rusiya - Azərbaycan 2:2 09.02.2016 Belqrad, Azərbaycan AÇ Rusiya – Azərbaycan 6:2 02.11.2017 Slovakiya YO Azərbaycan (U-17) – Rusiya (U-17) 0:20 04.12.2017 İsfahan, İran BT Azərbaycan – Rusiya 3:4 22.09.2019 Həştərxan, Rusiya BT, Rusiya - Azərbaycan 2:1 30.01.2020 Osiek, Xorvatiya DÇER, Azərbaycan – Rusiya 4:3 === Klublar === 19.11.2014 Pardubiçe, Çexiya UK Dinamo Moskva - Araz Naxçıvan 5:424.11.2016 Zaqreb, Xorvatiya UK Qazprom-Yuqra - Araz Naxçıvan 4:0 == Çimərlik futbolu == === A milli === 12.05.2015 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 9:5 13.05.2015 Moskva, Rusiya BT, Rusiya-2 – Azərbaycan 7:1 20.07.2018 Moskva, Rusiya BT, Rusiya – Azərbaycan 8:3 05.07.2019 Nazare, Portuqaliya BT, Rusiya – Azərbaycan 3:3 pen.
Azərbaycan–Rusiya voleybol matçları
== Kişilər == === A milli === === Klublar === == Qadınlar == === A milli === === Klublar === Azərbaycan klublarının ruslarla oyunu heç uğurlu alınmır. İndiyə kimi şimal qonşuları ilə rəsmi görüşlərdə 3 klubu ilə qarşılaşsa da, nəticələr Azərbaycanın əleyhinədir: 7 oyundan 4-də ruslar qələbəni bayram ediblər.
Rusa timorensis
Rusa timorensis (lat. Rusa timorensis) – zambar cinsinə aid heyvan növü.