AZDIRTMAQ
AZƏRBAYCANCA
OBASTAN VİKİ
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycan (qəzet, Azərbaycan)
"Azərbaycan" (az.-əski. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. == Tarixi == "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı.
Azərbaycan, Azərbaycan (film, 1970)
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. == Məzmun == Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir. İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır. Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. == Haqqında == Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Mərkəzi (Azərbaycan)
Azərbaycan Milli Mərkəzi — Bakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat. == Fəaliyyəti == Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı.
FINCA Azərbaycan
"FINCA International" (ing. Foundation for International Community Assistance) — kredit təşkilatı == Tarixçə == Əsası 1984-cü ildə qoyulmuşdur. FINCA mikro kreditlərin əsas forması olan “Kənd bankçılığı metodu” və bütünlükdə mikromaliyyə sahəsindəki liderliyi ilə tanınır. Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya əsasında fəaliyyət göstərən "FINCA Azerbaijan" bütün Azərbaycanda müştərilərə biznes kreditləri təklif edən qeyri-bank kredit təşkilatıdır. "FINCA Azerbaijan" dünyanın 22 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə qurumu olan "FINCA International" şəbəkəsinin bir qoludur. "FINCA Azerbaijan" 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə yaradılmışdır. Həmin vaxtdan bəri “FINCA Azerbaijan” təşkilatı böyüyərək 150,000 nəfərdən çox aktiv müştərisi ilə Azərbaycanın 60-dan çox bölgəsində xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. Missiya FINCA-nın missiyası insanları öz vəsaitlərini artırmağa, iş yerlərini yaratmağa və həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları ilə təmin edərək yoxsulluğu azaltmaqdır. Baxış FINCA-nın baxışı dünya miqyasında insanların yaşayışını yaxşılaşdıracaq dayanıqlı, inkişafa meyilli və sosial yönümlü qurumların qlobal şəbəkəsini yaratmaqdan ibarətdir.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən (Azərbaycan)

Hüseynçilər (Azərbaycan)
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Iran Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Jandarma (Azərbaycan)
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Komando (Azərbaycan)
M7 (Azərbaycan)
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. == İnşa tarixindən == Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Miss Azərbaycan
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
NTV (Azərbaycan)
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Ombudsman (Azərbaycan)
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır. Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi. Elmira Süleymanova ilk dəfə 2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.
Ordenli Azərbaycan
"Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı. Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) (sənədli film) М.З. Рзаева. Документальное кино Азербайджана, Б., 1971, стр. 87. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Qızıldağ (Azərbaycan)
Qızıldağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m). Naxçıvançayla Cəhriçayın suayırıcısında, Cəhri kəndindən 2,5 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı ikinci dərəcəli maili sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş fay, cənub-qərb yamacından isə Naxçıvan dərinlik qırılması keçir.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib. İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Qərbi Azərbaycan
Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (İrəvan,Şurnuxu, Gorus, Basarkeçər,Amasiya,Qafan,Çəmbərək,Uluxanlı kimi bir çox ərazilər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur". 10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az.
R2 (Azərbaycan)
R2 — Giləzi–Xızı yolu respublika əhəmiyyətli yoldur. Ümumi uzunluğu 26 km-dir. Yol yenidən qurulmuş və 2008-ci ildə istismara verilmişdir.
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. == Tarixi == "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. == Birliyin məqsəd və vəzifələri == Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Dünya Azərbaycanlılar Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Dünya Azərbaycanlıları Konqresi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. == Yaranması == Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının III Qurultayı
Dünya Azərbaycanlılarının III Qurultayı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5–6 tarixlərində Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının üçüncü Qurultayı. "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5–6-da Bakı şəhərində keçirilmişdir. == İştirakçılar == Dünya azərbaycanlılarının II qurultayında 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir.
Dünya Azərbaycanlılarının II Qurultayı
Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı. "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır. Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində: == İştirakçılar == Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.. Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı — 2016-cı il 3–4 iyun tarixində Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının IV qurultayı. İyunun 3-də Heydər Əliyev Mərkəzində açılış mərasimi olan Dünya Azərbaycanlılarının IV Qurultayının iclaslarında diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirdilər. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, eləcə də digər məsələlər diqqət mərkəzində saxlanıldı. Qurultayda ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərləri və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edilib. İyunun 4-də yekunlaşan qurultay görüşlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdi. == İştirakçılar == 2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində gerçəkləşən Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olmuşdur. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi qurultayda xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olmuşdur. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak etmişdir. Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının Qurultayı
Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir. Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib. == Tarixi == === İlk təşəbbüs === Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikasının o zamankı Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır. Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün ö dövrkü, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. == Bütün qurultaylar == === I Qurultay === Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının i Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan)
Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyəti == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Elektron hökumət (Azərbaycan)
"E-hökumət" layihəsi — "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003–2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. == Layihənin məqsədi == Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi == Layihənin həyata keçirilməsinin əsas istiqamətləri == E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması == E-hökumət infrastrukturunun əsas komponentləri == Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu E-hökumət portalı E-hökumət şlüzü İnformasiya resursları və sistemlərinin dövlət reyestri E-imza üzrə milli infrastruktur E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır) E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır) === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/intro/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir. Portalın funksiyaları: 1. Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması. 2. Vətəndaşa dair məlumatlar yeniləndikdə, onun hər hansı sənədinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı şəxsi kabinet vasitəsilə məlumatlandırma və xatırlatma xarakterli bildirişlər göndərilir.
Elektron hökumət portalı (Azərbaycan)

Elm Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Elm və Təhsil Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Elmin İnkişafı Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı — Müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı. Artıq 3 əsrdir terrorçu qrupları dünyada fəaliyyət göstərirlər. 1975-ci ildə ASALA və ESƏD kimi erməni terrorçu qruplarının yaranması ilə yeni əsasən bu iki qrup və digərləri tərəfindən dünyanın 20-dən çox ölkəsində müxtəlif illərdə terror aktları törədildi. Terrorizmi və terrorizmlə mübarizə aparmağı tədqiq edən amerikalı siyasi analitik Bryus Hoffmana görə erməni terror qrupları təkcə 1975-ci ildən 1986-cı ilə qədər dünyada 200 terror aktı törədiblər. == Terror aktları == == Həmçinin bax == Hnçak Daşnaktsutyun == Xarici keçidlər == Armenian terror in Azerbaijan / Azərbaycanda erməni terroru 106 nömrəli avtobusda partlayış / Lider Tv == İstinadlar == == Ədəbiyyat == Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: «Vətən» Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2004. 164. Archived from the original on 2020-10-28. İstifadə tarixi: 2020-10-28.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarının siyahısı

Ermənilərin Azərbaycana yerləşdirilməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr
Ermənistan-Azərbaycan qarşıdurması 2020
Tovuz döyüşləri — 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzinin Mosesgeğ kəndi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər. Bu döyüşlərdən sonra da iki tərəf arasında gərginlik davam etmiş və 27 sentyabr 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Həmçinin hər il 12 iyul Azərbaycan xalqı tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur. == Arxa plan == İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, "Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində "UAZ" markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar". Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, "Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir". == Döyüşlər == === 12 iyul === 12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.
Ermənistan azərbaycanlıları
Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi.
Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
Ermənistan azərbaycanlılarının siyahısı
Bu Ermənistan azərbaycanlılarının siyahısıdır. == İncəsənət xadimləri == Aşıq Ələsgər — 19-cu əsr xalq aşığı və şairi Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Sabir Rzayev — yazıçı, dramaturq, tənqidçi və kino mütəxəssisi, Ermənistan SSR-in xalq artisti (1975) Səid Rüstəmov — Azərbaycanlı bəstəkar Hüseyn Seyidzadə — Azərbaycanlı film direktoru Əkbər Yerevanlı (Süleymanov) — ədəbiyyatşünas, yazıçı, pedaqoq, Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin rəhbəri. == Elm xadimləri == Əhliman Əmiraslanov — Azərbaycanlı akademik. Heydər Hüseynov — Azərbaycanlı filosof. Mustafa Topçubaşov — tanınmış Sovet cərrahı və akademiki, Sosialist Əməyi Qəhrəmanı Arif Şəkərəliyev — Azərbaycan Respublikasının əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Maqsud Nəcəfov — Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor. == Siyasətçilər == İsmət Abasov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri (2004–2013), baş nazirin müavini (2013–2018) Əvəz Ələkbərov — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (1999–2006) Əziz Əliyev — Dağıstan Kommunist Pariyasının Regional Komitəsinin sədri (1942–1948) Oqtay Əsədov — Azərbaycan Milli Məclisinin sədri (2005–2019) Zülfü Hacıyev — Baş nazirin müavini (1989-1991), Azərbaycan SSR Ali Sovetinin deputatı (1976-1991) Nəriman İmranov — Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri (1992–1993) Xələf Xələfov — Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri (2001-2015) Hüseyn Məmmədov — Naxçıvan MSSR Ali Sovetinin sədri (1952–1964) Misir Mərdanov — Azərbaycan Respublikasının Təhsil naziri (1998–2013) Şahin Mustafayev — Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri (2008–2013), Azərbaycan Respublikasının İqtisadiyyat və sənayə naziri (2013–2016), Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2016–2019), Azərbaycan Respublikası Baş nazirinin müavini (2019) Hidayət Orucov — Azərbaycanlı yazıçı və Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Həsən Seyidov — Azərbaycan SSR Kənd təsərrüfatı naziri (1955–1959) Əkbər ağa Şeyxülislamov — Azərbaycan Demokratik Respublikasının Kənd təsərrüfatı naziri (1918–1920) Əli İnsanov — Azərbaycan Respublikasının Səhiyyə naziri (1993–2005) Azay Quliyev — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Digər lüğətlərdə