AZƏRİ
AZĞIN
OBASTAN VİKİ
Azəricə
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında Sadəcə Türk Dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Qədim Azəricə
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir. 10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür.

Digər lüğətlərdə