Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağadadaş Sürəyya
Ağadadaş Sürəyya (1850, Bakı – 1900, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Ağadadaş Sürəyya 1850-ci ildə Bakıda doğulmuşdur. Təhsilini molla məktəbində atmışdır. "Məcməüş-şüəra" ədəbi məclisinin katibi olmuşdur. Məclisin bütün sənədləri, şairlərin oxuduğu və müzakirə etdiyi şeirlər onun evində saxlanılırmış. Sonralar itmişdir. A. Sürəyya 1900-cü ildə Bakıda vəfat etmişdir. Onun əsərlərinin az bir qismi qalmışdır.
Sürəyya (1973)
== Məzmun == Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ağdam rayonundakı Telman Adına Kolxozun manqabaşçısı, məşhur pambıq ustası Sürəyya Kərimovaya həsr edilmişdir. Filmdə onun fəaliyyəti hərtərəfli əks olunmuşdur: həm çoxuşaqlı anadır, həm də adlı-sanlı pambıqçı-qəhrəmandır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Sürəyya (1987)
== Məzmun == İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. == Film haqqında == Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya Ayhan
Sürəyya Ayhan Kop — orta məsafədə yarışmış Türk atlet. Atasının həvəskar atlet olması və ona dəstək olması ilə 16–17 yaşında atletizmə başladı. 1992-də indiki həyat yoldaşı Yücəl Kop ilə tanış oldu. O gündən bu yana Kopun məşqçiliyində məsk edir. Məktəbi bitirdikdən sonra Qəhrəmanmaraş idman akademiyasına başlayaraq Kahramanmaraşa getdi. Universitetdə oxuduğu dövrdə idmana davam etmək və məşq etməkdə çətinliklər yaşadı. Bu dövrdə Ağsaray bələdiyyəsinin dəstəkləriylə işlərini davam etdirdi. Ağsaray bələdiyyə idman klubu xaricində MTA, Ankara və Fənərbaxça klubları adına qaçdı. 2000-ci ildə Sidneydə təşkil edilən olimpiadalarda yarım final qaçaraq Türkiyədə məşhur olmağa başladı. 2001-də dünya atletizm çempionatında 1.500 metr finalı qaçaraq Türkiyə qadın atletizmində bir ilki daha reallaşdırdı.
Sürəyya Ağaoğlu
Sürəyya Əhməd bəy qızı Ağaoğlu (1903–1989) — Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindəndir. == Həyatı == O, 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Atası tanınmış mütəfəkkir, yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. Beş uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanımın pedaqoq və deputat Tezər Taşkıran, mühəndis və iş adamı Abdurrahman Ağaoğlu; O, siyasətçi, yazıçı və hüquqşünas Səməd Ağaoğlu ilə həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universiteti Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Sürəyya Ağayeva
Sürəyya Bəşir qızı Ağayeva (10 may 1951, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi, dosent. == Ümumi məlumatlar == Ağayeva Sürəyya Bəşir qızı 1951-ci il mayın 10-da Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Orta təhsilini Bakının Nərimanov rayonunun 200 saylı məktəbində almış və 1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin “Əsas üzvü və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə institutu bitirdikdən sonra, 1974-cü ildən Azərbaycanın MEA Neft Kimya Prosesləri İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşovun rəhbərlik edən “Heterogen kataliz” laboratoriyasında kiçik elmi işçi vəzifəsi ilə başlamışdır və seolit katalizatorlarının sintezi və onların tədbiqi sahəsində tədqiqatlar aparılmışdır. Aspiranturanı bitirdikdən sonra, 1988-ci ildə “n-Pentanın izomerləşməsi üçün metallseolit katalizatorların işlənib hazırlanması” mövzusunda professor B.A.Dadaşovun rəhbərliyi altında namizədlik dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsini alan S.Ağayeva, 1992-ci ildə “Heterogen kataliz” laboratoriyasında böyük elmi işçi, 2002-ci ildən isə aparıcı elmi işçi, hal-hazırda isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə S.Ağayeva dosent adı verilmişdir. Elmi axtarışlarını müntəzəm olarq davam etdirən S.Ağayeva, 2010-cu ildə “Toluolun disproporsionallaşması və kiçik molekullu (C2-C5) alkanların çevrilməsi proseslərinin fəallaşdırılması üçün seliolit sistemlərinin məqsədyönlü modifikasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş “Neft kimyası” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. S.Ağayeva 130-dan çox elmi işlərin müəllifidir. O, bir sıra beynalxalq konqreslərin və konfrasların (Fransa, Yaponiya, Çin, Rusiya və digər) iştirakçısı olmuşdur.
Sürəyya Babayeva
Sürəyya Kərimova
Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı – 2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965). == Həyatı == Sürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir. Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Sürəyya Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. == Həyatı == Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. == Partiyaları == Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) == Mükafatları == Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. == Ailəsi == Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya Qasımova
Qasımova Sürəyya Məcid qızı (sentyabr 1934 – 2007) — azərbaycanlı aktrisa. == Həyatı == Sürəyya Qasımova 1934-cu ilin sentyabrında qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən idi. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır.Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi. Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış etmişdir. Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur.Onu butun azərkeşlər "tatar balası" deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olmuşdur. Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində Sürəyya Qasımova Moskva, Sankt-Peterburq Tbilisi, Bakı, Gəncə və s. şəhərlərdə oynamışdır onun haqqında, özünün söylədiyi kimi, unudulmaz anlar olmuşdur.
Sürəyya Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Sürəyya İsfəndiyari
Sürəyya İsfəndiyari (fars. ثریا اسفندیاری‎; 22 iyun 1932[…], İsfahan – 26 oktyabr 2001 və ya 25 oktyabr 2001, Paris) — Məhəmməd Rza Pəhləvinin ikinci həyat yoldaşı olmuşdur.
Sürəyya Tatevyan
Sürəyya Kərim qızı Tatevyan (qızlıq soyadı: Kərimova; rus. Сурия Керимовна Татевян; 22 yanvar 1937, Bakı – 16 iyul 2015, Moskva) — rusiyalı geodeziyaçı-astronom alim, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Sürəyya 22 yanvar 1937-ci ildə Bakı şəhərində, sovet artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), həmçinin Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Kərimovun ailəsində dünyaya gəlmişdir. Anası Zara Kərimova sonralar Moskvada orta məktəblərin birində kimya müəlliməsi kimi çalışıb. Onun adını ata nənəsinin şərəfinə qoyublar. Qızı dünyaya gələndə Kərim Kərimov birinci kurs tələbəsi idi.Sürəyya orta təhsilini Moskva şəhərində alıb. Sonra Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) geodeziya fakültəsinə daxil olub. 1960-cı ildə astronomik-geodeziya ixtisası üzrə oranı bitirib.İnstitutu bitirdikdən sonra SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsində distribütor işləyib. Bu qurumun tərkibində Sibirdə çalışmış, burada çöl-tədqiqat işlərində iştirak etmişdir.1961-ci ildə SSRİ Elmlər Akademiyasının Astronomiya Şurasında elmi işçi kimi peşəkar fəaliyyətə başlayıb. 1968-ci ildə o, Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunda peyk geodeziyası və səma mexanikası sahəsində texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.Bir neçə ildən sonra Suriya Tatevyan Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Kosmik Geodeziya və Geodinamika şöbəsinin müdiri təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.1998-ci ildə "Müasir geodinamika üçün kosmik geodeziya üsullarından istifadə" mövzusunda texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Sürəyya (film, 1973)
== Məzmun == Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ağdam rayonundakı Telman Adına Kolxozun manqabaşçısı, məşhur pambıq ustası Sürəyya Kərimovaya həsr edilmişdir. Filmdə onun fəaliyyəti hərtərəfli əks olunmuşdur: həm çoxuşaqlı anadır, həm də adlı-sanlı pambıqçı-qəhrəmandır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Sürəyya (film, 1987)
== Məzmun == İsfəndiyar pul qazanmaq məqsədilə sevgilisi Sürəyyanı (Məlahət Abbasova) kənddə qoyub Moskvaya gedir. İllər ötür, amma İsfəndiyardan xəbər çıxmır. Bunu görən Sürəyya onun ardınca yola düşür. Rus dilini bilməyən və ömründə şəhər görməyən Sürəyya Moskvada çox çətinlik çəkir. Bununla belə o, öyrənir ki, İsfəndiyar burada bir rus qızı ilə evlənib. Onların Əli (Ülvi Məmmədov) adında 3 yaşlı uşaqları da var. Onu da öyrənir ki, arvadı ərini və uşağını atıb başqa kişiyə ərə gedib. Sürəyya İsfəndiyarın oğlu Əlini götürüb kəndlərinə qayıdır... Kinolent insanın öz doğma torpağı qarşısında mənəvi borcundan, gənc kəndli qızının daxili aləminin böyüklüyündən danışır. == Film haqqında == Film aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Sürəyya xanım Qacar
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti. == Həyatı == Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib. == Partiyaları == Leyli - Leyli və Məcnun (Üzeyir Hacıbəyov) Əsli - Əsli və Kərəm (Üzeyir Hacıbəyov) Gülnaz - O, olmasın, bu olsun (Üzeyir Hacıbəyov) Şahsənəm - Aşıq Qərib (Zülfüqar Hacıbəyov) == Mükafatları == Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi. == Ailəsi == Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.
Sürəyya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Sürəyyanın daşqalaq edilməsi (film, 2008)
Sürəyyanın daşqalaq edilməsi (ing. The Stoning of Soraya M.) — 2008-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Film bu sözlərlə başlayır:"Olmayın ikiüzlülük edənlərdən, bir tərəfdə yüksək səslə Quran oxuyarkən, digər tərəfdən əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən" (Hafiz Şirazi, İranlı şaır, 14-cü əsr). Əslində kinonun mövzusu da tam olaraq bundan ibarətdir ki, ikiüzlü mollalar İslam və şəriət adından istifadə edərək min hoqqadan çıxır. Sürəyyanın xalası Zəhra xanım Sürəyyaya siğə təklifi edən Molla Həsənə dediyi sözlərdən:"Heç olmazsa nəcis əllərinlə tutduğun Qurani-Kərimdən xəcalət çək." Mühacirətdə yaşayan iranlı kinematoqrafçıların çəkdiyi "Sürəyyanın daşqalaq edilməsi" filmi kino dünyasında böyük səs-küyə səbəb olmuş ekran əsərlərindəndir. 2008-ci ildə ABŞ-də kinorejissor Sirus Növrəstə tərəfindən çəkilən filmin süjet xətti Fransada yaşayan iranlı yazar Firudin Saəbcamın "Daşqalaq etmə" əsərindən götürülüb. Müəllif əsərdə bəhs olunan hadisələrin təxminən 30 il bundan öncə baş verdiyini, daha sonralar isə bunu qələmə aldığını deyir. Həmçinin bu film "Oscar" ilə mükafatlandırılıb. Film bu gün dünyada, o cümlədən müsəlman aləmində aktual olan dini fanatizm və radikalizmi ifşa edir. Filmin süjet xəttinə görə, İranda səfərdə olan qismən əcnəbi jurnalistin avtomobili xarab olur və o, yaxın kəndlərdən birində qalır.
Sürəyyə Babayeva
Sürəyyə Babayeva (tam adı: Sürəyyə Lətif qızı Babayeva; 1913, Qaradonlu, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1913-cü ildə Cavad qəzasının Qaradonlu kəndində (İndiki İmişli rayonuna aiddir) anadan olmuşdur. Həyat yoldaşı Müxlis Böyük Vətən müharibəsində itkin düşmüşdür; bu səbəbdən, oğlu Ərzulla və qızı Mirvarini özü böyütmüşdür. Son illərdə oğlu və onun ailəsi ilə birgə Biləcəri qəsəbəsində yaşamışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. Güllə sağ gicgah nahiyəsindən girmiş və sol gicgah nahiyəsindən çıxmışdır. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-cı mənzildə yaşayan Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri uzun müddət qalmışdır. İmişli rayonunda dəfn edilmişdir. == Ünvan == Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1a, mənzil 29.
Sürəyyə Bəylərbəyova
Sürəyya Bəylərbəyova (tam adı:Sürəyya Səfərəli qızı Bəylərbəyova; d.3 fevral 1897, Bakı — ö.14 mart 1977, Bakı) — tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == S.Bəylərbəyova 1897-ci ildə fevralın 3-də müəllim ailəsində anadan olmuşdur. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanır. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirir, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edir. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olmuş, burada ictimai əsasla işləmiş, həm də stenoqrafçı kursunda oxumuşdur. 1977-ci ildə martın 14-də vəfat etmişdir. == Fəaliyyəti == 1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edir. İlk tərcümələri A.Bartonun əsərləri olur. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayır. Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmiş, beləliklə, bədii tərcümə ustalarına kömək etmişdir.
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Sürəya xanım Talıbxanbəyli
Sürəyya Talıbxan qızı Talıbxanbəyli (1899 – ?) — publisist, folklorşünas. == Həyatı == Sürəyya Talıbxan qızı 1899-cu ildə Şuşa qəzasının Qacar kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. 1920-ci ildə ailəsi ilə bərabər Türkiyəyə mühacirət etmişdi. Orada "Azərbaycan Yurd bilgisi" dərgisində bir çox yazılar hazırlamışdı. Dayısı Hüseyn bəy Mirzəcamalov ona dəyərli məsləhətlər vermiş, doğru yola yönəltmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, səh.292-293; Ənvər Çingizoğlu, Bir Qacar soyu: Talıbxanovlar, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №4, səh.3-10.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. == Bioqrafiya == 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. === Rəsmlığı === Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
Rüqəyya binti Məhəmməd
Rüqəyya binti Məhəmməd (ərəb. رقية بنت محمد‎, 598 və ya 601, Məkkə[…] – 14 mart 624, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. == Bioqrafiyası == Rüqəyya Məhəmmədin təxminən 33 yaşı olanda anadan olmuşdur. Hələ atasının peyğəmbərlik missiyasına başlamamışdan əvvəl o, Əbu Ləhəbin oğlu Utbə ilə nişanlanmışdır. Məhəmmədin xütbələri başlayandan sonra Əbu Ləhəb oğlunun nikah müqaviləsini ləğv etməkdə israr edir, bundan sonra Məhəmməd qızını Osman ibn Əffana ərə verir. Osmanla birlikdə Rüqəyya Efiopiyaya mühacirət etmişdir. Orada rəvayətlərə görə 6 yaşında vəfat edən oğlu Abdullanı dünyaya gətirir. Efiopiyadan Məkkəyə qayıdaraq Mədinəyə hicrət edir. Bədr döyüşü ərəfəsində Ruüqəyya ağır xəstələnir və peyğəmbər Osmanın xəstə arvadının yanında qalmasına icazə verir. O, müsəlmanların qələbəsi xəbəri Mədinəyə çatdıqdan sonra vəfat etmişdir.
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Əs-Süveyda
Əs-Süveyda (ərəb. السويداء‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi.