ÜLKƏR

ÜLKƏR (astr.) [Ah:] Axırda qar o qədər ucalmışdı ki, keçinin buynuzları Ülkər ulduzuna dəyirdi (Çəmənzəminli); YEDDİQARDAŞ O deyərdi: “Bu ağaran – hacıların yoludur; Yeddiqardaş, ulduzların hamısının yoludur” (M.Rahim); PƏRVİN, SÜRƏYYA.

ÜLGÜLƏMƏK
ÜLÜŞ
OBASTAN VİKİ
Murat Ülkər
Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Sabri Ülkər
Sabri Ülkər (1920, Aluşta – 12 iyun 2012, İstanbul) — məşhur türkiyəli şirniyyatçı və iş adamı. Dünyada məşhur şirniyyat və içki istehsalçısı olan "Ülker" şirkətinin əsasını qoyub. Sabri Ülker 1920-ci ildə Krımda dünyaya gəlib. Əslən krım tatarıdır. 1929-cu ildə ailəsi Alakat faciəsindən sonra Krımı tərk edərək Türkiyəyə gəlir. 21 iyun 1934-cü ildə Türkiyədə soyad qanunu çıxdıqdan sonra Sabrinin atası İslam bəy "Berksan" soyadını götürür. Sabri Berksan 3-cü sinifdən etibarən İstanbulda Kadırqa İbtidai məktəbində təhsil almağa başlayır. İbtidai məktəbi bitirdikdən sonra "İstanbul Erkek Lisesi"-ə daxil olur. Burada təhsil aldığı dövrdə imtahan verərək pulsuz yatılı təhsil almaq imkanı əldə edir və Bilecik liseyinə gedir. Yay tətillərində qardaşı Asimlə birlikdə Beslər Biskivit Fabrikasında işləyir.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Ülkər Piriyeva
Ülkər Piriyeva (24 avqust 1988, Şərəfə, Masallı rayonu) — politoloq, Beynəlxalq dərəcəli jurnalist, “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın Azərbaycan və Türk Cümhuriyyətləri üzrə Sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü, YediKəmər jurnalının Azərbaycan üzrə təmsilçisi. Ülkər Piriyeva 24 avqust, 1988-ci il Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini Şərəfə kənd Qəhrəman İsmayılov adına tam orta məktəbdə almışdır. Orta təhsilini Masallı Şəhər “Dəfinə” məktəb liseyində başa vurmuşdur. I Ali təhsilini Azərbaycan Universitetində ingilis dilinin filologiyası fakültəsində almışdır. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Eyni zamanda, Türkiyə Cumhuriyyətində Ankara şəhərində Hacettepe Universitetinin İqtisadi İdarəetmə fakültəsinin Siyasət bölümü və Dövlət İdarəçiliyini bitirmişdir. Tələbəlik illərindən təhsil aldığı universitetlərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bir sıra xarici ölkələrdə Azərbaycan Gənclər siyasətinin fəal təbliğatçısı olmuşdur. Türkiyə-Ukrayna, Türkiyə-Qazaxıstan, Türkiyə-Azərbaycan, Türkiyə-Özbəkistan, Türkiyə-Türkmənistan və digər ölkələrlə bağlı keçirilən bir sıra beynəlxalq kofransların, konqreslərin, simpoziumların və tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşdur.
Ülkər Quliyeva
Ülkər Quliyeva — Azərbaycan diktoru. Ülkər Quliyeva Azərbaycan televiziyasında diktor kimi çalışmışdır. Bir neçə filmdə çəkilmişdir. Bəstəkar Cavanşir Quliyevlə evli olmuşdur. Hazırda Türkiyədə yaşayır. Yaramaz (film, 1988) Ölsəm...
Ülkər Umudova
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009), məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür. Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. 2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub. 2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
Ülkər Məmmədzadə
Ülkər Səttarova
Səttarova Ülkər Eldar qızı (23 may 1986, Bakı) — Texnika elmləri doktoru (2019) və Kompüter elmləri ixtisası üzrə dosent (2016), Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru (2023) Ülkər Səttarova 1986-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə və 2016-cı ildə Kompüter elmləri ixtisası üzrə dosent elmi adına layiq görülüb. AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika elmləri doktoru elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004–2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür. Evlidir. Həyat yoldaşı Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdur. 100-dən çox elmi əsərin, 5 monoqrafiya və 3 patentin müəllifidir. 50-dən çox məqaləsi ingilis dilində xarici jurnallarda və impakt faktorlu jurnallarda dərc olunmuşdur.
Ülkər (ulduz topası)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Ülkər (ulduz toplusu)
Ülkər — Buğa bürcündə və Yerdən 440 işiq ili uzaqlığında yerləşən açıq ulduz topasıdır. Ulduz toplusunun yaşı təxminən 60-100 milyon ildir. Ulduz topası 250 milyon ildən sonra məhv olacaq. Bu ulduz topasında 1000 - dən çox ulduz olduğu ehtimal olunur.
Ülkər İdman Arena
Ülkər İdman Arena (türk. Ülker Spor ve Etkinlik Salonu) — İstanbulun Ataşəhər ilçəsində Fənərbaxça İK-yə ev sahibliyi edən idman salonu. Fənərbaxça İdman Klubunun kişi və qadın basketbol komandalarına ev sahibliyi etdiyi basketbol matçlarında daim istifadə olunur. Ataşəhərdəki bu arenada basketboldan başqa 15.000 nəfərlik konsert zalı da istifadə olunur. İdman tədbirləri ilə yanaşı, burada konsert tədbirləri, səhnə şouları, konfranslar və xüsusi tədbirlər də təşkil olunur. Salonda oynanan ilk matç 25 yanvar 2012-ci ildə Fənərbaxça Ülkər - EA7 Emporio Armani basketbol qarşılaşması olmuşdur. Salonun sahibi və operatoru Fənərbaxça İdman Klubudur. Layihəsi Ömerler Architecture və Design Development Group tərəfindən hazırlanan Ülkər İdman Arenasının ümumi tikinti sahəsi 67.000 m², əsas salonun hündürlüyü isə 28 metrdir. İkinci mərtəbənin dayaqlarında 360 dərəcə LED ışığı var. Salonda çəkisi 28 ton olan tablo yerləşir.
Fənərbaxça Ülkərspor
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. == Tarixi == 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.

Digər lüğətlərdə