MÜHƏYYA

sif. [ ər. ] Mövcud olan, hazır olan; mövcud, hazır.
Böyük şəhərdə … dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən … həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.

□ Mühəyya etmək (qılmaq) – hazır etmək, hazırlamaq.
[Rəiyyət] bizə … lazım olan mayehtacı mühəyya qıldıqları kimi biz də əvəzində borcluyuq ki, bunlara … qulluq edək. F.Köçərli.
[Pəri:] Anam … lazımi şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı.

Mühəyya olmaq – hazır olmaq, hazırlanmaq.
[Turxan bəy Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid.

Mühəyya olunmaq – hazır edilmək, hazırlanmaq.
[Nəçərnik] dilcavabı hökm eləmişdi ki, … məktəbdən ötrü səmtli dam mühəyya olunsun. C.Məmmədquluzadə.

MÜHƏVVƏL
MÜHİB

Digər lüğətlərdə