Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir.1834-cü ildə memar Oqüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş ştabın Arkası kompozisiyasını tamamlamışdır. Monumentin salınması ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin - I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz “unudulmaz qardaşının” xatirəsi üçün müsabiqənin açıq elan edilməsi rəsmən söylənilmişdir.». Oqüst Monferran bu çağırışa möhtəşənmqranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi qorunub saxlanılmış və hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-ci ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya “Yüz Sütunlu Zal” Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi.Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir. Ümumiyyətlə, sütun başlıqları sütundan kənara çıxan iki ədəd arxa-arxaya düzülmüş heyvan bəzəkləri formasında oyulmuşdur.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Nelson sütunu
Nelson sütunu - (ing. Nelson's Column) - Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. == Tikintisi və dizaynı == Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840-1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə - Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus «HMS Victorу» gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. == Tarixi == Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodor. Sütun Ulpiya bazilkasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həmdə iki böyük kitabxana arasında yerləşir:yunan və latın kitabxanası == Tarixi == Trayan Mark Ulpi İspan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada(Müasir Rumuniya ərazisi), Şimali Ərəbistanda, Parfiyada və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanında Roma heç bir vaxt bu səviyyəyə gəlməmişdir, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Vulkan sütunu
Vulkan sütunu – (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) vulkan kanalını dolduran və ka­nalın dağılması zamanı aşınmaya qar­şı davamlı olması sayəsində sax­lanılan,vulkan məhsullarının qalığı.
Yulian sütunu
Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir. == Tarix == Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bu günkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir. == Memarlıq xüsusiyyətləri == Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir.
Susurluq
Susurluq — Balıkəsirin bir rayonudur. Rayon mərkəzinin əhalisi 23.800-dür. Susurluq mahalı Balıkəsir elinə bağlı bir rayon olub, elin şimal şərqində yerləşməkdədir. Rayonun şərqində Bursanın Mustafakəmalpaşa rayonu, şimalında yenə Bursansanın Qaracabəy və Balıkəsirin Batırdırma rayonları, qərbində Manyas, cənub və cənub şərqində Kəpsut rayonu yerləşir. Ayranı və tostu ilə bilinər. 1996-dakı Susurluq yol qəzası ilə dünya tərəfindən tanınmasına səbəb olmuşdur.
Susuzluq
Susuzluq içməli mayelərə olan güclü ehtiyactdır, onun nəticəsində heyvanların içmək üçün əsas instinkti yaranır. Maye balansında iştirak edən vacib bir mexanizmdir. Bu, maye çatışmazlığı və ya natrium kimi müəyyən osmolitlərin konsentrasiyasının artması nəticəsində yaranır. Bədənin suyun həcmi müəyyən bir həddən aşağı düşərsə və ya osmolit konsentrasiyası çox yüksək olarsa, beyindəki strukturlar qan tərkiblərindəki dəyişiklikləri aşkar edir və susuzluğu bildirir.
Uzunluq
Uzunluq (Riyaziyyat) — Uzunluq riyaziyyatda parça, yol və əyrilərin xassələrini səciyyələndirir. Əyrinin uzunluğu həmçinin "qövs uzunluğu" da adlanır. Uzunluq (fizika) — Uzunluq fizikada xətti uzanmanın və obyektlər arasındakı məsafənin ölçüsü üçün əsas parametr sayılır. Uzunluq (cəbr) — cəbrdə verilmiş modulun ölçüsünü göstərir. Coğrafi uzunluq — Coğrafi koordinatların bir hissəsidir; Astronomik uzunluq — Qeodeziyada astronomik koordinatların bir hissəsidir; Ekliptik uzunluq — Astronomiyada ekliptik koordinatların bir hissəsdir.
Müqayisəli üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Mütləq üstünlük
Mütləq üstünlük — iqtisadi nəzəriyyədə təşəbbüskarın, şirkətin və ya ölkənin eyni, müəyyən miqdarda mənbələrdən istifadə edərək daha keyfiyyətli məhsul istehsal etməsi kimi başa düşülür. Müəyyən mal və xidmətlərin istehsalındakı üstünlük əlverişli təbii və iqlim şəraiti, xammalın ucuz və asan mövcudluğu, mal istehsalında xüsusi bilik və bacarıq və digər xüsusi istehsal amilləri ilə ola bilər. Mütləq üstünlük anlayışı, 18-ci əsrdə tanınma qazanmış və Adam Smitin qurucusu sayılan mütləq üstünlük üstünlüyü nəzəriyyəsinin əsasını götürdü. Ölkənin müəyyən sahələrdə mütləq üstünlüyü, ölkənin müvafiq mal və ya xidmətləri daha az vahid xərclərlə istehsal edə bilməsi deməkdir. == Adam Smitin mütləq üstünlük nəzəriyyəsi == Adam Smit "Xalqların zənginliyinin təbiəti və səbəbləri haqqında araşdırma" (1776) adlı əsərində ölkələrin beynəlxalq ticarətin sərbəst inkişafında maraqlı olduqlarını göstərdi, çünki ixracatçı və ya idxalçı olmasından asılı olmayaraq ondan faydalana bilər. Ölkənin istehsalında mütləq üstünlüklərə sahib olduğu istehsal olunmuş məhsulları digər mallarla mübadilə edərək beynəlxalq əmək bölgüsündə iştirakdan fayda əldə etməyin mümkünlüyünün dəlili və əsaslandırılması mütləq üstünlüklər nəzəriyyəsi adlanır. O dövrdə hakim olan merkantilizm nəzəriyyəsinə qarşı çıxan Adam Smit, xalqların rifahının yığdıqları qızılın miqdarından deyil, son məhsul və xidmətlər istehsal etmə qabiliyyətlərindən asılı olduğunu göstərdi. Bu səbəbdən əsas vəzifə qızıl əldə etmək və yığmaq deyil, əmək bölgüsündə iştirak etmək və onun əməkdaşlığı sayəsində istehsalı inkişaf etdirməkdir. Adam Smit, iqtisadi fəaliyyətin ixtisaslaşmasına əsaslanan əmək bölgüsünün üstünlüklərinin öyrənilməsinə çox diqqət yetirmişdir. Eyni zamanda, A.Smit əmək bölgüsü ilə bağlı beynəlxalq ticarət sahəsinə dair nəticələrini genişləndirərək mütləq üstünlüklər (və ya mütləq xərclər) prinsipini ilk dəfə nəzəri əsaslandırdı: «Hər ağıllı ailə başçısının əsas qayda-qanunları evdə kənardan almaqdan daha çox xərc tələb edən şeylər etməyə çalışmamaqdır ...
Nisbi üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Susuzluq (Kəlbəcər)
Susuzluq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Susuzluq kəndi Yanşaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susuzluq kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra 25 noyabr 2020-ci ildə boşaldıldı. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XIX əsrdə Əliyli kəndindən (indiki Gədəbəy rayonunun Sarıköynək kəndi) gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Susuzluq dərəsinin və eyniadlı dağın adını daşıyır. == Tarixi == 4 iyun 2021-ci il tarixində kənd yaxınlığında baş verən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Susuzluq dağının ətəyində yerləşir. === Yaylaqları === Ağbulaq yurdu, Qumlu yurd, Güneydərə yurdu, Yalyurd, Boyun yurd, Ağdağ yurdu, Soğanlı yurd, Qırxbulaq === Bulaqları === Çay bulaq, Cələli bulaq, Novlu bulaq, Alı bulağı, Qara su, Sarı bulaq, Sonanın bulağı, Göy bulaq, Ağ bulaq, Qumlu bulaq, Fətalı bulaq, Pənahın bulağı, Dilənin bulağı, Koralı bulağı, Şor bulaq, Xudaverdinin bulağı === Məşhur yerləri === Biçənəktala, Seyidalıbiçən, Şorbulaq, Nəsiryeri, İlyasyeri, Möyləcbiçən, İmanverdibiçən, Nazikdağ, Enlidağ, Sarıqaya, Vesinyalı, Qarasu, Sarının dalı, Ağdaşın boynu, Dərəyeri, Sarıyoxuş, Kəməndin yalı, Alıdərəsi, Suvax, Təksöyüd, Möyləc çökəyi, Yarıx, Ardışlı, Yaltəpə, Gəzdək qayası, Arı qayası, Pənahın kalafası, Abbasın kalafası, Gamış gölü, Orucyeri, Pərzad yatağı, Almanın düzü, Məhəmməd dərəsi, Keçəlyeri, Almalı, Anaxanım bulağı, Təkə qaçan qılınc uçuğun boynu, Qasım binəsi, Dağınbaşı, Əhmədin bulağı, Şamın güneyi, Qaraqayanın güneyi, Alçalı, Yayra, Bozlugüney, Həsəndüşən təpə, Dilikdiliyin təpəsi, Qəbirstanlığın güneyi, Mirzəalının kalafası, Balabiçənək tala, Saqqızlı, Mirsadiq yatağı, Cəlilli biçənəyi, Palıdlıq, Köhsərin palıdı, Məhərrəm kalafası, Comaqaya, Söyüdlüçəpər, Suludərə, Nəsirin xırmanı, Dəlikdaş, Talanın düzü, Qozludərə.
Susuzluq (dəqiqləşdirmə)
Susuzluq Susuzluq (Kəlbəcər) — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində kənd. Susuzluq günü — Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ.
Susuzluq faciəsi
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur.İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etmişdir ki, bu da Azərbaycanın 1992-ci ildən bəri əldə etdiyi ən böyük hərbi uğurlardan biri hesab edilmişdir. Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən üçtərəfli bəyanatın bir hissəsi olaraq, Azərbaycanın nəzarətinə qaytarılmışdır.Qarabağ münaqişəsindən təsirlənən ərazilərin minalardan təmizlənməsi Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonrakı əsas məsələlərdən biri olaraq qalır.
Susuzluq günü
Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş‎) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.
Üstünlük hüququ
Üstünlük hüququ (ing. Pre-emption right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. Üstünlük hüququ səhmdarlara öz mövcud paylarına mütənasib olaraq yeni buraxılmış səhmləri birinci növbədə əldə etməyə imkan verən hüquqdur . Səhmdarlar yeni emissiya olunmuş səhmləri almaq hüququna malikdirlər, lakin onları almaq məcburiyyətində deyillər. Səhmdar bu hüquqdan istifadə etməməyi qərar verərsə, həmin səhmlər açıq bazarda satıla bilər . Böyük Britaniya şirkətlərində səhmdarların üstünlük hüququ 2006-cı il tarixli Şirkətlər haqqında Qanunla tənzimlənir. Qanunun 561(1)-ci maddəsinə əsasən, şirkətin səhmlərinin hər hansı başqa şəxslərə təklif edilməsinə qədər aşağıdakı qaydalara riayət edilməlidir: 1. Səhmlər şirkətin hər bir səhmdarına eyni və ya oxşar şərtlərlə təklif edilməlidir. 2. Səhmdarın təklifi qəbul etməsi üçün ağlabatan müddət müəyyən edilməlidir.
Susurluq qəzası
Susurluq qəzası və ya Susurluq qalmaqalı — 3 noyabr 1996-cı ildə saat 19:25 radələrində Balıkesir–Bursa magistral yolunun Susurluq rayonu Çatalceviz məhəlləsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya əlaqələrinin ortaya çıxması ilə başlayan qalmaqal. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir. Qəzadan sonra ictimaiyyət "dövlət-siyasət-mafiya" üçbucağında qeyri-qanuni münasibətlərin üzə çıxarılmasını tələb edib. Medianın və vətəndaş cəmiyyətinin dəstəyi ilə "Daimi işıq üçün bir dəqiqəlik qaranlıq" adlı aksiyalarda ört-basdır edilən əlaqələr və fəaliyyətlərin açıqlanması tələb olunub. Qəza ingilislər tərəfindən bir filmin mövzusu oldu və film 2018-ci ildə "The Scar" adı ilə çıxdı. Filmin Qönçə Us tərəfindən nəql ediləcəyi bildirilib. == Qəza == DYP Şanlıurfa millət vəkili Sədat Edip Bucaq, İstanbul Kəmaləddin Eröge Polis Məktəbinin müdiri Hüseyn Qocadağ, Mehmet Özbay saxta şəxsiyyətli Abdullah Çatlı ilə 1969-cu il təvəllüdlü Qönçə Us 1 noyabr 1996-cı il axşam saatlarında Quşadası Onura otelinə gəliblər. Hüseyn Qocadağın rəhbərliyi ilə Bucaqa məxsus 06 AC 600 dövlət nömrə nişanlı Mercedes markalı qara avtomobillə İstanbula getmək üçün yola çıxan qrup, 3 noyabr 1996-cı il tarixində saat 19.25 radələrində Susurluq rayonunun Çatalceviz məntəqəsində yanacaqdoldurma məntəqəsindən yola çıxan Həsən Gökçənin rəhbərliyi altında 20 RC 721 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Bu qəza mətbuat ədəbiyyatında “Susurluq qalmaqalı” və ya “Susurluq qəzası” kimi adlanırdı. Qəzada "Mercedes"i idarə edən Hüseyn Qocadağ, üzərində Mehmet Özbay şəxsiyyəti olan Abdullah Çatlı və Məlahət Özbay saxta şəxsiyyətli Qönçə Us dünyasını dəyişib.
Coğrafi uzunluq
Coğrafi uzunluq - yer səthində hər hansı bir nöqtənin mövqeyini təyin edən koordinatlardan biri olub, başlanğıc meridianı ilə həmin nöqtənin meridianı arasında qalan paralel qövsünə deyilir. Coğrafi uzunluq qədər hesablanır. Saat ölçüsündə hər 15 dərəcə coğrafi uzunluq 1 saata,hər 1 dərəcə 4 dəqiqəyə, 1 dəqiqə isə 15 saniyəyə bərabərdir.
Mil (uzunluq)
Mil — uzunluq ölçü vahidi == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 m-ə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Uzunluq (Cəbr)
Uzunluq — cəbrdə verilmiş modulun ölçüsünü göstərir. == Təyini == Əgər A {\displaystyle A} üzüyü üzrə M {\displaystyle M} modulu verilibsə, onda M {\displaystyle M} -in uzunluğu alt modulların cəmindən ibarət olur: 0 = N 0 ⊊ N 1 ⊊ N 2 ⊊ … ⊊ N n = M . {\displaystyle 0=N_{0}\subsetneq N_{1}\subsetneq N_{2}\subsetneq \ldots \subsetneq N_{n}=M.} Buradakı uzunluq çox vaxt ℓ A ( M ) {\displaystyle \ell _{A}(M)} və ya ℓ ( M ) {\displaystyle \ell (M)} ilə işarə edilir.
Uzunluq (Fizika)
Uzunluq fizikada xətti uzanmanın və obyektlər arasındakı məsafənin ölçüsü üçün əsas parametr sayılır. O ölçü normativi ilə və uzunluq vahidləri ilə təyin olunur. Uzunluğun işarəsi l, vahidi Sİ vahidlər sistemində metr m-dir. Başqa ölçü vahidləri metrəyə əmsalların vurulması ilə alınır. Bu aşağıda verilmişdir: Hesablanan vahidlər Kilometr: 1 km = 1000 m = 103 m Hektometr: 100 m = 102 m Dekametr: 10 m = 101 m Metr: 1 m = 1000 mm = 100 m Desimetr: 1 dm = 100 mm = 10−1 m Santimetr: 1 cm = 10 mm = 10−2 m Millimetr: 1 mm = 1000 µm = 10−3 m Mikrometr: 1 µm = 1000 nm = 10−6 m Nanometr: 1 nm = 1000 pm = 10−9 m Pikometr: 1 pm = 1000 fm = 10−12 m Femtometr: 1 fm = 1000 am = 10−15 m Attometr: 1 am = ... = 10−18 m Çeptometr: 1 zm = ... = 10−21 mYol və əyri uzunluğu üçün s işarəsindən istifadə edilir. Uzunluğun ölçülməsi müxtəlif ölçmə cihazlarının köməyi ilə aparılır. Klassik fizikada iki tərpənməz nöqtə arasındakı məsafənin uzunluğu dəyişməz hesab olunur. Nisbilik nəzəriyyəsində isə uzunluq müşahidəçinin nisbi hərkətindən asılıdır.
Uzunluq (Riyaziyyat)
Uzunluq riyaziyyatda parça, yol və əyrilərin xassələrini səciyyələndirir. Əyrinin uzunluğu həmçinin "qövs uzunluğu" da adlanır. == Parçanın uzunluğu == Əgər, uyğun olaraq ( a 1 , a 2 , a 3 ) {\displaystyle (a_{1},a_{2},a_{3})} , ( b 1 , b 2 , b 3 ) {\displaystyle (b_{1},b_{2},b_{3})} koordinatlarına malik A {\displaystyle A} və B {\displaystyle B} nöqtələri verilmiş R 3 {\displaystyle \mathbb {R} ^{3}} fəzaya aiddrsə, onda bu koordinatlar arasındakı A B {\displaystyle AB} parçasının uzunluğu Pifaqor teoreminə görə hesablanır: | A B | = ( a 1 − b 1 ) 2 + ( a 2 − b 2 ) 2 + ( a 3 − b 3 ) 2 {\displaystyle |AB|={\sqrt {(a_{1}-b_{1})^{2}+(a_{2}-b_{2})^{2}+(a_{3}-b_{3})^{2}}}} == Müstəvidə yolun uzunluğu == Müstəvi üzərində və ya fəzada yol iki və ya üç koordinat funksiyası ilə verilir: t ↦ ( x ( t ) , y ( t ) ) {\displaystyle t\mapsto (x(t),y(t))} uyğun olaraq t ↦ ( x ( t ) , y ( t ) , z ( t ) ) {\displaystyle t\mapsto (x(t),y(t),z(t))} , a ≤ t ≤ b {\displaystyle a\leq t\leq b} şərti daxilində.Hissə-hissə kəsilməyən yolun uzunluğu onun vektorunun inteqrallanması ilə əldə edilir: L = ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 d t {\displaystyle L=\int _{a}^{b}{\sqrt {{\dot {x}}(t)^{2}+{\dot {y}}(t)^{2}}}\,\mathrm {d} t} uyğun olaraq ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 + z ˙ ( t ) 2 d t . {\displaystyle \int _{a}^{b}{\sqrt {{\dot {x}}(t)^{2}+{\dot {y}}(t)^{2}+{\dot {z}}(t)^{2}}}\,\mathrm {d} t.} == Polyar koordinat sistemində yolun uzunluğu == Müstəvidə verilmiş yol polyar koordinat sistemnində r ( φ ) {\displaystyle r(\varphi )} şəklind təyin olunmuşsa, onda φ 0 ≤ φ ≤ φ 1 {\displaystyle \varphi _{0}\leq \varphi \leq \varphi _{1}} üçün φ ↦ ( r ( φ ) cos ⁡ φ , r ( φ ) sin ⁡ φ ) {\displaystyle \varphi \mapsto (r(\varphi )\cos \varphi ,r(\varphi )\sin \varphi )} hasil qaydasından alınır d x d φ = r ′ ( φ ) cos ⁡ φ − r ( φ ) sin ⁡ φ {\displaystyle {\frac {\mathrm {d} x}{\mathrm {d} \varphi }}=r^{\prime }(\varphi )\cos \varphi -r(\varphi )\sin \varphi } və d y d φ = r ′ ( φ ) sin ⁡ φ + r ( φ ) cos ⁡ φ {\displaystyle {\frac {\mathrm {d} y}{\mathrm {d} \varphi }}=r^{\prime }(\varphi )\sin \varphi +r(\varphi )\cos \varphi } , bununla ( d x d φ ) 2 + ( d y d φ ) 2 = ( r ′ ( φ ) ) 2 + r 2 ( φ ) {\displaystyle \left({\frac {\mathrm {d} x}{\mathrm {d} \varphi }}\right)^{2}+\left({\frac {\mathrm {d} y}{\mathrm {d} \varphi }}\right)^{2}=\left(r^{\prime }(\varphi )\right)^{2}+r^{2}(\varphi )} .Buradan polyar koordinat siistemondə yolun uzunluğu belə tapılır: L = ∫ φ 0 φ 1 ( r ′ ( φ ) ) 2 + r 2 ( φ ) d φ {\displaystyle L=\int _{\varphi _{0}}^{\varphi _{1}}{\sqrt {\left(r^{\prime }(\varphi )\right)^{2}+r^{2}(\varphi )}}\,\mathrm {d} \varphi } .
Uzunluq dairəsi
Uzunluq dairəsi — başlanğıc meridianının şərq və ya qərbindəki hər hansı bir nöqtənin açıldığı məsafəsidir. Uzunluq dairəsi bir vaxtlar dəniz naviqasiyası üçün böyük maneə törədirdi. XVIII əsrdə ingilis alimi Con Harrisonun yaratdığı saat ilə bu iş həll edilmişdi. XIX əsrdə radionun ixtirası ilə uzunluq dairəsi tarixində böyük dəyişikliyə səbəb oldu. Artıq uzunluq dairəsini bilməklə siqnalı istənilən nöqtəyə göndərmək olurdu. Sonralar radionaviqasiya ixtira olunmuşdur. Hal-hazırda naviqasiyada koordinatı tapmaq üçün Peyk naviqasiya sistemindən istifadə edilir.