Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şişmanlıq
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Sisqala
Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir. Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
Aprel işğalı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı. 1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qızıl Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Fransanın işğalı
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Küveytin işğalı
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır. 1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı. == Maliyyə borcu üzərində münaqişə == İran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir.
Kərkicahanın işğalı
Laçının işğalı
Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi.
Potinin işğalı
Rus ordusu tərəfindən Potinin işğalı — 2008-ci ildə Gürcüstan-Cənubi Osetiya qarşıdurmasının aktiv mərhələsində Gürcüstanın Poti şəhərinin rus ordusu tərfindən işğalı. Poti Qara dəniz sahilində Gürcüstanın iqtisadi cəhətdən əsas limanıdır. Poti dənizə çıxışı olmayan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kritik bir giriş nöqtəsidir. Rusiya təyyarələri 8 avqustda Potini bombalayır və liman iki gün bağlı qalır. Rusiya Hərbi Hava Qüvvələri 9 avqustda limana hücum edir. Rusiya hərbi gəmiləri 10 avqust 2008-ci ildə Poti də daxil olmaqla Qara dəniz sahilindəki Gürcüstan limanlarının yaxınlığında yerləşdirilir. Avqustun 11-də gürcü səlahiyyətliləri rus qüvvələrinin Potiyə daxil olduğunu, ancaq Rusiya yalnız kəşfiyyat missiyası göndərdiyini iddia edir. 12 avqustun səhərində, Rusiya prezidenti rus hərbi əməliyyatları dayandıracağını açıqladıqdan bir saat sonra bombardman səsləri eşidilir. Rus qoşunları Poti limanından keçərək onun ətrafında mövqelər tutur.. 12 avqustda Rusiya Qara Dəniz Donanmasının döyüş gəmiləri Poti limanına uğurlu basqın təşkil edir.
Qorinin işğalı
Qorinin işğalı — Qori və ətraf bölgələrinin Rusiya-Gürcüstan müharibəsi çərçivəsində Rusiya hərbi qüvvələri tərəfindən 13 avqust 2008-ci ildə başlayan və 22 avqust 2008-ci il tarixində rus birliklərinin şəhərdən çıxması ilə sona çatan hərbi işğalı idi. Qori mərkəzi Gürcüstanda, Tsxinvali şəhərindən təxminən 25 km (16 mil) məsafədə yerləşən strateji bir şəhərdir. Şəhər həmçinin Gürcüstanın böyük bir hərbi quraşdırma və nəqliyyat mərkəzidir. 7 avqustda Qori yaxınlığında 75 tank və zirehli nəqliyyat vasitələri (Gürcüstan hərbi arsenalının üçdə biri) yığılmışdı. 9 avqust 2008-ci il tarixində, səhər saat 6:27 radələrində Reuters, iki rus qırıcısının Gürcüstanın Qoridən 10 km şimalda yerləşən altilleriya mövqeyini bombaladığını bildirmişdir. Yaranan partlayış zamanı bazadan əlavə bir neçə yaşayış binası və bir məktəb də ziyan görmüşdü. Gürcüstan hökuməti yaşayış binalarına bomba düşməsi nəticəsində 60 nəfər mülki vətəndaşın öldüyünü bildirmişdir. Rusiya mətbuatının yazdığına görə, Rusiya təyyarələri silah anbarına üç bomba atmış və anbardalı sursatların partlaması nəticəsində əraziyə bitişik 5 mərtəbəli yaşayış binalarından birinin fasadı zərər görmüşdü. Rus təyyarələri 9 avqusta qədər Gürcüstanın ən az beş şəhərini bombalamışdır. Gürcüstan Ordusu Tsxinvali məğlubiyyətindən sonra yenidən Qoridə toplandı.
Qrenadanın işğalı
Qrenadanın işğalı (ing. Operation Urgent Fury - Təcili Qəzəb) - 1983-cü ildə Karib hövzəsində yerləşən Qrenada adasının ABŞ və bir necə Karib hövzəsi ölkələri tərəfindən işğal edilərək, marksist hökumətin hakimiyyətin kənarlaşdırılması ilə nəticələnmiş hərbi əməliyyat. Soyuq müharibə dövründə Qərb yarımkürəsində baş vermiş ən böyük münaqişələrdən biri olaraq qəbul edilir. Qrenadanın işğalı eyni zamanda Amerika Birləşmiş Ştatlarının Vyetnam müharibəsindən sonra sərhədləri xaricində qoşulduğu ən böyük hərbi qarşıdurma olaraqda qəbul edilir.
Reynlandın işğalı
Reynlandın işğalı — Almaniya İmperiyasının ordusunun 1918-ci ildə darmadağın edilməsindən sonra 1 dekabr 1918-dən 30 iyun 1930-a qədər baş verən işğal hadisəsi. Birinci atəşkəs (11 noyabr 1918 - 13 dekabr 1918) Atəşkəsin ilk uzadılması (13 dekabr 1918 - 16 yanvar 1919) Atəşkəsin ikinci uzadılması (16 yanvar 1919 - 16 fevral 1919) Atəşkəsin üçüncü uzadılması (16 fevral 1919 - 10 yanvar 1920) 1920: Müttəfiq Reynlandın Ali Komissiyasının yaradılması (10 yanvar 1920, Versal Anlaşmasının bəndləri 428-431) 1930: 1930: 1925-26-cı il Lokarno müqaviləsi şərtlərinə əsasən müttəfiq birliklər geri çəkildi. 1936: 7 martda Hitlerin rəhbərliyi altında alman qoşunları tərəfindən Reynlandın remilitarizasiyası. Bu, Aaxendə qərargahı olan və Krefelddə qoşunları yerləşən 20000 əsgərdən (beş bölmə) ibarət ordu idi. Orduya Armand Hyuz komandirlik edirdi. Britaniya ordusu 3 dekabr 1918-ci ildə Almaniyanın ərazisinə girdi. Reyn Britaniya Ordusu 1919-cu ilin martında işğalçı qüvvə olaraq quruldu. Qərargahı Köln şəhərində yerləşirdi və The Cologne Post qəzetini buraxırdı. Fransanın səkkizinci və onuncu ordusu əslində işğal planına daxil olan fransız qüvvəllərini meydana gətirdi. Səkkizinci ordu general Oqustin Jerarın komandalığı altında idi və Pfalitsi işğal etmişdi.
Xankəndinin işğalı
İstanbulun işğalı
İstanbulun işğalı — Antanta qoşunları tərəfindən 13 noyabr 1918-ci ildən 1923-cü il oktyabrın 4-dək davam etmişdir. 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası Antanta dövlətləri arasında bağlanmış Mudros müqaviləsi şərtlərinə görə boğazlardakı istehkamlar Antantanın nəzarətinə verilir. Eyni zamanda britaniyalı admiral Somerset Qu-Kaltorp Antanta hökumətlərinin Osmanlı hökumətini ləğv etmək və ya "İstanbulu işğal edərək" hərbi nəzarət altına almaq niyyətində olmadığını bildirdi. Bununla belə yalnız sultan, baş vəzir və Rauf Bəy üçün nəzərdə tutulan gizli bir mesaj göndərdilər. Orada boğazlar bölgəsini işğal etmək üçün yalnız ingilis və fransız qoşunlarının istifadə ediləcəyi vəd edildi; suverenliyin simvolu olaraq az sayda Osmanlı qoşununun oraya buraxılmasına icazə verilirdi. Mudros anlaşmasının imzalanmasından cəmi 13 gün sonra, 12 noyabr 1918-ci ildə fransız ordusu İstanbula daxil olur. 13 noyabrda Britaniya qoşunları şəhərə girir. 1918-ci ilin dekabrında İstanbulda Antanta hərbi idarəsi qurulur. 7 fevral 1919-cu ildə italiyalılardan ibarət bir batalyon Qalataya daxil olur. 8 fevral 1919-cu ildə II Mehmedi təqlid edərcəsinə fransız general Franç d'Espere ağ atın belində şəhərdə keçid edir.
İzmirin işğalı
İzmirin işğalı (türk. İzmir'in işgali, yun. Κατοχή της Σμύρνης) və ya İzmir Zonası (türk. İzmir Bölgesi, yun. Ζώνης της Σμύρνης) — Birinci Dünya Müharibəsindən sonra Parisdə yığışan beynəlxalq sülh konfransının qərarı ilə İzmir şəhərinin 1919-cu ilin may ayının 15-də Yunanıstan Krallığı tərəfindən işğalı başlayan və 1922-ci ilin Sentyabr ayının 9-da Türkiyə Ordusunun şəhərə daxil olması ilə sona çatan işğalı. İzmirin İşğalı, Antanta ölkələrinin icazəsi ilə Yunanıstan Yüksək Komissarı Aristidis Sterqiyadis əmri altında edilmişdir. Birinci Dünya Müharibəsində Yunanıstan Krallığı ilə Osmanlı İmperiyası arasında hər hansı bir hərbi qarşıdurma yaşanmaması səbəbiylə işğal, Antanta ölkələri arasında da müzakirə mövzusu olmuşdur. İşğala icazə verən Antanta ölkələrinin əsas məqsədi İtaliya Kralığının Anadoludakı torpaq qazanclarını tənzimləmək idi. İtaliya, Birləşmiş Krallıq və Fransa arasında 1917-ci ilin Aprel ayının 26-da edilən Sen Jan de Mauriyenne müqaviləsi Yunanıstan işğalı ilə uyğunlana bilməyib, çünki İtaliya Kralığına söz verilən İzmir bölgəsi Yunanıstan Kralıığı tərəfindən işğal edilmişdir. Yunanların hərəkatları, Türk Qurtuluş Savaşında İtaliya Krallığı-Türk Milli Hərəkatı arasında yaxınlaşmağa səbəb olmuşdur.
Şuşanın işğalı
Şuşanın işğalı və ya "Dağlarda toy" əməliyyatı (erm. "Հարսանիք լեռներում" ռազմագործողություն) — Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə. Döyüş üçün strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşada 8 may 1992-ci il tarixində baş vermiş və erməni qüvvələrinin onu işğal edərək, azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir. Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı. 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu.
Kəlbəcərin işğalı
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. == Zəmin == Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Frakiyanın işğalı
Frakiyanın işğalı — Birinci Dünya müharibəsindən sonra Müttəfiq dövlətlər tərəfindən həyata keçirilmiş işğal prosesi. Mudros barışıq müqaviləsindən sonra Ədirnə–İstanbul dəmir yoluna nəzarət etmək üçün bir Fransa alayı Frakiyaya yerləşdirilmişdi. Fransa generalı Franşe d'Espre ilə Yunanıstan Baş naziri Venizelos arasında imzalanan müqavilə ilə Quləliburqaz–Xədimköy xətti Yunanıstan ordusunun işğalına buraxılmışdır. 14 yanvar 1919-cu ildə Xədimköydən Quləli və Burqasa qədər bütün dəmir yolu stansiyaları Yunanıstan qüvvələri tərəfindən işğal edilmişdir. San-Remo konfransında Müttəfiqlər Şərqi Frakiyanı Ədirnə ilə birlikdə Yunanıstana verməyə qərar vermişdilər. Şərqi Frakiyanın Yunanıstana veriləcəyi aydınlaşınca region xalqı həll yolunu Ankara hökumətində axtarmağa başlamışdır. 9 may 1920-ci ildə Ədirnədə toplanan Osmanlı imperiyasının Frakiya Paşalı Müdafiə Komitəsinin II konqresində Ədirnə və Şərqi Frakiyanın Yunanıstana verilməsini qəti şəkildə rədd edilmiş, ölkə ərazisini müdafiə etməyə qərar verilmişdir. Bu məqsədlə yerli əhalidən əsgər toplamaq və silahlı müdafiə tədbirləri görmək qərarı alınmışdır. Sevr müqaviləsinin imzalanmasını asanlaşdırmaq və Osmanlı imperiyasına həm faktiki, həm də qanuni olaraq son qoymaq üçün Yunanıstan ordusu Müttəfiq dövlətlərin təşviqi ilə həm Anadoluda, həm də Frakiyada hərəkətə keçmişdir. 20 iyul 1920-ci ildə başlayan Yunanıstan hücumunun sonunda Ədirnə 24 iyul 1920-ci ildə ələ keçirilmişdir.
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. == Hərbi əməliyyatlar və şəhərdə Osmanlı hakimiyyətinin yaradılması == Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.
Şamın işğalı
Şamın işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə baş vermiş olan Mərcidabık döyüşündə Qansu Qavrinin komandanlığı altında olan Məmlüklər ordusunu ağır məğlubiyyətə uğradan Yavuz Sultan Səlimin komandanlığı altında olan Osmanlı ordusu kampaniyanı davam etdirərək 27 sentyabr 1516-cı ildə Şam ətrafına, 3 oktyabrda isə şəhərin mərkəzinə daxil olmuşdur. Yavuz Sultan Səlimin komandanlığı altındakı Osmanlı ordusu 15 sentyabr 1516-cı ildə Hələbi tərk edərək Şam istiqamətində irəliləməyə başlamışdır. Sentyabrın 19-da Həmanı, 21-də isə Hümsü ələ keçirən Osmanlı ordusu, Mərcidabık döyüşündə həlak olan Qansu Qavrinin yerinə yeni sultan təyin etmək üçün Məmlük bəylərinin Şamdakı iclaslarının nəticəsiz başa çatmasını və bəylərin də 22 sentyabrda Qahirəyə getmələrini gözləmişdir. Osmanlı ordusu daha sonra kampaniyanın növbəti mərhələsini davam etdirərək sentyabrın axırlarına doğru Şamın kənar məhəllələrindən biri olan Məstabaya daxil olmuşdur. Şamdakı Məmlük əmiri Nəsirəddin Osmanlı tərəfinə keçən Xeyir bəyin təklifi ilə təslim olmuşdur. 3 oktyabr 1516-cı ildə isə Osmanlı ordusu Şamın mərkəzinə daxil olur. Qəsri Ablakda Suriyadakı müxtəlif Məmlük qalalarının komandirləri, ərəb əmirləri və Livandakı druzlar Yavuz Sultan Səlimə təslimiyyətlərini təqdim etmişdirlər. Səlim; İsgəndərpaşazadə Mustafa bəyi Tərabülüs əş-Şama, Evrenosoğlunu Qüdsə, Müstənsiroğlunu isə Safedə sancaqbəyi təyin etmişdir. O, İbn əl-Hənəşi isə druzların başçısı təyin edir.
Dori işğalı
Dori işğalı ( yun. Κάθοδος των Δωριέων ) — Tunc dövrünün sonunda dorilərin şimaldan Peloponnesə hipotetik kütləvi köçü. Mikena sivilizasiyasının tənəzzülü, dəniz xalqlarının hərəkəti və "Qaranlıq əsrlər"in başlanğıcı dori işğalı ilə əlaqələndirilir. Alimlər işğalın arxeoloji sübutu kimi Mikena keramikası ənənələrinin deqradasiyasını və həndəsi üslubun yayılmasını adlandırırlar.
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.