Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bızqov
Bızqov — Şahbuz rayonunun İm.-qərbində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2470 m.; Bızqov — Dəvəçi rayonu ərazisində dağ.
Buzqov
Aşağı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Yuxarı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd.
Aşağı Buzqov
Aşağı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun mərkəzi Aşağı Buzqov kəndi olan Buzqov kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Buzqov kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Kənd Buzqovçayın aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim Yuxarı Buzqov adının qarşılığıdır. Ərazi adını eyniadlı çaydan almışdır.Aşağı Buzqov // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.</ref> == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Buzqov dağı
Buzqov dağı – Babək rayonu ərazisində dağ (hünd. 2475,5 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Buzqovçayın mənbə hissəsində, Yuxarı Buzqov kəndindən 2,3 km şimal-qərbdədir. Orta Triasın Anizi mərtəbəsinə aid Ərdağı lay dəstəsinin massiv dolomitlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında, eyniadlı qırılmanın asılı şimal qanadı boyunca uzanan Keçəltəpə antiklinalının şimal qanadında yerləşir. Qərb və şərq yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları izlənilir.
Buzqov nekropolu
Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə. == Haqqında == Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Dmitri Sıçyov
Dmitri Sıçyov (rus. Дмитрий Сычев; 26 oktyabr 1983, Omsk) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu. == Gəncliyi == Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb. == Lokomotiv == Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub.
Timofey Mozqov
Timofey Pavleviç Mozqov, (rus. Тимофей Павлович) peşəkar basketbolçudur. O 1986-cı ilin iyul ayının 16 anadan olub. NBA-nın Bruklin Nets komandasının oyunçusudur. 2016-cı ilde Mozqov Klivlend Kavalers komandası ilə NBA-nın çempionu adını qazanır. Beləliklə, ilk rus basketbolçularından biri kimi məşhurlaşır. Rusiya komandasının üzvü kimi 2012-ci ilde Yay Olimpiyadasında gümüş medal qazanır. Avrobasketbol 2011-də isə bürünc medal əldə edir. Mozqov peşəkar karyerasına Rusiyanın Lenvo Peterburq komandasından başlayır. 2004-2005-ci illər mövsümündə bu komanda Rusiya ikincisi idi.
Yuxarı Buzqov
Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Buzqov kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Buzqov olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Buzqov, bu yaşayış məntəqəsi isə Yuxarı Buzqov adlandırılmışdır. Buzqov ərazidəki çayın adıdır. Kənd Buzqov çayının sahilində yerləşdiyi üçün belə adlanır. Qarabağ müharibəsi başlandığı dövrdən etibarən ermənilər bir neçə dəfə bu kəndə hücum ediblər, lakin onların hücumunun qarşısını hər dəfə əsgərlər uğurla alırdı. Kənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Yuxarı Buzqovda kitabxana binası dağıdılmışdır. Bununla yanaşı kənddə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 387 nəfərdir. Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Aşağı Buzqov piri
Aşağı Buzqov piri — Babək rayonunun Aşağı Buzqov kəndindən qərbdə ziyarətgah. Yuxarı Buzqova gedən yolun sağında, qayaların altında yerləşən bu pir, hər iki Buzqov camaatının əsas inam yerlərindən biridir. Ziyarətgahın müqəddəsliyi buradakı bulaq, müxtəlif ağac və kollarla əlaqələndirilir. Xalqın inamına əsasən müqəddəslərdən biri buraya, qayanın altına sığınmış, ona görə bulaq və yaşıllıq əmələ gəlmişdir. İnamların xarakteri ilə tanışlıq onların islamdan əvvəlki dövrlərə aid olduğunu söyləməyə imkan verir. Muxtar Respublikanın digər bölgələrindəki bu tip pirlərdə olduğu kimi, burada da ağac və kollara müxtəlif rəngli parçalar bağlamaqla onları, bulağı müqəddəs sayırlar. İnamların xarakteri və ziyarətgahın quruluşu onun e.ə. II–I minilliyə aid olduğunu söyləməyə imkan verir. == İstinadlar == == Həmçinin bax == Qədirzadə H. Q. Cəhriçay vadisi: m.ö. 4 minillikdən günümüzədək (tarixi-etnoqrafik araşdırma).
Buzqov travertin yatağı
Buzqov travertin yatağı- Babək rayonu ərazisində Naxçıvan şəhərindən 40 km şimal-qərbdə,Aşağı Buzqov kəndindən 2 kilometr şimaldadır. == Geoloji quruluşu == Geoloji quruluşunda Orta Dördüncü dövr yaşlı açıq-boz, sarımtıl-boz və ağ rəngli məsaməli travertin təşkil edir. Travertin yatağın şimal hissəsində yerləşən dərinlik qırılması boyunca çıxan isti bulaqlardan kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlmişdir.Sahəsi 0.6 kvadrat kilometr, faydalı qatın qalınlığı 5.7–9.0 metrdir.Blok çıxımı 42.8 faiz təşkil edir. Yüksək dekorativliyə malik olduğuna görə üzlük daşı kimi istifadə olunur. Tullantıları isə birinci növ əhəng istehsalında və çınqıl kimi yol tikintisində işlədilir. Yatağın əlverişli dağ-texniki şəraiti açıq istismar üçün yararlıdır.1983-cü ildən istismar olunur. Yatağın sənaye ehtiyatı 10409 min kub metrdir.
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, talışca "kənd yeri" mənasındadır.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1018 nəfərdir. Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Şizuo
Şizuo — ad. Şizuo Takada — yaponiyalı keçmiş futbol hakimi. Şizuo Miyama — keçmiş Yaponiya futbolçusu.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973-1976-cı illərdə aspirant, 1976-1984-cü illərdə kiçik elmi işçi, 1984-1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Yakov Sinyov
Yakov Mixayloviç Sinyov (rus. Я́ков Миха́йлович Синёв ; 1912 – 17 aprel 1943, Krımsk, Krasnodar diyarı) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 1943). Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir. 25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. 17 aprel 1943-cü ildə həlak olmuşdur.
Şirşov gölü
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Harli adasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın şimalında Astronomik burnunun yaxınlığında yerləşir. Gölə buzlaqdan axar tökülür. Ondan isə bir axar dənizlə birləşir. Göl yaxınlığında rəsədxana vardır. Professor Pyotr Şirşovun şərəfinə adlandırılmışdır.
Şirşov silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Sergey Şipov
Sergey Şipov (rus. Сергей Шипов; doğ. 17 aprel 1966, Murom, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı, qrosmeyster (1996), həmçinin şahmat məşqçisi, şərhçi və yazıçı. Sergey Şipov 1966-cı il aprelin 17-də Vladimir vilayətinin Murom şəhərində anadan olub. 1970-ci illərin əvvəllərində ailəsilə birlikdə Kirjaç şəhərinə köçüb. Burada o, uzun müddət şahmat dərnəyində məşğul olub. 1979-cu ildə Moskvada idman internatına daxil olub. 1983-cü ildən 1989-cu ilədək Moskva Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 1989-1991-ci illərdə Moskva vilayətivin Çernoqolovka şəhərində yerləşən SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda çalışıb. 1992-ci ildə beynəlxalq usta normasını yerinə yetirib, 1996-cı ildə isə beynəlxalq qrosmeyster adını alıb.
Şirov (Tarım)
Şirov (az-əbcəd. شیرُو‎, fars. شیراب‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (9 ailə).
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Şizuo Miyama
Şizuo Miyama — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şizuo Takada
Şizuo Takada (yap. 高田 静夫 Takada Şizuo; 5 avqust 1947, Tokio[d]) — yaponiyalı keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş futbol üzrə dünya çempionatında İspaniya-Əlcəzair oyununda, 1990-cı ildə İtaliyada təşkil olunmuş mundialda isə Yuqoslaviya-BƏƏ matçında baş hakimlik etmişdir.
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.
Şıxov çimərliyi
Şıxov çimərliyi — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.