Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. == Yaranması == 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
Avropa-Asiya sərhəddi
Avropa-Asiya sərhəddi — Dünyanın hissələri olan Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Rusiya ərazisində sərhədin ümumi uzunluğu 5524 km-dir (bunun 2000 km Ural silsiləsi boyunca, 990 km Xəzər dənizi boyunca yerləşir.). Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcısı.Avropanın ayrılması özü məntiqin və coğrafi şərtliliyin deyil, tarixin nəticəsidir. == Tarix == Eramızdan əvvəl VI əsrdən etibarən Avropa və Asiyanın sərhəddi indiyə qədər qərbdən şərqə doğru əhəmiyyətli bir hərəkətlilik yaşamışdır. Qədim yunanlar bunu Aralıq dənizinin orta hissəsinə qədər uzatmışdılar. Daha sonra e.ə. 524–457-ci illərdə Kerç boğazı və Don çayı sərhəd sayılmağa başlanılır. Ptolemeyin böyük elmi nüfuzu bu fikrin möhkəm qurulmasının və XVIII əsrə qədər dəyişməməsinin səbəbi idi. 1730-cu ildə İsveç alimi Filipp İohann fon Stralenberq dünya elmi ədəbiyyatında Avropa ilə Asiya arasında sərhəd çəkmək fikrini ilk dəfə əsaslandırır. Daha sonra 1736-cı ildə Vasili Tatişev bu fikri Stralenberqa təklif etdiyini iddia edir.
"Sərhəddə fərqlənməyə görə" medalı
Sərhəddə fərqlənməyə görə medalı — Azərbaycan Respublikasının medalı.“Sərhəddə fərqlənməyə görə” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur. Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca “Sərhəddə fərqlənməyə görə” sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Persia sərhəddində döyüş
Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır. Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər. Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir. Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi. Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi.
Sərhəddin Abdullayev
Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb. 1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb. 1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib. 1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Sərhəddə fərqlənməyə görə medalı
Sərhəddə fərqlənməyə görə medalı — Azərbaycan Respublikasının medalı.“Sərhəddə fərqlənməyə görə” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur. Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca “Sərhəddə fərqlənməyə görə” sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Vətən Sərhəddən Başlanır (1988)
== Məzmun == Film sərhədçilərə həsr olunmuşdur.
Vətən sərhəddən başlanır (film, 1988)
== Məzmun == Film sərhədçilərə həsr olunmuşdur.
Abbasabad (Sərhənd)
Abbasabad (köhnə adı Qaradərə) — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərhənd bölgəsinin Sərhəndbala (YUxarı Sərhənd) kəndistanında, Sərhənd qəsəbəsindən 38 km şimal-şərqdədir.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Moxoroviçiç sərhədi
Moxo (Moxoroviçiç) səthi — materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır. == Kəşf olunma tarixi == 1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir. == Dərinliyi == Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir. == Adlandırılması == Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.
Sərhəd Hüseynov
Sərhəd Fərhad oğlu Hüseynov (21 aprel 1996, Araz Yağlıvənd, Füzuli rayonu, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərhəd Hüseynov 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib. == Hərbi xidmətləri == Sərhəd Hüseynov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq əsgər olaraq xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərhəd Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olub. Füzulidə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sərhəd Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. == Siyasi fəaliyyəti == Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sərhəd Zöhrabbəyov
Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş igid döyüşçü. == Həyatı == Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalenin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir. S.Zöhrabbəyov son iş yerindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir. Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab, qızı Reyhanə Bərdə şəhərində yaşayırlar. Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır. Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordenli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur. == Şəkilləri == == Mənbə == Sərraf Şiruyə "Ölümdən sonrakı ömür", Gəncə-1997.
Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan-Türkiyə sərhədi
Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 15 km olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd Rusiya və Türkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir. == Coğrafiyası == Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir. == Keçid == 22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.
Azərbaycan-İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Azərbaycan–Ermənistan sərhədi
Azərbaycan–Ermənistan sərhədi — Azərbaycan və Ermənistan arasında dövlət sərhədi. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinnin uzunluğu 996 ilə 1007.1 km arasında dəyişir. Avropa marşrutları E002 və E117 sərhəddən keçir. De-Yure Azərbaycan-Ermənistan sərhədi keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlə uyğundur və iki əsas hissədən ibarətdir: qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistan ilə "materik" Azərbaycan arasında daha uzun bir hissə. Bundan əlavə, de-yure, sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin faktiki olaraq indi onlar müfafiq dövlətlərin nəzarətindədir. Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir — sərhədin qərbi Naxçıvan bölməsi mübahisəli deyil (Kərki anklavı istisna olmaqla), ancaq şərq sərhədlərinin bir qisminə Azərbaycan nəzarət etmir. 1990-cı illərdə Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi faktiki olaraq təxminən yarısına qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilin uzanan, yalnız Dağlıq Qarabağın əksər hissəsini deyil, həm də Azərbaycanın əhəmiyyətli hissəsini əhatə edən "Təmas xətti" ilə formalaşır. Ermənistan faktiki bu ərazini işğal edir. Nəticədə işğal olunan ərazilərdə Qondarma Dağlıq Qarabağ Respublikasını təşkil edilir. Ermənistanla QDQR arasındakı sərhəd de-yure Azərbaycan–Ermənistan sərhədi boyunca davam edir.
Azərbaycan–Gürcüstan sərhədi
Azərbaycan–Gürcüstan sərhədi — Azərbaycan və Gürcüstan arasında dövlət sərhəddinin uzunluğu 428 km-dir. Qərbdə Ermənistanla sərhəd qovşağından şərqdə Rusiya ilə sərhəd qovşağına qədər uzanır. == Təsvir == Azərbaycan-Gürcüstan sərhədi qərbdən Ermənistanla sərhəddən başlayır və Candargöl gölünü keçərək cənub-şərq istiqamətində uzanır. Bir qədər sonra Azərbaycanın Mingəçevir su anbarının ətrafından şimal-şərqə doğru qalxır. Sonra sərhəddin bir hissəsi Qanıxçayın yatağını təşkil edir. Əvvəlcə şimal-şərqə, daha sonra şimal-qərb istiqamətində gedir. Bundan əlavə sərhəd Şromis-Xevi su axını ilə şimala doğru keçir. Burada Azərbaycanın Yeni-Şərif kəndi ərazisində Matsinis-Tskali çayına şərqə bir dönüş və sonuncunun mənbəyində Rusiya ilə sərhəd qovşağına çatır. == Tarixi == XIX əsrdə tənəzzülə uğrayan Qafqaz bölgəsi Osmanlı, Qacar dövləti və Rusiya İmperiyası arasında hərbi poliqona çevrilmişdi. Rusiyanın cənub istiqamətində genişlənən genişlənən hərbi müdaxiləsi vardı.
Azərbaycan–Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi — Azərbaycan və Rusiya arasında dövlətlərarası sərhəd. Sərhəddin uzunluğu 327,6 km (55,2 km çay, 272,4 km quru) quru sərhəddi, 22,4 km isə dəniz sərhəddidir. Sərhəddə Rusiya Federasiyasının ən ucqar cənub nöqtəsi yerləşir. 1991-ci ildə Rusiya ilə Azərbaycan haqqında bu sərhəd dəqiqləşib. Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir və piyada keçidləri müxtəlif hissələrdə yerləşir. Onlardan biri dağlıq və dağətəyi zonadakı (Samurçay üzərindən), digəri isə aşağıdan (Samurçayın deltasının üzərindən) keçir. Keçmiş sərhəddə isə iki Rusiya eksklavası Xraxoba və Uryanobadır. Azərbaycan sərhəddi daxilində etnik qruplardan ləzgilər yaşayır. Sərhəd haqqında Azərbaycan və Rusiya ilə 2010-cu ildə müqavilə bağlanıb. Sərhəd çayı olan Samurçaydan suvarmada istifadə olunur.
Azərbaycan–Türkiyə sərhədi
Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 15 km olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd Rusiya və Türkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir. == Coğrafiyası == Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir. == Keçid == 22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.
Azərbaycan–İran sərhədi
Azərbaycan-İran sərhədi (fars. مرز آذربایجان و ایران‎) — Azərbaycanla İran arasında dövlət sərhədi. Ümumi uzunluğu 689 km-dir. Sərhəd bir-birinə bitişik olmayan iki hissədən ibarətdir. == Təsvir == === Qərb (Naxçıvan) bölməsi === Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. === Şərq bölməsi === Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Arar çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhrəmtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçay çayına keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir.
Ermənistan–Gürcüstan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. == Təsvir == Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
Gürcüstan–Ermənistan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Qazaxıstan–Qırğızıstan sərhədi
Qazaxıstan-Qırğızıstan sərhədi 1,212 km (753 m) olub , Özbəkistan və Çin ilə birlikdə üçtərəfli sərhəd təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek, bu sərhədin cənubunda 16 km məsafədədir və Almatı (Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı) onun şimalından yalnız 29 km (18.4 m) məsafədə yerlləşir. == Təsviri == Sərhəd qərbdə Uqam silsiləsində Özbəkistanla başlayır və sonra şimal-şərq istiqamətində Tarazdan keçərək və Qırğızıstanın Ala-Too dağları boyunca davam edir. Sərhəd Bişkek və Tokmokdan keçən Çu çayından əvvəl Kara-Balta ətrafında kobud çuxuru izləyir. Qazaxıstanın Tarazdan Aqtöbe dəmiryoluna qısa müddətdə keçən Sovet dövrünün mirası, infrastrukturun daxili sərhədləri nəzərə alınmadan inşa edildiyi bir yerdir. == Tarixi == XIX əsrdə Rusiya Mərkəzi Asiyanı Kokand və Xivə keçmiş müstəqil xanlıqlarını və Buxara əmirliyini birləşdirərək fəth etdi. Kommunistlər 1917-ci ildə hakimiyyətə gəldikdən və Sovet İttifaqını yaratdıqdan sonra Orta Asiyanı etnik əsaslı respublikalara bölüşdürmə qərarı verilmişdir, bunlar Milli ərazi sərhədləri (və ya ing. NTD) kimi tanınan bir prosesdir. Bu siyasətlə, Stalin, sakinlərini ayrı-ayrı ölkələrə bölüşdürdü və bu azlıqlar üçün sərhədlər müəyyən etdi.Sovetlər etnik cəhətdən homogen respublikalar yaratmaq məqsədi daşıyırdı, lakin bir çox sahələr etnik şəkildə qarışıq idi (məsələn, Fərqanə Vadisi) və bəzi xalqlara (məsələn, qarışıq Tacik-Özbek Sartı və ya Amudərya Türkmənistan / Özbek qəbilələri) 'hüququ' etnik etiket təyin etmək çətin idi. daha sonra isə ekspert biliklərinin olmaması və regionda dəqiq və ya dolğun etnoqrafik məlumatların çatışmazlığı ilə maneə törədiblər.
Qazaxıstan–Özbəkistan sərhədi
Qazaxıstan—Özbəkistan sərhədi — Qazaxıstan (cənubdan) və Özbəkistan (şimaldan) arasından keçən ümumi uzunluğu 2351 km olan dövlət sərhədi. == Tarix == === 1991-ci ildən əvvəli dövr === Sovet dövründə Qazaxıstan SSR və Özbəkistan SSR arasındakı sərhəd ən çox tənzimlənən sərhədlərdən biri sayılırdı. Ancaq həm Qazaxıstandan (Türkistan vilayətinin Sarıağaç və Maktaaral rayonları) həm də Özbəkistandan (Daşkənd və Cizzax rayonları) sıx məskunlaşmış ərazilərdən keçən uzunluğu təxminən 200 km olan bir hissədə bir çətinlik yaşanır. Bu ərazidə hər iki tərəfdəki yaşayış məntəqələri sürətlə böyümüşdür, bəzi yerlərdə sərhəd hətta həyətlərdən keçir. 1920-ci illərdən 1950-ci illərədək otlaq ərazilərin başqa respublikalara verilməsi təcrübəsi mövcud olmuşdur. Bu müəyyən bir ərazinin müvəqqəti istifadəsinə verilməsini təmin edir və heyvandarlığın məhsuldarlığını artırmaq məqsədi ilə həyata keçirilirdi. Ancaq "xarici" torpaqlardan istifadə edərkən istifadəçilər bu cür torpaqların qorunmasına çox əhəmiyyət vermirdi. Buda onların məhsuldarlığını itirirdi. Bu kimi torpaq yerdəyişmələri Cənubi Qazaxıstan vilayətinin Bostandık rayonu ərazisində baş verirdi. 1950-ci illərin əvvəllərində bu bölgənin Özbəkistana tamamilə verilməsi barədə müzakirələr başlayır.
Rusiya-Belarus sərhədi
Qurulur Rusiya-Belarusiya sərhədi — Rusiya Federasiyası ilə Belarus Respublikası arasındakı dövlət sərhədi. SSRİ dağılandan bəri RSFSR və Belorusiya SSR ayrı dövlətlərə çevrildikdən bəri mövcuddur. Sovet İttifaqının dağılmasından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası və Balarusiyanın müstəqil dövlətlərə çevrildilər. 1991-ci ilə qədər RSFSR ilə Belorusiya SSR arasındakı sərhəd idi. Hazırda sərhəd məntəqələri və sərhəd nəzarəti praktiki olaraq yoxdur. Sərhəd formal olaraq mövcuddur, lakin gömrük yoxlamaları olmadan sərhədi keçmək olar. Sərhədin uzunluğu 1239 kilometrdir, onun 857.7 km hissəsini torpaq, 362.3 km hissəsini çay və 19.0 km hissəsini isə göl təşkil edir. Rusiya və Belarusiyanın xarici ticarəti bu sərhəddən keçir. 1 aprel 2011-ci ildən etibarən sərhəddə nəqliyyat nəzarəti ləğv edildi. 7 fevral 2017-ci il tarixindən etibarən təhlükəsizlik məqsədi ilə Rusiya tərəfində sərhəd zonası yaradıldı.
Rusiya-Gürcüstan sərhədi
Rusiya-Gürcüstan sərhədi — Rusiya ilə Gürcüstan arasında quru dövlət sərhədi. == Tarixi == Rusiya İmperiyası və Gürcüstan çarlıqlarının (Kartli, Kartli-Kaxeti) sərhədləri 18-ci əsrdə, Şimali Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra formalaşmağa başladı. 1801-ci ildə Kartli-Kaxetiya krallığı və 1818-ci ildə isə İmeretiya Rusiyanın tərkibinə keçir. 26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edilir. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Gürcüstan arasında Qafqaz silsiləsi boyunca sərhəd yenidən formalaşır (7 may 1920-ci ildə dövlətlər bir-birlərini rəsmi olaraq tanıyır). Gürcüstanın Sovetləşməsindən sonra, 1921–1991-ci illərdə RSFSR ilə Gürcüstan SSR arasında sərhəd cuzi dəyişiliklərlə yenidən formalaşır (1922-ci ilin dekabrından bu sərhəd SSRİ daxilində idi, 1936-cı ilədək Gürcüstan ZSFSR-nin tərkibində idi). 1944–1958-ci illərdə RSFSR və Gürcüstan SSR sərhədləri sonuncunun xeyrinə dəyişilir. Beləki qaraçaylılar və çeçenlərin deportasiya edildiyi ərazilərin bir hissəsi Gürcüstana verilir. Bu dövrdə Gürcüstan müasir Qaraçay-Çərkəzin bir hissəsini (Teberda və Qaraçayevsk şəhərləri arasındakı ətrrazi o zaman Klukhori adlandırıldı) və müasir Çeçenistanın yüksək dağ bölgələrini əhatə edirdi. Bu dövrdən əvvəl və sonra iki respublikanın sərhədi əsasən Qafqazın Baş silsiləsindən keçirdi.
Sərkənd
Sərkənd (qaz. Сарқан) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Sərkənd rayonunun mərkəzi. Sərkənd şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 196020100 . Mulalı dəmir yolu stansiyasından 135 km şərqdə (Türksib xəttində) və Taldıkorqandan 155 km şimal-şərqdə, Cungarskiy Alatau'nun qollarında yerləşir.Şəhər mərkəzi Taldıkorqandan təxminən 155 km şimal-şərqdə yerləşir. == Tarixi == Sərkənd haqqında ilk bəhs 1857-ci ilə aiddir. Rusiyadan gələn ilk məskunlaşma yerləri 1858-ci ildə Kopalsky və Lepsinsky bölgələrindən 22 kazak ailəsinin köçürülməsi ilə Sərkənd çayının sahillərində meydana gəldi. İlk məktəb 1872-ci ildə açıldı. 1928-ci ildə Sərkənd bölgəsi quruldu. Cherkasy volostunu və Lepsinski rayonunu əhatə edirdi.
Səhənd
Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ. Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUNvə s. şirkətlərin adlarını qeyd etmək olar.