Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov — Azərbaycan çempionu, əməkdar məşqçi, hakim. Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Rəsmiyyə Sabir
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sabin xan
Sabin xan — (bolq. Сабин) - Bulqar xanı. 765-766 illərində hökmdarlıq etmişdir. Kormisoş xanın kürəkəni yaxud qaynı idi. == Hakimiyyətə gəlməsi == Telets xanın öldürülməsindən sonra anti-Bizans əyanlar tərəfindən hakimiyyətə gətirilmişdi. == Hakimiyyəti == İmperator V Konstantin ilə gizli-gizli sülh istəyən xan məktublarının kəşf olunmasından sonra əyanlar tərəfindən taxtdan salındı və İstanbula qaçmaqla ölümdən xilas oldu. 768-ci ildə imperatorun nümayəndəsi olaraq Paqan xanla görüşmüşdü və sürgündə vəfat etmişdir.
Sabir (Şamaxı)
Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. 11 illik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Sabir Abbasov
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdinli
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962, Bakı) — Azərbaycan şairi, AYB-nin üzvü. == Həyatı == 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdulla
Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim. == Həyatı == Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M. Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb. Bir çox mükafatlara layiq görülüb, o cümlədən V. Tsıbin mükafatının laureatı olub. Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
Sabir Abdullayev
Sabir Abdullayev (15 aprel 1957, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi. == Həyat və yaradıcılığı == Sabir Abdullayev 1957-ci ildə Ağdam rayonunun Zəngişalı-Məhrızlı kəndində anadan olmuşdur. Qarabağ muğam məktəbinin tanınmış davamçılarındandır. Öz repertuarına bütün mövcud muğamları daxil etmişdir. "Zabul segahı", "Mirzə Hüseyn segahı"nı xüsusi zövqlə ifa edir. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil edilib. S. Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq şəkildə ifa edir. Gözəl vokal qabiliyyətli və musiqisevər bir ailədə böyümüşdür. Onun evindəki qrammofon yazılarından ustad sənətkarların — Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin səsləri eşidilərdi. Sabir Abdullayev gənc yaşlarından oxumağa başlamış, peşəkar musiqi təhsilini Asəf Zeynallı adına musiqi məktəbində almışdır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. == Həyatı == Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Sabir Adilov
Sabir Rahimoviç Adilov (özb. Sobir Rahimovich Odilov; 1 mart 1932, Daşkənd – 18 iyul 2002, Daşkənd) — Özbəkistan memarı, SSRİ xalq memarı (1981). O, Daşkəndin baş memarı (1970–1986) və onun memarlıq mərkəzinin müəlliflərindən biri (1966–1974) olmuşdur. Adilov 1975-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. == Mükafatlar == Özbəkistan SSR əməkdar inşaatçısı (1967). SSRİ xalq memarı (1981). SSRİ Dövlət mükafatı (1975) – Daşkənd mərkəzinin memarlıq-planlaşdırma həllinə görə. "Xalqlar dostluğu" ordeni.
Sabir Adnayev
Adnayev Sabir Adnayeviç (Rusiya Sovet Federativ Sosialist Respublikası) — 1949-cu il noyabrın 7-də SSRİ-nın Murom şəhərində (hazırkı Rusiya Federasiyasında) anadan olmuşdur, Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının əməkdar həkimi, fəlsəfə doktorudur. Azərbaycanda ilk özəl tibbi servis şirkəti "MediClub" MMM-nin, Sığorta şirkəti "A-Group" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və sahibi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) sabiq direktoru, Gürcüstanda isə "MediClubGeorgia"-nın təsisçisi və həmsahibidir. == Həyatı == Sabir Adnayev hərbi qulluqçu ailəsində anadan olub. Ailənin yeganə övladıdır. Atası – Adnayev Adna Bayramqulu oğlu – Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki, əməkdar çekist. Anası – Adnayeva Lyudmila Mixaylovna – əməkdar müəllim, fizika və riyaziyyət pedaqoqu. 1957-ci ildə ailə Bakıya köçüb. Sabir Adnayev Bakıda 160 saylı orta məktəbi bitirib. 1966–1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1983–1987-ci illərdə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə qiyabı aspirantura keçib.
Sabir Axmedov
Sabir Axmedov, Sabir Canli (1980) — Müğənni. == Tərcümeyi-hal == 12 Avqust 1980-ci ildə Bakı şəhərində Əhmədov Natiq Muxtar oğlu və Əhmədova Elvira Sabir qızının ailəsində anadan olmuşdur. Fortepiano, dirijorluq və akademik vokal üzrə musiqi məktəbini bitirib. İlk musiqi təhsili aldıqdan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Birtəhər konservatoriyada olarkən Rusiyanın, Moskvanın böyük imkanlara malik böyük bir şəhər olduğunu eşidir və bu sözlər qəlbində əbədi olaraq qalır və bir növ həyatda o dövrdə işləyən həmyerlisi ilə görüşərək Moskvaya getməyi qərara alır bazar, ona kömək istəməyi qərara alır, çünki şəhərin qərib olduğunu başa düşür və bir yerə başlamaq lazımdır, imtina etmir və ertəsi gün Çeremuşkinski bazarına (Moskva şəhəri) çatır və bazarda satışda kömək etməyə başlayır! Eyni zamanda, o, zirvələri fəth etmək üçün gəldiyini, lakin hər şeyin vaxtının olması ilə özünü təsəlli verdiyini yaxşı başa düşür! Beləliklə, 2 il keçdi, sonra Sabir, Vocal sinifindəki Gneseny Qardaşları Moskva Konservatoriyasında dinləmələrə getməyi qərara aldı, burada kollecə getmək və oxumaq təklif edildi, Sabir kollecə getdi və bir müddət sonra Estrada Caz məzunlarının imtahanına girmək çox təsirləndi növbəti semestr Variety Jazz Fakültəsinə köçürülməsini istədi, orada müəllimləri Raisa Vladimirovna var idi, o, böyük potensialı və səs gücünü gördü və imkanlarını inkişaf etdirməyə və uzatmağa başladı. vokal ki, Sabir hər şeyi oxusun və səsini heç kim kimi asanlıqla idarə etsin! İllər keçdikcə Sabir bazarda işləyirdisə, axşamlar kollecə getdi, eyni zamanda işləməyi və oxumağı bacararaq Moskva Dövlət Universitetinin qiyabi fakültəsinə daxil oldu! Həyatının hansı dövrünü, 5 il evliliyindən əvvəl tanış olduğu, bir qızı (Samira) olan ilk arvadı ilə Moskvada görüşdü!
Sabir Axundov
Sabir Axundov (1924 – 27 noyabr 2012) — diktor. == Həyatı == Sabir Axundov Moskva Dövlət Universitetinin Türkologiya fakültəsini bitirib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Azərbaycan Radio və Televiziyasının diktoru olmuşdur. Sabir Axundov son vaxtlar televiziya eksperti kimi fəaliyyət göstərirmiş.
Sabir Azəri
Sabir Əli oğlu Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964). == Həyatı == 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), "Ulduz" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993). == Yaradıcılığı == Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman çəkilir" pyesi tamaşaya qoyulmuş, onun əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. "Qorxu" povesti "Karvan" jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) dərc olunmuşdur. Yazıçı otuza yaxın kitabın müəllifidir.
Sabir Ağabəyov
Sabir Ağabəyov (tam adı: Sabir Məmməd oğlu Ağabəyov) — Azərbaycan diplomatı. == Diplomatik fəaliyyəti == Sabir Ağabəyov Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2007-ci il tarixli Sərəncamı ilə iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Mavritaniya İslam Respublikasında, 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Seneqal Respublikasında, 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Mali Respublikasında, 10 iyul 2008-ci il tarixli Sərəncamı ilə Qambiya Respublikasında, 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Həmin vəzifələrdə qalmaqla Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) daimi nümayəndəsi təyin edilmiş və 25 sentyabr 2012-ci il tarixində bu vəzifəsindən geri çağırılmışdır. Sabir Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrindən Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə geri çağırılmış və eyni gün imzalanmış digər Sərəncamla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Sabir Buqrin
Sabir Buqrin (10 iyul 1996) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun belçika doğumlu mərakeşli yarımmüdafiəçisi. == Peşəkar karyerası == Sabir futbolçu karyerasına 2009-cu ildə Belçikanın Antverpen əyalətinin Lyir şəhərində fransalı keçmiş futbolçu Jan-Mark Qilyo tərəfindən açılmış akademiyada başlamış, karyerasına daha sonra şəhərin eyni adlı təmsilçisi Lyir klubunda davam etmişdir. Onun Belçika çempionatındakı ilk peşəkar oyunu 25 may 2015-ci ildə Lommel klubuna 1–3 hesabı ilə məğlub olduqları qarşılaşma oldu. Ən yaxşı oyunçulardan biri olduğu Lyirdə üç uğurlu mövsüm keçirdikdən sonra Buqrin klubun maliyyə çətinliyi səbəbindən klubu tərk etdi. 30 yanvar 2018-ci ildə Buqrin Fransanın 2-ci liqa təmsilçisi Paris futbol klubu ilə müqavilə imzaladı. 1 il klubun əsas və köməkçi komandalarında çıxış etdikdən sonra 2019-cu ildə Lüksemburqun Düdelanj klubuna transfer oldu. UEFA Avropa Liqasının 2019/2020 mövsümündə Düdelanjın heyətində təsnifat mərhələsində uğurla çıxış etmiş, bu uğurun davamı olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışlar. Qrup oyunlarının 5-də meydana çıxan Sabir, təmsilçimiz Qarabağla oyunların hər ikisində də iştirak etmiş və 2-ci qarşılaşmada komandasının yeganə qolunu vurmuşdu (hesab 1–1). 18 iyul 2020-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən Bakının Neftçi klubu ilə 2 illik müqavilə imzalamışdır.
Sabir Bəşirov
Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü. == Həyatı == Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. == Pedoqoji fəaliyyəti == Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
Sabir Gəncəli
Sabir Gəncəli (tam adı: Sabir Süleyman oğlu Məmmədov; 1932, Gəncə) — tarix elmləri doktoru, yazıçı, jurnalist. == Həyatı == Sabir Gəncəli 1932-ci ildə Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958–1963-cü illərdə Bakı qəzetində, 1963–1967-ci illərdə "Azərbaycan qadını (jurnal)" jurnalı redaksiyasında ədəbi işçi, 1967–1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976–2010-cu illərdə "Azərbaycan qadını (jurnal)" jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990–1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların — "Fermer" və "Vəfa" jurnalı, "Cik-Cik" qəzeti, "Səhnə", "Dəli Kür" qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000–2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli "Azərbaycan mətbuat tarixi" və "Jurnalistika sənətkarlığı" fənnindən dərs demişdir. == Yaradıcılığı == Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir.
Sabir Hacıyev
Sabir Hacıyev (fizik) — professor (1975) Sabir Hacıyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Sabir Hacıyev (jurnalist) — Azərbaycanın "Əməkdar jurnalisti" (1989), Azərbaycan Yazıçılar (2001) və Jurnalistlər (1970) Birliklərinin üzvü.
Sabir Heydərov
Sabir Hüseynov
Sabir Hüseynov (16 aprel 1928, Bakı – 20 noyabr 2015) — Azərbaycan çempionu (1954), əməkdar məşqçi, ümumittifaq dərərəcəli hakim. == Həyatı == Sabir Hüseynov 1967–1992-ci illərdə yığma komandanın baş məşqçisi olub. == Fəaliyyəti == Sabir Hüseynov XX əsrin adlı-sanlı pəhləvanlarından idi. Onun idmançı kimi yetişməsində əməkdar məşqçi, ümumittifaq dərəcəli hakim İsmayıl Əhmədov olmuşdur. 1954-cü ilin martında Y. M. Çumakovun rəhbərliyi ilə Bakıda xüsusi hazırlıq seminarından sonra, mart ayının 25–28-i arası ilk Azərbaycan çempionatı keçirilmiş, Sabir Hüseynov, Alkivarid Pavlidi, Muxtar Dadaşov, İslam Hümbətov ilk Azərbaycan çempionu adına layiq görülmüşlər. 1954-cü ilin aprel ayının 3–8-də Xarkov şəhərində keçirilən SSRİ çempionatında Sabir Hüseynov və Alkivarid Pavlidi də iştirak etmişdir. Sabir Hüseynov 60 kq çəki dərəcəsində fəxri kürsün II pilləsinə yüksələrək gümüş mükafata layiq görülmüşdür. Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan, dörd növ üzrə (yunan-roma, sərbəst, milli güləş və sambo) idman ustası Sabir Hüseynovun bu nailiyyəti Azərbaycan üçün ən yüksək nəticə idi. Sambo güləşi üzrə yığma komandanın rəsmi beynəlxalq yarışlara məqsədyönlü hazırlığında, qazanılan uğurlarda Sabir Hüseynovun böyük əməyi vardır.
Sabir Həbibov
Sabir Həbibov (1955, Kəlbəcər) — tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri.
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem. Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. == Filmoqrafiyası == 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. == Həyatı == 1929-cu il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-ci ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cı ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 sentyabr 1956 və 17 yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri — Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 yanvar 1963 tarixində Xarici işlər naziri 16 fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 iyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963–2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.