Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sibon nebulata
Sibon nebulata — suilanıkimilər fəsiləsindən olan ilan növü. Ümumi uzunluğu 80 sm. Başı genişdir, böyürlərdən bir az sıxılmış və gövdəsindən yaxşı ayırılıb. Gözləri böyükdür. Gövdəsi incədir və hamar pulla örtülüb. Çənəsi molyuskları qovuqdan çıxardılmasına uyğunlaşıb. Əlvan boyanmaya sahibdir: əsas qəhvəyi fonda çoxlu açıq rəngli ləkə və ya zolaq olur. Leysan meşələrini sevir. Ağaclarda, səhləb və hava bitkilərdə rast gəlinir. Gecələr aktiv həyat yaşayır.
Sibot döyüşü
Sibot adaları döyüşü — Korinf və Kerkira arasında Epidamn münaqişəsi çərçivəsində E.ə. 433-cü ildə baş vermiş dəniz döyüşüdür. Bu o vaxtadək yunan polisləri arasında baş vermiş ən böyük dəniz döyüşü idi Kerkira və Korinfin birgə koloniyası olan, zəngin və çoxlu əhali yaşayan Epidamn (Roma dövründə Dirraxi, indi isə Albaniyanın Durres şəhəri) şəhərində e.ə. 436-cı ildə demokrat və oliqarxlar arasında toqquşma baş verdi. Məğlub olmuş oliqarxlar köməyə qonşu İlliriya tayfalarını çağırdı və onlar şəhəri talan etdi. Buna qarşılıq olaraq oliqarxik Kerkiradan kömək almayan demokratlar Delf kahinin yanına səfirlik yolladılar. Bu səfirliyin məqsədi şəhər üzərində bütün hüquqları Korinfə vermək məsələsinin mümkünlüyünü araşdırmalı idi. Delfdə Epidamn demokratlarının bu qərarını alqışladılar. Bununla razılaşmayan kerkiralılar Korinfə bu məsələni üçüncü tərəfin hakimliyi ilə həll edilməsini tələb etdi. Korinf müəyyən bir cavab vermədi və müharibə hazırlıqlarına başladı.
Elis Sibold
Elis Sibold (ing. Alice Sebold; 6 sentyabr 1963, Madison) — amerikalı yazıçı. == Həyatı == 6 sentyabr 1963-cü ildə doğulub. == Yaradıcılığı == O, üç kitab nəşr edib: Uğurlu (memuar) (1999), Sevimli sümüklər (2002) və Təqribən ay (2007).
Qlenn Teodor Siborq
Qlenn Teodor Siborq (19 aprel 1912[…], İşpeminq[d], Miçiqan – 25 fevral 1999[…]) — Amerikalı kimyaçı,Nobel mükafatı laureatı. Qlenn Teodor Siborq 1912-ci ildə aprelin 19-da Miçiqan ştatında İşpeminq şəhərində anadan olmuşdur. 1934-cü ildə Los-Ancelesdə Kaliforniya universitetini bitirmişdir. 1934–1942, 1946–1961-ci illərdə və 1971-ci ildən Berklidə Kaliforniya universitetində işləmiş, 1958–1961-ci illərdə universitetin prezidenti olmuş, 1942–1946-cı illərdə Çikaqo metallurgiya laboratoriyasında, 1961–1971-ci illərdə ABŞ-nin atom enerjisi üzrə komisiyasının sədri olmuşdur. 1959–1961-ci illərdə elmi məsləhət komitəsinin prezidenti olmuşdur. 1966-cı ildən elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti olmuşdur. 1959–1974-cü illərdə ABŞ-də kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur. Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 1940-cı ildə E.M. Makmillan, C. Kennedi və Val ilə birlikdə 94 nömrəli elementin izotopu olan plutonium −238-i, 1941-ci ildə C. Kennedi, A. Val və E. Seqre ilə birlikdə plutonium −239-u sintez etmişdir. Göstərmişdir ki, plutonium −239 səmərəli nüvə yanacağıdır.
Sibolar
Sibolar — Altay xalqları tunqus-mancur qrupunun mancur qoluna mənsub xalq. Sibolar Çin Xalq Respublikasında (əsasən ölkənin şimal-qərbindəki — Sinszyan-Uyğur muxtar rayonunda, qismən Lyaonin və Qirin əyalətlərində) yaşayırlar. Onlar özlərini sibo mançju adlandırırlar. Sibolar Altay dil ailəsinin tunqus-mancur qoluna daxil olan mancur dilinin sibo ləhcəsində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin şimali Asiya tipinə aiddirlər. Şamançıdırlar. Sayları 89 min nəfərdir (1987). Siboların soykökündə əsasən mancur tayfaları iştirak etmişlər. Siboların əsas məşğuliyyəti əkinçilikdir. Balıqçılıq və heyvandarlıq köməkçi təsərrüfat sahələridir.
Siboneylər
Siboneylər — Xristofor Kolumbdan əvvəlki dövrdə Karib dənizinin Böyük Antil adalarında yaşayan xalq. Onlar tainonun qərbində yaşayırdılar və onlarla düşmənçilik edirdilər, lakin onlarla əlaqəli bir dildə danışırdılar. Əvvəllər tarixçilər siboneyləri mədəniyyət baxımından taino və siboneylərdən fərqli olan, Antil adalarının ifrat qərbində yaşayan quanahatabeylər ilə qarışdırırdılar. Siboneylərin mənşəyi müəyyən edilməmişdir. Bəzi alimlər onların indiki Kolumbiya və Venesueladan olan aravakadilli miqrantlar dalğasının bir hissəsi olduğunu təklif edirlər. Burada Mərkəzi Amerika mədəniyyətlərinin təsiri də istisna edilmir. Encyclopædia Britannica, vol. 3, p.313: «Ciboney» and p. 773: «Cuba (History)». Chicago, 1989.
Siborgium
Siborgium (Sg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 106-cı element. Element SSRİ-də, 1974-cü ildə, Q.N.Flerov və əməkdaşları və praktiki olaraq eyni zamanda ABŞ-də Siborq əməkdaşları tərəfindən alınmışdır. 1997-ci ildə İUPAK bu element üçün siborgium adını təsdiq etdi. Siborq plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendeleeviumun kəşfində iştirak etmişdir; siborgium kəşf olunanda onun 85 yaşı var idi. Siborq 1999-cu ilin fevralın 25-də vəfat etmişdir.
Sabo
Sabo (fr. sabot) — əsasən taxtadan düzəldilən başmaq. Orta əsrlərdə Avropada kasıb və orta təbəqədən olan insanlar arasında geniş yayılmışdı. Müasir dövrdə sabo dedikdə yalnız taxtadan hazırlanmış ayaqqabı deyil, həmçinin arxa tərəfi açıq, dəridən və digər müasir materiallardan hazırlanmış başmaqlar da nəzərdə tutulur.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Aleksander Sabo
Şandor (Aleksandr) Sabo (mac. Szabó Sándor, slovak. Alexander Szabó; 4 yanvar 1906, Kоşitsе, Transleytaniya – 16 oktyabr 1966, Los-Anceles, Kaliforniya) — macar, çexoslovak və amerika güləşçisi, Avropa çempionu. == Həyatı == 1906-cı ildə Koşitsedə doğuldu, hansı ki, o vaxtı Avstriya-Macarıstana aid idi, Birinci Dünya Müharibəsindən sonra isə yeni dövlət Çexoslovakiyanın ərazisində oldu; milliyyətcə macar idi. 1925-ci ildə Çexoslovakiya çempionu oldu. 1926-cı ildə Avropa Çempionatının gümüş medalına sahibi oldu. 1927-ci ildə Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında iştirak etməli idi, amma idman nazirliyi seçimi onun xeyirinə etmədi. 1929-cu ildən Budapeştə yaşadı və orada amerikalı sahibkalarının təklif etdiyi peşəkar güləşçi karyerasına başladı. Həmin il Hamburqdan Nyu-Yorka köçdü və çoxillik peşəkar karyerasına başladı.
Lörints Sabo
Lörints Sabo (mac. gáborjáni Szabó Lőrinc; 31 mart 1900, Mişkolç, Borşod-Abauy-Zemplen – 3 oktyabr 1957[…], Budapeşt) — Macar yazıçısı və tərcüməçi. == Həyatı == Lörints Sabo Macarıstanın Mişkolç şəhərində anadan olmuşdur. Üç yaşı olarkən ailəsi Balaşşadyarmat şəhərinə köçür. Balaşşadyarmat və Debreçen şəhərlərində məktəbə gedir. Budapeştdə Eötvöş Lorand Universitetində təhsil aldı. Burada Mihay Babiç ilə dostluq etməyə başladı. O, öz təhsilini tamamlamadı; əvəzində 1921-ci ildə Layoş Mikeşin qızı olan Klara Mikeş ilə ailə həyatı qurduqdan bir müddət sonra Az Est mətbəəsində işləməyə başladı. 1944-cü ilə qədər burada fəaliyyət göstərdi. 1927 və 1928-ci illər arasında Pandora mətbəəsinin yaradıcısı və redaktoru olmuşdur.
Maqda Sabo
Maqda Sabo (mac. Szabó Magda, 5 oktyabr 1917[…], Debretsen – 19 noyabr 2007[…], Budapeşt) - macar yazıçısı. == Həyatı == Maqda Sabo 5 oktyabr 1917-ci ildə Macarıstanın Debreçen şəhərində anadan olmuşdur. O 1940-cı ildə Debreçen Universitetinin "Latın və Macar dili" fakültəsini bitirmiş, eyni il Debreçendəki protestant qız məktəbində müəllimə kimi işləməyə başlamışdır. 1945-1949-cu illərdə Maqda Din və Təhsil nazirliyində çalışmışdır. Maqda Sabo 1947-ci ildə Tibor Sabotka adlı tərcüməçi ilə ailə həyatı qurmuşdur. O 19 noyabr 2007-ci ildə Budapeştdəki evində 90 yaşında vəfat etmişdir. == Əsərləri == O, "Freska" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Onun ilk povesti "Freska" 1958-ci ildə işıq üzü görüb. Uzun illər onun əsərləri macar diktatoru Matyaş Rakoşi tərəfindən qadağan olunub.
San Siro
San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu. Milan və İnter klublarının ev stadionudur. Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib. İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
Sibi rayonu
Sibi rayonu — Pakistanın Bəlucistan əyalətində şəhər.Rayon rütubətli iqlimi ilə məşhurdur.
Silbo Qomero
Silbo Gomero — İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan sadəcə fitdən ibarət ünsiyyət vasitəsi. Yerlilər tərəfindən El Silbo olaraq adlandırılan fit dili məişətdə hələ də aktiv şəkildə istifadə olunur. İki sait və 4 samitdən ibarət fit dili dərin vadilər və sıldırımlı qayalara malik adada mükəmməl ünsiyyət vasitəsidir. 3.2 km məsafəni qət etməyə qadir olan fit bu cəhətdən adi nitq imkanlarını üstələyir. Dilin yaranması barədə dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, 15-ci əsrdə, avropalıların La Qomerada məskunlaşmağa başladığı dövrdə adanın Şimali Afrika mənşəli sakinləri fit dilindən istifadə ediblər. Yerlilərin dilini əks etdirən fit sonradan mənimsənilərək İspan dilinə uyğunlaşdırılıb. La Qomera sakinləri fit dilinin 1940 və 1950-ci illərdə geniş işlədildiyini xatırlayırlar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə iqtisadi çətinliklər üzündən yerlilər adanı tərk etməyə başlayıblar. Eyni zamanda rabitə ilə yol şəbəkəsinin inkişafı ilə fit dilinə olan ehtiyac da get-gedə azalmaqda idi.
Simo Hayha
Simo Hayha (fin Simo Häyhä; 17 dekabr 1905 – 1 aprel 2002) — 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi dövründə fəaliyyət göstərmiş, Qırmızı Ordu tərəfindən Ağ Ölüm adlandırılan fin snayper. Qış müharibəsində Mosin-Naqant snayper tüfəngi vasitəsilə bir müharibədə təsdiqlənmiş rekord sayda (505) düşmən əsgərini məhv etmişdir. Bundan başqa, yüngül tüfəng olan 9 mm-lik Suomi vasitəsilə 200 düşmən əsgəri öldürərək təsdiq olunmuş ümumi öldürülən əsgər sayını 705-ə çıxartmış və bunu 100 gündən daha az müddətdə etmişdir. Rütbəsi kiçik leytenant olmuşdur. Hazırkı Finlandiya-Rusiya sərhədinə yaxın yerləşən Vıborq quberniyasının Rautjarvi qəsəbəsində səkkiz uşaqlı lüteran ailəsində anadan olmuşdur. Mietiliyada xalq məktəbində oxumuş və qardaşı ilə torpaqda işləmişdir. Ailəsi balıq tutmağı və ovçuluğu çox sevirdi. 17 yaşı bitdikdən sonra yerli təhlükəsizlik dəstəsinə daxil olmuş və snayper təlimini almış. Vıborq üzrə snayperlərin yarışmasında yüksək nəticə göstərmişdir. 1925-ci ildə Rayvolada hərbi xidmətə başlamış və ikinci velosiped batalyonunda xidmətini davam etdirmişdir.
Teo Siabo
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Yibo xaqan
Yibo xaqan — Türgiş xaqanlığının Çin tərəfindən təyin olunmuş hökmdarı. Əsasən nominal xaqan olmuş, Suyab ətrafını idarə etmişdir.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Şiho
Şiho — ad. Şiho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Tomari — Yaponiya qadın futbolçusu. Şiho Oqava — Yaponiya qadın futbolçusu. Şiho Onodera — keçmiş Yaponiya qadın futbolçusu. Şiho Kohata — Yaponiya qadın futbolçusu.
IBO
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
Şio
Şio — Macarıstanın mərkəzində bir kanaldır. Balaton gölünü Dunay çayı ilə birləşdirir. Çay Şiofok şəhərindən başlayır. E.ə. 292-ci ildə romalılar tərəfindən tikilmiş və XIX əsrdə yenidən qurulmuşdu. Şiofok şəhəri yaxınlığında 20-30 m genişliyində şlüz yaradır. Seksard şəhərindən keçir və bir neçə kilometr şərqdə doğru axaraq Dunay çayına tökülür. Şio kanalı Macarıstanın Şomod, Feyer və Tolna bölgələrindən keçir. Kanal Balaton gölündəki artıq suları boşaltmaq üçün istifadə olunur. Balaton gölü Zala çayı Шио, река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Sib və Suran şəhristanı
Sib və Suran şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Suran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,514 nəfər və 12,663 ailədən ibarət idi.
Fumihiko Şimo
Fumihiko Şimo (志茂 文彦, Shimo Fumihiko) — Yaponiya anime ssenaristi. Ən çox Key şirkəti tərəfindən istehsal olunmuş vizual romanlar əsasında Kyoto Animation studiyası tərəfindən çəkilən animelər üçün yazdığı ssenarilərinə görə tanınır.
Şibi xaqan
Şibi xaqan — Şərqi Göytürklərin ikinci xaqanı. Onun dövründə Suy sülaləsini zəifləmişdi. Şibi xaqan qurultay tərəfindən seçilməmişdi. O taxta imperator Yanq Quanqın əmri ilə gəlmişdi. Hakimiyyətinin ilk 5 ili sakit keçdi. 615-ci ildə Şibi xaqan imperator Yanmendə olanda xaqanın köməkçisini öldürməsi və qardaşı Çulaya çinli şahzadə sözü verməsindən qəzəbləndi və qəfil hücuma başladı. Yanmen mühasirəyə alındı. İçeng xatunun yalanı ilə mühasirəyə son qoyuldu və ordu şimala çəkildi. İmperatorun köməyinə isə sərkərdələrindən Li Yuan gəldi. 616-cı ilə qədər davam edən müharibədə nəticə alınmadı.
Şiho Kaneda
Şiho Kaneda (d. 11 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şiho Kohata
Şiho Kohata (d. 12 noyabr 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şiho Onodera
Şiho Onodera (18 noyabr 1973, Kanaqava prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Şiho Oqava
Şiho Oqava (d. 26 dekabr 1988) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir. Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Bibl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir. Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə.
Bibop
Bibop və ya bop, melodik bir quruluşdan daha çox harmonik bir quruluş üzərində qurulmuşdur və sürətli templə improvizasiyayla xarakterizə edilən caz növüdür. 1940-cı illərin başlarında və ortalarında Amerika Birləşmiş Ştatlarında ortaya çıxmışdır.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.