Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duşanka Sifnios
Duşanka Sifnios (serb. Душанка Сифниос, 15 oktyabr 1933 - 14 oktyabr 2016) ən məşhur və beynəlxalq səviyyədə müvəffəqiyyətli serb balerinalarından biri olaraq qəbul edilən serbiyalı balerina və xoreoqrafdır. == Bioqrafiya == 15 oktyabr 1933-cü ildə Skopye şəhərində anadan olmuşdur. 1953-cü ildə Belqrad Balet Liseyini bitirib, Nina Kirsanovanın sinifində oxumuşdur. Gimnaziyada təhsil alarkən, 1951-ci ildə Belqradda Milli Teatr qrupunun üzvü oldu. Gənc balerinanın istedadı fərqləndi və tezliklə solist və sonra Milli Teatrın əsas rəqqasəsinə çevrildi. == Yaradıcılığı == Onun erkən çıxışları Yugoslaviya xoreoqrafı Dimitri Parlik tərəfindən səhnələşdirilmişdir və bura "Orfey"də Evridika, "Romeo və Cülyetta"da Cülyetta daxil idi. Bu dövrdə ən müvəffəqiyyətli iki rolu, Adolf Adan tərəfindən Jizel, Béla Bartók tərəfindən "The Miraculous Mandarin" qız obrazı idi. O Jizel rolunu Belqrad Milli Teatrında 177 dəfə ifa etmişdi və bir çox Avropa şəhərlərini gəzmişdi: Venesiya, Edinburq, Vyana, Wiesbaden, Florensiya, Roma, Zürih, Berlin və Paris. O, Jizel rolu ilə Moskvanın Böyük Teatrında çıxış edərək böyük bir müvəffəqiyyətə imza atmışdı.
Dövlət sifarişi
Dövlət sifarişi – ümumi işlәrin içra olunmasına dair hökumət tərəfindən verilәn tapşırıqdır. Dövlətin tәsdiq etdiyi və ya qəbul etdiyi proqramlara uyğun olaraq dövlәt büdcәsi vәsaiti ilə maliyyәlәşdirilir. Sifarişin tәsәrrüfat fәaliyyәti bütün sferalarda әn mühüm dövlәt tәlәbatlarının ödәnilmәsini tәmin edir. Sәnaye istehsalı sahәsindә zәruri ümumdövlәt tapşırıqlarının, tәdqiqatlar vә işlәmәlәr sahәsindә, elmi-texniki proqramların, ictimai-sosial sferada vә ölkәnin müdafiә qabiliyyәtinin güclәndirilmәsi yönündә işlәrin yerinә yetirilmәsinә zәmanәt verir. Dövlət sifarişi tәsәrrüfat әlaqәlәrinin birbaşa olaraq tәnzimlәnmәsi forması kimi başa düşülür. == Ümumi məlumat == Mәrkәzlәşdirilmiş şәkildә planlaşdırılan iqtisadiyyatda Dövlət sifarişi yuxarı orqan tәrәfindәn müәssisәyә və ya birliyә verilәn icbari olaraq onun istehsal planına salınan tapşırıqdır. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkәlәrindә Dövlət Sifarişi, bu vә ya digәr mәhsulun istehsalı üzrә dövlәt nümayәndәlәri ilә müәssisәlәr arasında müsabiqә әsasında bağlanmış müqavilә kimi başa düşülür. Sifarişin icraçılarına hәm dövlәt müәssisәlәri, hәm dә digәr mülkiyyәt formaları, özәl və ya sәhmdar çəmiyyətlərə malik tәsәrrüfat subyektlәri aid edilir. Dövlət sifarişindә davamlı maliyyәlәşmә nәzәrdә tutulduğundan icraçı üçün sәrfәli olur, bu sәbәbdәn Dövlət sifarişi bir çox halda lobbiçilik, hәmçinin potensial icraçılar arasında sәrt rәqabәt predmetinә çevrilir.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
Sifar (Vərziqan)
Sifar (fars. صيفار‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (61 ailə).
Sifarişli proqram təminatı
Sifarişli proqram təminatı (custom software) – konkret müştəri üçün işlənib hazırlanmış, yaxud özəl tələbatı ödəyən proqramlar. Sifarişli proqram təminatları heç də “sıfırdan” hazırlanmır. Bəzi məhsullar, məsələn, Visual FoxPro, Microsoft Access, Delphi və başqaları xüsusi olaraq sifarişli proqramlar yaratmaq üçün nəzərdə tutulub və bunun üçün konkret vasitələrə malikdirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is Custom Software Development?
Sifarişli qətl
Sifarişli qətl — adətən böyük məbləğdə pul müqabilində həyata keçir. Cəmiyyət varlandıqca cinayətkarlığa qarşı mübarizə güclənmirsə, ayrı-ayrı şəxslər öz rəqibləri ilə məhz bu yolla hesablaşır.
Sifarişçi (2000)
"Sifarişçi" — Natiq Rəsulzadənin ssenarisi əsasında Elnur Mehdiyevin filmi. == Məzmun == Ağır xəstəliyə düçar olan bir nəfər (Ötkəm İsgəndərov) ağrılara dözməyib öz ölümünə qərar verir. Lakin killer (Kazım Həsənquliyev) onu qətlə yetirməyə hazırlaşdığı son anda xəstə fikrindən daşınır. Beləliklə də yaşamaq yanğısı, həyatın gözəlliyi ölümə qalib gəlir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu rejissor: Elnur Mehdiyev Ssenari müəllifi: Natiq Rəsulzadə Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Ağaəli İbrahimov Səs operatoru: Nataliya Nuriyeva Musiqisindən istifadə edilən bəstəkar: Yanni === Rollarda === Ötkəm İsgəndərov — sifarişçi Mehriban Xanlarova — sifarişçinin sabiq sevgilisi Kazım Həsənquliyev — killer == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sifarişçi (film, 2000)
"Sifarişçi" — Natiq Rəsulzadənin ssenarisi əsasında Elnur Mehdiyevin filmi. == Məzmun == Ağır xəstəliyə düçar olan bir nəfər (Ötkəm İsgəndərov) ağrılara dözməyib öz ölümünə qərar verir. Lakin killer (Kazım Həsənquliyev) onu qətlə yetirməyə hazırlaşdığı son anda xəstə fikrindən daşınır. Beləliklə də yaşamaq yanğısı, həyatın gözəlliyi ölümə qalib gəlir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu rejissor: Elnur Mehdiyev Ssenari müəllifi: Natiq Rəsulzadə Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Ağaəli İbrahimov Səs operatoru: Nataliya Nuriyeva Musiqisindən istifadə edilən bəstəkar: Yanni === Rollarda === Ötkəm İsgəndərov — sifarişçi Mehriban Xanlarova — sifarişçinin sabiq sevgilisi Kazım Həsənquliyev — killer == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sifatilik
Sifatilik — Qurana və hədislərə əsaslanaraq Allahın bilik, qüdrət, dirilik, idarə, eşitmə, görmə, danışma və bir sıra digər əzəli atributlara malik olduğunu iddia edən dini-fəlsəfi təlimdir. Müxtəlif firqələrə bölünən sifatilərin bəziləri Allahı insana bənzədir, maddiləşdirirdilər. Kərramilik firqəsinin başçısı göstərirdi ki, Allah cisimdir, onun həddi və sonu vardır. Sifatiliyin tərəfdarlarının fikrincə Quran Allahın kəlamıdır, o, yaradılmışdır. Onun işarələri də, hərfləri də, sözləri də əzəlidir, qədimdir.
Siffeyn döyüşü
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffində 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. == Döyüşə gedən yol == Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Siffin savaşı
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffində 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. == Döyüşə gedən yol == Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Sifibo Ntşeba
Sifibo Ntşeba — Cənubi afrikalı tenor CAR-da keçiriləcək FİFA Dünya Kuboku 2010 ərəfəsində vəfat edən Sifibo Ntşeba yarışın açılış mərasimində mahnı ifa etməli idi. Cənubi afrikalı tenorun ölümünə sətəlcəm səbəb olub. Nelson Mandelanın bu məsul vəzifəni yerinə yetirmək üçün seçdiyi 34 yaşlı ifaçının vaxtsız vəfatı təşkilatçıları da çətin vəziyyətdə qoyub.
Sifiddəşt
Sefiddəşt (fars. سفيددشت‎) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,880 nəfər və 1,333 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Qaşqay türklərindən ibarətdir, Qaşaqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Sifidşəhr
Sifidşəhr — İranın İsfahan ostanının Aran və Bidgül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,151 nəfər və 1,249 ailədən ibarət idi.
Sifilis
Sifilis - xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). == Tarixi == Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə - "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-c cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483—1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır.
Sifoid meduzaları
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sifoidlər
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) /yun.siphon-kiçik boru, nasos/- geomorfolo­gi­yada, yeraltı karst çaylarının kanalı­nın şaquli səthdə dirsəkvari əyil­məsi.
Sifonoforlar
Sifonoforlar (lat. Siphonophorae) — heyvanlar aləminin dalayıcılar tipinin hidroidlər sinfinə aid heyvan dəstəsi. Olçüləri 1 sm-dən 3 m-dək olur. Bədəni rəngsiz və şəffafdır. Bəziləri əlvandır. Sifonoforlar polimorf koloniyalar əmələ gətirir. Koloniyanın fərdləri xüsusi gövdə üzərində yerləşir. Gövdənin təpə hissəsində çox zaman üzmə qovuğu və ya pnevmatofor olur. Onun içərisi qazla (əsasən, azot qazı) dolu olub koloniyanı suda şaquli istiqamətdə saxlamağa kömək edir. Bəzi sifonoforlarda (lat.
Sifre burnu
Sifre burnu - Antarktik yarımadasıının ucqar nöqtəsində yerləşir. Bütünlüklə buzla örtülü olur. Bu adı Fransız Antarktika ekspedisiyasının kapitanı Jules Dumont d'Urville tərəfindən təstiqlənmişdir. Antarktidanın ucqar şimal nöqtəsidir. Dreyk boğazı sahilində yerləşir. Cənub okeanı hövzəsinə daxildir.
Sifəkəran
Sivəkəran — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. == Haqqında == Sivəkəran kəndi Lənkəran çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhali arasında Sifəkon/Sefəkon adlanır. Oykonim sif/sef (talış dilində "alma" və kon "ev" sözlərindən yaranıb, "almalar evi" mənasındadır. Tarixçilərin məlumatına görə 1941-1945 müharibə dönəmində səngərə bu kənddən almalar göndərilirdi.Kənd turizm üçün çox əhəmiyyətli bölgədə yerləşir.Kənd iki taydan ibarətdir.[mənbə göstərin] == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu —Asif MəmmədovAsif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Mif
Mif (q.yun. μῦθος — dastan, ənənə) — təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunmasıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. == Xüsusiyyətləri == Miflər daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yaranmışdır. Mif inkişaf etmiş, mərhələlər keçmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir. Bədii yaradıcılıqda mif motivlərindən tez-tez istifadə olunmuşdur. A.F.Losev mifoloji düşüncənin aşağıdakı başlıca xüsusiyyətlərini müəyyənləşdirmişdir: "Mif — ümumi ideya ilə ən adi hissi obrazın birbaşa maddi eyniyyətidir. Mücərrəd təfəkkürün yalnız gerçəkliyi əks etdirən hər cür düzümü — mifologiya üçün bütün hissi keyfiyyətləri ilə, canlı varlıqlar, yaxud cansız əşyalar şəklində, gerçəkliyin özüdür".Demək olar ki, bütün xalqların mifləri tipoloji baxımdan eyni silsilələrin mövcudluğu ilə səciyyələnir: Kosmoqonik (kosmolojo) miflər. Entoqonik miflər.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
SCF
Sərbəst Cümhuriyyət Firqəsi — Mustafa Kamal Atatürkün istəyi üzərinə Fethi Okyar tərəfindən qurulmuş siyasi partiya. Partiyanın yaradılması Türkiyə Cumhuriyyətinin təkpartiyalı dövrdən çoxpartiyalı dövrə keçid üçün ikinci cəhdi olaraq səciyyələndirilir. == Tarixi == Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. 1926-cı ildə Əhməd bəy Ağaoğlu hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Adi sıf
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
Alajen (mif)
Alajen (tal. Olajen) — Talış mifologiyasında iri döşlü, saçı önə tökülmüş qadın personajı.Alajen cəmiyyət tərəfindən rədd edilən və zərər verə bilən qadındır. Zərdüştlükdən sonra İslamın gəlişi personajın xüsusiyyətlərinə və xarakterinə birbaşa təsir göstərmiş və daha çox "qadın cin" kimi məşhurlaşdırmağa başlamışdır.Ümumilikdə ədəbiyyatda və əfsanələrdə, Alajen xüsusilə yeni doğuş edən qadınlara, doğuşdan sonrakı ilk altı gün ərzində onları təqib edərək, özlərinə və dünyaya gətirdiyi uşaqlara zərər vurmağa çalışan təhlükləli qadın hesab olunur. Məşhur rus etnoqraf Çursin Qriqori Filipoviç öz əsərlərində Alajendən bəhs edib və onun haqqında araşdırmalar edib. == Etimologiya == == Mifoloji təsvir == Talış mifologiyasında Alajen vəhşi, iri bədənlidir. Uzun qara və qırmızı rəngdə saçı var və çox vaxt önə tökülmüş formadadır. İri gözləri və iri döşləri var. İri döşlərini öndən arxaya doğru çiyinlərinə atıb gəzir. Alajen doğuş zamanı bir qadına zərər verə onu qorxuda bilər və ya vura, döyə bilər. Eyni zamanda yeni doğulmuş uşağa zərər verə, onu qaçıra və ya öldürə də bilər.
Asif Məmmədov
Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Asif Mərzili
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı. == Həyatı == Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı "Rеspublika" qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı "Həyat" (indiki "Azərbaycan") qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə "Ədalət" qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub.
Asif Nəsirov
Asif Nəsirov (tam adı: Asif Musa oğlu Nəsirov, d.25 dekabr, 1958 - ö.8 noyabr, 2016 Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı alim, texnika elmləri namizədi, bir ixtira, 8 kitab və 82 elmi əsərin müəllifi, iki Beynəlxalq elmi simpoziumun iştirakçısı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti. == Həyatı == Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır.1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir. İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir. Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1975-cü ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib.
Asif Qocayev
Asif Yolçu oğlu Qocayev (1 mart 1991, Gəncə – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Asif Qocayev 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Asif Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Asif Qocayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı özü yaralı ola-ola yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qocayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1.2.3.4.5.6.
Asif Qəribov
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Rzayev
Asif Hacı oğlu Rzayev (26 iyun 1948) — texnika üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Rzayev Asif Hacı oğlu 1948-ci ilin iyun ayının 26-da Şərur rayonunun Şahtaxtı kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə Neft və Kimya institutunun energetika fakultəsini bitirmiş. Ordu sıralarında xidmət etmiş, 1972-ci ildən Sumqayıt şəhərində, ETLİ "Neftkimyaavtomat"-da əmək fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə aspiranturaya daxil olaraq neft məhsullarının magistral borularda ardıcıl nəqli zamanı onların axırıncı məntəqədə paylanmasının avtomatlaşdırılması problemi ilə məşğul olmuş və 1983-cü ildə "Ardıcıl vurulmada neft məhsullarının paylanmasını idarəetmənın avtomatlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1985-ci illərdə rezervuarlarda neft məhsullarının miqdarının ölçülməsı məsələləri ilə məşğul olmuş, eyni zamanda İrak Respublikasının mədənləri üçün lay təzyiqini sabit saxlama prosseslərini idarə etmək məqsədi ilə nasoslarıidarə edən mikroprosessorlu idarə qurğusunun yaradılmasına rəhbərlik etmişdir. 1985-ci ildən lokal idarə qurğuları laboratoriyasına rəhbərlik edərək bir sıra telemexanik sistemlərin "TM-Şelf", "TM-620 mikro", "TM-AQM", "TM-Gilavar" "NUR" yaradılması və Neft daşları, Arxanğelskneft, Voyvojneft, Komi Respublikasının, Türkmənistan Respublikasının, Salyan OYL şirkətinin mədənlərində tətbiqi ilə bilavasitə məşğul olmuş və bu sistemlərin modernləşdirilməsinə nail olmuşdur. 2008-ci ildən AMEA İdarəetmə Sistemləri institutunda laboratoriya rəhbəri vəzifəsinə seçilmişdir. Onun əsas tədqiqat istiqaməti neftçıxarma obyektlərinin nəzarət diaqnostika və idarəetmə sistemlərinin yaradılması olmuşdur. 2017-ci ildə 3338.01 — "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə "Az debitli quyulardan neftçıxarma proseslərinin küy monitorinq, diaqnostika, idarəetmə texnologiya və sistemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Asif Rüstəmli
Asif Rüstəmli (Asif Heydər oğlu Rüstəmli; 16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018). == Həyatı == 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. A.Rüstəmlinin "Molla Nəsrəddin" Ensiklopediyası"na (Bakı, "Elm", 2020, 468 s.) 33 məqaləsi daxil edilmişdir.Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" (Bakı, "Ozan", 2000, 29.25 ç.v.) sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" (Bakı, "Ozan", 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur. == Elmi fəaliyyəti == Lalə Hacıyevanın "Əhmədbəy Ağayevin publisistikası" (BDU, 2006), Aygün Həsənovanın "Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı" (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) "Balaş Azəroğlunun yaradıcılıq yolu" (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991–2004)" (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur.
Asif Rüstəmov
Asif Rüstəmov (rejissor)
Asif Rəhimov
Asif Rəhimov — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Asif Rəhimov 1981-ci il yanvar ayının 21-də Oğuz rayonunun Qumlaq kəndində anadan olub. 1998-ci ildə həmin kənddə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Madəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2002-ci ildə bu universitetin teatr kollektivi rejissoru fakultəsini bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Asif Talıblı
Asif Arif oğlu Talıblı (26 aprel 1993, Zəhmətabad, Biləsuvar rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. == Hərbi xidməti == Asif Talıblı 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Tağıyev
Asif Zakir oğlu Tağıyev (23 fevral 1985, Daşkəsən – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Tağıyev 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Asif Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sarı sıf
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Cəzireye-Şif
Cəzireye-Şif (fars. جزیره شیف‎‎) — Buşehrdən şimal-şərqdə, Fars körfəzində, İrana məxsus ada. Dayaz Buşehr körfəzindəki ən böyük adadır. Sahəsi 1500 ha.təşkil edir. Adanın şimal ucunda Cəzireye-Şif balıqçı kəndi yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 11 m yüksəklikdədir. 2009-cu ildə ada Sadra adası vasitəsilə materikə damba ilə bağlanır.
Sin Şi Xuan
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
EIF
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7)."Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi adın tərkibindəki sım sözü talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr «Sıfır», oradan fr. chiffre «sifra») — hansısa mətnin ötürülərkən oxunmaması üçün "açar" vasitəsi ilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndiliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Şio
Şio — Macarıstanın mərkəzində bir kanaldır. Balaton gölünü Dunay çayı ilə birləşdirir. Çay Şiofok şəhərindən başlayır. E.ə. 292-ci ildə romalılar tərəfindən tikilmiş və XIX əsrdə yenidən qurulmuşdu. Şiofok şəhəri yaxınlığında 20-30 m genişliyində şlüz yaradır. Seksard şəhərindən keçir və bir neçə kilometr şərqdə doğru axaraq Dunay çayına tökülür. Şio kanalı Macarıstanın Şomod, Feyer və Tolna bölgələrindən keçir. Kanal Balaton gölündəki artıq suları boşaltmaq üçün istifadə olunur. == Həmçinin bax == Balaton gölü Zala çayı == Mənbə == Шио, река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.