Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi. Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı. Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.
Sima Sarikaya
Simo Hayha
Simo Hayha (fin Simo Häyhä; 17 dekabr 1905 – 1 aprel 2002) — 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi dövründə fəaliyyət göstərmiş, Qırmızı Ordu tərəfindən Ağ Ölüm adlandırılan fin snayper. Qış müharibəsində Mosin-Naqant snayper tüfəngi vasitəsilə bir müharibədə təsdiqlənmiş rekord sayda (505) düşmən əsgərini məhv etmişdir. Bundan başqa, yüngül tüfəng olan 9 mm-lik Suomi vasitəsilə 200 düşmən əsgəri öldürərək təsdiq olunmuş ümumi öldürülən əsgər sayını 705-ə çıxartmış və bunu 100 gündən daha az müddətdə etmişdir. Rütbəsi kiçik leytenant olmuşdur. Hazırkı Finlandiya-Rusiya sərhədinə yaxın yerləşən Vıborq quberniyasının Rautjarvi qəsəbəsində səkkiz uşaqlı lüteran ailəsində anadan olmuşdur. Mietiliyada xalq məktəbində oxumuş və qardaşı ilə torpaqda işləmişdir. Ailəsi balıq tutmağı və ovçuluğu çox sevirdi. 17 yaşı bitdikdən sonra yerli təhlükəsizlik dəstəsinə daxil olmuş və snayper təlimini almış. Vıborq üzrə snayperlərin yarışmasında yüksək nəticə göstərmişdir. 1925-ci ildə Rayvolada hərbi xidmətə başlamış və ikinci velosiped batalyonunda xidmətini davam etdirmişdir.
Sims 2
The Sims 2 — Maxis tərəfindən yaradılan, Electronic Arts (EA Games) tərəfindən istehsal olunan kompüter oyunu. The Sims 2 kompüter oyunları tarixində ən çox satılan oyun olan The Sims 1-in davamıdır. Oyunu oynayanlar seçdikləri obrazın xarakterini və xarici görünüşünü istədikləri formada yarada bilərlər. Oyunçu seçdiyi obrazın xarakterini və xarici görünüşünü qurduqdan sonra ona ad və soyad verir, onun üçün ev tikir, iş müəyyənləşdirir. Obraz dostlarıyla birgə bayramlar təşkil edə, parkda gəzməyə çıxa, kiminləsə dalaşa da bilər. Oyunun sonu yoxdur. Oyunçunun obraza hansısa işi görməyi tapşırması və ya bu işləri görməyi onun öz ixtiyarına buraxması mümkündür. Oyunda uçan naməlum obyektlər, ruhlar, vampirlər, qar adamı, rostman (bitki adam), robotlar, canavar-adam, cadugər, sehrbaz və s. bu kimi maraqlı obrazlar var. The Sims 2 27 aprel 2004-cü ildə satışa çıxarılmışdır.
Sims 4
The Sims 4 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən buraxılan Sims oyun seriyasının dördüncü buraxılışı. Windows əməliyyat sistemi üçün Sims 4 oyununun çıxış tarixi rəsmi olaraq E3 kompüter oyunları sərgisində elan edilmişdir. 2 sentyabr 2014-cü ildə ABŞ-də, 4 sentyabr isə Rusiya və Avropada satışa sərbəst buraxıldı. MacOS platforması üçün oyun versiyasının buraxılması 17 fevral 2015-ci ildə, PlayStation 4 və Xbox One oyun konsolları üçün isə 17 noyabr 2017 tarixində baş tutmuşdur. The Sims 4-də aydın şəkildə ifadə edilmiş hekayə yoxdur, oyun prosesi qeyri-sabit davam edir və müəyyən bir məqsəd yoxdur. Oyunda yaratdığınız hər bir personaj sim adlanır. Oyunda maksimum 8 sim yarada bilər və onları idarə edə bilərsiniz. İnşaat redaktoru istədiyiniz üslubda bina yaratmağa və mebel ilə təchiz etməyə imkan verir. Bundan sonra yaratdığınız simləri, yaratdığınız evdə idarə edə bilərsiniz.
Sims körfəzi
Sims körfəzi — Laptevlər dənizini ərazisində, Taymır yarımadasının şimal-şərqində yerləşir. Körfəz düzbucaqlı formaya malikdir. Onun uzun 20 kilometr, orta eni isə 14 km-dir. Qərbdə Lasinus yarımadası ilə daha böyük olan Tereza Klavenes körfəzindən ayrılır. Körfəzdə Kamennıy burnu yerləşir. Qərnbində ona tökülən çaylar estuari əmələ gətirir. Körfəzdən bir qədər şimalda Komsomol Həqiqəti adası yerləşir. İnzibati baxımından Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşir. Körfəzin sahil xəttinin uzunluğu 20 kilometrdir. Körfəzin yerləşdiyi bölgənin sərt iqlimə sahib olması səbəbindən burada yaşayış yoxdur.
Brayan Sims
Brayan Kendall Sims (ing. Brian K. Sims; 16.9.1978 — Pensilvaniya Nümayəndələr Palatasının 182-ci bölgəsindən olan ABŞ Demokrat Partiyasının üzvü. 2012-ci ildə nümayəndə qismində seçilmiş Brayan Sims, eyni zamanda vəkil və LGBT vətəndaş hüquqlarının müdafiəçisi kimi də aktiv fəaliyyət göstərir. Bundan başqa, Sims Pensilvaniya tarixində qanunverici məclisə seçilmiş ilk açıq homoseksual üzvdür. == Həyatı və karyerası == Sims Vaşinqton şəhərində, iki ordu üzvü olan podpolkovnik ailəsində anadan olmuşdur. Pensilvaniya ştatına 1990-cı ildə köçməzdən öncə, Brayan Sims düz yeddi ayrı ştatda yaşamışdır. Magistratura təhsilini 2000-ci ildə Blommsburq Universitetində tamamlayan Sims, 2001-ci ildən həmin Universitetin nəzdində yaradılmış futbol komandasının ikinci kapitanı olmuş və alim-idmançı kimi məşhurlaşmışdır. Universitetin ikinci kursunda təhsil alarkən, Sims II divizionun ən uzun mövsümü zamanı komanda yoldaşlarına homoseksual olduğunu açıq şəkildə etiraf edir. Bunun nəticəsində o, NCAA (Milli Tələbə İdmanı Assosiasiyası) və regional All-American turnirinin kapitanı kimi, turnir tarixinin yeganə açıq homoseksual kimliyə sahib kollec futbol kapitanı olur. 2004-cü ildə Miçiqan Universitetinin hüquq fakültəsində oxuyarkən, Sims beynəlxalq və müqayisəli hüquq sahəsində Hüquqşünaslıq Doktoru (ing.
Con Sims
Con Sims (ing. John Sims, 13 oktyabr 1749, Kenterberi, Kent qraflığı – 26 fevral 1831) — Britaniya həkimi və botaniki, müxtəlif bitkilərin təsnifatçısı kimi tanınmışdır. 1773-cü ildən 1774-cü ilə qədər Leydendə təhsil alır. 1974-cü ildə Edinburqda həkimlik dərəcəsi alır. Con Sims 1788-ci ildən London Linney Cəmiyyətinin, 1814-cü ildən isə London Kral Cəmiyyətinin üzvüdür.
The Sims
The Sims — Uill Rayt (ing. Will Wright) tərəfindən yaradılan, yayımlanması Electronic Arts, nəşr ediləmsi Maxis'in başçılığı altında oyun bazarına çıxmış bir strategiya-həyat simulyasiya kompüter oyunudur. "Sim" deyilən virtual insanların SimCity ətrafında bir qəsəbədə keçən gündəlik aktivliklərinin birə-bir simulyatorudur.
Xristofor Sims
Xristofor Sims (ing. Christopher Albert Sims; 21 oktyabr 1942[…], Vaşinqton[…]) — amerikalı iqtisadçı. 2011-ci ildə Tomas Sercentlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xristofor Sims 1942-ci ildə Vaşinqtonda anadan olmuşdur. 1959-cu ildə Harvard Universitetinə qəbul olmuş və həmin universitetin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1964-cü ildə yenidən Harvard Universitetində Məhsuldarlıq dəyişməsi dinamikası: Nəzəri və empirik bir çalışma (ing. The Dynamics of Productivity Change. A Theoretical and Empirical Study) adlı doktorluq dissertasiyası müdafiə etmiş və 1968-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Aspirantura təhsili alarkən Harvard Universitetində iqtisadiyyat fənnindən mühazirə demişdir. Daha sonra 1968–1970-ci illərdə yenə Harvard Universitetində köməkçi professor olaraq fəaliyyət göstərmişdir.
Simi-Valli
Simi-Valli və ya Simi Valley — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Ventura qraflığında yerləşən bir şəhərdir. 2010-cu ilin əhalinin siyahıya alınmasının nəticələrinə əsasən şəhərin əhalisi 124,237 nəfər təşkil etmişdir.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Sim nəzəriyyəsi
Sim nəzəriyyəsi, hissəcik fizikasında, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirən bir nəzəriyyədir. "Sim" adı, klassik yanaşmada "sıfır ölçülü nöqtələr" formasında təsvir edilən atom altı zərrəciklərin, əslində "bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar" ola biləcəyi fərziyyəsinə dayanır. Sim nəzəriyyəsi, müəyyən bir şəkildə titrəşən tezliklərin, kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davrana biləcəyini deyir. 1980-ci illərdə fiziklər, sim nəzəriyyəsinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnetizm, güclü qarşılıqlı təsir [qüvvətli nüvə enerjisi] və zəif qarşılıqlı təsir [zəif nüvə enerjisi]) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən "birləşmiş sahə nəzəriyyəsi") birləşdirmə potensialına sahib olduğunu fərqinə vardılar. Sim nəzəriyyəsi sürətlə inkişaf edən və üzərində çox çalışılan bir sahə olmaqdan əlavə, hələ təcrübə etmək kimi müşahidəsi mümkün olmamış, riyazi bir modeldir. Nəzəriyyədəki əsas fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və plank uzunluğunda olan (10-35 mm təxmini) simlər olduğudur. Sim nəzəriyyəsi 6 yeni ölçü daha tövsiyə edir, lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçülər. kimi anlayışlar (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq bükülmüş əlavə ölçülər.) Nümunə olaraq bu ölçülərdən biri 5 ölçü olan paralel kainat və ya zamanda qırılma baş verən ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə lay dəyişdirsə yeni bir paralel kainat meydana gələ bilər. Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir doğrudur, digər ölçüləri bizim üçün yox kimidir.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
The Sims 2
The Sims 2 — Maxis tərəfindən yaradılan, Electronic Arts (EA Games) tərəfindən istehsal olunan kompüter oyunu. The Sims 2 kompüter oyunları tarixində ən çox satılan oyun olan The Sims 1-in davamıdır. Oyunu oynayanlar seçdikləri obrazın xarakterini və xarici görünüşünü istədikləri formada yarada bilərlər. Oyunçu seçdiyi obrazın xarakterini və xarici görünüşünü qurduqdan sonra ona ad və soyad verir, onun üçün ev tikir, iş müəyyənləşdirir. Obraz dostlarıyla birgə bayramlar təşkil edə, parkda gəzməyə çıxa, kiminləsə dalaşa da bilər. Oyunun sonu yoxdur. Oyunçunun obraza hansısa işi görməyi tapşırması və ya bu işləri görməyi onun öz ixtiyarına buraxması mümkündür. Oyunda uçan naməlum obyektlər, ruhlar, vampirlər, qar adamı, rostman (bitki adam), robotlar, canavar-adam, cadugər, sehrbaz və s. bu kimi maraqlı obrazlar var. The Sims 2 27 aprel 2004-cü ildə satışa çıxarılmışdır.
The Sims 3
The Sims 3 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən yayımlanan The Sims oyun seriyasının üçüncü buraxılışı. ABŞ-də oyun 2 iyun 2009-cu ildə Windows əməliyyat sistemi və MacOS üçün buraxıldı. Sims 3 Azərbaycan ərazisində 5 iyun 2009-cu ildə buraxılmışdır. Oyun, həmin tarixdə Rusiyada buraxılmış və SoftKlab rus dilində lokalizasiyası ilə məşğul olmuşdur. Bundan əlavə, 2010-cu ildə PlayStation 3, Xbox 360, Wii və Nintendo DS oyun konsolları üçün buraxıldı. Oyunçu, bir və ya bir neçə personajı idarə edir, qayğı göstərir, bacarıqlarını inkişaf etdirir, digər personajlarla əlaqələrini gücləndirir, karyerada inkişaf etməsinə təşviq edir və ev ilə təchiz edir. Oyunda hekayə xətti yoxdur və nəzəri olaraq The Sims 3-də əbədi oynaya bilərsiniz. Üçüncü simulyatorun inkişafı Rod Hambl rəhbərliyi altında 2006-cı ildə tamamilə başladı. Bu, The Sims və The Sims 2 videooyunlarının qurucusu Uill Rayt tərəfindən hazırlanmamış The Sims seriyasındakı ilk oyundur.
The Sims 4
The Sims 4 — həyat simulyatoru janrında videooyun. Maxis tərəfindən Windows və MacOS əməliyyat sistemləri üçün hazırlanan, Electronic Arts tərəfindən buraxılan Sims oyun seriyasının dördüncü buraxılışı. Windows əməliyyat sistemi üçün Sims 4 oyununun çıxış tarixi rəsmi olaraq E3 kompüter oyunları sərgisində elan edilmişdir. 2 sentyabr 2014-cü ildə ABŞ-də, 4 sentyabr isə Rusiya və Avropada satışa sərbəst buraxıldı. MacOS platforması üçün oyun versiyasının buraxılması 17 fevral 2015-ci ildə, PlayStation 4 və Xbox One oyun konsolları üçün isə 17 noyabr 2017 tarixində baş tutmuşdur. The Sims 4-də aydın şəkildə ifadə edilmiş hekayə yoxdur, oyun prosesi qeyri-sabit davam edir və müəyyən bir məqsəd yoxdur. Oyunda yaratdığınız hər bir personaj sim adlanır. Oyunda maksimum 8 sim yarada bilər və onları idarə edə bilərsiniz. İnşaat redaktoru istədiyiniz üslubda bina yaratmağa və mebel ilə təchiz etməyə imkan verir. Bundan sonra yaratdığınız simləri, yaratdığınız evdə idarə edə bilərsiniz.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Sınmu
Sınmu - Koreyalıların milli rəqsləridir. Koreyanın ən çətin və qəşəng rəqsi hesab olunur. Necə yarandığı haqqında məlumat yoxdur. Sınmunu rəqs edən rəqqaslar canqsam geyinirlər. Həmçinin rəqqasların böyük şlyapası olmalıdır. Canqsamın çox uzun ətəyi var. Ən vacib olan isə rəqsdə barabanın səsidir. Rəqs 8 mərhələdən ibarətdir. Rəqsin sakitliyi və axan hərəkətlərin bir-birini əvəz etməsi onun ən gözəl Koreya rəqsi olmasına səbəb olmuşdur. Rəqqasın uzun və ağ qolları hərəkətləri, ağ papağının sükunəti, nəfəs kisici bir fasiləsi və sonradan isə bir ruhun hərəkətə keçirici hərəkatı Sınmunun unikal edir.
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Fumihiko Şimo
Fumihiko Şimo (志茂 文彦, Shimo Fumihiko) — Yaponiya anime ssenaristi. Ən çox Key şirkəti tərəfindən istehsal olunmuş vizual romanlar əsasında Kyoto Animation studiyası tərəfindən çəkilən animelər üçün yazdığı ssenarilərinə görə tanınır.
Limu (rayon)
Limu (fr. Limoux — Fransada rayon (fr. Arrondissement).Langedok-Russilon bölgəsindəki rayonlarından biri . Rayonun departamenti — Od. Suprefektura - Limu. Rayon əhalisi 2006-cı ildə 43387 nəfər olmuşdur. Əhalinin sıxlığı 24 nəfər / km² təşkil edir. Rayon ərazisi 1781 km²-dir. == Tarix == Od departamenti 17 fevral 1800-ci ildə yaradılan zaman Limu rayonu orijinal departamentin bir hissəsidir. == Coğrafiya == Limu rayonu şimalda Karkason, Narbon rayonu ilə şərqdə, Cənub-şərqdə Pireneyi departamenti və qərbdə Aryej departamenti ilə sərhəddir.
Qırğızıstan somu
Qırğızıstan somu ((qırğ. Кыргыз сом; code: KGS)) - Qırğızıstan respublikasının pul vahidi. ISO 4217 valyuta kodu KGS-dir. 1 som 100 tıyına (qırğ. тыйын) bölünür. Sovet İttifaqı dağıldıqdan sonra ümumi valyutanı saxlamaq üçün əksər respublikalar tərəfindən cəhdlər edilmişdir. Bəzi siyasətçilər keçmiş sovet respublikaları və ya "yaxın xaric" arasında ən azı "xüsusi münasibətlər" saxlamağı ümid edirdilər. Rubl zonasının saxlanılması üçün digər iqtisadi səbəblər də var idi. Keçmiş sovet respublikaları arasında güclü ticarət əlaqələrini qorumaq arzusu ən mühüm məqsəd hesab edildi. Sovet İttifaqının parçalanması pul tənzimləmələrində heç bir rəsmi dəyişiklik ilə müşayiət olunmamışdı.
Samu Kastilyexo
Samuel Kastilyexo Azuaga (isp. Samuel "Bravo Samu" Castillejo Azuaga ; 18 yanvar 1995[…], Barselona) — ispaniyalı peşəkar futbolçu, İspaniyanın "Valensiya" klubunun cinah hücumçusu. Samu Kastilyexo Malaqa klubunun yetirməsidir. Futbolçunun Malaqanın heyətində debütu, 30 avqust 2014-cu ildə Valensiya ilə oyunda baş verir. 2015-ci ilin iyulunda futbolçu "Vilyarreal" klubuna keçir. 23 avqust 2015-ci ildə "Betis"ə qarşı oyunda "Vilyreal"ın heyətində debüt edir. Futbolçu 2018-ci ilin avqustunda İtaliya nəhəngi "Milan" klubuna transfer olunur. Yeni klubunda debütu 31 avqust 2018-ci ildə "Roma" klubuna qarşı oyunda olur. Futbolçunun "Milan" forması ilə ilk qolu isə, 30 sentyabr 2018-ci ildə "Sassuolo" klubuna qarşı oyunda baş verir.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Sium apium
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Sium graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Sium latifolium
Enliyarpaq sukərəvizi (lat. Sium latifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Sium sisarum
Adi sukərəvizi (lat. Sium sisarum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Samu Omorodion
Samuel "Samu" Omorodion Aqehova (5 may 2004, Melilya, İspaniya) — La Liqa təmsilçilərindən olan "Qranada" klubunda hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusu. Samu Melilya şəhərində anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır. Gənc yaşlarında Samu Marakane, Qranada, Əndəlüs bölgələrində yaşamışdır. 2021-ci ildə o, Nervion klubundan "Qranada" klubuna transfer olmuşdur. Omorodion əvəzedici komandada debütünü 6 mart 2022-ci ildə Markamalo klubuna qarşı oyunda etmişdir. Sequnda Diviziyası görüşündə ikinci hissə meydana çıxan Samunun komandası rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. O, komandada ilk qolunu 25 sentyabr tarixində El Exido klubuna qarşı oyunda vurmuş və komanda rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 20 aprel 2023-cü ildə B komandada özünü isbatladıqdan sonra Samu Nasirilər ilə 2028-ci ilə qədər müqavilə imzalamışdır. O, əsas komandada və La Liqada debütünü 1 avqust 2023-cü ildə "Atletiko Madrid" klubuna qarşı oyunda etmişdir.
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.