Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sindo-ryu
Sindo-ryu — Yaponiyanın milli idman növü. Okinavada Qədim Karate döyüşü üçün yalnız bir məktəb qalmışdır və Kobudo – "Sindo-ryu" (onu “Doğru Yol məktəbi” kimi tərcümə etmək olar) rəhbərliyi 68 yaşlı Xanaşiro Neyto müəllim edir. Sindo-ryu məktəbi başqalarından döyüş növünə görə fərqlənir. Burada döyüş zamanı yalnız kontakdan istifadə olunur və Qədim Karate Okinava Döyüş növündə blok müdafiədən istifadə olunmur. "Uri Kumi Go" turnirlərində yalnız gözə zərbə vurmaq qadağa olunur. Başqa tərzlərdə isə qadağa qoyulmur. Yalnız Sindo-ryu döyüş metodlarında ən güclü, ən real texniki sessiyanın öhdəsindən gələn döyüşçünün gücü yoxlanılır. Sindo-ryu tələbələri karatedə yüz illərdir ki, tətbiq olunan xüsusi hazırlıq metodları ilə məşq edirlər. İki il mütəmadi hazırlıqdan sonra isə onlar hər hansı bir meydanda sərbəst şəkildə döyüşə çıxa bilərlər. Окинава каратэ и кобудо.
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.
Sinop qalası
Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur. Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır.
Vinod Mehra
Vinod Mehra (13 fevral 1945, Amritsar, Britaniya Hindistanı – 30 oktyabr 1990, Bombey) 13 fevral 1945–ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə “Raagni” filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jаni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh (1977), Amardeep (1979) və Bemisaal (1982) filmlərinə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan “Üç hiddətli kişi” filminin rejissoru və prodüseri olub.
Vinod Xanna
Vinod Xanna (6 oktyabr 1946, Pişəvər, Britaniya Hindistanı – 27 aprel 2017, Mumbay) məşhur hind aktyoru və rejissoru olmuşdur. 1968-ci ildə başladığı aktyorluq karyerası 2017-ci ildəki vəfatına qədər davam etmişdir. O karyerası ərzində bir çox filmlərdə həm rol almışdır, həm də bir çox filmlərdə prodüserlik və rejissorluq etmişdir.
Sind dili
Sindhi dili Pakistannın Sind əyaləti və Hindistannın şimal bölgələrində Sindllilər tərəfindən danışılan Hind-Avropa dillərindəndir.
Sind milliyyətçiliyi
Sind millətçiliyi - Sind Millətçilik hərəkatı kimi də tanınır (Sind dilində: سنڌي قومپرستي يا سنڌي قومي تحريڪ). Bu hərəkat başlanğıcını 1950-ci illərdən götürür. 1971-ci ildə Banqladeş müstəqilliyini əldə etdikdən sonra Qulam Murtaza Şah Syed millətçiliyə yeni istiqamət verdi və 1972-ci ildə "Jeay Sindh Mahaz"-ın əsasını qoydu. O, Sindudeş ideyasını təqdim edirdi. Bu ideya sindlilər üçün ayrıca vətən, yəni müstəqillik tələb edirdi. Qulam Murtaza Şah Syed müasir Sind millətçiliyinin banisi hesab olunur. Sind millətçilik hərəkatının tələbləri içərisində geniş mədəni, iqtisadi və siyasi hüquqlardan siyasi muxtariyyətə və Pakistandan birbaşa ayrılmağa, Sindudeş adlanan müstəqil dövlət yaratmağa qədər tələblər var idi. Bu tələblər 1972-ci ildə Qulam Murtaza Şah Syed tərəfindən irəli sürülmüşdür ki, Sind separatçı qüvvələrinə Pakistandan Sindin ayrılmasına dəstək olsun. 1972-ci ildə Sind millətçiliyinin banisi Qulam Murtaza Şah Syed "Jeay Sindh Mahaz (JSM)" təşkilatının əsasını qoydu. Sonradan JSM bir çox qollara ayrıldı.
Sind mətbəxi
Sind mətbəxi (Sind dilində: سنڌي کاڌا) - Pakistanın Sind əyalətində yaşayan sindlilərin ənənəvi mətbəxi. Gündəlik yemək buğda və düyüdən hazırlanmış yaymadan ibarətdir, biri souslu və biri quru kəsmikli yeməkdən ibarətdir. Bu gün sindhi yeməyi bir çox ölkələrdə, o cümlədən də 1947-ci ildə müstəqillik əldə etdikdən sonra hindus sindhlilərin böyük bir hissəsinin miqrasiya etdiyi Hindistanda qida rasionuna daxildir. Sind əyaləti müstəqilliyə qədər Bombey prezidentliyinin hakimiyyəti altında olub, Bombey və Sind də adlanırdı. Qucarat və Racastxanla yaxın olduğuna və hazırkı Bombeylə siyasi əlaqələrinə görə onun ümumi mətbəx ənənələri olmuşdur. Ulxasnaqarda Sindlilər bir neçə xüsusi yemək növündə bu ənənəni qoruyub saxlamışdılar. Bu növlərə misal olaraq Batan Papdi, Sev Dal Sendviç, Dahi Sev Puri və d. yeməklərini qeyd edə bilərik. Sarımsaq souslu pamfre - sebastes balığından soğan və pomidorla bişirilən yeməkdir. Çapati adı buğda unu çörəyi ilə yeyilir.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Sind tarixi
Sind tarixi — Sind əyalətinin keçmişi. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı.
Sind şahlığı
Sind şahlığı — "Mahabharata" və "Harivamsa-Purana" epik kitabında xatırlanan qədim hind şahlığı. Sind şahlığı müasir Pakistan ərazisində, qədim Hindistanda Sind (Hind) çayın sahilləri boyu ərazidə yerləşirdi. Hesab edilir ki, Sind şahlığının əsası Vrsadarbh tərəfindən qoyulmuşdu. O Sivi oğullarından biri idi. Mirçandaninın müəllifi olduğu "Qədim Sind düşüncələri"nə əsasən, sonralar Sind kimi tanınan Tulsianis yerdə, indiki Mithankot şəhərinin ərazisində (cənubi Pəncabda) yerləşirdi. Şahlığın sakinləri sindus və ya sindxavami adlandırılırdı. "Sindhu" hərfən "dəniz" mənasını bildirir. "Mahabharata" epik kitabına əsasən, Cayadratha (Duryodhananın bacısının əri) Sindus Suviras və Sivis şahı idi. Ehtimal ki, Sauvira və Sivi sindhu şahlığına yaxın iki şahlıq idi və Cayadrata onları bir müddət işğal etməyə müyəssər olmuşdu. Sindhu və Sauvira, görünür, bir-biri ilə vuruşan iki vuruşan dövlət idilər.
Sind əyaləti
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sind Mədəniyyəti günü
Sind Mədəniyyəti günü (Sind dilindəː سنڌي ثقافتي ڏينھن, Urduca: سندھی ثقافتی دن), «Aekta jo ddihaarro» kimi də tanınır. Bütün Sind əyalətində və dünyada mövcud sind diasporları tərəfindən qeyd edilir. Bu gün Sind mədəniyyəti qeyd olunur və nümayiş olunur. Sind mədəniyyətinin zənginliyinə diqqəti çəkmək üçün keçirilir. Bu əlamətdar gündə Sindin bütün iri şəhərlərində müxtəlif mədəni tədbirlər keçirilir, müxtəlif ictimai məkanlarda yığıncaqlar təşkil edilir. Bu günlərdə Мах Kaçexri (yerdə dairə formasında əyləşilir və mərkəzdə ocaq qalanır), musiqili konsertlər, seminarlar, mühazirə proqramları və görüşlər olur. Hər il sindlilər dekabrın ilk həftəsi - ilk bazar günü bütün dünyada Sind mədəniyyəti günləri keçirirlər. Tədbirlər zamanı insanlar Əjrək və ənənəvi baş geyimi olan Sind Topisi geyinirlər. Sind əyalətinin bir çox şəhərlərində bu gün xüsusi musiqili proqramlar ilə qeyd olunur. Sindin mədəni dəyərini nümayiş etdirmək üçün şəhər və qəsəbələr sind Əcrəki ilə bəzənir.
Nadir şahın Sind yürüşü
Nadir şahın Sind yürüşü — 1739–1740-cı illərdə Nadir şahın Hind yürüşü zamanı baş vermiş son döyüşlərindən biri. Nadir şah Əfşar Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra Nadir onu Hind çayından qərbə bütün torpaqlarını güzəşt etməyə məcbur etdi. Dehlidən bu bölgəyə Nadirin qayıdışı yenidən birləşdirilmiş ərazilərin bütün hakimləri tərəfindən qarşılanması ilə müşayiət olundu. Sind hakimi Xudoyar xan Nadir şaha beyət etməkdən imtina etdi. Nadir şah Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. "Aləm Ara-ye Naderi"də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı. "Tarix-e Cahanqoşa-ye Naderi"də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. "Tarix-e Cahanqoşa-ye Naderi"də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Şinon (rayon)
Şinon (fr. Chinon) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Şinon. Rayon əhalisi 2006-cı ildə 83 170 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 49 nəf / km². Rayon sahəsi — 1694 km².
Şinon qəsri
Şinon qəsri (fr. Château de Chinon) – Şinon şəhərində Vyenna çayının sahilində yerləşən kral Luara qəsrlərindən biridir. Keçmiş Roma müdafiə tikililərinin yerində tikilmiş və tarixi ehtiyaclara əsasən 3 hissədən ibarətdir. Qəsrin əsas binası Dələdüz ləqəbli qraf I Tibo de Blua tərəfindən 954-cü ildə dağlıq sahədə tikilmişdir. 1044-cü ildə ağacdan hazırlanan əvvəlki konstruksiyanı daş qala ilə əvəz olunmuş və bu tikili onun rəqibi Anjü hersoqu Jofrey Martelin hakimiyyəti altına keçmişdir. Hersoq iki müdafiə tikilisini birləşdirmişdir. Qəsrin şərq hissəsi İngiltərə kralı II Henrix Plantaqenet və Anjü hersoqlarının nəslinin nümayəndələri tərəfindən tikilmişdir. Bu hissə İngiltərənin himayədarı Müqəddəs Georginin şərəfinə adlanmışdır. Şərq qalasının, kilsənin, kiçik qüllələrin və digər müdafiə qüllələrinin ucaldılması II Henrix və onun davamçıları tərəfindən 1205-ci ilə qədər aparılmışdır. Həmin ildə qala uzunmüddətli mühasirədən sonra Fransa kralı Filipp Avqustun əlinə keçmişdir.
Kinoa
Kinoa (lat. Chenopodium quinoa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. Kinoa günəbaxan toxumu kimi becərilən bitkidir. Taxıllara oxşar olsa da, qırtıckimilərdən deyil, ispanaq və çuğundur kimi bitkilərə daha yaxındır.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Sianoz
Sianoz — dəri və selikli qişanın göyümtül rəngə boyanmasıdır. Sianoza səbəb qanda oksigenin azalması, oksigenin hemoqlobinlə birləşməməsidir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Şato-Şinon (rayon)
Şato-Şinon (fr. Château-Chinon) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Şato-Şinon. Rayon əhalisi 2006-cı ildə 27 460 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1929 km².
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.