Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qolqatı (İcrud)
Qolqatı (fars. قلقاتي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 549 nəfər yaşayır (137 ailə).
Roberto Soldado
Roberto Soldado Riyo (İspanca tələffüz: [roˈβerto solˈdaðo ˈriʎo]; d. 27 may 1985, Valensiya, İspaniya) - Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən ispaniyalı peşəkar futbolçu. Soldado hücumçu mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına [İspaniyanın “Real Madrid” klubunda başlayıb, “Osasuna”, “Xetafe” və “Valensiya”, İngiltərənin “Tottenhem Hotspur” kimi klublarında çıxış edib. 2015-ci ildə isə futbolçu “Vilyarreal” klubuna transfer olunub. İspaniya milli komandasıyla 12 oyuna çıxan Soldado 7 qolla yadda qalıb. 2017-ci ilin yayında Türkiyə klublarından Fənərbaxça’ya transfer olundu.Hal-hazırda İspaniya-nın Qranada komandasında oynuyur Soldado 2006/07 mövsümünü Osasunada keçirdi, burada o, oyun təcrübəsi və Nümunədə oynamaq təcrübəsi əldə etmək üçün göndərildi. Osasuna üçün oyunlarda Roberto 14 qol vuraraq mövsümün kəşflərindən birinə çevrildi. 2007/08 mövsümü gənc hücumçu üçün daha az uğurlu oldu: Roberto əvvəlki mövsümdə Piçiçi (İspan Nümunələrində ən məhsuldar oyunçu) titulunu alan Rudu van Nistelrooyla real rəqabət apara bilmədi. 2008-ci ilin yayında Soldado Real Madriddən ayrılaraq Getafeyə keçdi.
Fransız salatı
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. == Növləri == Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, Amerika perseyası, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. == Tarixi == Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Manqal salatı
Mimoza salatı
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Nar salatı
Oliviye salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Rus salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Sezar salatı
Tacir salatı
Tərəvəz salatı
Vineqret salatı
Vineqrat salatı - Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salat. Süfrəyə soyuq halda verilir. Salatın adı Avropada və inqilabaqədərki Rusiyada salatlara əlavə olunan və əsasən sirkə, zeytun yağı və xardaldan hazırlanan fransız sousu vineqretin (fransız dilində:vinaigrette) adından yaranmışdır.
Çili salatı
Çili salatı və ya ensalada chilena — pomidor, soğan, keşniş, zeytun yağı və bəzən də Çili bibəri ilə hazırlanan salat növü.
Çoban salatı
Çoban salatı — Azərbaycan və türk mətbəxinə aid salat növü. Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur. Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur. Pəhriz salatı kimi də yeyilir.
Çuğundur salatı
Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar. Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır. Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir. Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir. Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir.
Şop salatı
Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır.
Toyuq salatı
Valdorf salatı
Valdorf salatı (ing. Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər. Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir. Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing. The Cook Book) adlandırdıldı. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi. Arnold E. Bender, David A. Bender.
Şiraz salatı
Şiraz salatı (fars. سالاد شیرازی‎ salad shirāzi) ənənəvi İran salatıdır, Cənubi İranda Şiraz şəhərində hazırlandığı üçün həmin şəhərin adı ilə tanınır. Bu salat həm də "fars pomidor-xiyar salatı" da adlanır. Baxmayaraq ki, bəzən onun hazırlanmasında laym suyu və ya yaşıl meyvə suyu (üzüm qorası, kal alma və digər turş meyvələri sıxıb şirəsini şıxararaq hazırlanan, dünya mətbəxində verjuice adı ilə, İranda isə ab-qora (آبغوره) adı ilə tanınan, salat və yeməklərə turşuluq verən maye qatqı) istifadə olunur, salatın əsas tərkibi xiyar, pomidor, soğan və limon şirəsindən ibarətdir. Şiraz salatı İranda yay aylarında ayrıca yemək kimi yeyilə bilir, lakin il boyu süfrəyə ət yeməklərinin, xüsusən kabab və steyk yanında əlavə kimi verilir. Shirazi salad is sometimes served as an accompaniment to rice. Cookbook author Jila Dana-Haeri describes it as a refreshing dish during the summer. Şiraz salatı İranın milli salatı sayılır və İranda süfrəyə gələn xörəklərin əksəriyyəti bu salatla birlikdə verilir. Bu salat həmçinin ət yeməyinin ədavasını (acılığını) azaltmaq məqsədi də daşıyır. Salatın tərkibinə daxil olan xiyarın hesabına salat xırtıltı ilə yeyilir; bir qədər pico de gallo and İsrail salatını xatırladır.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Acherontia solani
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Amblyseius solani
Amblyseius solani (lat. Amblyseius solani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.