Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Sperma
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Euseius spermahyphus
Euseius spermahyphus (lat. Euseius spermahyphus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Spermalar
Spermalar (q.yun. σπέρμα "ailə" sözündəndir) — boşalma (orqazm) zamanı erkək heyvanlar və kişilər tərəfindən buraxılan maye (bulanıq, qatı, açıq boz). Spermatozoid və toxum mayedən ibarətdir. Sperma istehsalı yeniyetməlik dövründə başlayır, yetkinlik dövründə maksimuma çatır və illər keçdikcə azalır. Hər boşalma zamanı ifraz olunan spermanın həcmi müxtəlif növlər üçün fərqlidir: insanda orta 2–5 ml; inəkdə orta 40–50 ml; Ev atında 60–100 ml; Çöldonuzunda 250 ml qədər; Qoyunda 1–1,5 ml; Balinada 3 litrə qədər. Spermada olan maddələr: askorbin turşusu, hər bir qan qrupuna xarakterik olan antikorlar, xolesterin, xolin, limon turşusu, fruktoza, deoksiribonuklein turşusu, dokozaheksaenoik turşusu, siyanokobalamin, glutatyon, inozitol, laktik turşu, spermin, karbamid, hialuronurinovik turşu, pirimidin, spermidin, sidik turşusu, Zn2 +, Cl−, Ca2 +, Mg2 +, NO3−, PO43−, K +, Na + ionları.
Spermatophyta
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Spermatophytes
Toxumlu bitkilər (lat. Spermatophyta) — ali bitkilərin toxum əmələ gətirən bitkilər qrupu. Çiçəkli bitkilər və çılpaqtoxumlular bu qrupa aiddirlər.
Spermatozoid
Spermatozoid (yun. σπέρμα, σπέρματος) — ailə, yun. ζωή — həyat) — erkək qamet, qadın cinsiyyət qameti – yumurta hüceyrəsini mayalandırmağa xidmət edən kişi cinsiyyət hüceyrəsi. Yumurta hüceyrəsindən qat-qat kiçikdir. Spermatozoidlərin toxum şirəsi ilə qarışığı sperma adlanır. Tipik spermatozoid baş, gövdə və quyruq hissədən ibarətdir. Baş hissədə xromosom daşıyıcısı hüceyrə nüvəsi, yumurta hüceyrəsinin divarını əritmək üçün lazım olan litik ferment ilə dolu akrosoma və sentriol yerləşmişdir. Baş və gövdə arası boğazcıqda adətən mitoxondrion və spiral mitoxondriya yerləşir. Quyruqcuq hərəkət funksiyası yerinə yetirir. bir çox heyvanların spermatozoidləri atipik qurluşa malikdirlər.
Spermophilus
Sünbülqıran (lat. Citellus, yaxud Spermophilus) — sincablar fəsiləsindən gəmiriçi heyvan cinsi. Bədəninin uzunluğu 20—40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Üst tərəfdən xallı, yaxud xırda ləkəli və tünd zolaqlıdır. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır. Dünyada 20 növü var. Gündüz həyatı keçirir. Qış yuxusuna gedir. Əsasən, koloniyalarla yaşayır.
Spermaulaxen
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Perm
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi. Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi.
Brenna Sperk
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Osa (Perm)
Osa — Rusiya Federasiyasında yerləşən şəhər.
Perm Diyarı
Perm diyarı (rus. Пермский край) — Rusiya Federasiyası subyektlərindən biri. Diyarın ərazisi 160.6 min kvadrat kilometrdir . Rusiya Statistika Komitəsinin hesablamalarına əsasən 2018-ci il üçün diyarın əhalisinin sayı 2 623 122 nəfər təşkil edib.
Perm başqırdları
Perm başqırdları (başq. Пермь башҡорттары)— Perm diyarının ərazisində yaşayan başqırdların etnik qrupu. Onlar bölgənin yerli xalqlarından biridir. Bu etnik qrup nümayəndələrinin dili Başqırd dilinin şimal-qərb dialektinə aiddir. Antropologiyanın mövcud məlumatlarına görə, Samoed qəbilələri Başqırdların fiziki tipinin formalaşmasında böyük rol oynamışdır. Tulva çayının toponimiyası Başqırdıstanın şimal-qərbi ilə paraleldir. Burada yerləşən Xarin tayfaları Samoed substratını təhdid etdikdən sonra Kuşnarenkov və Çili tərəfindən möhkəmləndirildi. Bu proses bölgənin hidronimlərindəki izlənilə bilər. Məsələn Samoyed sözü "bu" ("su") və Bui çayı adı, habelə hidronimlər XVIII-XIX əsrin sənədlərində saxlanılır. Bəzi alimlərin fikrincə, türk tayfaları bu bölgələrə 9-cu əsrin əvvəllərində daxil olmamışdır.
Perm dövrü
Perm dövrü – paleozoy erasının 55 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş vermişdir. Bilavasitə hersin tsiklinə aid olan bu proseslər nəticəsində Ural dağları tam formalaşmış, Mərkəzi Asiyanın möhtəşəm dağ silsilələri, Şimali Amerikanın Appalaç strukturları əmələ gəlmişdir. Bu dövr üçün dəniz, laqun və kontinental rejimli böyük epikontinental hövzələrin geniş yayılması səciyyəvidir. Perm dövrü isti və quru iqlim şəraitində geniş laqunlarda qalın evaporit çöküntüləri (dolomit, anhidrit və gipslər, daş və kalium duzları) toplanmışdır. Rütubətli isti iqlimin üstünlük təşkil etdiyi rayonlarda iri kömür yataqlarının (Peçora hövzəsi, Kuzbas, Çin və b.) əmələgəlməsi üçün ilkin material olan məhv olmuş bitki qalıqların toplanırdı. Cənub yarımkürəsində kontinental rejim üstünlük təşkil edirdi. Burada mövcud olan Qondvana qitəsində dəfələrlə dağ buzlaşması (Cənubi Amerika, Avstraliya) baş vermişdi. Perm dövrü dəniz hövzələrində seratit xətli aimonoideyalar (seratitlər, bəzi aqoniatitlər) meydana gəlmiş, quruda anapsid və sinapsid sürünənlər və pulcuqlu kərtənkələlər, bitkilərdən-qatırquyruqukimilər və çılpaqtoxumlulardan bennettitlər inkişaf etmişdir. Perm dövrü foraminiferlərin (fuzulinidlər), mərcanların (tabuatoidealar və dördşüalılar), buğumayaqlıların (trilobitlər və evripteroidealar), başıayaqlı moluskaların (qoniatitlər), hiolitlərin, qıfıllı braxiopodların (ortidlər, strofomenidlər və produktidlər), mamırabənzərlərin (sistoporidlər, rabdomezonidlər, kriptosomidlər), balıqlardan akantodların, qədim şüaüzgəclilər və fırçaüzkəclilərin, ikicür tənəffüslülərin, bitkilərdən – qıjıların və b.
Amkar Perm FK
Amkar Perm FK — Rusiyanın Perm şəhərində yaradılmış peşəkar rus futbol klubu. 1994-cü ildə qurulmuş və maliyyə problemləri səbəbiylə 2018-ci ildə dağılmışdır. Rusiya Premyer Liqasında 2004-cü ildən 2018-ci ilə qədər oynanmışdır. 2007/08 mövsümünün Rusiya kubokunun finalçısı. "Amkar"ın stadionu "Star" stadionudur. == Tarixi == === 1994–1999. Üçüncü Liqa və İkinci Divizion === Amkar futbol klubu, Permian ASC Mineral Gübrələr adı altında olaraq yaradıldı. Yaranma tarixi rəsmi olaraq 8 may 1993-cü ildir. "Amkar" adı ammonyak və karbamid sözlərinin bir hissəsindən ibarətdir — bu iki maddə müəssisənin əsas məhsulu idi. Klub klubun qırmızı-qara rəngli formaları Milanın ticarət tərəfdaşlarına verməyə borcludur və kömək istəyi ilə eyni adlı klubun formasını təqdim etdi.
Qədim perm yazısı
Qədim perm yazısı (abur, anbur, perm / zıryan əlifbası) — XIV—XVII əsrlərdə Rusiyanın Avropa hissəsinin şimal-şərqində komi-zıryanlar, komi-permyaklar, ruslar və digər xalqlar tərəfindən istifadə edilən əlifba. Komilərin maarifçisi və ruhanisi Stefan Permski tərəfindən kiril, yunanPerm əlifbaları sı əsasında 1372-ci ildə Vıçeqda çayının qolu olan Vım şayı ərzisində yaradılıb. Əlifba lik iki hərfin (an və bur) adı ilə anbur əlifbası adlanıb. Qədim rus dilinin yazısı kimi istifadə edilib. XVII əsrdə kiril əlifbası tərəfindən sıxışdırılıb.
Perm Dövlət Universiteti qətliamı
Perm Dövlət Universiteti qətliamı – 20 sentyabr 2021-ci ildə Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetində baş verən silahlı hücum. Hadisə nəticəsində azı 6 nəfər ölmüş və 28 nəfər yaralanmışdır. Silahlı hücumun təşkilatçısı universitetin hüquq fakültəsinin tələbəsi 18 yaşlı Timur Bekmansurov olub. O, universitet korpusuna yaxınlaşaraq atəş açmağa başlayıb. Tələbələrin və müəllimlərin bir qismi universitetdə özünü qorumağa çalışıb, bir qismi isə özlərini pəncərədən atıb. İnsidentdən sonra qatil özünü öldürüb.
Şerm sahil tipi
Şerm sahil tipi- Bu sahil tipi tektonik qırılmalarla əlaqədardır.Belə sahillərdə qraben və qırılıb-düşmə tip qırılmalar mühüm rol oynayır.Onlar sahilin formalaşmasına təsir edir.Məlumdur ki,Yer kürəsində ən böyük qırılma zonası Şərqi Afrika qraben sistemidir.Bu sistem yalnız bir qrabendən yox,bir-biri ilə əlaqədar olan bir çox qrabendən ibarətdir.Bu qraben sisteminin ümumi uzunluğu 6000 km-dən çoxdur.Qeyd edilən qraben sistemi Qırmızı dənizin sahil zonasına çatdıqda burada qırılmalarla bağlı olan şerm sahil tipi əmələ gəlir.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Aspera
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
Smerç
Smerç (silah)
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı. Steam-ın tarixçəsi 1999-cu ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stera Ewart Cratystylis centralis Albr.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Hydrangea aspera
Hydrangea aspera (lat. Hydrangea aspera) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Filipp Sturm
Filipp Sturm (23 fevral 1999-cu ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Sturm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Sturm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 27 sentyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Nikolas Meysteri əvəz etmiş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. Sturm öz peşəkar karyerasında debütünü 24 fevral 2017-ci ildə LASK Linz klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Masaya Okuqavanı əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 57-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Inula aspera
Inula aspera (lat. Inula aspera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Şpree
Şpre (alm. Spree‎) — Hafel çayının yan qolu. Almaniyanın şimal hissəsində yerləşir. Almaniyanın Saksoniya, Brandenburq, Berlin əyalətlərindən və 700 metrlik bir hissəsi Çexiya ərazisindən keçir. Uzunluğu təxminən 400 kilometrdir. Berlindən keçən hissəsinin uzunluğu 44 km-dir. Bundan sadəcə 182 km gəmiçilikdə istifadə olunur. Sahəsi 10.105 km2-dir. Hafel çayının yan qolu olmasına baxmayaq, ondan uzundur və sürəti 2 dəfədən artıq çoxdur. Şprenin sürəti 36 m3/san və Hafel çayının sürəti 15 m3/san-dir.