Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanlı töyrə
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Qanlı töyrə yaşayış yeri
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Töyrətəpə
Töyrətəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır. Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı, Elm, 2007.
Töyrətəpə (Ağcabədi)
Töyrətəpə-Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb. Bu tarixi abidə miladdan öncə III-II minillikləri-Eniolit dövrünü əhatə edir. Ağcabədi rayonunun Şənlik və Cəfərbəyli kəndləri ərazisində Tövrətəpə oronimi qeydə alınıb.Qax,Qazax, Bərdə, Göyçay, Xanlar, Şəki rayonları ərazisində də Tövrətəpə coğrafi adına rast gəlinir. Toponim töyrə (tövrə) və təpə sözlərindən ibarətdir. Tavr sözü ərab dilində "hərəkət, hal, tərz, surət" deməkdir. Qədim türk dillərində tavur sözü (arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer, "köçün düşərgə yeri" mənasındadır.Əski türklərdə törə sözü "qanun" anlamı bildirərək dövlət, el ilə bağlı işlənmişdir. Töyrətəpə (Tövrətəpə) toponimi davar (mal-qara, qoyun)sözü ilə də əlaqələndirirlər. Görünür, bəzi coğrafi adlarda işlənilən bu termin müəyyən fonetik dəyişikliyə uğramışdır.
Töyrətəpə yaşayış yeri
Töyrətəpə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır. Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı, Elm, 2007.
Törə Zeynalova
Törəxanım Zeynalova (1895, Bakı – 1974, Bakı) — aktrisa. Törəxanım Zeynalova 1895-ci ildə Bakıda İçərişəhərdə dünyaya gəlib. Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Amma Törə xanım özünü aktrisa kimi də sınamış, filmlərdə epizodik rollara çəkilmişdir. O, filmdə özünü, öz hislərini oynayırdı. Onun ən yaddaqalan obrazı "Uşaqlığın son gecəsi" filmindəki nənə obrazıdır. Bakılılar (film, 1938) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) Kəndlilər (film, 1939) Qaraca Qız (1966) Qızıl qaz (film, 1972) Mollanın sərgüzəşti (film, 1960) Poçt qutusu (film, 1967) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od.
Əlixan Törə
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır.
Göyrə oğlu Qara
Torre Cepsa
Torre Cepsa (ing. Cepsa Tower) — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Business Areada yerləşən göydələndir. Hündürlüyü 248.3 m və 45 mərtəbədən ibarət olan bu Cuatro Torres Business Area kompleksindəki dörd binanın ikinci ən hündür binasidir. Torre de Cristaldan bir metrdən də artıqdır. İspaniyadakı ikinci ən yüksək bina və Avropa Birliyindəki 5-ci ən yüksək binadır. Lord Foster tərəfindən hazırlanmışdır. Qüllənin inşası zamanı Repsol gələcək qərargahının yerini dəyişdirmək qərarına gəldi və Caja Madrid maliyyə qurumu, binanı 2007-ci ilin avqustunda 815 milyon avroya satın aldı. 2016-cı ildə Avropanın ən varlı adamı və qlobal moda qrupunun qurucusu və Zara sahibi Inditex Amansio Orteqa tərəfindən satın alındı (ITX.MC), əmlak sərmayəsi qolu ilə İspaniyanın ən böyük əmlak şirkətlərindən biri olan Pontegadea Inmobiliaria vasitəsilə 90 milyon avro qarşılığında. Avropanın ən hündür binalarının siyahısı Şüşəli qüllə Torre Espacio Vikianbarda Torre Cepsa ilə əlaqəli mediafayllar var.
Torre Espacio
Torre Espacio — İspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır. 2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi. Maksimum hündürlük - 230 metr, dama qədər olan hündürlük - 224.15 metr binanın uzunluğu və eni - hər biri 46,2 metr mərtəbə hündürlüyü - 2.85 metr 56 yerüstü, 6 yeraltı mərtəbə sayı 27 lift sayı Binanın daxili sahəsi - 56 259 m² Tikinti dəyəri - 390 milyon avro Memar - Henri Kobb Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır. 4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür. 2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu. Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu.
Torre PwC
Torre PwC — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Ticarət bölgəsində yerləşən bir göydələn. Bina 236 metr hündürlükdə və 52 mərtəbəlidir. Göydələn 2004-2008 illəri arasında inşa edilmişdir. Binanın 60%-ni əhatə edən beşulduzlu Eurostars Madrid Tower-də 6 və 27-ci mərtəbələri arasında otaqlar və panoramik görünüşünü təqdim edən iki mərtəbəli yemək otağı var. Peşəkar xidmət firması PricewaterhouseCoopers (PwC) paytaxtdakı ofislərini (təxminən 2500 mütəxəssis) 2011-ci ilin iyul ayında on yeddi mərtəbəni alaraq 34 və 50 arasında olan, boş olan mərtəbələrə köçürdü. Eyni tarixdə, PwC loqotipi, binanın başında, İspaniyada ən yüksək loqotip halına gətirilib, təxminən 236 metr hündürlükdə quraşdırıldı. PwC ofislərinin göydələnə köçürülməsi ilə bina Torre Sacyr Vallehermoso yerinə Torre PwC adlandırıldı. Bütün ofis mərtəbələri eynidir 1.258.23 m² və üç sektora və ya seqmentə bölünmüşdür. 51-58-ci mərtəbələr qüllənin ümumi qurğuları və avadanlıqları üçün nəzərdə tutulub. Cüt dəri fasadlı yeganə qüllədir ki, lopa şəklində şüşə ilə tamamilə örtülmüşdür.
Torre Rossa
Torre Rossa (it. Torre Rossa; hərf. Qırmızı qüllə) — İtaliyanın Asti şəhərində yerləşən romanesk qüllə. Təxminən 24 metr (79 ft) hündürlüyündə və 16 tərəfli çoxbucaqlı şəklindədir. == Tarixi == Qüllə Asti şəhərində yerləşən ən qədim tikililərdən biridir. Onun tikintisi müxtəlif dövrləri əhatə etmişdir: qırmızı hissə e.ə. I əsrdə, ən yüksək hissəsi isə XI əsrdə tufdan tikilmişdir. Bu, Roma dövrünə aid iki şəhər qapısı qülləsindən biri idi. Xristian müqəddəsi Astili Sekundun burada həbs olunduğu və 30 mart 119-cu ildə başının kəsildiyi güman edilir. XII əsrdə qüllə qonşu kilsənin zəng qülləsinə çevrilmişdir və bu funksiyanı bu günə qədər qoruyub saxlayır. Qüllənin zirzəmisi sabitliyi artırmaq üçün doldurulmuş və divarlarla örtülmüşdür.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Tore Navrestad
Tore Navrestad (19 fevral 1996) — Norveçli peşəkar kişi BMX velosipedçisi. Tore Navrestad Norveçi beynəlxalq yarışlarda təmsil edir. Tore Navrestad 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.794 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu.
Torre de Cristal
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Torre del Qreko
Torre del Qreko (it. Torre del Greco) — İtaliyanın Kampaniya regionunda şəhər.
Böyrək
Böyrəklər — insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır. Sağ böyrək sol böyrəkdən bir qədər aşağıda yerləşir. Buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir. Böyrək iki qatdan əmələ gəlmişdir: Tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Hiyrə
Hiyrə (ərəb. الحيرة‎ süry. ܚܝܪܬܐ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. == Tarixi == Hiyrə—Ləxmilər dövlətinin paytaxtı idi. Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Tövbə
Tövbə — Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır. Halbuki bu "xətasızlıq" anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə… — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Luka de la Torre
Lukas Daniel de la Torre (23 may 1998-ci ildə anadan olub) — İngiltərənin Çempionşip təmsilçilərindən olan Fulhem FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar ABŞ futbolçusudur. == Klub karyerası == De la Torre öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem FK klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir. O, oyuna ilkin 11-likdə start vermiş və 88-ci dəqiqədə əvəz olunmuşdur. Həmin görüşdə Fulhem 3–2 hesabı ilə qalib gəlmişdir.
Tövlə
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Viktor Raul Ayya de la Torre
Viktor Raul Ayya de la Torre (isp. Víctor Raúl Haya de la Torre; 22 fevral 1895[…] – 2 avqust 1979[…], Lima) — Peru solçu siyasətçisi. O, milli-islahatçı Amerika Xalq İnqilabi Alyansı təşkilatçılarından və lideri olmuşdur. Viktor Raul Ayya de la Torre Perunun şimalında, Truxilyo şəhərində anadan olmuşdur 1913-cü ildə ədəbiyyat üzrə təhsil almaq üçün Truxilyo Milli Universitetinə daxil olmuş və burada məşhur Peru şairi Sezar Valyexo ilə tanış olur, onunla dostluq edir. Daha sonra Limadakı San-Markos Universitetinə daxil olmuş və burada universitetin inzibati islahatlarının aparılmasında mühüm rol oynamışdır. Bu islahatın bir hissəsi tələbələr tərəfindən tədris olunan işçilər üçün qiyabi kursların təşkili ilə bağlı idi. Ayya de la Torre tərəfindən işçilər üçün qurulan Qonzales Prada Xalq Universiteti sonralar onun APRA partiyasının əsasını təşkil etdiyi güman edilir. Viktor Raul Ayya de la Torrenin qadınlarla heç bir əlaqəsinin olmaması ilə şəxsi həyatına diqqət çəkmişdir. O, evli olmayıb və çoxları onu homoseksual hesab edirdi. APRA görüşlərinin birində evlilik haqqında sual alanda demişdir: "APRA mənim həyat yoldaşımdır, siz isə (partiyanın üzvləri) mənim uşaqlarımsınız".
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Tüyr
𐕜 (səslənməsi /t'/, transkripsiyası Ṭ, ṭ) — Alban əlifbasının 45-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տիւր (Tiwr) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "T'üwr" ola biləcəyini qeyd edir. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki T' səsi ilə eyniləşdirirlər. Yeganə etiraz edən şəxs Georgi Klimov olsa da, sonradan o da bu hərfin transkripsiyası ilə razılaşmışdır.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Kolagirən (Göyçə)
Kolagirən — Göyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd. == Tarixi == Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir. === Kolagirən qalası === Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
Teyde
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.