Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. == Həyatı == 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.
Türklər
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Gənc türklər
Jön türklər, Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. == Etimologiyası == İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır. == Tarixi == Bəhs edilən Osmanlı dövründəki bu Jön türk qrupu kimi olan müxalif qüvvələrə hər dövrdə buna bənzər adlar verilmişdir.
Jön türklər

Kamal Türklər
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Kök türklər
Kök Türklər və ya Göytürklər (göytürkcə: 𐱅𐰇𐰼𐰰:𐰜𐰇𐰛 Kök Türük və ya 𐱅𐰇𐰼𐰛 Türk) orta əsrlərdə Orta Asiyada köçəri türk xalqları konfederasiyası. == Haqqında == Göytürklər 6-cı əsrin sonlarında zirvəsinə çatdılar və Çinin Sui sülaləsini işğal etməyə başladılar. Lakin türk zadəganlarının bölünməsi və Xaqanın taxt uğrunda apardıqları vətəndaş müharibəsi səbəbindən müharibə başa çatdı. Sui imperatoru Wen'in dəstəyi ilə Yami Qaghan yarışmada qalib gəldi. Ancaq Göktürk imperiyası Şərq və Qərb imperiyalarına bölündü. Vətəndaş müharibəsindən zəifləyən Yami Qağan Sui sülaləsinə beyət etdi. Sui azalmağa başlayanda, Şibi Xaqan öz ərazisinə hücum etməyə başladı və hətta 100.000 süvari qoşunu ilə Yanmenin mühasirəsində (Miladdan əvvəl 615) İmperator Yanı mühasirəyə aldı. Sui sülaləsinin süqutundan sonra Göytürklər, sonrakı Çin vətəndaş müharibələrinə müdaxilə edərək, 622 və 623-cü illərdə yüksələn Tang'a qarşı şimal-şərq üsyançısı Liu Heitaya dəstək verdi. Tanq generallar və edam edildi. Sonra Tan sülaləsi quruldu.
Türklər (Beyləqan)
Türklər — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Türklər qəsəbəsi Şərq qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Türklər qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Türklər (Laçın)
Türklər — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsini Zəngilan rayonundakı Babaylı kəndindən köçüb gəlmiş ailələr salmışlar. XIX əsrdə kənd Babaylı kimi qeydə alınmışdır. Kəndin ərazisində Türklər qəbristanlığı yaxınlığında Babaylı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlanmağa başladı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Türklər (kənd)

Türklər bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türklər (dəqiqləşdirmə)
Əsas mənada Azərbaycan türkləri — əsasən Azərbaycan Respublikası, Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Qars (və vaxtilə Qərbi Azərbaycan) yaşayan xalq, Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Anadolu türkləri — Türkiyəli türklər; əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən ad, Türkiyə əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Türk xalqları — Avrasiya ərazisində yaşayan, türk soylu, türk mədəniyyətli, türk dillərinə mənsub olan dillərdə danışan xalqlar.Yaşayış məntəqələri Türklər — Laçın rayonunda kənd. Türklər — Beyləqan rayonundda qəsəbə.
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 403 nəfərdir. == Toponimikası == VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Gənc türklər inqilabı
Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi. İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi.
Gənc türklər üçlüyü
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Qədim türklər (kitab)
Türk tayfaları — kitabında qədim türk dövlətinin yaranması, inkişafı və süqutu tarixi tədqiq edilir. Müəllif türklərin siyasi həyatını, onların məişətini, dini görüşlərini və mədəniyyətini zəngin materiallar əsasında araşdırır, iki dövrün qovşağında qədim və orta əsrlərdə Orta Asiyada köçərilərin həyat tərzini işıqlandırır. Tərcümə edənlər: Vilayət Quliyev, Vəli Həbiboğlu İxtisas redaktoru: Filologiya elmləri doktoru Elməddin Əlibəyzadə Nəşriyyat redaktoru: fəlsəfə elmləri namizədi Vəli Həbiboğlu == Xarici keçidlər == Qumilyov L. N. Q 83 "Qədim türklər". Bakı: Gənclik, 1993, 536 səh.
Tan ordusunda türklər
Tan ordusunda türklər — Tan sülaləsi ordusunun önəmli hissəsi Çin qaynaqlarında "Tujue" olaraq adlandırılan türk döyüşçülərdən ibarət idi. Şimali Çindəki Tan elit təbəqə üzvləri türk mədəniyyətinə aşina idi. Bu vəziyyət türk döyüşçülərinin Tan ordusuna qatılmasına mühüm təsir göstərmişdir. Tan imperatoru Li Şimin "Müqəddəs Xaqan" titulunu qəbul etmiş və dövlətini kosmopolit mədəniyyətin üzərində inşa etmişdi. Li, nizami hərbi kadrlar yaratmış və türk kökənli şəxslərin ordu daxilində yüksəlməsini dəstəkləmişdir. Türklərin bozqırlardakı təcrübəsi Tan imperiyasının qərb və şimal yönündə irəliləməsinə yardım etmişdir. Türk Aşina ailəsindən olan general Aşina Esen Tan ordusunun təşkil etdiyi Qaraxoca, Qaraşəhr və Kuça səfərinə qatılmışdır. Mələz türk general An Luşan Tan sülaləsinin zəifləməsinə səbəb olan An Luşan üsyanını başlatmışdır. Göytürklər tərəfindən yazılan Orxon abidələrində Tan sülaləsində xidmət edən türklər tənqid edilmişdir və onlar Çin imperatorunun öz imperiyasını genişlətməsinə yardım etməkdə ittiham edilmişdirlər. Çinə tabe türk hərbçiləri Orta Asiyadakı Çin qarnizonlarına yerləşdirilmişdir.
Tanq ordusunda türklər

Xacə Əfzələddin Türkə
Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı. == Həyatı == İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu.
Əbu Hamid Türkə
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Abbasilər dövründə türklər (kitab)
Abbasilər dövründə türklər — Ənvər Çingizoğlunun Abbasilər dövründə yaşam sürən türklər haqqında yazdığı kitab. == Məzmunu == Abbasi xəlifələrinin türklərə fövqəladə yaxınlıq göstərmələri, bu İslam dininin qəbul edilməsinin daha da sürətlənməsinə səbəb oldu. Xəlifə Əl-Mənsur (754-775-ci illər) zamanından etibarən türklər Xilafət ordusuna əsgər olaraq daxil olmağa başladılar. Əl-Məmun dövründə (813-833-cu illər) türklərdən xüsusi gözətçi birlikləri yaradılmağa başlandı. Nəhayət, Xəlifə Mötəsim zamanında (833-842-ci illər) xəlifəlik ordusunun əsasını türklər təşkil edirdi. Türk ordusu üçün Samarra (Samirə) şəhərini tikən Xəlifə, sarayını və paytaxtını da bura köçürdü. Xəlifə Əl-Mütəvəkkil zamanında (847-861-ci illər) isə Abbasi dönəminin ən qabaqda gələn üç şəxsiyyəti Türk idi. X əsrin ilk yarısında Əmərilüməralığa iki Türk sərkərdəsi Beckem və Tüzün gətirilmişdi. Türklərin Bağdadda idarəni ələ almalarına görə, uzaq əyalətlərdə olan İslam xilafətinin tərkibində olan Türk diyarları müstəqil bir hökmdar kimi hərəkət etməyə başladılar. İlk Müsəlman Türk dövlətlərdən bəziləri bu zaman surətlə quruldu.
Kamal Türklər sui-qəsdi
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Urker
Urker (qaz. Үркер)—1994-cü ildə yaradılan qazax pop-folk qrupudur. Almaniyada, Fransada, Türkiyədə, Türkmənistanda və ABŞ-də beynəlxalq miqyasda qastrol səfərlərində olublar. == Üzvləri == Aydos Saqat—Urkerin vokalisti və mahnı müəllifi, gənc yaşlarında konservatoriyada oxumuş, lakin əvvəlcə mahnı müəllifindən çox dirijor olmaq arzusunda idi. Rustam Musin—Urker üçün gitarist, heç bir rəsmi musiqi təhsili yoxdur və əvvəlcə mühəndis kimi təhsil almışdır. == Haqqında == 2018-ci ildə qrup yaradıcı fəaliyyətinin 25-ci ildönümünü Almatıda, Respublika Sarayında möhtəşəm konsert ilə qeyd etdi Qrup 6 albom nəşr etdirdi, 20 videoklip çəkdi, ölkə daxilində çox sayda konsert verdi, yeni paytaxt Astananın təqdimatı kimi dövlət səviyyəsində belə böyük tədbirlərdə iştirak etdi. 2010-cu ildən bəri Aydos Saqat, UNESCO-nun musiqi təhsili üzrə mütəxəssisi və BMT-nin Qazaxıstandakı “Fəxri himayədarı ”dır. 2010-cu ilin noyabrında Aydos Saqat, Qazaxıstanda fəxri himayədar kimi UNHCR ilə əməkdaşlıq etdi. 2013-2015-ci illərdə BMT-nin Qazaxıstandakı xoşməramlı səfiri olub. 2010-cu ilin sentyabrında qrup Rahmet supermarket şəbəkəsini mahnılarını bir mağazanın ticarətində qanunsuz istifadə etdiyinə görə məhkəməyə verdi.
Türkmən türkləri
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Türklər gəlir: Ədalət qılıncı (film, 2020)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalətin qılıncı (film, 2019)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Alex Turner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — ingilis musiqiçi, müğənni, bəstəkar və prodüser. Yeddi albom buraxdığı Arctic Monkeys rok qrupunun solisti və əsas mahnı müəllifi kimi tanınır. O həmçinin The Last Shadow Puppets adlı digər layihəsinin qurucusudur. Törner 16 yaşında olarkən üç dostu ilə öz doğma Şeffild şəhərində Arctic Monkeys qrupunu yaratdı. Onların ilk buraxılışı Whatever People Say I Am, That's What I'm Not (2006) o vaxt Britaniya tarixində ən sürətli satılan debüt albomu oldu və Rolling Stone-un bütün ən böyük debüt albomları siyahısında 30-cu yeri tutdu. "I Bet You Look Good on the Dancefloor" sinqlı Birləşmiş Krallıqda bir nömrəli hit oldu. Qrup sonrakı studiya albomları olan Favourite Worst Nightmare (2007), Humbug (2009), Suck It and See (2011), AM (2013) və Tranquility Base Hotel & Casino (2018) və The Car (2022)-da desert rok, indi pop, R&B və lounj musiqisini sınaqdan keçirdilər. Arctic Monkeys həm 2007, həm də 2013-cü ildə Qlastonberi Festivalına başçılıq etdi və 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış etdi. The Last Shadow Puppets qrupunun qurucusu kimi Törner və Mayls Keyn iki simfonik pop albomu buraxdılar, bunlar: The Age of the Understatement (2008) və Everything You've Come to Expect (2016).
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. == Həyatı == Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. == Hərbi fəaliyyəti == === Erkən fəaliyyəti === 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Besi Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Beski Turner

Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. == Fəaliyyəti == Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Türkel TV
Türkel TV – Azərbaycanda açılması planlaşdırılan televiziya kanalı.Kanalın açılması barədə qərar 28 dekabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında verilmişdir. Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş BAKU ART LAB MMC, Türkel TV MMC, MEDİA MASTER MMC-nin sənədlərinə baxılmış və Türkel TV digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına görə qalib seçilmişdir.Türkel TV Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalıdır və ona ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Türkeş dağı
Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.
Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə. == Tarixi == Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.
Türkeş qəbiristanlığı
Türkeş qəbiristanlığı — Şahbuz rayonunun Türkeş kəndindən qərbdə arxeoloji abidə. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Yalnız baş daşıları salamat qalmışdır. Başdaşları olduqca müxtəlif formalıdır. Onlardan birinin insan fiquru formasında hazırlanması olduqca diqqət çəkicidir. Bəzi baş daşlarının ön tərəfi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabə yazılmışdır. Bəzi baş daşlarının arxa tərəfində də kitabələrə rastlanır. Qəbiristanlığın şərq qurtaracağında boz rəngli tuf daşından yüksək sənətkarlıqla hazırlanmış bir daş qoç vardır. Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Qəbiristanlığı XVI–XX əsrlərə aid etmək olar.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türkcə:Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir.Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı “ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır”. == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir. Yerdən yüksəkliyi 43.5 metrdir. Buna görə də, Türkiyənin ən hündür abdəsidir.
Alparslan Türkeş Stadionu
Alparslan Türkeş Stadionu Kocaelinin Körfəz rayonunda yerləşən futbol stadionudur. “Kocaeli Birliy”in matçlarına ev sahibliyi edir. Stadion, tamamilə oturacaqlı olmaqla 1,790 (min yeddi yüz doxsan) nəfər tutuma malikdir. Stadionda futbol matçlarından əlavə bayram şənlikləri də keçirilir.
Eduard Turner Bennet
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Edward Turner Bennett
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Tüklər
Saç və ya tük — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tüllər
Tüllər (gür.: g.ə. თულარი, l.ə. tulari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 3.147 nəfər (1.498 nəfəri kişilər, 1.649 nəfəri qadınlar) əhali yaşayır.
Türbət
Türbət Heydəriyə — İranda şəhər Türbət Cam — İranda şəhər mərkəzi Türbət Heydəriyə şəhristanı — İranda şəhristan. Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biri.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.
Türkcə
Türk dili və ya Türkcə (türk. Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.[mənbə göstərin]Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür. Türk dilində ingilis, alman, fransız, ərəb və s.
Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göyçayın sahilində, Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 416 nəfərdir. == Toponimikası == Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Türkədi
Yaşayış məntəqələri Türkədi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Türkədi (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. == Tarixi == Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Türkülər
Türkü — Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur.Türkülər xalq ədəbiyyatının çox qədim nümunələri sırasında həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Tarixi prosesdə dəyişikliklərə uğramasına baxmayaraq, həmişə xalq ruhunun ifadəsi türkülərdə əsas və başlıca amil kimi görünmüşdür. Ölçü və qafiyələnmə baxımından gəraylı və qoşmaya bənzəyən türkülər daha çox bəstə baxımından seçilir. Bölgə özəllikləri ilə fərqlənir. Özəlliklərinə görə Urfa ağzı, Egin ağzı, Kayabaşı, Türkməni və s. kimi sıralamalar vardır. Türkülər şəkil baxımından sözləri dəyişən və dəyişməyib təkrarlanan (nəqərat) misralardan yaranır.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Türbə
Türbə – görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili. Tanınmış İslam mütəffəkirlərinin üstü açıq olan məzarlarına da onlara hörmət əlaməti olaraq türbə deyilir. Türbələr camaat tərəfindən ziyarətgaha çevrilir. Bütövlükdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. İslam ölkələrinin memarlığını araşdıran mütəxəssislər qülləvari türbələrin məkan-konstruksiya və bədii memarlıq həllinin genetik kökləri barədə müxtəlif fikirlər irəli sürmüşlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışlardan ən geniş yayılanı və daha inandırıcı dəlillərlə əsaslandırılanı bu memarlıq tipinin türk mənşəli olmasıdır.Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) qülləvari türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Sərdabənin dəfn tikilisi kimi ortaya çıxması isə başlıca olaraq tabbutda basdırma mərasimi ilə (Avropada bu adət daha çox xristianlıqda özünü göstərir) bağlıdır. Çin alimlərinin məlumatına görə hələ eradan əvvəl ikinci yüzildə hunlar ölüləri qızıl və gümüş işləməli, qalın parçaya bürünmüş ikiqatlı tabuta qoyurdular. Türk ədəbi abidələrində də belə mərasimlər və tikililər haqqında bilgilər saxlanmışdır. Məsələn Manas dastanında göstərilir ki, Manas öləndə "onu tabuta qoydular." Buradaca sərdabənin tikintisi səbəbi aydınlaşdırılır: "Yeraltı sarayda" belə dəfn mərasimi əbədi yeraltı həyat haqqında əski türk anlayışları ilə bağlı olub, sərdabə içərisində əlverişli, əgər belə demək mümkünsə, gerçək yaşayış şəraiti yaratmaq istəyindən doğmuşdur.
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var