Amsterdam turniri
Amsterdam turniri (ing. Amsterdam tournament) — mövsüm əvvəli Niderlandın paytaxtı Amsterdamda yoldaşlıq məqsədi ilə təşkil edilən futbol turniri. Turnirə Erediviziya komandalarından "Ayaks" klubu ev sahibliyi etmiş və matçlar 1976-cı ildən 1996-cı ilə qədər De Mer stadionunda, 1996-cı ildən 2009-cu ilə qədər Amsterdam Arenada oynanılmışdır.Təşkilat, şəhər tarixinin 700-ci ilini qeyd etmək məqsədi ilə, 1975-ci ildə "Amsterdam 700 turniri" (ing. Amsterdam 700 tournament) adı ilə yaradılıb. 1934-cü ildən 1996-cı ilə qədər "Ayaks"ın daxili sahə matçlarını oynadığı De Mer stadionunda təşkil edilən turnir, 1992-ci ildə olan yeddi illik fasiləyə qədər hər yay keçirilib. 1986-cı ilə qədər yarımfinallar, ikinci, üçüncü yer üçün matç və final olmaqla bərabər üç gündə ümumi dörd matç oynanılırdı. 1987-ci ildə, ilk dəfə komandalar bir-birləri ilə matçı liqa formatında oynamağa başladı. 1999-cu ildə Beynəlxaq Fəaliyyət Tərəfdaşlığı (ing. International Event Partnership qısa olaraq IEP) dəstəyi ilə turnir bu dəfə Amsterdam Arenada təşkil edilməyə başladı. Turnir yenidən başladıqdan sonra, turnirdə rəsmi futbol təşkilatlarında istifadə edilməyən bal vermə sistemi istifadə edilmişdir.