Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkülər
Türkü — Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Türkülər xalq ədəbiyyatının çox qədim nümunələri sırasında həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Tarixi prosesdə dəyişikliklərə uğramasına baxmayaraq, həmişə xalq ruhunun ifadəsi türkülərdə əsas və başlıca amil kimi görünmüşdür. Ölçü və qafiyələnmə baxımından gəraylı və qoşmaya bənzəyən türkülər daha çox bəstə baxımından seçilir. Bölgə özəllikləri ilə fərqlənir. Özəlliklərinə görə Urfa ağzı, Egin ağzı, Kayabaşı, Türkməni və s. kimi sıralamalar vardır.
Türklər
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Gənc türklər
Gənc türklər (türk. Jön Türkler) — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. == Etimologiyası == İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır.
Jön türklər

Kamal Türklər
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Kök türklər
Türklər (Beyləqan)
Türklər — Azərbaycan Respublikasının Beyləqan rayonunun Türklər qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Türklər qəsəbəsi Şərq qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Türklər qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Türklər (Laçın)
Türklər — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsini Zəngilan rayonunun Babaylı kəndindən köçüb gəlmiş ailələr salmışlar. XIX əsrdə kənd Babaylı kimi qeydə alınmışdır. Kəndin ərazisində Türklər qəbiristanlığı yaxınlığında Babaylı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlandırılmışdır. Adından da göründüyü kimi Türklər adı türk kökənli bir addır. Kəndin qəbristanlığında qədim at və sandıq daş heykəlləri var.
Türklər (kənd)

Türklər bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türklər (dəqiqləşdirmə)
Əsas mənada Azərbaycan türkləri — əsasən Azərbaycan Respublikası, Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Qars (və vaxtilə Qərbi Azərbaycan) yaşayan xalq, Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Anadolu türkləri — Türkiyəli türklər; əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən ad, Türkiyə əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Türk xalqları — Avrasiya ərazisində yaşayan, türk soylu, türk mədəniyyətli, türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Yaşayış məntəqələri Türklər — Laçın rayonunda kənd. Türklər — Beyləqan rayonundda qəsəbə.
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.
Gənc türklər inqilabı
Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi. İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi.
Gənc türklər üçlüyü
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Qədim türklər (kitab)
Tan ordusunda türklər
Tan ordusunda türklər — Tan sülaləsi ordusunun önəmli hissəsi Çin qaynaqlarında "Tujue" olaraq adlandırılan türk döyüşçülərdən ibarət idi. Şimali Çindəki Tan elit təbəqə üzvləri türk mədəniyyətinə aşina idi. Bu vəziyyət türk döyüşçülərinin Tan ordusuna qatılmasına mühüm təsir göstərmişdir. Tan imperatoru Li Şimin "Müqəddəs Xaqan" titulunu qəbul etmiş və dövlətini kosmopolit mədəniyyətin üzərində inşa etmişdi. Li, nizami hərbi kadrlar yaratmış və türk kökənli şəxslərin ordu daxilində yüksəlməsini dəstəkləmişdir. Türklərin bozqırlardakı təcrübəsi Tan imperiyasının qərb və şimal yönündə irəliləməsinə yardım etmişdir. Türk Aşina ailəsindən olan general Aşina Esen Tan ordusunun təşkil etdiyi Qaraxoca, Qaraşəhr və Kuça səfərinə qatılmışdır. Mələz türk general An Luşan Tan sülaləsinin zəifləməsinə səbəb olan An Luşan üsyanını başlatmışdır. Göytürklər tərəfindən yazılan Orxon abidələrində Tan sülaləsində xidmət edən türklər tənqid edilmişdir və onlar Çin imperatorunun öz imperiyasını genişlətməsinə yardım etməkdə ittiham edilmişdirlər. Çinə tabe türk hərbçiləri Orta Asiyadakı Çin qarnizonlarına yerləşdirilmişdir.
Tanq ordusunda türklər

Abbasilər dövründə türklər (kitab)
Kamal Türklər sui-qəsdi
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalət qılıncı (film, 2020)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalətin qılıncı (film, 2019)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.