MAHNI Onlar içəri keçdilər və Yunis yeni yazdığı mahnının məşqinə başladı (X.Hasilova); AHƏNG (köhn.) Bəzi ahənglərin şad eyləyir; Qəlbi yatmışları naşad eyləyir (A.Səhhət); HAVA (oyun havası) Sonra o biri usta klarnetdə təzə havalar çaldı (M.Hüseyn); NƏĞMƏ Dağıldı musiqi – sazların səsi; Ya da ki, quşların vəhşi nəğməsi... (S.Vurğun); ŞƏRQİ (köhn.) Quşların şərqisi kəsildi, onlar hara isə uzaqlara uçub getdilər (M.İbrahimov); TƏRANƏ Çal, çal! Azadlığın xoş təranəsi; Hində, Himalaya, Çinə yayılsın (S.Vurğun); TÜRKÜ (köhn.) O yerdə ki, quşlar oxur, söylənilir türkülər; Aydındır ki, o torpağın zəngin təbiəti var (S.Vurğun),