Əsli yelək olub. Yel feili ilə bağlıdır, həmin feilin mənası “sürətlə getmək” deməkdir. Lələk (yelək) quşun, uçuşun, oxun sürətini təmin edən vasitədir. “Parus” mənasında işlədilən yelkən sözü də yuxarıdakılarla eyni kökə malikdir. Türklər oxa ilk dəfə yelək qoyub və onların silahı 150 m başqalarından uzağı vurub (yelək oxun girişə qoyulan ucunda bərkidilirmiş). (Bəşir Əhmədov. Etimologiya lüğəti)