GÖYLƏR

göy türklər (Qədim türk xalqlarında “göy” bütün dünya deməkdir. Bu isə bütün dünyaya hakim olmaq deməkdir).
GÖYİNAM
GÖYLÜXAN
OBASTAN VİKİ
Göylər
Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin Acıdərə və Çöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir. Göylər kəndi Şamaxı rayonunda əhalisinin sayına görə ən böyük kənddir. == Tarixi == Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular. === Tarixi abidələri === Qalacıq yaşayış yeri (III–XIII əsrlər) Pirmərdəkan türbəsi (XII–XIII əsrlər) Küp qəbirlər nekropolu (Antik dövr) Şəhərgah (Antik dövr – orta əsrlər) Şəhərgahın qəbiristanlığı (Antik dövr – orta əsrlər) Saxsılı taxta yaşayış yeri (Antik dövr – ilk orta əsrlər) Pirəbağdad nekropolu (Antik dövr) Göylər məscidi (XII–XIII əsrlər) Pirmərdəkan türbəsi == Coğrafiyası və iqlimi == == Əhalisi == Göylər kəndinin də daxil olduğu Elat mahalında 1821-ci ildə 1016 ailə yaşayırdı. 2009-cu il 1 Yanvar tarixli məlumatlara əsasən Göylər kəndinin əhalisi 7200 nəfər idi. === Şamaxı soyqırımı === Şamaxıda Lalayan, Samson Aspirov və T. Əmirovun quldur dəstələri 1918-ci il Aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutmuşdular. Şamaxı qəzasında yerli erməni-rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8000-dən artıq dinc azərbaycanlı əhali öldürmüşlər. 72 kəndi dağıtmış, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidi içərisindəki insanlarla birlikdə yandırmışlar.
Göylər məscidi
Göylər məscidi — Azərbaycanın Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. XII-XIII əsrlərdə inşa edilən məscid Şamaxı rayon mərkəzindən 16 km cənub–qərbdə yerləşir. == Tarixi == Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir.
Çöl Göylər
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova == İstinadlar == == Mənbə == Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.
Göylərdağ
Göylərdağ, Göylər Dağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göylər Dağ kəndi rayon mərkəzindən 17 km cənubda, Ləngəbiz silsiləsinin Şimal ətəyindədir. Oykonim Göylər/Göglər (etnotoponim) və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, "dağlıq ərazidə olan Göylər kəndi" deməkdir.. 1981-ci ildə əhalisi 4952 nəfər olmuşdur. Kənd əhalisi heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğuldur. Şərab zavodu, orta və səkkizillik məktəb, kitabxana. mədəniyyət evi, kinoqurğu, xəstəxana, Şeyx Tair türbəsi, orta əsrlərə aid bir neçə başqa türbə, yaşayış yeri, qəbiristan var.
Göylərçöl
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.