Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Damodar çayı
Damodar — Hindistanda çay. Qərbi Hindistanın Benqaliya əyalətindəki candva kəndi yaxınlığında, Bəzi dillərdən tərcümədə "müqəddəs su" deməkdir. Çhota Naqpur platosundan başlanır, Hind Qanq ovalığının şərq hissəsi ilə axır və Qanq çayı deltasının Huqli qoluna tökülür. Əsas qolu Bara kardır. Aşağı axını gəmiçiliyə yararlıdır. SES, su anbarları və suvarma kanalları var. Damodar vadisi Hindistanın mühüm sənaye rayonlarındandır. Elektrik enerjisi istehsal etmək üçün çay vadisində bir neçə su-elektrik stansiyası tikilmişdir. Çay yağış suları ilə qidalanır. == Sahəsi == Çayın Uzunluğu 580 kilometrdir, hövzəsinin sahəsi isə 20 min km²-dən çoxdur.
Laminar hərəkət
Layla Takidir
Pamidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Şanidar mağarası
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir. Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır. Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir. 2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır. 21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər. "Цветы в пещере Шанидар. Кто виноват — Человек или пчёлы?".
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Hamida Candubi
Həmidə Candubi (ərəb. حميدة جندوبي‎) (22 sentyabr 1949, Tunis – 10 sentyabr 1977, Marsel Penitensiar mərkəzi[d]) — Qərbi Avropada edam edilən sonuncu şəxs və Qərb ölkələrində başı kəsilərək edam edilən sonuncu şəxs. Tunisli mühacir olan Candubi 21 yaşlı Elizabet Buketə işgəncə verməkdə və onu öldürməkdə təqsirli bilinib. O, 1977-ci il sentyabrın 9-da prezident Valeri Jiskard d'Estenqə əfv edilməsi barədə xahişi rədd edildikdən sonra xahişi mənfi cavab aldıqdan az sonra gilyotinlə edam edilib. 1981-ci ildə Fransua Mitteran prezident seçildikdən sonra Fransada ölüm hökmü ləğv edildi.
Böyük Tamar
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib. Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi. Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb.
Tamar (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Tamar Çuqoşvili
Tamar Çuqoşvili (gürc. თამარ ჩუგოშვილი; 11 avqust 1984, Gürcaani) — Gürcüstan siyasətçisi. O, 2016-cı ilin noyabrından 2019-cu ilin noyabrına qədər Gürcüstan parlamentinin birinci vitse-spikeri vəzifəsində çalışmışdır. Çuqoşvili "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibi və partiyanın Siyasi Şurasının üzvü olmuşdur. Çuqoşvili 2015-cı ildən "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibidir. O, 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin üzvü və birinci vitse-spiker seçilmiş, o vaxtdan parlamentin Gender Bərabərliyi Şurasının sədri, Parlamentdə ABŞ və İsrail kokuslarının sədri, xəzinədarlar şurasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Daimi Parlament Nümayəndəliyinin rəhbəri, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədr müavini və Qadın Siyasi Liderlərin Qlobal Forumunda səfir kimi xidmət etmişdir. Çuqoşvili Gürcüstanda hökumət islahatlarında iştirak etmişdir. Odur ki, o, parlamentinin reqlamentində islahatlara rəhbərlik etmişdir. Yeni reqlament 2018-ci ilin dekabrında təsdiq edilmişdir. Ona əsasən, parlamentin nəzarət funksiyası artırılmış, qanun yaradıcılığı prosesi təkmilləşdirilmiş, öarlamentin hesabatlılığı artırılmış, vətəndaşların iştirakı təşviq edilmiş və şəffaflıq səviyyəsi yüksəlmişdir.
Tamar İveri
Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971, Tbilisi) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur. Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir. O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya Operası və Zalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir. İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı.
Tamir çayı
Tamir çayı (monq. Тамир гол) — Monqolustanın mərkəzində, Arxanqay aymakında, Xanqay dağının dərələri boyunca axan çay. Uzunluğuna görə Tamir çayı iki qola bölünür: Şimali Tamir (monq. Хойт Тамир гол) və Cənubi Tamir (monq. Урд Тамир гол). Şimali Tamir Şalxaqiin Xoyt dağ silsiləsində başlayır, İxtamir sumunun Toqo dağında başa çatır. Cənubi Tamir isə Bulqan sumunun 25 km cənub-qərbində başlayır və Xayrxni dağ silsiləsində başa çatır. Hər iki qol Batsenqel sumunda yekunlaşır. Tamir çayı Orxon çayının əsas qoludur. Onlar Uqiynuur sumunda görüşürlər və Orxon çayı Uqiy-Nuur gölünə tökülür.
Şmuel Tamir
Şmuel Tamir (ivr. ‏שמואל תמיר‏‎; 10 mart 1923, Qüds – 29 iyun 1987, Herzliya, Təl-Əviv dairəsi) — İsrail müstəqillik inqilabçısı, vəkil, Knesset üzvü idi. İngilislərlə uğurlu bir karyera mübarizəsindən sonra 1965–1980-ci illərdə Knessetə daxil oldu, 1977-ci ildən 1980-ci ilə qədər Menaxem hökumətində Ədliyyə naziriliyinə yüksəldi.Əsasən günahkarlar və müharibə cinayətkarlarını mühakimə etmək üçün məhkəmə işlərinə baxırdı.Tamirin xəyanətkar siyasəti nəhayət onu millətçi partiyalarla bir neçə koalisiyanın ardınca bir partiyaya daxil oldu.
Amida (Mesopotamiya)
Amida (yun. Ἄμιδα, süry. ܐܡܝܕ, kürd. Amed) — Mesopotamiyada, hazırda Türkiyənin Diyarbəkir şəhərinin yerləşdiyi yerdə yerləşən qədim şəhər. Şəhər Dəclə çayının sağ sahilində yerləşirdi. Divarları uca və əhəmiyyətli idi, köhnə tikililərin təkrar emal edilmiş daşlarından tikilmişdir. == Adı == "Amida" adının mənşəyi naməlumdur. Buna baxmayaraq, güman edilir ki, bu ad daha qədim aysorca "Amedi" adından gəlir. Ərəbcə "Amid" adından da istifadə edilir. Şəhər kürdcə "Amed" və süryanicə "ܐܡܝܕ" (Amid) adlanır.
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.
Tamar (Şirvan məleykəsi)
Tamar Baqrationi (XII əsr – 1161) — Gürcüstan çarı IV Davidin qızı, III Mənuçöhrün həyat yoldaşı. İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur. Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar. Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə başlamış, Tamar da öz kiçik oğullarından birini dəstəkləmişdir. Qıpçaq muzdlularının köməyindən istifadə edən Tamar Şirvanı Gürcüstanın bir hissəsinə çevirmək fikrində idi. Lakin şahzadə Axsitan Eldənizlərin köməyi ilə qalib ayrılmış və anasını kiçik qardaşı ilə birgə Gürcüstana sürgünə göndərmişdir. 1152-ci ildə artıq Tiğva monastırında rahibə idi.
Tağılar
Tağılar (Bərdə)
Tamar Angelina Komnini
Tamar Angelina Komnini (yun. Θαμάρ Αγγελίνα Κομνηνή; 1264, Epir çarlığı – 1311, Taranto) — Şahzadə I Filipplə evliliyi sayəsində Taranto şahzadəsi olmuş xanım. Tamar Epir despotluğundan olan I Nikifor Komnin Dukanın və onun ikinci həyat yoldaşı Anna Paleoloq Kantakuzininin, Bizans imperatoru VIII Mixail Paleoloqun qardaşı qızı idi. Beş bacıdan biri idi. Onun böyük ögey bacısı Kastiliyalı İnfante Fadrikenin həyat yoldaşı Yekaterina idi. Ondan kiçik üç kiçik uşaq daha var idi: Mixail despot olmamışdan əvvəl öldü; I Foma Komnin Duka, növbəti despot oldu; və Kefaloniyalı qraf I İohann Orsini ilə evlənmiş Mariya (1304–1317). Tamarın anası Epir və Bizans İmperiyası arasındakı qırıqlığı sağaltmaq istəyirdi. Epiri İmperiyaya qovuşdurmaq üçün Anna Tamarı II Andronik Paleoloqun oğlu və həmkarı Mixail ilə evləndirmək istəyirdi. Bu fikir Andronik tərəfindən rədd edildi və ikisi əmiuşağı olduqları üçün kilsə tərəfindən qeyri-kanonik hesab edildi. Annanın planının iflasa uğraması ilə Tamarın atası Nikifor Neapolun Anqevin sülaləsi ilə müttəfiq olaraq Konstantinopoldan müstəqilliyini möhkəmləndirməyə çalışdı.
Çariça Tamar körpüsü
Çariça Tamar körpüsü (gürc. თამარ მეფის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Saburtalo, Vake rayonlarını və onun mərkəzi hissəsini birləşdirir. Sovetlər dönəmində Tiflis şəhərinddə inşa edilən ən böyük körpüdür. Körpü Çariça Tamar prospektinin girəcəyində yerləşir (keçmiş Çelyuskinsev küçəsi) Körpüdən yuxarı axar boyunca Qalaktion Tabidze, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir. İlk əvvəllər körpünün adı yerləşdiyi rayonun adına uyğun olaraq Çelyuskinsev körpüsü adlanırdı. Çağdaş adı isə ona 1989-cu ildə verilmişdir. Körpü gürçü Çariça Böyük Tamaranın şərəfinə adlandırılmışdır. Körpünün inşasına ehtiyac şəhərin bu hissəinin 1930-cu illərdə inşası ilə əlaqəli meydana gəlir. 1928-ci ildə körpünün inşası ilə əlaqəli müsabiqə elan edilir.
Brassica juncea var. tumida
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Tazılar (bürc)
Tazılar (lat. Canes Venatici) — 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində "ov itləri" mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir. Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı. Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə (yun.
Tağılar (Bərdə)
Tağılar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tağılar (Kəlbəcər)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Tağılar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.