Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toplax iyesi
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Topdağ
Topdağ (Babək) — Babək rayonu ərazisində dağ. Araz çayı sahilindədir. Hündürlüyü 785 m. Topdağ (Zəngilan) — Zəngilan rayonu ərazisində dağ. Yerli əhali arasında Topunqəlbisi adı ilə tanınır.
Toplar
Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toplar oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Topbağ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Toplak iyesi
Topraq Sağlam
Topraq Sağlam (türk. Toprak Sağlam) — Türkiyəli aktrisa. Topraq Sağlam 1985-ci ildə oktyabrın 9-da İstanbulda anadan olub . Evdar xanım Handan Sağlam və rəssam Şakir Sağlamın ailəsində dünyaya gələn Topraq ailənin yeganə övladıdır . O , ibtidai təhsilini İqbaliyə İbtidai Məktəbində , orta təhsilini General Əli Rza Ərsin liseyində almışdır. Ali təhsillidir — Müjdət Gəzən Sənət Mərkəzi Konservatoriyasının Teatr bölümünü bitirmişdir .
Qədir Topbaş
Qədir Topbaş (türk. Kadir Topbaş; 8 yanvar 1945, Yusufeli[d], Artvin ili – 13 fevral 2021, İstanbul) — Türkiyəli memar, iş adamı və siyasətçi. Qədir Topbaş 1999-2004-cü illərdə Fəzilət Partiyasından Bəyoğlu Bələdiyyə başçısı seçilib. 2004-2017-ci illərdə Ədalət və İnkişaf Partiyasından İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsində çalışıb. Topbaş 2009 və 2014-cü il bələdiyyə seçkilərində yenidən İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçilərək İstanbul tarixində ardıcıl olaraq üç seçkidə qalib gələn ilk Böyükşəhər Bələdiyyə başçısı olub. 2010 və 2013-cü illərdə iki dəfə Birləşmiş Şəhərlər və Yerli Rəhbərliklər Təşkilatının prezidenti seçilən Topbaş bu vəzifəyə təyin olunan ilk türk yerli idarəçi olub. Topbaş həmçinin 2011-13-cü illərdə Asiya Bələdiyyə Başçıları Forumunun prezidenti, 2009-2017-ci illərdə isə Türkiyə Bələdiyyələr Birliyinin sədri vəzifələrində çalışıb. 1945-ci il yanvarın 8-də anasının müharibə illərində yaşadığı Artvin ili, Yusufəli ilçəsinin Altıbarmaq kəndində anadan olan Topbaş hələ üç aylıq olarkən İstanbula köçüblər. Orta təhsilini İşıq Liseyində başlayan Topbaş, İstanbul İmam Hatip Liseyində davam etdirib. O, 1972-ci ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsini, 1974-cü ildə Memar Sinan Universitetinin Memarlıq fakültəsini bitirib.
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topaz (bukmeyker)
Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir. Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur. 2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır. Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir. 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq. 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.
Topaz (dəqiqləşdirmə)
Topaz — Qiymətli daş. Topaz (bukmeyker) — Azərbaycanda yeganə bukmeyker.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Topal Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
F-14 Tomcat
F-14 Tomcat — Grumman Aerospace tərəfindən istehsal olunmuş supersonik, iki mühərrikli və dəyişən həndəsi qanadlı önləmə təyyarəsidir. Əsas vəzifəsi ABŞ Hərbi Donanmasını düşmənin supersonik hərbi təyyarələrindən və qanadlı raketlərindən müdafiə etməkdir. Bu məqsədlə F-14-ə çox güclü bir atışa nəzarət radarı (AN/AWG-9) və uzun mənzilli raketlər (AIM-54 Phoenix) inteqrasiya edilmişdir. AN/AWG-9 radarı sayəsində təyyarə 100 mil ərazini müşahidə altında saxlaya bilir, eyni zamanda bu məsafə içərisindəki 24 təyyarəni izləyə və bununla paralel olaraq AIM-54 Phoenix döyüş raketi ilə 6 ədəd təyyarəyə hücum edə bilər. Radarının izləmə gücü sayəsində Tomcat reaktiv təyyarələri mini AWACS kimi də istifadə edilə bilər. Yüksək optik böyüdücü televiziya kameraları hədəflərini 30 mildən çox məsafədən tanıyır və hədəfləri vizual olaraq izləməyə və müəyyən etməyə imkan verir. Uçuş heyəti pilot və radar zabitindən ibarətdir. Təyyarə dəyişkən həndəsi qanadlara malikdir. Uçuş zamanı avtomatik olaraq 20 ilə 68 dərəcə arasında dəyişə bilən bu qanadlar, qalxma zamanı önə doğru açılaraq havanın qaldırma gücünü artırır, sürət tələb edən uçuşlarda geriyə doğru bağlanaraq qanad sahəsini kiçildib sürtünməni azaldır və sürəti artırır. Bu isə öz növbəsində, təyyarəyə sabit qanadlı təyyarələrdə əldə edilə bilinməyən bir üstünlük verir.
Toplam sahibolma xərci
Toplam sahibolma xərci - TCO – 1. (Total Cost of Ownership ~ совокупная стоимость владения, ССВ ~ toplam sahip olma maliyeti) – avadanlıq və proqram təminatı üçün ən yaxşı qiymət/keyfiyyət nisbətinin müəyyənləşdirilməsi metodikası. Bu termin ilk dəfə 1995-ci ildə Gartner Group hesabatlarının birində işlədilib. Dəyərləndirmə meyarları olaraq alış, quraşdırma, inzibatçılıq, texniki dəstək və müşayət, modernləşdirmə, məcburi boş dayanma qiymətləri və başqa məsrəflər götürülür. 2. Elektron avadanlıqların (ilk növbədə kompüterlərin) erqonomika və təhlükəsizlik baxımından könüllü sertifikatlaşdırılması üçün standartlar qrupu. İşveç Peşəkar Qulluqçular Konfederasiyasının (Swedish Confederation of Professional Employees) bir hissəsi olan TCO Development komitəsi tərəfindən işlənib hazırlanıb. Standartlar illər üzrə nömrələnir və hazırda TCO’92, TCO’95, TCO’99, TCO’01, TCO’03, TCO’04, TCO’05, TCO'06 və TCO'07 standartları mövcuddur. İlk standart yalnız monitorlara aid idi, sonrakılar isə mobil telefonlara, ofis avadanlıqlarına, fərdi kompüterlərin sistem bloklarına, noutbuklara və telefonlar üçün baş qarniturlarına da aiddir. TCO'92 – İşveç Peşəkar Qulluqçular Konfederasiyası (Swedish Confederation of Professional Employees) tərəfindən 1992-ci ildə işlənib hazırlanmış ilk normativlər.
Hace Musa Topbaş
Hace Musa Topbaş (1917, Osmanlı imperiyası və ya Konya, Konya vilayəti – 16 iyul 1999, İstanbul) — Müasir Türk-İslam mədəniyyətinin ən görkəmli simalarından biri, alim. O, bütün İslam coğrafiyasında daha çox "Sahibü'l-Vefa" adı ilə tanınmışdır. == Həyatı == Hace Musa Topbaş Osmanlı imperatorluğunun son dönəmlərində dünyaya gəlmişdir. Atası Ahmed Hamdi Topbaş böyük İslam alimlərindən biri idi və Musa Topbaşı gənc yaşlarında ticarət sahəsinə yönləndirərək, İstanbulun Erenköy hissəsinə yerləşdirir. Musa Topbaş həzrətləri Erenköyde, məsnəvixan Tahiru'l Məvləvi, Elmalılı Məhəmməd Həmdi Yazır və digər çoxsaylı alimlərin müşayiətində zahiri təhsilini başa vurmuşdur. Xəttatlıq elmini məşhur türk xəttatı Hamit Aytaç, mənəvi tədrisini isə Mahmud Sami Ramazanoğlunun öndərliyi altında tamamlayır.
Osman Nuri Topbaş
Osman Nuri Topbaş (21 yanvar 1942, İstanbul) — İslam alimi, din xadimi, mütəsəvvif, yazıçı. İbtidai təhsilini Ərənköy Zihni paşa ibtidai məktəbində almışdır. İlk təhsil illərində xüsusi Quran kurslarında təhsil alıb. 1953-cü ildə İstanbul İmam Xətib məktəbinə daxil olub. O illərdə bu məktəb Osmanlı imperiyasının böyük tanınmış şəxsləri sayılan M. Cəlaləddin Öktən, Mahir İz kimi ustadların, Nurəddin Topçu kimi Qərbdə təhsil almış mütəfəkkirlərin müəllimlik etdiyi önəmli bir qurum idi. Əmisi və yaşıdı Abidin Topbaş ilə birlikdə 1960-cı ildə bu məktəbi bitirdi.İmam Xətib illərində adı çəkilən böyük müəllimlərdən əlavə, M. Zəkayi Qonrapa, Yaman Dədə (Əbdülqadir Keçeoğlu), Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rza Sağman kimi müəllimlərdən də dərs aldı. Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alırdı. Tarix, ədəbiyyat, dini elmlər və poeziyaya olan marağı səbəbindən yazıçılıq fəaliyyətinə 1990-cı illərdən başlayıb.
Topal Kənan Paşa
Topal Kənan Paşa (v. 16 fevral 1659, Hələb) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Atikə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu.
Topal Mehmed Paşa
Topal Mehmed Paşa (ö. 1659) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi və əsli barədə məlumat yoxdur. Bəylərdən olub, 1649-cu ildə Həmid sancaqbəyi tyəin edildi. Ancaq həmin ilin sonlarında Abxaz Həsən üsyanına qoşuldu. Bir il sonra itaət edərək 1651-ci ilin dekabrında Konya bəylərbəyi, sonra Sivas, Axısqa, Çıldır və vəzirliklə Temeşvar sancaqbəyliyinə gətirildi. 12 dekabr 1656-cı ildə kaptan-ı dərya olsa da, 1657-ci ilin dekabrında Saqqız adasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq bölgədəki özbaşınalığı və zülmkarlığı səbəbilə 1659-cu ildə Körpülü Mehmed Paşa tərəfindən edam edilərək cəzalandırıldı. Sicill-i Osmani IV, səh. 49.
Topal Osman Paşa
Topal Osman Paşa (1663 – 1733, Kərkük) — osmanlı hərbi xadimi. 1731—1732-ci illər arasında Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur. Osman təxminən 1663-cü ildə Moreyada (Peloponnes, Yunanistan) anadan olub, lakin ailəsi əslən Anadolunun Konya şəhərindən idi. Erkən yaşlarında sultan yanında xidmətə başladı. Əvvəlcə kozbekçi korpusunda, daha sonra pandurlar korpusunda xidmət etdi. 24 yaşında bəylərbəyi oldu. Tezliklə Misir başçısına göndərildi, lakin gəmisi ispan kaperləri hücumuna məruz qaldı. Nəticədə Osman əsir altına düşdü və yaralandı, bu yara nəticəsində o, topal qaldı və müvafiq ləqəb qazandı. Əvvəlcə Maltaya aparıldı, lakin tezliklə əsirlikdən azad edildi və İstanbula qayıtdı. 1710—1713 rus-türk müharibəsində iştirak etdi, müharibədən sonra Rumeliyə göndərildi və armatollar komandanı oldu.
Topçu
Topçu (İsmayıllı)
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Topçu (Şəbüstər)
Topçu (fars. توپچي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (94 ailə).
Əhməd Topçu
Əhməd Topçu (türk. Ahmet Topçu, d. 2 fevral 1945, Rizə Çayeli — ö. 5 iyun 2019) — Türk akademik, pedaqoq 1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır. Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır. 5 iyun 2009-cu ildə vəfat etmişdir. Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni.
Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti. 1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub. Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur. 1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır, lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.
Topçu Vüsal
== Vüsal Şahkərimov == Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. == Həyatı == Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb.