Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turşsu
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə. Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Turşsu (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Turşsu (Laçın)
Turşsu — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Fətəlipəyə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Turşsu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == === Tarixi abidələri === Burada xeyli tarixi abidələr və qəbirsanlıqlar var idi ki, indi ermənilər tərəfindən dağıdılıb. == Coğrafiyası və iqlimi == Kəndin ətrafı dağlarla əhatə olunmuş və Laçın rayonunun digər kəndləri kimi böyük meşə ehtiyatına malikdir. Mineral suları ilə məşhurdur. == Əhalisi == İşğala qədər əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfat sahəsi heyvandarlıq olmuşdur. Bol ot ehtiyatına malik otlaqları vardır.
Turşsu (içki)
Turşsu — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Şuşa şəhərinin 17 km cənub-qərbində, Zarıslı çayının dərəsində 1700 m yüksəklikdədir. Bu su mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu boru vasitəsilə Şuşa şəhərinə nəql edilirək və öz təyinatı üzrə istehlak edilirdi.
Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Turşsu qəsəbəsinə nəzarəti ələ keçirib. == Toponimikası == Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb. == Tarixi == Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur.
Asetilsalisilli turşu
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Qarışıq turşu
== Tərkibi == Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram == Hazırlanma qaydası == Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. == Mənbə == Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Turşu-sıyıq
Turşu-sıyıq — Azərbaycanın milli yeməyi. == Tərkibi == Bulyon — 40q, düyü — 30q, baş soğan — 24q, göy soğan — 26q, yerkökü — 40q, ispanaq — 50q, quzuqulağı — 50q, ərinmiş yağ — 15q, keşniş və ya nanə — 10q, lavaşana — 50q, duz, istiot. == Hazırlanma qaydası == Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Turşu (qida)
Turşu və ya şoraba — Qərbi Asiya, Slavyan və Balkan mətbəxlərində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Turşu qovurma
== Tərkibi == 3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot == Hazırlanması == Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3–4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. == Turşu yağışının ziyanları == === Suyun turşulaşması === 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. === Torpağın münbitliyinin azalması === Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Turşu ədədi
Turşu ədədi - turşu, yaxud turşu qarışığının ekvivaleit kütləsini, həmçinin bəzi texniki və təbii məhlulların, sərbəst turşuların miqdarını xarakterizə edən kəmiyyət. Turşu ədədi götürülmüş 1 q maddənin neytrallaşmasına sərf olunan KOH-ın milliqramla miqdarına bərabərdir.
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur. Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir. Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. == Tarixi == Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Hialuron turşusu
Hialuron turşusu (hialuronat, hialuronan) — birləşdirici, epitelial və sinir toxumalarının bir hissəsi olan sulfonlaşdırılmamış qlikozaminoqlikan. Bir çox bioloji mayelərin (tüpürcək, sinovial maye və s.) tərkibində olan hüceyrədənkənar matrisin əsas komponentlərindən biri. Hüceyrələrin çoxalmasında və miqrasiyasında mühüm rol oynayır. Bu maddəyə "hialuron turşusu" adı 1934-cü ildə alman alimi Karl Meyer və J.V. Palmer tərəfindən verilmişdir. Bəzi bakteriyalar (məs. Streptokokkus) tərəfindən istehsal olunur. Hialuron turşusu həmçinin A qrupunun streptokok ekstrasellüler kapsulunun tərkib hissəsidir və virulentlikdə rol oynadığı güman edilir. 70 kq olan insanın orqanizmində orta hesabla təxminən 15 qr. hialuron turşusu var və onun üçdə bir hissəsi hər gün dəyişir (parçalanır və ya sintez olunur). == Funksiyaları == Hialuron turşusu sinovial mayenin özlülüyünə görə məsuliyyət daşıyan əsas komponentidir.
Hidroheksaflüorizoyağ turşusu
α-Hidroheksaflüorizoyağ turşusu (2-triflüormetil-3,3,3-triflüorpropion t-su, α- hidroperflüorizoyağ t-su)-(CF3)2CHCOOH, rəngsiz hiqroskopik kristal maddədir; == Fiziki xassələri == Kəskin iyli, efirdə, asetonda və dioksanda yaxşı, suda isə pis həll olur (pKa — 2,35). == Kimyəvi xassələri == α-Hidroheksaflüorizoyağ turşusunu P2O5-in köməyi ilə dehidratlaşdırdıqda davamlı bis-(triflüormetil)keten (CF3)2C=C=O, (C2H5)3N-in iştirakında dekarboksilləşdirdikdə isə 1,1,1,3,3,3-heksaflüorpropan (CF3)2CH2 alınır. α-Hidroheksaflüorizoyağın kalium duzu ~800C temperaturda 1,1,3,3,3-pentaflüorpropana CF3CH=CF2 çevrilir. α-H.t.-nin efirlərini dehidroflüorlaşdırdıqda perflüormetakril turşusunun efirləri CF2=C(CF3)COOR alınır. == Alınması == α-H.t.-ni perflüorizobutileni (CF3)2C=CF2 üzvi həlledicilərdə hidratlaşdırmaqla alırlar. == Tətbiqi == Laboratoriyada efirlərin və (CF3)2C=C=O-nun sintezində istifadə olunur. == Mənbə == Химическая энциклопедия, Изд. "Советская энциклопедия", М., 1988, т. 1, с. 1085.
Həftəbecər turşusu
== Ərzaqlar == 2 litrlik banka üçün 500 qr badımcan (təxminən 3 ədəd) — kiçik kublara doğranmış 1 kq (1 orta boy) kələm — yarı bölünüb nazik-nazik doğranmış 250 qr (2 ədəd) yaşıl bibər — iri-iri doğranmış 1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) — iri-iri doğranmış 500 qr (4 ədəd) göy pomidor — iri-iri doğranmış 500 qr (4 ədəd) yerkökü — uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz) 1 kərəvizin sapı — iri-iri doğranmış 1 baş sarımsaq — doğranmış 1 stəkan xırda doğranmış nanə 1 stəkan xırda doğranmış cəfəri 4 xörək qaşığı duz təxminən 300 ml (1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə == Hazırlanma qaydası == 1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın. 2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq. 3.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Metakrilat turşusu
Metakrilat turşusu (C4H6O2) — doymamış birəsaslı karbon turşusudur. == Fiziki xassələri == Kəskin iyli mayedir. Qatı rəngə malikdir. Suda yaxşı həll olur. == Kimyəvi xassələri == Metakrilat turşusunun kimyəvi xassələri Karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Metakrilat turşusu Polimerləşə bilir. == Tətbiqi == Metakrilat turşusundan polimetakrilat turşusu və mürəkkəb efirlərin sintezində istifadə edilir.
Monoxlorsirkə turşusu
Monoxlorsirkə turşusu CH2ClCOOH – metil qrupunun 1 hidrogen atomu Cl atomuna əvəz olunmuş sirkə turşusudur, rəngsiz kristallardır. == Fiziki xassələri == Tərimə = 61,20C, Tqayn.=189,30C. Suda, spirtdə, asetonda, efirdə həll olur. == Tətbiqi == Monoxlorsirkə turşusu – indiqo və başqa boyaların sintezində aralıq məhsuldur, karboksimetilsellülozanın, herbisidlərin (məsələn, 2,4-dixlorfenoksi sirkə turşusunun duzları və efirləri), B6 vitaminin alınmasında istifadə olunur. Üzvi kimyada onun faydalığının illüstrasiyası (aydın nümunəsi) salisil aldehidinin xlorsirkə turşusu ilə O-alkilləşməsi, ardınca alınmış efirin dekarboksilləşməsi ilə benzofuranın alınmasıdır. Reaksiyaların əksəriyyətində C-Cl rabitəsinin yüksək reaksiya qabiliyətindən istifadə edilir. Herbisid olan qlifosat üçün prekursordur (yəni ondan əvvəl əmələ gələn). MXFST (2-metil-4-xlorfenoksi sirkə turşusu) herbisidi xlorsirkə turşusunun alkillləşməsi ilə alınmışdır. Xlorsirkə turşusunu xlorasetil xloridə, adrenalinin prekusoruna çevirirlər. PVC stabilizatoru və bəzən kosmetikada komponent kimi istifadə edilən tioqlikol turşusu xlorun kükürdlə əvəzolunma reaksiyası ilə əldə edilir. Əlavə məlumat: [PVC- neft və ya təbii qazdan alınan polimer növüdür.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. == Təbiətdə tapılması == Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. == Alınması == Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. == Mənbə == Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. == Təbiətdə tapılması == Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5–10%), palma çəyirdəyi yağında (3–7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. == Xassələri == Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270 °C, ərimə temperaturu 27–32 °C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Karbonat turşusu
Karbonat turşusu — kimyəvi formulu H2CO3 olan zəif ikiəsaslı turşu. Turşuların bütün xassələrinə malikdir. Karbonat turşusu normal şəraitdə suya və karbon qazına parçalandığına görə sərbəst halda mövcud deyil: CO2 + H2O ↔ H2CO3 Karbonat turşusunun molekulundakı kimyəvi rabitə polyar kovalent rabitələrdir. == Karbonat turşusunun törəmələri == Karbonat turşusunun da başqa üzvi turşular kimi müvafiq törəmələri vardır. Bu törəmələrdən karbonat turşusunun xloranhidridlərini, esterlərini və amidlərini göstərmək olar. == Karbonat turşusunun xloranhidridləri == Karbonat turşusunun iki cür xloranhidridi ola bilər. Bunalrada xlorkarbonat turşusu, ikincisi karboksixlorid və fosgen adlanır. Fosgen və ya karboksixlorid birinci dəfə Devi tərəfindən dəm qazına günəz işiğının təsiri ilə xlor birləşdirməklə alınmışdır, buna görə də fosgen (fos-yunanca) işıq adlanmışdır. İndi, fosgen üçün dəm qazı ilə xloru 2000-də kömür katalizatoru üzərindən buraxılırlar. Fosgen zəhərli boğucu qazdır, 80C-də qaynayır, benzolda yaxşı həll olur, su ilə parçalanır, karbon qazı ilə xlorid turşusu əmələ gətirir.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. == İstifadə qaydası == Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. == Mədəni mövqesi == Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] == Digər ölkələr == Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. == Xarici keçidlər == Kürsü nədir?
Nursu
Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır. Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var. Nursu-Şahbuz rayonunda ça. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür.Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən, qar və qrunt. qismən yağış suları ilə qidalanır.
Tüstü
Tüstü
Türkü
Türkü — Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Türkülər xalq ədəbiyyatının çox qədim nümunələri sırasında həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Tarixi prosesdə dəyişikliklərə uğramasına baxmayaraq, həmişə xalq ruhunun ifadəsi türkülərdə əsas və başlıca amil kimi görünmüşdür. Ölçü və qafiyələnmə baxımından gəraylı və qoşmaya bənzəyən türkülər daha çox bəstə baxımından seçilir. Bölgə özəllikləri ilə fərqlənir. Özəlliklərinə görə Urfa ağzı, Egin ağzı, Kayabaşı, Türkməni və s. kimi sıralamalar vardır.