Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cumuldaq fırtınaquşuları
Cumuldaq fırtınaquşuları (lat. Pelecanoididae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin fırtınaquşukimilər dəstəsinə aid heyvan fəsiləsi.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Sara Marşallı unutmaq
Sara Marşallı unutmaq (ing. Forgetting Sarah Marshall) — Nikolas Stollerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş amerikan romantik komediya filmi. Filmin ssenari müəllifi Ceyson Siqel, icraçı prodüseri isə Cadd Apatoudur. Filmin çəkilişləri 2007-ci ildə Havay adalarında yerləşən Turtle Bay Resort-da baş tutub. Filmin davamı və spin-offu olan "Onu Yunan Teatrına apar" 2010-cu ildə işıq üzü görüb. Musiqi bəstəkarı Piter Bretter, Sara Marşall adlı teleserial ulduzu ilə münasibətdədir. Beş il davam edən münasibətdən sonra Sara ondan ayrılır. Piter, ayrılığı unutmaq üçün Havay adalarına istirahət üçün getmək qərarına gəlir. Lakin o, tətildə olarkən təsadüfən Sara və onun yeni sevgilisinin də orada olduğunu öyrənir. Forgetting Sarah Marshall — Internet Movie Database saytında.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.