TUTULMAQ


1.Tutmaq”dan məch. Xəstəliyə tutulmaq.
2. f. məc. Pərt olmaq, pozulmaq.
Zahidoğlu danışa-danışa qaralır, çox bərk tutulurdu. S.Rəhimov.

3. f. Müvəqqəti olaraq başqa göy cismi ilə örtülmək və ya başqa göy cisminin kölgəsində qalmaq (göy cisimləri haqqında). Ay (Günəş) tutulmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTULMAQ 1. TUTULMAQ Bir gün tutuldu atam; Buna dözərmi adam? (S.Rüstəm); HƏBSƏ ALINMAQ [Əbülhəsən bəy:] Bunların çarpışması nəticəsində ikisindən birisi tələf
  • TUTULMAQ xırıldamaq — boğulmaq
  • TUTULMAQ qaralmaq
  • TUTULMAQ tıxanmaq — bağlanmaq
  • TUTULMAQ çaşmaq — karıxmaq — utanmaq
  • TUTULMAQ yaxalanmaq
  • TUTULMAQ yoluxmaq — xəstələnmək

Omonimlər

  • TUTULMAQ TUTULMAQ I f. Yaxalanmaq, həbs olunmaq. Atam tutulmuşdu, mühakimə ediləcəkdi (M.İbrahimov). TUTULMAQ II f

Antonimlər (əks mənalı sözlər)

  • TUTULMAQ TUTULMAQ – AÇILMAQ Hava gah açıldı, gah da tutuldu. Lakin bir damcı da göydən düşmədi (H.Hüseynzadə)
TUTULMA
TUTULMAZ

Digər lüğətlərdə