Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Sunca
Sunca — Azərbaycan Respublikasının Xocalı rayonununda çay. Xocalı çayının sağ qoludur. Qarabağ xanı Mehdiqulu xanın (1806-1822) saldırdiği Xankəndidə 1847-ci ildə çar hökuməti Sunca polkunu (polkun adı Rusiyadakı Terek çayının sağ qolu olan Sunca çayının adından yaranmışdır) yerləşdirmişdi. Polkun kazarmaları çayın kənarında idi. Çay həmin dövrdön polkun adı ilə adlanmışdır.
Əncan
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Ucan
Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Ucar
Ucar — Azərbaycanın Ucar rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon haqqında çoxlu fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözündən əmələ gəlmişdir.Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür.
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Nmap
Nmap (Network Mapper) — Gordon Lyon (həmçinin təxəllüsü Fyodor Vaskoviç ilə tanınır) tərəfindən yaradılmış şəbəkə skaneri. Nmap paketlər göndərmək və cavabları təhlil etməklə kompüter şəbəkəsində hostları və xidmətləri tapmaq üçün istifadə olunur. Nmap kompüter şəbəkələrinin yoxlanılması üçün bir sıra funksiyaları, o cümlədən host kəşfi və xidmət və əməliyyat sisteminin aşkarlanması ilə təmin edir. Bu funksiyalar daha güclü xidmət etməsini, aşkarlamasını, zəifliyin aşkar edilməsini və digər funksiyaları təmin edən skriptlərlə genişləndirilə bilər. Nmap skan zamanı gecikmə və tıxac daxil olmaqla şəbəkə şərtlərinə uyğunlaşa bilər. Nmap Linux yardım proqramı kimi başladı və Windows , macOS və BSD daxil olmaqla digər sistemlərə köçürüldü. Ən çox Linux-da, ondan sonra Windows-da populyardır. Nmap xüsusiyyətlərinə aşağıdakılar daxildir: Hostun kəşfi – Şəbəkədə hostların müəyyən edilməsi. Məsələn, TCP və ya ICMP sorğularına cavab verən və ya xüsusi portu açıq olan hostların siyahısı. Portun skan edilməsi – Hədəf hostlarda açıq portların sadalanması.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
İncar (Hurand)
İncar (fars. اينجار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 927 nəfər yaşayır (190 ailə).
Panthera uncia
İrbis (lat. Panthera uncia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır. 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur.
Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. == Karyerası == === Oyunçu karyerası === Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir. 1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. === Məşqçi karyerası === Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
Əncan şəhəri
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Panthera onca onca
Panthera onca onca (lat. Panthera onca onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin yaquar növünə aid heyvan yarımnövü.
Hnçak
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir qədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Ulcay Qutluq Xatun
Ulcay Qutluq Xatun, Ölçey Qutluq, Olcay Qutluq və ya Ulcaki (ö. 14 mart 1297) — Elxanilər dövlətinin Borçigin sülaləsindən olan şahzadəsi, Əbu Səid Bahadur xanın əsas arvadı olmaqla birlikdə, Elxanilər imperiyasının imperatriçası. Ulcayın atası Qazan xan tərəfindən qardaşı oğlu ilə evləndirilməsi Olcaytunun hakimiyyət iddiasını daha da gücləndirmiş, nəticədə Qazan xan hakimiyyətinin sonlarında həm qardaşı, həm də qudası Olcaytunu özünün varisi elan etdi. Ulcay Qutluq Xatun 14 mart 1297-ci ildə Şehrabanda dünyaya gəlmişdir. O, Elxanilər dövlətinin hökmdarı Qazan xanın tək qızı idi. Anası Buluğan Xatun Muazzama Otman Noyonun qızı, Obetayın Noyonun nəvəsi və Konqratlar tayfasına məxsus idi. Buluğan Xatun ilə Qazan xan oktyabr 1295-ci ildə evlənmiş, bir qədər sonra isə hər ikisi də İslam dinini qəbul etmişdilər. Ulcayın özündən kiçik Alcu adında doğma qardaşı olsa da, o, azyaşlı ikən ölmüşdü. 17 sentyabr 1303-cü ildə Qazan Ulcayı Bistam ilə nişanladı. Bistam Qazan xanın özündən kiçik qardaşı Olcaytunun oğlu idi.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Panthera onca
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. Əhalisi 4500 nəfər.
Qaradağlı (Ucar)
Qaradağlı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 3440 nəfərdir. Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilə­dək Çaykənd Qaradağlısı da adlanırdı. Qara­dağlı ən böyük Azərbaycan ellərindən birinin adı­dır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
IP-ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
IP ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12-0D-4A-51-9B-03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ruslan Qunçak
Ruslan İvanoviç Qunçak (ukr. Руслан Іванович Гунчак; 9 avqust 1979, Şişkovtsı, Çernovitsk vilayəti, SSRİ) — ukraynalı futbolçu, Naftan Novopolotsk klubunun yarımmüdafiəçisi. Ruslan Qunçak həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir. Daha çox müdafiənin mərkəzində oynayan ukraynalı məhsuldarlığı ilə seçilir, cərimə zərbələrini dəqiq yerinə yetirmək bacarığını nümayiş etdirir. 2005-ci ilin iyulunda "Xarkov"a gələn yarımmüdafiəçi vətənində "Metallist" (Xarkov), "İlyiçevets", "Bukovina"da da oynayıb.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Talat Tunçalp
Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur. O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.
Xuçap monastırı
Xuçap (erm. Խուճապ) və ya Xucabi monastırı (gürc. ხუჯაბი) — İvironlu Məryən Anaya həsr olunmuş monastır. Gürcüstan-Ermənistan sərhədinin yaxınlığında yerləşir. Coğrafi şəraitinə baxmayaraq, Gürcüstan hakimiyyəti monastırın Marneuli bələdiyyəsinin Axkerpi kəndi yaxınlığında yerləşdiyini iddia edir. Monastır əsas kilsədən başqa qavit və bir neçə xaraba tikilidən ibarətdir.