Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Party Favor
"Party Favor" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Darkroom və Interscope Recods tərəfindən mini-albomun yeddinci və sonuncu sinqlı kimi buraxılıb. Record Store Day üçün 7 düymlük vinil formatında buraxılıb, b tərəfi kimi Dreykin "Hotline Bling" mahnısına olan kover ifası yer alıb.
Party for everybody
Party for everybody-2012 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən mahnı. Bu mahnı 259 bal toplayaraq 2- ci oldu. Mahnınını Buranovskiye Babuşki qrupu oxuyurdu.
The Hunting Party
The Hunting Party — Amerikalı rok qrupu Linkin Parkın 6-cı studiya albomudur. Albom 2013-cü ilin may ayından 2014-cü ilin aprel lentə yazılmışdır. Albomun ilk sinqlı Guilty All The Same 6 may 2014 tarixində çıxmışdır. İkinci sinqıl Untill It`s Gone 1 iyun 2014 tarixində çıxmışdır. Bu albomda rəhbərliyi Mike və Brad etmișdilər. 26 mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Sex Murder Party
Sex Murder Party — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan haus musiqiçisi Ceymi Prinsipl(en) və Yamaykadan olan repçi Zebra Katz(en) xüsusi qonaq qismində çıxış edir.
The Uplift Mofo Party Plan
The Uplift Mofo Party Plan — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 29 sentyabr 1987 tarixində yayımlanan albom, EMI/Capitol Records etiketi ilə satışa buraxılmışdır.
When the Party's Over
"When the Party's Over" — amerikalı müğənni Billi Aylişin ilk albomu "When We All Fall Asleep, Where Do We Go?"dan ilk sinql. 17 oktyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Dirty Harry
Dirty Harry — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səslənmiş mahnı. Bu mahnıda ABŞ hip-hop qrupu The Pharcyde-nin üzvü Bootie Brown xüsusi qonaq qismində çıxış edir.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Darts
Darts — iç-içə olan rəngli dairələrdən və bunları kəsən üçbucaq dilimlərdən ibarət olan hədəfə balaca oxların (dartlar) əllə atılmasıyla oynanılan oyun. İngiltərə bu idman növünün vətənidir. Rəvayətə görə, Britaniya oxatanları pablarda dincələn zaman qısa oxlardan istifadə ediblər. == Qaydalar == Oyunun qaydalarına görə, hər bir oyunçuya 301 xal verilir. Sonra isə onların hər birinə drotiki atmaq üçün üç imkan verilir. Nişanın-"almacığa" düşsə, oyunçudan 50 xal, onu ətrafında yaşıl xəttə düşsə, 25 xal çıxılır. Nişanı yerdən 1,73 metr hündürlükdə, oyunçulardan 2,37 metr uzaqlıqda qururlar.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Marts
Marts — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
QWERTY
QWERTY — latın hərflərindən ibarət ən məşhur klaviatura düzülüşü. Klaviaturada ingilis əlifbasının bu düzülüşündən istifadə edilir. Latın əlifbasından istifadə edən digər dillər də bu düzülüşdən istifadə edir. Bu düzülüşü klaviaturanın sol-üst hissəsindəki altı simvola uyğun olaraq adlandırırlar. 1867-1871-ci illərdə Kristofer Şoulz tərəfindən hazırlanan ilk eksperimental yazı maşını, iki sıradan ibarət əlifba sırası ilə yerləşmiş klavişlərdən ibarət idi. Belə yerləşmə üsulu linglərin bir-biri ilə sıx birləşmələrinə səbəb oldu. Şoulz bu problemi həll etmək üçün, yazı maşınını tədricən dəyişdirərək, düzülüş üzərində təcrübə aparırdı. İlk istehsal edilən yazı maşını Reminqton 1 oldu. Bu yazı maşınında QWERTY düzülüşü qurulmuşdu. Bu yazı maşını ilk beş il müddətində bazara təqdim edilmiş yeganə yazı maşını idi və zaman keçdikcə alıcılar QWERTY düzülüşünə öyrəşməyə başladılar.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. Кай Крашевски.
Varto
Varto (türk. Varto; kürd. Gimgim) — Muş ilinin ilçəsi. Akdoğan gölü rayonun şərqində yerləşir.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Harry Kauper
Henry Alexis (Harry) Kauper (1888[…], Hotorn[d] – 22 aprel 1942, Riçmond[d]) — avstraliyalı aviasiya və radio mühəndisi olub, Sopwith-Kauper kəsici mexanizminin layihələndirilməsi və Avstraliyada radio yayımını inkişaf etdirdiyi işi ilə məşhurdur.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
Kerol Barts
Kerol Barts (ing. Carol Ann Bartz; d. 28 avqust 1948, Uinone, Minnesota, ABŞ) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Yahoo!"nun icraçı direktoru (2009–2011). == Həyatı == Kerol Barts 1948-ci ilin avqust ayının 28-də ABŞ-nin Minnesota ştatının Uinone şəhərində anadan olmuşdur. Onun 8 yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar. Kerol orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 1971-ci ildə universiteti bitirərək kompüter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir. == Fəaliyyəti == Hələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləmişdir. Kerol Barts müxtəlif dövrlərdə "3M" holdinqində, "Digital Equipment Corporation" və "Sun Microsystems" şirkətlərində fəaliyyət göstərmiş, "Cisco Systems" və "İntel" Direktorlar Şurasının üzvü olmuşdur.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Harpactes wardi
Harpactes wardi (lat. Harpactes wardi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin harpactes cinsinə aid heyvan növü.
Jak Kartye
Jak Kartye (fr. Jacques Cartier; d. 31 dekabr 1491, Saint-Malo – ö. 1 sentyabr 1557, Saint-Malo) — fransız kəşfiyyatçı. === Həyatı === Jak Kartye 1491-ci ilin 31 dekabrı -da San-Malo da anadan olmuşdur.O, Breton mənşəli fransız tədqiqatçıdır. Jak Kartye Sen-Lorens körfəzini və Sent-Lorens çayının sahillərinin xəritəsini təsvir edən ilk avropalıdır. O, irokezlərin 2 böyük qəsəbəni Kvebek və Monreal adlandırdıqlarını görəndən sonra bu əraziləri "kanadalıların ölkəsi" adlandırdı. Erkən həyatı: Jak Kartye 1401-ci ildə Britaniyanın şimal-qərb sahilindəki liman olan Saint-Malo'da anadan olub. Hörmətli bir dənizçi olan Kartye, lider bir ailənin üzvü olan Mary Catherine des Granches'la evlənərək 1520-ci ildə ictimai statusunu inkişaf etdirdi. === Şimali Amerikaya Birinci Böyük Səfər === 31 Dekabr 1491-ci ildə Fransanın Saint-Malo şəhərində dünyaya gələn Jak Kartye üç böyük Şimali Amerika səyahəti etmədən əvvəl Amerikanı, xüsusilə də, Braziliyanı kəşf etdi.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Şartr
Şartr (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri. Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir. Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir. Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər.