wait1
n 1. gözləmə; two-hour ~ iki saat gözləmə; We had a long wait for the train Biz qatarı uzun müddət gözlədik; 2. teatr. fasilə; antrakt; 3. pusqu; pusma, güdmə;
◊ to lay ~ for smb. bir kəsə pusqu qurmaq; to lie in ~ for smb. bir kəsi pusmaq / güdmək
wait2
v 1. (for) gözləmək; Wait for me, please Zəhmət olmasa, məni gözlə / gözləyin; I have been waiting (for) 20 minutes sharp Mən düz 20 dəqiqədir ki, gözləyirəm; 2. (to ~ at / on / upon) xidmət / qulluq etmək (kiməsə: stol arxasında); to ~ at table müştərilərə qulluq etmək (restoranda); 3. həmrah olmaq, yanaşı getmək, müşayiət etmək; to ~ a funeral tabutu müşayiət etmək, son mənzilə yola salmaq; yar olmaq (to ~ upon); May success wait upon you Uğur sənə / sizə yar olsun! to ~ behind qalmaq; Please, wait behind after class today Zəhmət olmasa, bu gün dərsdən sonra qal / qalın; to ~ in evdə qalıb gözləmək; I waited in all day but the plumber never came Mən bütün günü evdə qalıb gözlədim, lakin su kəməri işçisi gəlib çıxmadı; to ~ off id. gücünü yarışın sonuna saxlamaq; to ~ on / upon bir kəsə dəymək / baş çəkmək; to ~ upon qulluq etmək, baxmaq, xidmət etmək; Clerks wait upon shoppers Satıcılar müştərilərə / alıcılara xidmət edirlər;
◊ Wait and see Baxarıq, Yaşayarıq – görərik