warm1
n d.d. isitmə, qızdırma; to have a ~ isinmək, qızınmaq; to give a ~ isitmək, qızdırmaq; I must give the milk a warm Südü qızdırmalıyam
warm2
adj 1. isti, ilıq; mülayim; ~ milk / coffee isti / ilıq süd / kofe; ~ day / weather mülayim / isti gün / hava; a ~ iron isti ütü; a ~ month isti ay; ~ water ilıq su; It was warm but not hot, yesterday Dünən hava isti yox, mülayim idi; I am warm Mənə istidir; ~ countries isti ölkələr; ~ clothing / dress isti paltar; This sweater is warm enough Bu sviter kifayət qədər istidir; 2. məc. tez qızışan, tez özündən çıxan; alışıb-yanan; coşan; isinən; eyes ~ with hatred / indignation nifrətdən / qəzəbdən alışıb-yanan gözlər; heart ~ with love sevgidən coşan ürək; 3. səmimi, dostcasına, mehriban (qəbul və s.); ~ reception səmimi / mehriban / dostcasına qəbul; ~ meeting mehriban görüş; ~ heart həssas ürək; ~ thanks qızğın təşəkkür; to be ~ friends səmimi / mehriban dost olmaq; ~ in manner xoşrəftar, iltifatlı; She is a warm person O, mehriban şəxsdir / qadındır, 4. atəşin, coşğun, hərarətli, ehtiraslı; ~ imagination coşğun təxəyyül; ~ blood dəliqanlı, qızğın, coşw ğun; to do smth. in ~ blood bir şeyi qızışaraq / düşünmədən / hirslənərək etmək; to give ~ support to smb. /smth. bir kəsə / şeyə bərk (atəşin) tərəfdar olmaq; 5. əsəbi, tünd, tündməcaz, tündxasiyyət; hirsli, tez özündən çıxan; ~ temper tünd xasiyyət; to have ~ words with smb. bir kəslə hirsli / əsəbi / kəskin danışmaq; 6. rəs. isti (rəng haq ); Red, yellow and orange are called warm colours Qırmızı, sarı və narıncı isti rənglər adlanır;
◊ ~ language / words amer. sl yağlı söyüş / sözlər; to make things ~ for smb. anasından əmdiyini burnundan gətirmək
warm3
v 1. qızdırmaq, qızmaq, isitmək; istilətmək, istiləndirmək; to ~ one’s hands by the fire əlini ocaqda qızdırmaq; 2. isinişmək, ürəyi yatmaq, öyrəşmək (bir şeyə, bir kəsə); I warmed to her immediately Mən dərhal ona isinişdim; 3. şövqə gəlmək, qızışmaq, qızmaq; ilhamlandırmaq, ürəkləndirmək; ürəklənmək, ruhlanmaq; He warmed up as he went on with his speech O danışdıqca şövqə / ilhama gəlirdi; to ~ one’s heart ruhlandırmaq, ürəyinə təskinlik vermək, ürəkləndirmək; He warmed up the audience by telling a few jokes before the show began Tamaşa başlamazdan əvvəl o bir neçə gülməli əhvalat söyləməklə tamaşaçıları canlandırdı; to ~ up 1) isitmək, qızdırmaq; istilətmək; qızmaq; Warm up the car before you drive off! Maşını sürməmişdən əvvəl qızdır / qızdırın; 2) şövqə gətirmək, ürəkləndirmək, canlandırmaq, ruhlandırmaq, ilhama gətirmək; ruhlanmaq; qızışmaq, qızışdırmaq; 3) id. oynatmaq, tərpətmək, açılışmaq, keyləşməyə qoymamaq (əl-qolun, bədənin açılışması üçün edilən hərəkətlər)