Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Papay
Roy Makaay
Rudolfus "Roy" Antonius Makaay (nid. Roy Rudolphus Antonius Makaay; 9 mart 1975) — keçmiş Niderland futbolçusu.
Paris-Saklay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Hideo Sakay
Hideo Sakay (10 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroki Sakay
Hiroki Sakay (d. 12 aprel 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Kaçlar (Xakas)
Kaçlar — Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühüm bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Naoki Sakay
Naoki Sakay (d. 2 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Papay Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Tatsuya Sakay
Tatsuya Sakay (d. 19 noyabr 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tomoyuki Sakay
Tomoyuki Sakay (d. 29 iyun 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Xakas dili
Xakas (Xakas: Хакас тілі Xakas tili). Xakas köhnə Qırğız dövlətinin adıdır. İndiki Qırğız dili ilə demək olar ki, eynidir. Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Xakaslar özlərini Qırğız olaraq da görürlər. Xakas türkləri tərəfindən danışılmaqdadır. Xakaslar Xakasiya adı verilən ölkədə yaşayırlar. Xakasiya Cənubi Sibir bölgəsindədir. Xakas Respublikası və ya Xakasiya Rusiya idarəçiliyində muxtar respublikadır. Xakasların sayı 78.500 olub və bunun 60.168-a qədəri xakasca danışmağı bilir.
Xasay Hacıyev
Xasay Musayev
Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur. 1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır. 2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır. == Təhsili == 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant == Elmi dərəcələri, elmi adları == 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli" == Əmək fəaliyyəti == 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim 1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor 2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. == Həyatı == Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. == Siyasi fəaliyyəti == Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Yoşinori Sakay
Yoşinori Sakay (yap. 坂井 義則, 6 avqust 1945, Yaponiya, Hiroşima) — Tokioda təşkil olunmuş 1964-cü il Olimpiya Oyunlarında Olimpiyadanın məşəlini yandırmış idmançı. Sakay Hiroşimaya atom bombasının atıldığı gün anadan olub. O, Yaponiyanın müharibədən sonrakı yenidən qurulması və sülh rəmzi kimi seçilib. O, Vaseda Universitetinin qaçış klubunun üzvü olub. Olimpiya oyunlarından sonra o, Banqkokda 1966-cı il Asiya Oyunlarında 1600 metr məsafəyə estafet yarışında qızıl, 400 metr məsafəyə yarışda isə gümüş medal qazanıb. O, 1968-ci ildə Fuji Televiziyasında jurnalist kimi fəaliyyətə başlayıb və əsasən xəbərlər və idman verilişlərində çalışıb. O, faktiki olaraq heç vaxt Olimpiya Oyunlarında mübarizə aparmayıb.
Yuki Sakay
Yuki Sakay (d. 10 yanvar 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Çapay Sultanov
Sultanov Çapay Əli oğlu — geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü == Həyatı == Sultanov Çapay Əli oğlu 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. 1964-cü ildə Sultanov Ç.Ə. "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Sultanov Ç.Ə. bir qrup alimlərlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə Sultanov Ç.Ə. "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 4 Aprel 2018-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Ç.Ə.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. 0, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.
Şuay Alpay
Şuay Alpay (20 oktyabr 1960, Elazığ ili), Türkiyəli siyasətçi. == Təhsili və karyerası == İstanbul Universiteti Hüququ fakültəsi məzunudur. 1986-cı ilə qədər İctimai Sahibkarlar Sindikatında kadr köməkçisi kimi çalışmışdır. 1986-cı ildən 1991-ci ilə qədər cəza və hüquq hakimliyi, 1991-ci ildən sərbəst vəkillik etmişdir. 1991-ci ildən vətəndaş cəmiyyəti təşkilatlarında quruculuq və rəhbərlik etmişdir. Bundan əlavə yerli televiziya kanallarında mübahisə programları hazırlamış və bu programlara rejisorluq etmişdir. Ailəlidir və 3 övladı var. == Millət vəkilliyi == TBMM XXIV və XXV çağırış (2011–2015) Ədalət və İnkişaf Partiyasından Elazığ millət vəkilliyi etmişdir. Ədalət və İnkişaf Partiyası MKYK üzvü və Ədalət və İnkişaf Partiyası Ümumi Mərkəz Yerli İdarəçilik Sədr müavini olmuşdur. Bundan əlavə Konstitutsiya Komissiyası üzvü və Ədalət Komissiyası üzvü olmuşdur.
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu. Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.
Erkan Akçay
Erkan Akçay (1961, Burdur ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Erkan Akçay 1961-ci ildə Burdur ilinin Yeşilova ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Maliyyə Nazirliyində mühasibat nəzarətçisi, İzmirin xəzinədarının müavini, Manisanın isə xəzinədarı olub. Balıkəsirdə Gəlirlər İdarəsinin rəisi və Vergilər İdarəsinin rəisi vəzifələrində də təmsil olunub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Manisa ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 17 noyabr 2015-ci ildə MHP TBMM qrupunun müavinidir. İngiliscə bilir.
Yusay Sakay
Yusay Sakay (酒井雄哉, Sakay Yusay, 5 sentyabr 1926, Osaka – 23 sentyabr 2013) – yapon buddist rahibi. O, buddizmin Tenday məktəbinə mənsub olmuşdur. == Həyatı == === İlk illəri === Yusay Sakay 5 sentyabr 1926-cı ildə doğulmuşdur. O, məktəbdə zəif şagird olmuş, dəfələrlə imtahanlardan kəsilmişdir. Məzun ola bilmədiyi üçün İkinci Dünya müharibəsində döyüşməyə qərar vermiş və kamikaze pilotu təlimi almışdır. Müharibədən sonra universitetə daxil olmağa cəhdləri uğursuz olmuş, Tokioda müxtəlif işlərdə işləmişdir. Ailə həyatı qurmasına baxmayaraq, maddi cəhətdən çətinliklər yaşamış, hətta bəzən aylarla iş tapa bilməmişdir. Bu vəziyyətə dözə bilməyən həyat yoldaşı intihar etmişdir. Həyat yoldaşının yasını tutan Sakay 1965-ci ildə Osakadan Hiey dağına qədər yolu ayaqla getmişdir. O, Hiey dağının rahiblərinə qatılmaq istədiyini bildirsə də, yaşlı olduğu üçün əvvəlcə qəbul edilməmişdir.