Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faşizmə ölüm, xalqa azadlıq
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur. Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi. == Tarixi == 22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi.Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir. Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir. Şüar bu tarixdən etibarən partiyanın rəsmi şüarı olmuşdur.
Türk (türk xalqalrının əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. == Tarixi mənbələrdə qeyd edilməsi == === Orta əsrlərdə === Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX-X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.Rusiya tarixçisi Tatyana Kalininaya(ru) görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Foqarmanın(en) 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Xalça
Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi. == Tarixi == Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisiDünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Alaşa (xalça)
Alaşa (qaz. Алаша) — çoxrəngli yun saplardan hazırlanmış əl işi xalça məmulatı. Alaşa iki şəkildə toxunur: Birincidə rəngli saplar bir-biri ilə rəqabətdə toxunur. İkincidə müxtəlif naxışlar əldə etmək üçün iplər diqqətlə seçilir və rəngə görə qruplaşdırılır. Qazaxların həyatında geniş yayılmışdır.
Aleut xalqı
Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır. == Tarixi == Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters.
Açan xalqı
Açanlar, Açan xalqı — (çin. sadə. 阿昌族, pinyin: Āchāng Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada yaşayırlar. Ana dilləri Açan dilidir. Açan dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 27.708 nəfər, 2000-ci il sayımı zamanı 33.936 nəfər, 2010-cu il sayımı zamanı isə 39.555 nəfər etnik açan siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik açanların 96.22%-i (38059 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Açan dili.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Halqa əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir.Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü özlüyündə şübhəsiz ki, "sovet dövrünün ilk və son vətəndaş müharibəsi" idi, çünki Sovet Ordusunun hissələri elə sovet ərazisində hərbi əməliyyatlar aparırdılar.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. == Ümumi məlumat == Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Huey xalqı
Hueylər, Huey xalqı (çin. sadə. 回族, pinyin: Huízú) — Çin Xalq Respublikasında rəsmi olaraq tanınan 55 etnik azlıqdan biri. Onlar çinlilərlə eyni milləti təşkil edir, bir dildə danışır, eyni tip yazıdan istifadə edirlər. Onların başqa bir xüsusiyyəti də müsəlman olsalar belə, ərəb adları deyil, Çin adlarından istifadə etmələridir. Tək fərq onların İslam dininə sitayiş etmələri, nəticədə də məişət və gündəlik həyatda buna uyğun dəyişikliklərdir. Onlar Çin deyil, İslam mədəniyyətinin daşıyıcıları hesab olunurlar. Huey-szılar Çinin tarixində də fəal şəkildə iştirak etmiş, Tszin sülaləsi zamanı baş vermiş dunqan-uyğur (1862-1877) üsyanında hakimiyyətlə mübarizədə aktiv surətdə döyüşmüşlər. XX əsrdə Çində baş vermiş hadisələrdə də iştirak edərək, kommunistlərə qoşulmuşdurlar. Xuey-tszular Çinin şimalındakı Ninsya-Xuey muxtar rayonunu əhalisinin böyük əksəriyyətini təşkil edirlər.
Latış xalqı
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Mayya xalqı
Mayya — hindi xalq qrupu.
Medalyon (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Muhacir xalqı
Muhacir xalqı (Urdu: مہاجر), Pakistanın müstəqilliyindən sonra Hindistanın müxtəlif bölgələrindən Pakistana köç edən çoxmillətli mənşəli müsəlman immiqrantları və onların nəslindəndir.
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Sovet xalqı
Sovet xalqı — SSRİ-də vətəndaş kimliyi, nəzəriyyəsi, insanların tarixi birliyi. == Tarixi == "Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir. Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kəsb eləməmişdir.1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Nikita Xruşşov ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir. Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi. Çünki insanların yeni tarixi birliyinin yaranması ideyasının başlıca dəlili bunlar hesab edilirdi: bir sosium olaraq onun SSRİ-nin simasında ümumi bir vətənin olması; ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının olması; ümumi sosial-sinfi strukturunun olması; marksizm-leninizm kimi ümumi dünyagörüşünün olması; Kommunizm qurmaq kimi ümumi məqsədinin olması; mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması.1970-ci illərdən etibarən Sovet xalqının formalaşdırılmasının yeni mərhələsi başlayır. 1971-ci ildə bu tezis Sov.İKP-nin XXIV qurultayında Leonid Brejnevin hesabat çıxışında səslənir; bir qədər sonra isə o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır. Bundan sonra ideoloji don geyindirməklə "Sovet xalqı" termini partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilmişdir.Nəhayət, 1977-ci ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur: "Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin – sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir." Lakin belə bir ideya tarixin sınağından keçə bilmədi, SSRİ-nin dağılması ilə bu nəzəriyyə də sona çatdı. 9 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" mövzusuna həsr edilmiş beynəlxalq simpoziumdakı çıxışı zamanı Azərbaycan Prezidenti Heydər Əliyev "Sovet xalqı" termini ilə bağlı belə demişdir: "Keçmişdə, sovet hakimiyyəti dövründə din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır - hamısı bir idi, hamısı da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götürmək meylləri inkişaf edirdi. "Vahid sovet xalqı", "insanların yeni tarixi birliyi" kimi terminlər var idi." O, 6 fevral 2003-cü ildə TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısındakı çıxışı zamanı da belə demişdir: "...çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Tucya xalqı
Tucyalar, Tucya xalqı — (tucya. Bizika, çin. sadə. 土家族, pinyin: Tǔjiāzú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri və ən böyük 8-ci xalq. Ana dilləri Tucya dilidir. Tucya dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Tibet-Himalay yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 5.704.223 nəfər, 2000-ci il sayımı zamanı 8.028.133 nəfər, 2010-cu il sayımı zamanı isə 8.353.912 nəfər etnik tucya siyahıya alınmışdır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində şimali və cənubi tucya ləhcələri.
Ulduzlu xalça
Ulduzlu” xalçaları ilk öncə Zən­gəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rəng­lərinin tü­nd­lüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzə­rindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qə­dim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu” motivində olan bu çeşni Qafqaz regionunda azər­baycanlıların məs­kunlaşdığı yer­lər­də məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azər­­baycanlıların ya­şa­dığı Qabal kən­dində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur. Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu” xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub. "Ulduzlu” çeşnisində olan xalça­lar Zaqatalanın qədim Car və Muxax kənd­lərində də toxunub.
Uçan xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Xalxa-Monqollar
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Dalğa (Buqro)
"Dalğa" (fr. La Vague) — fransız akademik rəssam Vilyam Buqronun 1896-cı ildə yağlı boya ilə kətan üzərində işlədiyi rəsm əsəri. Əsərdə dəniz sahilində qumun üstündə oturmuş qız təsvir edilmişdir. Qızın fonunda böyük mavi dalğa görünməkdədir. Sağ tərəfdən təsvir edilmiş qız başını sağ tərəfə çevirmişdir. Onun üzündə yüngül gülüş sezilməkdədir.
Dalğa (fizika)
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik.
Dalğa (qrup)
"Dalğa" qrupu — Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən musiqi qrupu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. Qurucusu və rəhbəri aşıq Çingiz Mehdipurdur. == Haqqında == 1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib. Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Dəfələrlə Bakıda geniş konsertləri olub. Bakıdakı ən son konserti "Qarabağ dərdi" adı ilə Qarabağa həsr olunub.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Dalğa Arena
Dalğa Arena stadionu — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011—ci ildə FIFA prezidenti Yozef Blatter , UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həmdə Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir.
Dalğa TV
Dalğa TV — Dalga Media Mərkəzi == Haqqında == 14 noyabr 2017-ci ildə Milli Televiziya və Radio Şurasının iclasında "Dalğa TV"-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. İclasda Dalğa TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 20 noyabr 2017-ci ildə Dalğa TV "Azerspace-1" peyki ilə test yayımına başladı. Həmin test yayımı müddətində yalnız filmlər göstərilirdi. 4 dekabr 2017-ci il saat 17:00-da əsas yayıma başladı. "Dalğa TV"-də dünyanın tanınmış kinostudiyalarının istehsal etdiyi bədii filmlər, eləcə də yerli seriallar yalnız Azərbaycan dilində yayımlanırdı. "Dalğa TV" dünyanın digər kinoşirkətləri ilə əməkdaşlıq edirdi. Həmin şirkətlərin məhsulları olan film və seriallar Azərbaycan dilində dublyaj olunmaqla yayımlanırdı. Telekanalın yayımı "Azerspace-1" peyki, eləcə də Azərbaycanın bütün kabel televiziyaları və Dalğa TV-nin rəsmi saytı olan "dalga.az" üzərindən həyata keçirilirdi.1 avqust 2020-ci ildən etibarən "Dalğa TV"nin yayım keyfiyyətinin artırılması məqsədilə MPEG-4 formatına keçib. 11 dekabr 2020-ci il saat 15:49 radələrində loqosunu sağ yuxarı küncdən sol yuxarı küncə keçirmişdir.
Dalğa energetikası
İstənilən su hövzəsində dalğalar labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd kVt-la qiymətləndirilir, bu dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir. Dalğa elektrik stansiyalarının (DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə dalğa cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki, ABŞ və Yaponiyanın sahil zonasının bir sıra sahələrində dalğa cəbhəsinin xüsusi gücü 40 kVt/m təşkil edir. Böyük Britaniyanın qərb sahillərində Hebrid adaları rayonunda daha əlverişli şərait yaranaraq bu rəqəm 80 kVm-ə çatır. DES-lərin işinin funksional prinsipi dalğanın potensial enerjisini pulsasiyanın kinetik enerjisinə, pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır. DES-lər bilavasitə sahildə, sahilin yaxınlığında akvatoriyada və ya sahildən müxtəlif məsafələrdə açıq dənizdə qurula (tikilə) bilər. Təcrübələr göstərir ki, sahilyanı zolağın intensiv formalaşdığı sahilə yaxın akvatoriyada yerləşdirilən qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir. Qeyd etmək lazımdır ki, bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir sıra çatışmazlıqları – enerjinin nisbətən aşağı konsentrasiyalığı, dalğa tərəddüdlərinin geniş spektrə malik olması, məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji təmizliyindədir.
Dalğa enerjisi
Dalğa enerjisi - okeanın səthində dalğaların yarardığı enerji. Elektrik enerjisi istehsal etmək, okean suyunu duzsuzlaşdırmaq və suyun çənlərə vurulması kimi faydalı işləri yerinə yetirə bilər. Dalğa enerjisi tükənməz enerji mənbəyidir. == Yaranması == Əslində dalğa enerjisi də, günəş enerjisinin bir başqa şəklidir. Bu bəlkə qulağa qəribə gələ bilər ancaq; dalğa, günəşin dünyanı istilətməsiylə ortaya çıxan küləklər tərəfindən başladılar. Günəş dünyanın hər nöqtəsini eyni dərəcədə qızdırmır. Dünyanın həndəsi quruluşu səbəbiylə bəzi bölgələr istiliyi daha yaxşı bir bucaqla götürər və digər yerlərdən çox istilənər. Havanın bir hissəsinin istiliyi daha da artar, istiləndikcə sıxlığı azalar, yüngülləşər və yuxarı çıxar. İstilənən havanın tərk edib boşaltdığı yerə daha sıx və soyuq olan hava çökər. Bu hava axını küləyi meydana gətirər.
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. == Təsviri == İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə “yayğınlaşır”. == Xüsusiyyətləri == Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Dalğa uzunluğu
Dalğa uzunluğu (yun. λάμδα, işarəsi: λ) – dalğanın bir period müddətində yayıldığı məsafəyə deyilir, ölçü vahidi metrdir. Eninə dalğalar üçün dalğa uzunluğu dalğanın eyni fazalı istənilən iki nöqtələri arasındakı məsafədir.Dalğanın yayılma sürəti aşağıdakı düsturla hesablanır: v = λ T = λ ν {\displaystyle v={\lambda \over T}=\lambda \nu } Bircins mühitdə v = c o n s t {\displaystyle v=const} olduğu üçün dalğa uzunluğu periodla düz, tezliklə tərs mütənasib olur. "De Broylun Dalğaları" dalğanın müvafiq uzunluğuna uyğun gəlir.
Azərbaycan xalq çalğı alətləri
Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri. Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir. == Azərbaycan xalq çalğı alətlərinin təsnifatı == Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır. Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür: Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s. Şərti olarag "çağdaş" adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar, lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır.