Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yappa
Yappa — Yəhudi soyadı. Tanınmış şəxslər Yuri Yappa — Kəndlər Yappa — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonu ərazisində kənd. Yappa (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Digər Yappa papaq — Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı.
Yaeba
Yoba (Yaponca mənası: "ikiqat diş") — əyri dişlər Yaponiyada qadın gözəlliyinin atributu hesab olunan əyri dişlər "yoba" adlanır və qızlara xüsusi gözəllik verən məqam hesab edilir. Yapon kişiləri hesab edirlər ki, yoba xanımları pişiklərə bənzədir.
Yabba-Dabba dinozavrları
Yabba-Dabba dinozavrları — Amerikan animasiya serialı və Çaxmaqdaşlar orijinal serialının spin-offudur. Mağara Uşaqları kimi, cizgi serialı Daş dövrü ndə çoxlu macəra yaşamaq üçün Dinozavra qoşulan və ən yaxın dost olan Çınqıl Çaxmaqdaş ilə Bam Bam Dağıntının həyatları haqqındadır. Serial Boomerang IPTV abunə xidməti nin bir hissəsi kimi yayımlanmaq üçün planlaşdırılmışdır. Bu serial Uilyam Hanna ilə Cozef Barberanın ölümü və Hanna-Barbera studiyasının qapanışından sonra 17 il yayımlanan Dağıntılar serialından əvvəl Çaxmaqdaşlar teleserialının birinci serialı ola bilərdi. Cessika DiÇiko — Çınqıl Çaxmaqdaş İlay Henri — Bam Bam Dağıntı Cef Berqman — Fred Çaxmaqdaş Tress MekNilli — Uilma Çaxmaqdaş Kevin Maykl Riçardzon — Barni Dağıntı Qri Qriffin — Betti Dağıntı Erik Bauza — Dino, Böyük Qazo Tom Micalis — Kapitan Mağara Adamı Yabba-Dabba dinozavrları ilk dəfə 2016-cı il də istehsala başladı. Serial əvvəlcə 2019 üçün planlaşdırılmış tarixlə 2018-ci ilin may ayında elan edildi. 2018-ci ilin avqust ayında serialdan bir animatik yükləndi. 2018-ci ilin sentyabr ayında "Ot həmişə naharda" (ing. The Grass Is Always Dinner) seriyası Boomerangın bülleteninə bir baxış hissəsi kimi daxil oldu. Seriya sonra yayıldı və müxtəlif vebsaytları tərəfindən paylaşıldı.
Yamba Tenmey Sel Muzeyi
Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu) – Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır. Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir. == Ekspozisiya == Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur. Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.
Yakuba Bamba
Yakuba Bamba (16 dekabr 1975, Markori[d]) — Kot-d'İvuar futbolçusu.
Lappa lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Balba
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Lappa
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lappa Scop. === Heterotipik sinonimləri === Anura (bitki) (Juz.) Tschern. Arcion Bubani Bardana Hill Hypacanthium Juz. Schmalhausenia C.Winkl.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Sapma
Yalta
Yalta (ukr. Ялта, krımtat. Yalta) — Ukraynada kurort-şəhər, Qara dəniz sahilində liman. 1805-ci ildə — 300 nəfər. 1926-cı ildə — 28 811. 1939-cu ildə — 22 993. 1989-cu ildə — 89 000. 2001-ci ildə — 97 552. 2010-cu ildə — 136 339.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Yaplar
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yapan
Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır. Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir. Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.
Arctium lappa subsp. lappa
Arctium lappa var. lappa
Kahya Yahya
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. == Coğrafiyası == Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Lappa edulis
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Lappa glabra