YABAN

is. [ fars. ] Çöl, biyaban, insan yaşamayan yer.
…Yabana hürən köpəklərin xırxırı, hürüşü kəsmə-kəsmə eşidilirdi. S.M.Qənizadə.

◊ Ağzını yabana qoymaq – boş-boş, hərzəhərzə danışmaq, ağzına gələni danışmaq.
Sözüm yabana – söhbət əsnasında “sözüm sənə dəyməsin”, “sözüm sənə aid deyil” mənasında deyilən ifadə.
Sözüm yabana, arvadım qəzetləri gətirdi: aldım, baxdım. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YABAN çöl — biyaban
YABALIQ
YABANÇI
OBASTAN VİKİ
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Sıxçiçəkli bellevaliya (Yabanı sünbülçiçək)
Yabanı albalı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı alça
Yabanı alça– Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur.
Yabanı cirəgülü
Yabanı cirəgülü (lat. Pimpinella saxifraga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Yabanı gilas
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Yabanı kətan
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir.
Yabanı qida bitkiləri
Yabanı qida bitkiləri – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K. S. Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır.
Yabanı qızıl gül (teleserial, 1987)
Yabanı qızıl gül (isp. Rosa Salvaje) — Meksikada 1987-ci ildə istehsal olunmuş telenovella.
Yabanı sirkən
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Yabanı xaşxaş
Yabanı xaşxaş (lat. Papaver rhoeas) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Yabanı yerkökü
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Yabanı çiyələklər
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Yabanı çiyələklər (film, 1957)

Yabanı (film)
Yabanı (ing. Wild) — kanadalı rejissor Jan Mark-Vallenin 2014-cü ildə real hadisələr əsasında çəkdiyi bioqrafik-macəra filmi. Həyatının çöküşündə olan Şeril ABŞ-nin bir ucundan digərinə, təkbaşına 1700 kilometrlik yürüyüşə başlayır. Riz Uizerspun foxsearchlight.com/wild/ — Yabanının rəsmi saytı Yabanı — Internet Movie Database saytında.

Digər lüğətlərdə