Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaraqlı nemerttinlər
Yaralı mələk
Yaralı mələk (fin Haavoittunut enkeli) – Fin simvolist ressam Hüqo Simberqin 1903-cü ildə çəkdiyi tablo. Simberqin ən məşhur əsərlərindən biri olan Yaralı mələk Ateneum sənət muzeyi tərəfindan 2006-cı ildə keçirilən bir səsvermə ile Finlandiyanın "millî tablosu" seçilmiştir. Simberqin digər tabloları kimi Yaralı mələk də ciddi bir atmosfer yaradır. Tabloda əsas fiqur olan mələyin gözlərinin ətrafı bir sarıqlıdır ve qanadında qan ləkələri var. Mələyi daşıyan iki gənc, yas tuturmuş kimi, tünd rəngli paltarlar geyiniblər. Bu gənclərdən sağ tərəfdə duran tablonu seyr edən şəxsə ciddi bir ifadə ilə baxır. Tablo Helsinkidəki Ateneum muzeyində sərgilənməkdədir.
Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb. Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Yaralı təxliyəsi
İtki təxliyəsi, həmçinin itki evakuasiyası, tələfat təxliyəsi, tələfat evakuasiyası, yaralı təxliyəsi və ya yaralı evakuasiyası — döyüş bölgəsindən ölü və yaralıların təcili formada təxliyə edilməsini nəzərdə tutan hərbi termin. İtki təxliyəsi və tibbi evakuasiya (MEDEVAC) arasındakı əsas fərq ikincidə yolda qayğı göstərən standartlaşdırılmış və ixtisaslaşmış avtomobildən istifadə edilməsidir. İtki təxliyəsində standartlaşdırılmamış və qeyri-spesifik avtomobillərdən istifadə edilir. Bu zaman yolda texniki xidmət göstərilməyə bilər.
Yaralı Sultan ocağı
Yaralı Sultan ocağı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində ziyarətgah. Bina dördkünc formalı kərpic tikintidən ibarətdir. Girişi cənub tərəfdəndir. Damı günbəzşəkilli örtüklə tamamlanmışdır. İçəri üzündə künclər bir-biri ilə tağbəndlərlə birləşdirilərək günbəzə keçid yaradılmışdır. Bu memarlıq üslubu orta əsr Azərbaycan arxitekturası üçün xarakterikdir. Pirin binası şərq divarda və günbəzdə olan pəncərələr vasitəsilə işıqlandırılmışdır. Vaxtilə pirin kitabəsi olmuş, lakin indiyədək saxlanmamışdır. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər vardır. Onun ətrafından Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçaları tapılmışdır.
Yaralı diz qətliamı
Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır. == Qətliam == 1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər.
Daraqlı
Daraqlı (qaq. Taraklı) — Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] == Mənbə == Yarpaqlı GEOnet Names Server-də.
Ay aşiqləri: Yaralı ürək Qoryo
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. == Etimologiya == Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. == Tarixi == Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryales) — bitkilər aləminin yarpaqlı mamırlar şöbəsinin yarpaqlı mamırlar sinfinə aid bitki dəstəsi.
Yarpaqlı mərcanotu
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. == Ekologiyası == Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Yarpaqlı öküzotü
Şamisso öküzotu (lat. Arnica chamissonis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.
Yalı
Yalı İstanbul boğazının hər iki tərəfində tikilmiş, dənizə sıfır, başda iki, bəzən də üç mərtəbəli olan mənzillərə verilən ümumi addır. Osmanlı dövründə sahillərə inşa edilməyə başlanan yalılar, Boğaziçi memarlığının ən görkəmli nümunələrindən olubdur. Əsrlər boyu İstanbul Boğazının iki yaxasında tikilən yalılardan günümüzə çatanlarının sayı təxminən 360 ədəddir. Yalıların ən böyük xüsusiyyəti lebiderya, yəni dənizə sıfır evlər olmaları olsa da, zaman içində bəzi yalılar lazım mənzil sahibləri məkan qazanmaq üçün nəzərləri torpaq doldurularaq, istərsə də sahil zolağına yol göstərmək üçün bələdiyyə tərəfindən geri plana alınaraq dənizdən qismən uzaqlaşmışdır. Günümüzdə böyük əksəriyyəti hələ də köhnə hallarını qoruyan yalılar, həm İstanbul şəhərinin, həm də Türkiyənin ən bahalı daşınmaz əmlakı arasında yer alırlar. Boğaziçi yalılarının dəyərləri ən yüksək olanları arasında Hasip Paşa yalı, Muhsinizadə yalı, Əhməd Fəth Paşa yalı, Topxanə Müşir-i Zəki Paşa yalı, Kiprli yalı, Tahsin Bəy yalı, Qraf Ostrorog yalı, Şahzadə Bürhanəddin Əfəndi yalı, Zərif Mustafa Paşa yalı və Nuri Paşa yalıları var. == Etimologiya == Yalı, söz mənası olaraq keçmişdə sahil mənasında işlənmişdir. Bodrumdakı Bitez yalı, quş növü mavi suquzğunu, söz olaraq "yalıkazığı," "Yalı kənarında zülfümü darayaram" nəğməsi, Krımdakı Yalıboyu bölgəsi bu köhnə məzmunun izləridir. == Memarlıq xüsusiyyətləri == Osmanlı yalılarının memarlıq xüsusiyyətləri sahiblərinin sosial sinfinə görə dəyişirdi. Müsəlman yalıları arasında boşluqlar tikilərkən, qeyri-müsəlman yalıları isə ümumiyyətlə bitişik şəkildə inşa edilirdi.
Yarpaqlı mamırkimilər
Yarpaqlı mamırkimilər (lat. Bryaceae) — bitkilər aləminin yarpaqlı mamırlar şöbəsinin yarpaqlı mamırlar sinfinin yarpaqlı mamırlar dəstəsinə aid bitki fəsiləsi.
Marallı
Marallı-i Cəfərquluxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Marallı-i Kalbalı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd. Oxşar Bığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Yanıqlı kənd kitabxana filialı, Yanıqlı kənd klubu, Yanıqlı poçt şöbəsi (AZ6039) fəaliyyət göstərir. == Təhsil == Kənddə Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbi və Yanıqlı kənd 2№-li tam orta məktəbi fəaliyyət göstərir.
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çıraqlı
Kəndlər Çıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı — Azərbaycanın Ağdərə rayonunun Qasapet kəndinin bir müddət işlənilən adı. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Yardi
Yardi (ing. Yardie) — Yamayka əsilli Britaniya mafiya qruplaşması. Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar. Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.
Yarəli
Abrek Əli Hilivi (Abrek Əlixan ; ləzg. Ярали Хьиливи; 1802, Hil – Qusar) — ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Qazi Muhammədin dostu və sağ əli. Ləzgilərin Hil soyunun nümayəndəsi. == Bioqrafiya == Abrek Əli Hilivi 1802-ci ildə Quba əyalətinin Hil kəndində anadan olmuşdur. "Vikeh Hirgal" ləqəbi ilə tanınırdı. Quba üsyanı zamanı o, cəsur hərəkətləri ilə məşhurlaşmışdır: kazakları əsir götürüb və Qubanın mühasirəsi zamanı şəhərə ilk girənlərdən biri olmuşdur. Əli üsyançı qüvvələrin məğlubiyyətinin qaçılmaz olduğunu başa düşəndə həbsdən qaçaraq Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəki vilayətində yerləşdi. Qazıqumuq xanı Mirzə xanın xəyanətinə görə abrek və onun dəstəsi dağlara çəkilməyə məcbur oldu. == Həmçinin bax == Quba üsyanı (1837) == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ayranlı — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Bayraqlı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. == Toponimi == Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Saraçlı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd. Oxşar Bığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.