QURTARACAQ

is.
1. Bir şeyin qurtaran yeri; son, nəhayət, axır. Küçənin qurtaracağı.
– Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov.
Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara qoşa karvansara deyərdilər. H.Sarabski.

// Sif. mənasında. Son, axır.
Bəzən bizə elə gəlir ki, bir-iki kilometr qabaqda baş-başa verib dərənin üstünü almış, sıldırım qranit qayalardan o yana yol yoxdur, ora dərənin qurtaracaq nöqtəsidir. M.İbrahimov.

2. Nəticə, aqibət, son. İşin qurtaracağı bəlli deyildir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURTARACAQ nəticə — aqibət — son
  • QURTARACAQ son — nəhayət — axır

Antonimlər (əks mənalı sözlər)

  • QURTARACAQ QURTARACAQ – BAŞLANĞIC Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi (S
QURTAQURT
QURTARAN

Digər lüğətlərdə