Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yomra
Yomra (türk. Yomra) — Trabzon ilinin ilçəsi. Yaşayış məntəqəsi 19 iyun 1957-ci ildə 7033 saylı qanunla ilçə statusu alıb. 4 aprel 1959-cu ildə Trabzon ilinin tərkibinə daxil edilib.
Yosa Buson
Yosa Buson — yapon şairi, yazıçısı və rəssamı. Yüzlərlə hokkunun müəllifi. 1737-ci ildən Basyo ənənələrini davam etdirən Yahantö poetik məktəbinin başçısı Hayano Hadzinin şagirdi olmuşdur. Onun varisi kimi həmin məktəbin rəhbəri olduqdan və poeziya məclislərində münsif hüququ qazandıqdan sonra, 1770-ci ildən peşəkar şair sayılmışdır. Ən yaxşı şeirləri Takai Kito ilə birlikdə hazırladığı "Şaftalılar və Gavalılar" toplusuna daxil edilmişdir. Buson Yosanın poeziyasına incə duyğular və lirizm xasdır. Rəssam kimi mənzərə ustası olan Buson bundzinqa məktəbinin ən görkəmli nü mayəndələrindən biridir. "Şəhərdə ağşamçağı qar" (şəxsi kollek siya, Kobe), "Payız seyri" (Milli muzey, Kioto) və s.
Təbiət yoxsa tərbiyə
Təbiət, yoxsa tərbiyə — biologiyada və cəmiyyətdə taleyi təyin edən iki rəqabətli amil: genetika (təbiət) və ətraf mühit (tərbiyə) arasında tarazlıq haqqında uzun müddətdir davam edən mübahisə. İngilis dilində bununla bağlı işlənən "nature and nurture" alliterativ ifadəsi ən azı Yelizaveta dövründən istifadə olunur və kökləri orta əsr fransız dilinə gedib çıxır. İki anlayışın bir-birini tamamlayan birləşməsi qədim anlayışdır (q.yun. ἁπό φύσεως καὶ εὐτροφίας). Təbiət insanların ilkin təsir kimi düşündüyü şeydir, genetik irsiyyət və digər bioloji amillərdən təsirlənir. Tərbiyə ümumiyyətlə konsepsiyadan sonra xarici amillərin təsiri kimi qəbul edilir, məsələn, məruz qalma, təcrübə və öyrənmə məhsuludur. Müasir mənada ifadə, irsiyyət və ətraf mühitin sosial tərəqqiyə təsirini müzakirə edərkən, yevgenika və davranış genetikasının müasir banisi Viktoriya dövrü polimatı Frensis Qalton tərəfindən populyarlaşmışdır. Qalton, təkamülçü bioloq Çarlz Darvinin Növlərin mənşəyi əsərindən təsirlənmişdir. İnsanların davranış xüsusiyyətlərinin hamısını və yaxud demək olar ki, hamısını "tərbiyə"dən əldə etməsi fikri 1690-cı ildə Con Lokk tərəfindən tabula rasa ("boş və ya ağ lövhə") adlandırıldı. İnsanın davranış xüsusiyyətlərinin demək olar ki, yalnız ətraf mühitin təsirindən inkişaf etdiyini güman edən insan inkişafı psixologiyasında boş bir fikir XX əsrin böyük bir hissəsində geniş yayılmışdı.
Yanni, yoxsa Lorel
Yanni, yoxsa Lorel (ing. Yanny or Laurel) — 2018-ci ilin may ayında viral olmuş audioillüziya. Twitter sorğusunda səs verən 500 000-dən çox insanın 56%-i bu audioyazıda kişi səsi ilə "Lorel" deyildiyini, 44%-i isə qadın səsi ilə "Yanni" deyildiyini eşidir. == Tarixçəsi == Səs yazısı 2007-ci ildə Vocabulary.com onlayn lüğətində "Laurel" sözü üçün yüklənmiş səsləndirmədən yaradılmışdır. Səsin illüziya kimi yayılması çox güman ki, "Flowery Branch" (Flaueri brənç) orta məktəbinin şagirdinin bu illüziyanı 11 may 2018-ci ildə İnstaqramda yerləşdirməsindən başlayıb. Ertəsi gün şagirdin dostu onu Reddit-də yerləşdirəndə illüziya daha çox diqqət çəkdi. Mem yutuber Xloya Feldman tərəfindən Twitter hesabında paylaşılıb. Məlum olub ki, orijinal səs yazısı opera müğənnisi Cey Obri Cons tərəfindən (opera müğənniləri tez-tez tanış olmayan dillərdə oxuyurlar və buna görə də transkripsiya işarələrini oxumağı bilirlər) öz noutbukuna qoşduğu mikrofonla, kustar üsulla düzəldilmiş səs izolyasiya kamerasında səsləndirilmişdir. Memin müəlliflərinin sözlərinə görə, internetdə yayılan səs yazısı kompüterin dinamiklərindən, ev şəraitində mobil telefonla yenidən qeydə alınıb. Audio illüziyaya Ellen Deceneres, Stiven Kinq və Krissi Teygen, eləcə də adları audio yazıda səsləndirilənə bənzəyən Yanni və Lorel Halo kimi bir neçə məşhur şəxs cavab verdi.
"Dil yoxsa dialekt" problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Dil yoxsa dialekt problemi
"Dil yoxsa dialekt" problemi — hər hansı bir idiomun statusunun müəyyənləşdirilməsi ilə bağlı yaranan sual.
Sabah açılacaq, yoxsa yox? (film, 2003)
Sabah açılacaq yoxsa yox? (orijinal adı «Kal Ho Naa Ho»),hind dilində : कल हो ना हो,urdu dilində :کل ہو نہ ہو) adı belədir. Hind kinosudur 2003-cü ildə ABŞ-nin böyük şəhərlərindən biri olan Nyu-Yorkda çəkilmişdir. Neyna Katrina Kapur(Priti Zinta) qəmgin,qaraqabaq qızdır amma onun belə olmağına səbəbdə var. Onun atasına ehtiyacı olan vaxtlarda atası özünü öldürmüşdü. Atası öz həyat yoldaşı Ceneferi (Caya Baççan) uşaqlarını tək böyütmək məcburiyyətində qoymuşdu. Ceneferin bir restoranı var idi,demek olarki o restoran heç işləmirdi. Bundan başqa Neynanın nənəsidə Ceneferi ərinin ölümündə günahlandırır. Neyna hər gün evdə ancaq dava-dalaş görürdü,onun yeganə sevinci MBA kursları idi, hansıki o burda ən yaxın dostu Ruhitlə (Saif Ali Xan) tanış olacaq. Elə bu aralarda onların qonşuluğuna Aman Mathur ( Şahruk Xan ) köçür və hər şey dəyişir.
Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora? (film, 2013)
"Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora?" filmi — 2013-cü ildə çəkilmiş meytey dilli Hindistan filmi. 27 oktyabr 2013-cü ildə nümayiş olunan film ən uzun adlı hind filmidir. Film Mani ilə Nuqşitombinin arasındakı sevgi eskizlərini cızır və onların qarşılaşdıqları kiber cinayətdən bəhs edir.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir: "Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Yeni Yomaş (Şaran)
Yeni Yomaş (başq. Яңы Йомаш, rus. Новоюмашево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 23 km, kənd sovetliyindən (Miçurinsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (93%) üstünlük təşkil edir.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Domra
Domra (rus. до́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Myosa
Myosa (norv. Mjøsa) və ya Myosen — Norveçdə ən böyük göl. Gölün sahəsi 366 km2, dərinliyi isə 449 metrə qədərdir. Myosaya Loken çayı tökülür. Göldən Vorma çayı axır. Myosa gölündə gəmiçilik inkişaf etmişdir. Hamar, Lillehammer, Yövik şəhərləri Myosa sahilindədir.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Tomsk
Tomsk (rus. Томск) — Rusiyada şəhər. Tomsk vilayətinin mərkəzi. Tomsk Sibir ərazisində yerləşən ən qədim tarixə malik şəhərlərdən biridir. 2014-cü ildə şəhərin əsasının qoyulmasının 410-cu ildönümü qeyd olunmuşdur. Şəhərdə tədris və elmi mərkəz olaraq fəaliyyət göstərən 7 dövlət universiteti yerləşir. Burada yerləşən Tomsk Dövlət Universiteti bütün Sibir ərazisində yaradılmış ilk ali təhsil müəssisəsi hesab olunur. Rubl abidəsi (Tomsk) Sibir Tomsk vilayəti Официальный сайт муниципалитета города Томска Товики — томская городская вики Памятники Томска Томское краеведение ОЭЗ в г. Томске Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine Российские особые экономические зоны Томск.
Xamsa
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Yemva
Yemva — Rusiya Federasiyasında yerləşən şəhər. Komi Respublikasına daxildir.
Yolka
Yelizaveta Valdemarovna İvantsiv (ukr. Єлизаве́та Вальдема́рівна Іванці́в, Yolka azərb. Küknar‎ və ya Yeni il ağacı, rus. Ёлка, ukr. Йолка; 2 iyul 1982, Ujqorod) — Ukraynalı-rus müğənni və prodüser. Keçmişdə "6 nömrəli palata" Ujqorod şəhərinin KVN komandasının iştrakçısı olmuşdur. Yelizaveta Valdemarovna İvantsiv 2 iyul 1982-ci ildə Ujqorod şəhərində anadan olub. O, musiqiçi ailəsində anadan olub, belə ki, atası caz musiqidi kolleksiyaçısı idi, anası isə üç musiqi alətində ifa edə bilirdi. O, məktəbin xor cəmiyyətində oxumağa başlamış, daha sonra vokal dairəsinə keçmişdir. Məktəbin Şən və Hazırcavablar Klubunda iştirakı ona uğur qazandırmışdır.
Yomak
Yomax
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Gizela Kossa
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Komla Dumor
Komla Dumor (ing. Komla Afeke Dumor; d. 3 oktyabr 1972, Akkra, Qana – ö. 18 yanvar 2014, London, İngiltərə, Böyük Britaniya) — məşhur afrikalı jurnalist; Böyük Britaniyanın "BBC World News" telekanalında Afrika ilə bağlı xəbərlər proqramının (ing. "Focus on Africa") məşhur aparıcısı. == Həyatı == Komla Dumor 3 oktyabr 1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuşdur. Atası Ernest Dumor bir sosiologiya professoru və anası Seselya Dumor isə kütləvi kommunikasiya üzrə magistr dərəcəsinə malik idi. Babası Filip Qbeho, Qana himninin bəstəkarı idi. == Ailəsi == Komla Dumor 2001-ci ildə Kvansema Quansah ilə evlənmişdir. Bu evlilikdən onların üç övladı dünyaya gəlmişdir.
Yonca
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Yonma
Yonma — səthlərin, profillərin və kanovların emalı üçün tətbiq olunan mexaniki emal üsuludur. Proses iskənə adlanan alətin köməyi ilə aparılır. Burada alət iskənələmə dəzgahında sərt bərkidilir. Baş və köməkçi hərkətləri isə üzərində pəstah bərkidilmiş stol yerinə yetirir. Frezləmə üsulunun inkişaf etdirilib istehsalatda tətbiqindən sonra iskənələməni sıxışdımağa başlamışdır. Bu prosesin üstün cəhəti onun ucuz başa gəlməsi, kəsmədə tenperaturun aşağı olması və səthin keyfiyyətinin yüksək olmasıdır. Mənfi cəhəti isə emalın uzun çəkməsi və dəzgahın böyük qabariti və boş gedişlərin sayıdır. Yonma əməliyyatı yonma dəzgahlarında aparılır. Bu dəzgahlar Yönəldicilərdən, Dəzgahın gövdəsindən, Mühərrik və sürətlər qutusundan, Stol, Ayaqlarınan ibarətdr.
Yonna
Yonna (fr. Yonne) — Fransanın şərqində yerləşən, Burqundiya-Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 89. İnzibati mərkəzi — Oser. Əhalisi — 353 366 nəfər (departamentlər arasında 68-ci yer, 2010-cu ilin məlumatları) Ərazisi — 7,427 km²-dir. Departamentin ərazisində Yonna çayı axır. Departamentə 3 rayon, 42 kanton və 454 kommun daxildir.. Yonna — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burqundiya əyalətinin ərazisində yerləşir. Adı Sona çayı olan Yonna axınından gəlir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.