Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ada Yonat
Ada Yonat (əsli Lifşits), İvr. עדה יונת; 22 iyun 1939-cu ildə Yerusəlimdə doğulmuşdur) — israil alimi, kristalloqraf, kimya üzrə 2009-cu ildə "ribosomun quruluşu və funksiyalarının tədqiqatları" üzrə Nobel mükafatı laureatı (Venkatraman Ramakrişan və Tomas Steys ilə birlikdə). O, Veizmann Elm İnstitutunda Biomolekulyar Strukturlar və Mexanizmlər Mərkəzinin hazırkı direktorudur. London Kral Cəmiyyətinin xarici üzvü (2020). Ada Yonat Nobel mükafatı alan ilk israilli qadındır<refLappin, Yaakov. "Nobel Prize Winner 'Happy, Shocked' ", Jerusalem Post (7 октября 2009).></ref>. == Bioqrafiya == Gələcəyin alimi Yerusəlimdə Lodzidə (Polşa) yeni repatriantlardan olan yoxsul tərəvəzçi ailəsində anadan olub. Valideynləri Hillel və Ester Livşits 1933-cü ildə Yerusəlimdə məskunlaşdılar və atası əslən ravvin ailəsindən olmasına və özü də ravvin olmasına baxmayaraq, səhhətinin pis olması onun işə düzəlməsinə mane oldu. Atasının bir ərzaq mağazası var idi, lakin buna baxmayaraq, Adanın ailəsi çətinliklə dolanırdı. Onlar bir neçə başqa ailə ilə dar otaqlarda yaşayırdılar.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Yonatan Netanyahu
Yonatan Netanyahu (ivr. ‏יונתן נתניהו‏‎ 13 mart 1946, Nyu-York, Nyu-York ştatı – 4 iyul 1976, Entebbe, Mərkəz bölgəsi (Uqanda)) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalın zabiti, Polkovnik-leytenant. Yonatan Netanyahu 1976-cı ilin 4 iyul tarixində Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatında iştirak etmiş və girov götürülən 106 nəfərdən, 102 nəfəri xilas edilmişdir.
Yonatan Rosin
Yozat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Yonas Altberq
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Yonas Avijyus
Yonas Kazis Avijyus (lit. Jonas Avyžius; 16 may 1922[…] – 7 iyul 1999[…], Vilnüs) — Litva-sovet yazıçısı. "İlk şırımlar" hekayə kitabı 1948-ci ildə nəşr edilmişdir. "Miras" (1949), "Şöhrət" (1949) povestləri, "Ağ söyüdlər" (1954) pyesi, "Azadlıq" (1951), "İnsanlar və hadisələr" (1954) hekayə və oçerk kitabları, "Kənd yol ayrıcında" (1964) romanı kolxoz kəndinə həsr olunmuşdur. "Şüşə dağ" (1961) romanı Litvanın keçmişindən bəhs edir. İkinci Dünya müharibəsi illərində Litva xalqının həyat və mübarizəsinin epik şəklində əks etdirən "İtmiş yurd" (1970) romanında mühüm ictimai, mənəvi-əxlaqi problemlər qaldırılır. Yonas Avijyus 1976-cı ildə Lenin mükafatı ilə təltif olunmuşdur.
Yonas Aystis
Yonas Aystis (lit. Jonas Aistis, əsl soyadı Aleksandraviçyus, Alexandravičius; 7 iyul 1904[…] və ya 7 noyabr 1904, Kaunas rayonu[d] – 13 iyun 1973[…], Vaşinqton) — Litva şairi. 1930-cu illərdən Qərbi Avropada, 1946-cı ildən ABŞ-da yaşayıb. Elegik əhvali-ruhiyyə toplularının poeziyasına "Ximeranın solğun gözləri" (1937), "Büllur tabutda" (1957), "Katarsis" (Vilnüs, 1988) əsərləri aiddir. Esse kitabları yazmışdır. История литовской литературы. Вильнюс: Vaga, 1977. С. 313—314. Lietuvių rašytojai. Bibliografinis žodynas: A—J. Vilnius: Vaga, 1979.
Yonas Bilyunas
Yonas Bilyunas (litvaca- Jonas Biliūnas; 11 aprel 1879-cu il, Anikşçyay rayonu, Litva — 8 dekabr 1907-ci il, Zakopane, Polşa) — Litva yazıçısı, tənqidçi və publisist, Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi. Y. Bilyunas 1879-cu ilin aprelin 11-də Litvanın Anikşyay rayonunun Nyuronis kəndində anadan olmuşdur. 1891-1899-cu illərdə Liepaya gimnaziyasında təhsil almışdır. Burada oxuyarkən ictimai-siyasi fəaliyyətə başlamış və gizli siyasi özək təşkil etmiş, gizli vərəqələr yazaraq yaymışdır. 1900-cü ildə Tartu universitetinin tibb fakültəsinə daxil olmuşdur. Çara qarşı tələbə nümayişlərində iştirak etdiyi üçün 1901-ci ildə universitetdən xaric olunmuşdur. 1901-1902-ci illərdə özəl dərslər vermək yolu ilə çörək pulu qazanmışdır. Həmçinin bir sıra Litva qəzətləri („Vilniaus žinios“, „Lietuvos ūkininkas“ və b.) və jurnallar („Varpas“) üçün məqalələr yazmışdır. Litva sosial-demokratlar partiyasının fəaliyyətində iştirak etmişdir. 1903-cü ildə Leypsiq Ali ticarət məktəbində oxumuşdur, həm də ədəbiyyatla yaxından maraqlanmışdır.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Yonas Livrod
Yonas Livrod (isv. Jonas Liveröd; d. 1974, Göteborq, İsveç) — İsveç rəssamı və heykəltaraşı. O, Azərbaycanpərəstdir.
Yonas Mekas
Yonas Mekas (ing. Jonas Mekas; 24 dekabr 1922[…], Birjay, Litva və ya Litva – 23 yanvar 2019[…], Bruklin, Nyu-York) – Amerika və Litva şairi və kinorejissoru, "Yeni Amerika kinosu" nun liderlərindən biri, "New York kino avanqardının xaç atası"; Litva Ədəbiyyat və İncəsənət Milli Mükafatı laureatı (1995). 1944-cü ildə Litvanı tərk edərkən, kiçik qardaşı Adolfasla birlikdə (1925–2011-ci illərdə o, da kinematoqrafçı olmuşdur) Alman hakimiyyəti tərəfindən həbs olunur. 1945-ci ilə qədər hər ikisi Hamburq yaxınlığındakı Elmshornda bir nasist əmək düşərgəsində saxlanılır və müharibə bitdikdən sonra bir neçə ay köçkün düşərgələrində qalırlar. 1946–1948-ci illərdə Yonas Mainz Universitetində fəlsəfə təhsili alır. 1949-cu ildə qardaşlar ABŞ-yə köçür. İki həftə sonra Yonas bir Boleks kamerası alır və həvəskar filmlər çəkməyə başlayır. Hans Rixterin yanında dərtslər alır. 1954-cü ildə qardaşlar avanqard film jurnalı olan Film Culture-nı qurur. 1958-ci ildən Yonas Norman Maylerin həftəlik "The Village Voice" ndə gündəliyi aparır.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Yonas Dovidaytis
Yonas Pranoviç Dovidaytis (12 iyul 1914, Vilnüs – 20 sentyabr 1983, Vilnüs) — Litva sovet yazıçısı, jurnalisti, pilotu, müharibədən sonrakı həyat mövzusunda ilk Litva sovet romanı olan "Naujamiestisdə böyük hadisələr" əsərinin (1951) müəllifi. O, Litva ədəbiyyatında işçilərin həyatını ilk dəfə əks etdirən yazıçıdır. Litva SSR əməkdar mədəniyyət işçisi (1964) və Litva SSR Lenin Komsomolu Mükafatı laureatıdır (1976). 1914-cü il iyulun 12-də Rusiya imperiyası ərazisində, Vilnada (indiki Vilnüs), Pranas Dovidaytesin ailsəində dünyaya gəlib. 1937-ci ildə Kaunas Aviasiya Məktəbini, 1938-ci ildə Texniki kolleci bitirmişdir. Litva Aeroklubunda pilot olan Yonas 1939-cu ildə komanda ilə birlikdə Baltik hava yarışlarının qalibi olub. 1940-cı ildən Litva Aeroklubuna rəhbərlik edir, "Wings of Lithuania" və "People's Wings" aviasiya jurnallarının redaktoru olub. 1941-ci ilin iyununda atasının həbsindən sonra o da həbs edilək, 1944-cü ilə qədər qaldığı Arxangelsk vilayətindəki Karqopol düşərgəsinə göndərilir. Müharibədən sonra jurnalist kimi fəaliyyət göstərən Yonas, "Tiesa" qəzetinin müxbiri (1944-1947), "Švyturys" ("Mayak", 1948-1950) və "Sparnai" ("Qanadlar", 1968-1970) jurnallarının redaksiyalarında işləyib. O, 20 sentyabr 1983-cü ildə vəfat etmişdir.
Ercan Donat
Ercan Donat (tam adı: Ercan Yıldız Donat; 1 fevral 2000, Fateh, İstanbul ili) – Azərbaycan milli basketbol komandasında və "Şəki" basketbol klubunda çıxış edən basketbolçu. == Karyera == === Klub === 5 sentyabr 2024-cü ildə "Şəki" baketbol klubu Donatı transfer edib. === Milli komanda === Donat 2016-cı ildə U-16 Azərbaycan millisi təkibində FİBA U-16 Avropa Çempionatında çıxış edib. O, 2017-2018 və 2018-2019 sezonlarında isə U-18 Azərbaycan millisi təkibində FİBA U-18 Avropa Çempionatında oynayıb.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Yonas Erik Altberq
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Vilyam Törner Donat
Vilyam Törner Donat - (1953-cü il 9 iyul — 1929 - cu il 12 mart ) Amerikalı rəssam. == Həyatı == Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib. Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib. Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib. == Yaradıcılığı == O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib. Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib. Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub. Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Jonas
Jonas L.A.(əvvəllər JONAS) -ABŞ-də çəkilən teleserial."Jonas L.A." Disney Channel 2009-cu ilin may ayından göstərinilir.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Lonas
Lonas (lat. Lonas) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lonas annua (L.) Vines & Druce Sinonim Achillea inodora L. Athanasia annua L. Lonas annua (L.) Grande Lonas inodora (L.) Gaertn.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qyona
Qyona (yun. Γκιώνα) — Yunanıstanda dağ. Ölkənin mərkəzi hissəsində, Parnas və Vardusiya dağları arasında yerləşir. Yunanıstanın beşinci ən yüksək zirvəsidir. Zirvənin hündürlüyü dəniz səviyyəsindən 2510 metrdir. "GIONA MOUNTAIN". 2008-06-16 tarixində arxivləşdirilib.