YÖNLÜ

sif. dan.
1. Yararlı, lazımlı, gərəkli, münasib, əlverişli, yaxşı, əməlli-başlı. Yönlü şey.
2. Yaxşı, üzüyola, sözəbaxan.
[Əhməd] ürəyində öz-özü ilə belə bir iftixarla danışırdı: – Ağıllı övlad, yönlü bala adamın qalxması üçün ən sehirli qanad deyilmi? S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÖNLÜ yönlü bax 1. yaxşı 1; 2. üzüyola
  • YÖNLÜ üzüyola — sözəbaxan
  • YÖNLÜ yararlı — lazımlı — gərəkli
YÖNLƏŞMƏK
YÖNLÜK
OBASTAN VİKİ
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Obyekt-yönlü qrafika
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.

Digər lüğətlərdə

вкле́ить зло́стный каприфо́ль наша́рить оболва́ниться плащани́ца подзыва́ть подсупо́нивать превращённый ха́тка хлороформи́роваться чадорожде́ние белошёрстый буржу́йский застра́чиваться планоме́рно сма́тываться belt up czarina diaphony erectopatent gazetteer negative privatdocent жаловать