Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Behişti-Zəhra
Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri. == Tarixi == Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib. == Ümumi məlumatlar == Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub.
Bəhri-təvil
Bəhri-təvil — Azərbaycan ədəbiyyatında satirik və lirik səciyyədə, qafiyəli nəsr əsəri. Həcmcə bir-iki səhifədən artıq olmur. Axıcı üslubda yaradılır; cümlələri, hətta çox ifadələri həmqafiyə olduğuna görə birnəfəsə oxunur. "Molla Nəsrəddin" jurnalında, xüsusilə Sabir yaradıcılığında "bəhri-təvil"in olmuşdur. Səkkizhecalı, dördmisralı bir neçə bəndlik şeirdir. Qafiyələri abvb, qqqb, dddb... Bu adla musiqi havası da məlumdur. Qəhrəmanlıq varsağıları sərt, coşğun əhvali-ruhiyyə ifadə edir və çoxu brə, bəhi nidaları ilə başlanır. XVI əsr məşhur türk aşığı Qaracaoğlanın əsərləri içərisində bir neçə varsağı vardır. Misal: Türkmən poeziyasında varsağı zarafatyana məhəbbət mahnısına deyilir.
Bəhri Tanrıqulu
Bəhri Tanrıqulu — Türkiyə taekvondo yığmasının üzvü, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya, üçqat Avropa çempionudur.
Cəhri rayonu
Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur. == Tarixi == 1921 ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəbürd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük. 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. == Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı == Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Fatimeyi Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Mohand Şəhri
Mohand Məhəmməd Fayiz əl-Şəhri (ərəb. مهند الشهري‎; 7 may 1979 və ya 17 avqust 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçırqn Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi. Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı. Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi. == Həyatı == 1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan Valid və Vail əl-Şəhri qardaşları idi. "Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu.
Zəhra (Germi)
Zəhra (fars. زهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (40 ailə).
Zəhra Abbasova
Zəhra Fərhad qızı Abbasova — Alim, tibb elmləri doktoru, professor, Respublika Kliniki Xəstəxananın şöbə müdiri, çoxsaylı elmi məqalənin və səmərələşdirici təklifin müəllifi. == Həyatı və elmi fəaliyyəti == 1959-cu ildə Bakıda anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1966-1976-cı ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Tibb İnstitutu nun müalicə-profilaktika fakültəsinə daxil olub, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ftiziatriya İnstitutunda başlamışdır. 1990-cı ilə qədər orada işləmişdir. 1990-cı ildən Respublika Kliniki Xəstəxanasında mama-ginekoloq işləmiş, hazırda orada şöbə müdiridir. 1995-ci ildə namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru, professordur.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. == Həyatı == Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009 illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. == Həyatı və elmi fəaliyyəti == Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Musiqiçi Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Bu xidmətlərinə görə ona professor adı verilmişdir.
Zəhra Kərimova
Zəhra Adığözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı və naziri (1941–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi. == Həyatı == Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur. 10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri sədri seçilir.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). == Həyatı == Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Zəhra Quliyeva
Zəhra Quliyeva — Əməkdar elm xadimi, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998–2005). Zəhra Quliyeva — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən açılan atəş nəticəsində ölən 14 aylıq körpə.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Zəhra Sai
Zəhra Sai-İranlı siyasətçi, tədqiqatçı və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biridir.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Qarıldaq
Qarıldaq (lat. Nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Adi qarıldaq
Adi qarıldaq (lat. Nycticorax nycticorax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin qarıldaq cinsinə aid heyvan növü.
Parıldaq arılar
Parıldaq arılar lat. Chrysididae-Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). == Biologiyası == Chrysidoidea fəsiləüstü İki fəsilədən ibarətdir: Cleptidae və Chrysididae. Birinci fəsilə Azərbaycanda qeydə alınmamışdır.Parıldaq arılar fəsiləsi – Chrysididae. Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). Onlar başlıca olaraq isti ölkələrdə yayılmışdır. Dişilərin qarıncığı xaricdən görünən üç seqmentdən ibarətdir, qalan seqmentlər isə nazik hərəki boruya - yumurtaqoyana çevrilmişdir. Bədəni metal rənglərində – mavi, yaşıl, qırmızı, parlaqdır. Parlaq arılar arıkimilərin sürfələrində parazitlik edir. Onların sahiblik dairəsi genişdir və bəzən bir növ hüdudlarında çox rəngarəngdir.
Qarıldaq cinsi
Yarılmış meandr
Yarılmış mean­dr – (rus. прорванный меандр, ing. cut-off meander) adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Bahri Məmlüklərinin siyahısı
Bahri Məmlükləri — 1250-ci ildən 1382-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == Abu al-Fida, The Concise History of Humanity. Al-Maqrizi, Al Selouk Leme'refatt Dewall al-Melouk, Dar al-kotob, 1997. Idem in English: Bohn, Henry G., The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press, 1969. Al-Maqrizi, al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Matabat aladab, Cairo 1996, ISBN 977-241-175-X Idem in French: Bouriant, Urbain, Description topographique et historique de l'Egypte, Paris 1895. Ayalon, D.: The Mamluk Military Society. London, 1979. Ibn Taghri, al-Nujum al-Zahirah Fi Milook Misr wa al-Qahirah, al-Hay'ah al-Misreyah 1968 Idem in English: History of Egypt, by Yusef. William Popper, translator Abu L-Mahasin ibn Taghri Birdi, University of California Press 1954. Shayyal, Jamal, Prof.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. == Süjet == Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Dağ zebri
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Düzənlik zebri
Düzənlik zebri (lat. Equus burchelli) — at cinsinə aid heyvan növü. Kvaqqa (Equus quagga) yarımnövünün 1883-cü ildə nəsli kəsilib. Düzənlik zerbləri Cənub-Şərqi Afrikada, Həbəşistanın cənubundan CAR-ın şərqi və Anqolaya kimi yayılıb. == Xarici görünüşü == Kip bədən quruluşuna və qısa ayaqlara malik orta ölçülü zolaqlı heyvandır. Orta hesabla bədəninin uzunluğu 2-2,4 m, quyruğu 47-57 sm, hündürlüyü 1,12-1,4 m, kütləsi isə 290-340 kq olur. Erkəkləri dişilərdən 10%-ə qədər böyük olurlar. Erkəkləri dişilərdən fərqləndirən xüsusiyyətlərindən biri də yoğun boyuna malik olmasıdır. Yalları düs və qısa olur. Quyruğunun sonunda qotaz şəklində tüklər olur.
Mehri SES
Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVtBurada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir. == Layihənin tarixi == SES tikintisi ilə əlaqədar iki ölkə arasında 2007 və 2008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir.
Mehri Xatun
Mehri Xatun (türk. Mihrî Hatun; 1460 - 1514) — türk şairəsi. == Həyatı == Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun-dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Mehmet Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi. Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sa-yəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir. Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisa-da valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir.
Mehri mahalı
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. == Tarixi == Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Mehri sahəsi
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Bayrı İmanov
Bayrı Mirzə oğlu İmanov (5 fevral 1996, Qaraçala, Salyan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayrı İmanov 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ali təhsil alıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) elan etdiyi işə qəbul imtahanında iştirak etmiş və 86 bal toplamışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bayrı İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bayrı İmanov noyabrın 10-da Şuşa istiqamətində şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Bayrı İmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Yarımtağ
Yarımtağ – (rus. полусвод, ing. half-arch) qapalı olmayan iri müsbət platforma strukturası.
Yarıdağ
Yarıdağ — Azərbaycanın Quba rayonu ərazisində yerləşən dağ. Baş Qafqaz silsiləsində yerləşir Hündürlüyü 4116 metrə bərabərdi. Azərbayacanın ən hündür beşincı zirvəsidi.
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti; == Həyatı == Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. == Əsas rolları == Qədim (Cəfər Cabbarlı, "Yaşar"), Əbdül (Cəfər Cabbarlı, "Dönüş"), Aftil (Cəfər Cabbarlı, "Almaz"), Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"), Qurban (Cəfər Cabbarlı, "Aydın"), Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"), Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"), Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"), Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"), Əmir Axşid (Namiq Kamal, "Qara bəla"), Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"), İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu") Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"), Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"), Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"), Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"), İxtiyar (Hüseyn Cavid, "İblis"), Papas (Hüseyn Cavid, "Şeyx Sənan"), Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"), Qusman (Jan Batist Molyer, "Don Juan"), Kölgə (Uilyam Şekspir, "Hamlet"), Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").
Bağır Kazımi
Seyid Bağır Kazimi (10 fevral 1892, Təfriş, Mərkəzi ostanı – 1976, Tehran) — İran xarici işlər vəziri. == Həyatı == Bağır xan Məhəmməd Kazımi Mötəsimüddövlənin oğludur. Anası şahzadə Əfsər xanım Salurdur. 1891-ci ildə anadan olmuşdu. İranın İraqda, Əfqanıstanda və Osmanlı dövlətlərində səfiri olmuşdu. Bağır xan Mühasibüddövlə İranın Daxili İşlər, Səhiyyə, Yollar və Xarici İşlər nazirliklərinə başçılıq etmişdi. Məhəmmədəli Müsəddiq dönəmində baş nazirin müavini olmuşdu. Bağır xan Mühasibüddövlə 1977-ci ildə vəfat edib. == Ailəsi == Bağır xan Mühasibüddövlə şahzadə Eynülmülk xanım Salurla ailə qurmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012.
Bağır Musayev
Bağır Namaz oğlu Musayev (17 sentyabr 1958) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Bağır Musayev 1958-ci il sentyabrın 17-də anadan olub. Kuban Dövlət Universitetinin hüquq bölməsində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 99 nömrəli Şəmkir şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Bağır Musayev 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Bağır Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Bağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rzazadə
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018). == Həyatı == Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi?
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.Bağır Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir. == İstinadlar == == Xarici keçidlər == "O, məşhur Seyidovlar nəslindən idi".
Bağır Süleymanov
Bağır Ələkbər oğlu Süleymanov (22 iyun 1959, Bakı) — Azərbaycan neftçi-alimi, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir. B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir. B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir. B. Süleymanov 291 elmi əsərin, o cümlədən 106 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
Bağır Xan
Bağır xan (1862, Təbriz – 1916, Kürdistan) — Səttar Xanın yaxın silahdaşı,İranda Məşrutə inqilabının (1905-1911) rəhbərlərindən biri, Təbriz üsyanı (1905–1911) dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri. == Həyatı == Bağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir. Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır. == Siyasi fəaliyyəti == Həyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir.
Bağır Ələkbərov
Bağır Əsəd oğlu Ələkbərov (10 fevral 1995, Naxçıvan – 15 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Abdurahmane Barri
Abdurahmane Barri (21 fevral 2000, Kurbevua[d]) — müdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === Liferinq === Barri Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin iyul ayında Red Bull Zalsburq klubu ilə 2023-cü ilin may ayına kimi müqavilə imzalamışdır. Barri öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 27 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Abdurahmane Barri at WorldFootball.net Abdurahmane Barri — transfermarkt.com saytında.
Badri Kvaratsxeliya
Badri Kvaratsxeliya (15 fevral 1965, Salencix bələdiyyəsi[d]) — gürcü futbol mütəxəssisi. Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Peşəkar futbolçu kimi karyerasını Gürcüstanda Dinamo Tbilisi klubunda başlayıb. 1992-1993-cü il mövsümündə Gürcüstan çempionluğunu qazanıb, daha sonra başqa klublarda oynasa da çoxda fərqlənməyib. 1999-cu ildə Azərbaycana gələrək Gəncənin Kəpəz Gəncə klubuna keçid edib. Çıxış etdiyi ilk mövsümdəcə ən çox qol vuran oyunçu olub. Daha sonra isə Şəmkir klubuna keçib.
Badri Patarkatsişvili
Badri Patarkatsişvili (gürc. ბადრი პატარკაციშვილი; 31 oktyabr 1955, Tbilisi – 12 fevral 2008) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi. == Həyatı == Badri Patarkatsişvili 1955-ci ilin oktyabrın 31-də Tbilisidə dindar yəhudi ailəsində anadan olub. Gənc yaşlarından SSKP-yə üzv olub, komsomol təşkilatında karyera quraraq yüksəlib. SSRİ dağıldıqdan sonra 1994-cü ildə Moskvaya gedərək orada bizneslə məşğul olub. Onun Boris Berezovski, Roman Abramoviç və Vladimir Putinlə yaxın əlaqələri olub.
Badri Xasaia
Badri Xasaia (gürc. ბადრი ხასაია; 24 sentyabr 1979, Kutaisi) — Gürcüstan yunan-roma güləşçisi, Avropa çempionu, dünya çempionatlarının mükafatçısı. == Həyatı == 1979-cu ildə Kutaisi şəhərində anadan olub. 1995-ci ildə kadetlər arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1998-ci ildə yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu oldu. 2002-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu oldu. 2005-ci ildə Avropa çempionatının bürünc medalçısı oldu. 2007-ci ildə dünya çempionatının bürünc medalını qazandı. 2008-ci ildə Avropa Çempionatının gümüş medalına sahib oldu, lakin Pekin Olimpiya oyunlarında yalnız 16-cı ola bildi.
Benthophilus baeri
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır. == Morfoloji əlamətləri == D I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır.