Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səkkəm
Sikkim — Hindistanda yerləşən əyalət. Bu əyalət, 16 may 1975-ci ildə bir krallıqdan Hindistanın nəzarəti altına keçmişdir. 2011-ci ilin statistikasına əsasən əyalətdə yaşayan insan sayı 607.000-dir. Əyalətin mərkəzi Qanqtok şəhəridir. Sikkim əyaləti Himalay dağ silsiləsində yerləşir. Dünyanın ən hündür dağı hesab edilən Kançencunga dağı, Sikkim ilə Nepalı ayıran təbii sərhəd hesab edilir. Sikkim adının mənşə nəzəriyyəsi onun iki Limbu sözünün birləşməsindən ibarətdir: "yeni" mənasını verən su və "saray" və ya "ev" mənasını verən khyim. Himalay dağlarında yerləşən Sikkim əyaləti dağlıq ərazi ilə xarakterizə olunur. Demək olar ki, bütün əyalət dağlıqdır, hündürlüyü cənubda Qərbi Benqal ilə sərhəddə 280 metrdən (920 fut) Nepal və Tibet yaxınlığındakı şimal zirvələrində 8,586 metrə (28,169 fut) qədər dəyişir. Dünyanın üçüncü ən hündür zirvəsi olan Kangchenjunga zirvəsi Sikkim və Nepal arasında sərhəddə yerləşən ştatın ən yüksək nöqtəsidir.
Zərkub Təbrizi
Nəciməddin Əbu Bəkr Zərkub Təbrizi (?-1313)— arif, şair. XII əsrdə yaşamış azərbaycanlı fütuvvət şeyxi idi. O, Təbrizdə Nəcməddin Zərkub adı ilə tanınmışdı. Bu da onun peşəsinin zərgərlik olduğunu göstərir. H. 640-cı (1242) ildə kubrəviyyə şeyxi Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyninin (öl. 1252) Təbrizə gəlməsi ilə Nəcməddin Təbrizinin həyatı dəyişmişdi. O, şeyx Sə’dəddin Həmmuyəyə intisab etmiş, onun müridlərindən biri olmuşdu. Şeyx Nəcməddin Zərkub Təbrizi h. 712-ci (1313) ildə vəfat etmiş, Təbrizin Kəcil qəbristanında dəfn edilmişdi. Şeyx Nəcməddin Təbrizi farsca‚ "Risalə dər Bəyani-Fütuvvət" adlı əsərin müəllifi idi.
Əl-Həkkam
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.
Abdullah ibn Ümmü Məktum
Abdullah ibn Ümmü Məktum (bilinmir, Məkkə – 636, ərəb. عبد الله بن أم مكتوم‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, peyğəmbərin zövcəsi Xədicənin əmisi oğlu, İslam tarixində ikinci müəzzin ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri. == Bioqrafiya == Məkkədə doğulmuşdur. Qureyş qəbiləsindən oluşdur. Anadan kor döğulmuşdur. Atasının adı Qeys ibn Zeyd, anası isə Atika binti Abdullah idi, sonra ona Ümmü Məktum (korun anası) deyirdilər. Məhəmmədin peyğəmbərlik missiyası başlayandan sonra İslamı ilk qəbul edənlərdən biri olmuşdur. Abdullah ibn Ümmü Məktumun adı “Əbəsə” surəsinin ayələrinin Məhəmməd peyğəmbərə nazil olması ilə bağlıdır. Bir dəfə Peyğəmbər Məkkəli zadəganlara İslamın əsaslarını izah etməyə çalışırdı və bu zaman Abdullah ona Qurandan ayələri oxumaq xahişi ilə yaxınlaşır. Peyğəmbər bundan narazılığını bildirdi, sonra ayələr nazil oldu: Dinindən dolayı təqiblərə məruz qalırı, buna görə də digər müsəlmanlarla birlikdə Mədinəyə hicrət etməli olur.
Məhəmməd ibn Şüeyb Zərkun
Məhəmməd ibn Şüeyb Zərkun Bəlluti, həmçinin Bizans mənbələrində Zerkun (yun. Ζερκουνῆς) — təqribən 895–910-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 895-ci ildən 910-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta qardaşı oğlu Yusif ibn Ömər ibn Şüeyb çıxmışdır. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Məhəmməd ibn Rəşid Əl Məktum
Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم‎; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı. Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu. 4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib. Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb.
Məhəmməd ibn Rəşid əl-Məktum
Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم‎; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı. Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu. 4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib. Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb.
Şeyx Rəşid ibn Səid Əl-Məktum
Şeyx Rəşid ibn Səid Əl-Məktum (ərəb. راشد بن سعيد آل مكتوم‎; 11 iyun 1912, Dubay – 7 oktyabr 1990, Dubay) — Şeyx (1958-ci ildən) və Əl-Məktum sülaləsindən Dubayın ilk əmiri (1971-ci ildən). Səid Əl-Məktum Birləşmiş Ərəb Əmirliklərinin birinci vitse-prezidenti və ikinci baş naziri idi. O, həmçinin Dubayın əmiri olub. 1958-ci ildən 1990-cı ildə ölümünə qədər 32 il Dubayı idarə edib. O, BƏƏ-nin yaranmasından ölümünə qədər vitse-prezident olub. Səid Əl-Məktum 30 aprel 1979-cu ildə baş nazir olanda eyni vaxtda baş nazir vəzifəsini icra edən ilk vitse-prezident idi. Ondan sonrakı hər baş nazir faktiki olaraq həm də vitse-prezident olub. Mənbələr onun doğum ili ilə bağlı müxtəlif məlumat verir. Lakin çox güman ki, o, 1912-ci ildə anadan olub.
Sekku
Sekku (節句) – Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər. "Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi. Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır. "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir. Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər. Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır. İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi. Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi. Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı). Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur.
Yefke van Belkum
Yefke van Belkum (22 iyul 1986, Leyden, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Yefke van Belkum, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.