Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Zahirilik
Zahirilik — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır.
Zahirilər
Zahirilik — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. == Tarixi == İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır.
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Amblyseius zaheri
Amblyseius zaheri (lat. Amblyseius zaheri) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Typhlodromus zaheri
Typhlodromus zaheri (lat. Typhlodromus zaheri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır.Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. == Yerləşməsi == Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. == Ədəbi karyera == Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. == Sosial fəaliyyəti == Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. == Əsərləri == Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Zahir Abbas
Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; 1 yanvar 1978, Güləbird, Laçın rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012). == Həyatı == Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Fəaliyyəti == 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Zahir Baba
Zahir Baba - Avşar Babanin xəlifələrindən
Zahir Bağırov
Zahir Cəfər oğlu Bağırov (25 fevral 1975, Daşkəsən rayonu – 25 may 1995, Daşkəsən rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Bağırov 1975-ci ilin fevral ayının 25-də Daşkəsən rayonunda dünyaya göz açıb. 1982-1992-ci illərdə Daşkəsən rayonu İmaməddin Nəsimi adına 6 nömrəli orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vasitəsilə sürücülük oxuması üçün Gəncəyə göndərilir. Sürücülük kursunu bitirdikdən sonra, Hacıqabul rayonuna həqiqi hərbi xidmətə çağırılır. 4 iyun 1993-cu ildə Gəncədə Azərbaycan milli ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verən zaman Zahirə də silah verilərək orada iştirak etməsi üzrə əmr verilir. Lakin onlara nəzarət edən komandir iki qardaşın müharibə etməsini istəmir və əsgərlərdən silahları alaraq, onları zirzəmiyə gizlədir. Həmin silahlar sonra nömrə ilə polisə təhvil verirlir. Daha sonra Zahir Bağırov 1993-cu ildə yenidən hərbi xidmətini davam etdirməsi üçün Daşkəsənə aparılır. Goranboy, Gədəbəy, Daşkəsən və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edir.
Zahir Feyzullayev
Zahir Eyvaz oğlu Feyzullayev (24 dekabr 1992, Muxas, Oğuz rayonu – 20 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999–2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007–2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.
Zahir Hüseynli
Zahir Mahir oğlu Hüseynli (17 aprel 2001; Beyləqan rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Hüseynli 2001-ci il aprelin 17-də Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zahir Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Hüseynli oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zahir Manafov
Zahir Zakir oğlu Manafov (12 dekabr 1993; Moskva, Rusiya — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Manafov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zahir Mehdiyev
Zahir Zakir oğlu Mehdiyev (27 aprel 1984; Kürdəmir rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. 1990-2001-ci illərdə Kürdəmir rayon Qarabucaq kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Zakir Mehdiyev 2002-2004-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Zakir Mehdiyev 2010-cu ildən eyni hərbi birləşmədə "gizir" rütbəsində xidmət edirdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub.
Zahir Nuriyev
Zahir Nuriyev (tam adı: Zahir Zəbi oğlu Nuriyev; 8 sentyabr 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Zahir Nuriyev 1971-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhəri Nəsimi rayonunda 19 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 1988-ci ildə orta məktəbi bitirib indiki Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə qəbul olmuşdur. Şəhidlik ərəfəsində təhsilini həmin universitetdə davam etdirirdi. Subay idi. == Qanlı Yanvar faciəsi == 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evdən çıxmış və bir daha geri dönməmişdir. Atası elə həmin gecədən Zahiri axtarmağa başlamışdır. Əvvəlcə küçələrdə, sonrakı günlər isə xəstəxanaları, morqları, hətta həbsxanaları da axtarmış, lakin heç bir yerdə tapa bilməmişdir. 1997-ci ildə Zahirə şəhid statusu verilmiş, 2000-ci ildə isə şəkli Şəhidlər Xiyabanında əbədiləşdirilmişdir.
Zahir Rzayev
Rzayev Zahir Zakir oğlu (9 iyun 1975, Hil, Qusar rayonu – 23 mart 1994, Alxanlı, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1975-ci iliyunun 9-da Qusar rayonunun Hil kəndində anadan olmuşdur.1992-ci ildə peofessor K.Kərimov adına Hil kənd tam ota məktəbini bitirərək 1994-cü ilin yanvarında Milli ordu sıralarında hərbi xidmətə çağırılmışdır. 1994-cü ilin martın 23-də Füzuli rayonun Alxanlı kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan güllə nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.
Zahir Vəlişov
Zahir Arif oğlu Vəlişov (17 fevral 1983; Beyləqan rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Vəlişov 1983-cü il fevralın 17-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Xatirə adında qızı və Arif adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Zahir Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Vəlişov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zahir məscidi
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir. == Tarixi == Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub. Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir. == Memarlıq == Zahir məscidi təxminən 11,558 m² sahə tutur.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). == Həyatı == Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət “Ümumittifaq Neft Maşınqayırma” İstehsalat Birliyi rəhbərliyində, sonra isə “Qaratəkrarmetal” İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. == Həyatı == Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Məhəmməd Zahir şah
Məhəmməd Zahir Şah (15 oktyabr 1914[…], Kabil, Əfqanıstan əmirliyi – 23 iyul 2007[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstanın sabiq kralı (1935-1973). == Həyatı == Məhəmməd Zahir Şah 15 oktyabr 1914-cü ildə Kabildə anadan olub. Məhəmməd Zahir Şah atasının ölümündən sonra 21 yaşında taxta çıxıb. 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən taxtdan devrilən kral İtaliyaya qaçıb və 29 il vətəndən kənarda yaşamalı olub. Kral öz ölkəsinə 2002-ci ildə qayıdıb. Əfqan xalqı onun hakimiyyətdə olduğu 40 ili ölkənin ən çiçəklənən dövrü hesab edirlər.23 iyul 2007-ci ildə vəfat edib.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Tahini
Tahini (həmçinin tahina; ərəb. طحينة‎), Taxini və ya Küncüt pastası — Şimali Afrika, yunan, türk və Orta Şərq mətbəxlərində istifadə olunan, qabığı təmizlənmiş və üyütülmüş küncüt toxumlarından ələ gəlmiş yağlı xəmir (pasta). Falafel və humus kimi bir çox yeməklər üçün zəruri komponent kimi əlavə olunur. Bir çox souslar üçün baza kimi rolunu oynayır. Tahini mis, manqan və metionin amin turşusunun əla mənbəyidir.
Tahirli
Tahirli — Azərbaycanda işlədilən soyad və coğrafi yer adı. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Natiq Tahirli Sevda Tahirli Abid Tahirli Sahil TahirliKəndlər Tahirli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Tahirli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Zakirli
Zakirli (Xocavənd)
Zalipi
Zalipi (pol. Zalipie) — Polşada kənd. == Coğrafiyası == Kənd Krakov şəhərindən 90 dəqiqəlik məsafədə yerləşir. == Özünəməxsusluğu == Rəvayətə görə bir zamanlar bu kəndin sakinlərindən biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan bir xeyli müddət keçirdən sonra baxırlar ki, bütün kənd əhalisi öz evlərini gül çələngi rəsmləri ilə bəzəyiblər. == Festival == 1948-ci ildən bəri burada "Rəngli kotec" adlı boyama festivalı keçirilir. Əslində isə həmin vaxtdan bəri keçirilən bu festival əvvəlcə İkinci Dünya müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün təşkil edilmişdir.
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.