Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu. Zoi Kontoqianni — Yunanıstanı təmsil edən bədii gimnast.
Enriko Toti
Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir. == Bioqrafiya == Enriko Toti 1882-ci ildə Romada anadan olub. 14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. 1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi. 2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi. Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.
Polyarnıye Zori
Polyarnıye Zori — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Poti razılaşması
Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma. 1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı. Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi.
Pyer Loti
Pyer Loti (14 yanvar 1850[…] – 10 iyun 1923[…], Hendaye) — fransız dəniz zabiti və yazıçı. Pyer Loti adının yazıçıya, bəzi qaynaqlara görə tələbəlik illərində, bəzi qaynaqlara görə isə, 1867-ci ildə Okeaniya səfərində Taitili yerlilər tərəfindən verildiyi deyilir. "Loti", ekzotik iqlimlərdə yetişən ekzotik bir çiçəyin adıdır. 1850-ci ildə Fransanın Roşfor şəhərində, protestant ailəsində evin son beşiyi olaraq dünyaya göz açmışdır. 17 yaşında Fransız Dəniz Qüvvələrinə daxil oldu. Dənizçilik təhsilini bitirdikdən sonra, 1881-ci ildə kapitan oldu və növbəti illərdə də polkovnikliyə qədər yüksəldi. Yaxın və Uzaq Şərqdə səfərlərdə oldu. Bir dəniz zabiti kimi romanlarında bəhs etdiyi yad mədəniyyətləri çoxlu yerlər gəzərək öyrənmişdi. Bu səyahətlərində əldə etdiyi təcrübələrini və müşahidələrini kitablarına köçürürdü. 1879-cu ildə ilk romanı olan və Osmanlı İmperiyasındakı təəssüratlarını bölüşdüyü Aziyadenin nəşrinin ardınca, 1878-ci ildə Mariage de Loti (Lotinin Toyu), 1886-cı ildə Pécheur d'Islandeni (İslandiya Balıqçısı) nəşr etdirdi.
Rene Koti
Rene Koti (fr.
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Zori Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zoi Konstantopolou
Zoe Konstantopolou (yun. Ζωή Κωνσταντοπούλου; d. dekabr 1976, Afina, Yunanıstan) — Yunanıstan parlamentinin sədri (2015-ci ilin fevralından) Zoe Konstantopolou radikal solçu SİRİZA partiyasının nümayəndəsidir. O, 2015-ci ilin fevral ayında Yunanıstan parlamentinin yeni tərkibinin keçirdiyi səsvermədə 300 səsdən 235-ini toplayaraq sədr vəzifəsinə seçilmişdir. Bu nəticə ilə 38 yaşlı Zoe Konstantopolou ölkənin 200 illik tarixində ən gənc və ikinci qadın parlament sədri olmuşdur.
Zoi Kontoqianni
Zoi Kontoqianni (19 sentyabr 1997) — Yunanıstanı təmsil edən bədii gimnast. Zoi Kontoqianni, 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zoi Kontoqianni 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Zoi Saqq
Zoi Elizabet Saqq (ing. Zoe Elizabeth Sugg; İngiltərə, Lakok) — britaniyalı vloqçu. ThatcherJoe kimi bilinən, Co Saqq adlı YouTube vloqçusunun böyük bacısıdır.
Zoi Ştraub
Zoi Ştraub (alm. Zoë Straub‎; 1 dekabr 1996, Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë‎) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir. Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır. Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır.
Zoi (film)
"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir. Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
Zoi Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. Niyə O?
Dal Monte Toti
Dal Monte Toti ing. Antonietta Meneghel;27 iyun 1893[…] – 26 yanvar 1975[…] — italyan müğənnisi,(soprano), dramatik aktrisa == Həyatı == Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. === Vəfatı === 26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib. == Fəaliyyəti == === Səhnə fəaliyyəti === Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin).
Osman Zati Korol
Osman Zati Korol (türk. Osman Zati Korol) (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri. 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.
Poti-Bakı Dəmiryolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Poti dəniz limanı
Poti dəniz limanı (gürc. ფოთის საზღვაო ნავსადგური) — Gürcüstanın Poti şəhərində, Qara dəniz sahilində yerləşən dəniz limanı. Dəniz limanı Rioni çayının mənsəbində yerləşir. Transqafqaz xəttinin mühüm nöqtəsini təşkil etməklə yanaşı TRASEKA xətinin bir parçasıdır. Rumıniyanın Komstansa və Bolqarıstanın Varna dəniz limanı ilə əlaqələrin təmin edilməsi sayəsində Xəzər sahili və Mərkəzi Asiyanın Avropaya açılan qapısı funksiyasını daşıyır. Poti dəniz limanın inşasına 1828-ci ildə başlanılmışdır. Bu zaman ərazi yenicə Rusiya imoeriyasına birləşdirilmişdi. Şəhərə liman statusu 1858-ci ildə verilmişdir. Ancaq limanın tam inşası 1899—1907 illərdə baş tutmuşdur. Limanın inşası Niko Nikoladzenin şəhər rəhbərliyinə gəldikdən sonra baş tutmuşdur.
Zeti Axtar Əziz
Zeti Axtar Əziz — Malayziya Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Zoi (film, 2018)
"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir. Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
Poti-Bakı dəmir yolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Polşa zlotı
Polşa zlotı — Polşanın pul vahidi. Banknotes issued by the NBP Coins issued by the NBP A fan-shaped 10 złoty commemorative coin released in 2004 Arxivləşdirilib 2005-12-21 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Molla Məhəmməd Zövi
Molla Məhəmməd Zövi (1843, Şamaxı, Kaspi vilayəti – 1910, Cavad, Cavad qəzası) — XIX əsr Azərbaycan şairi. Molla Məhəmməd Zövi 1843-cü ildə Şamaxıda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Muğana köçüb, uzun müddət müəllimlik etmişdir. Seyid Əzim Şirvaninin dərin rəğbətini qazanan Zövi "Beytüs-səfa" ədəbi məclisinin üzvlərindən olmuşdur. Onun şeirlər divanı AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.
Asti
Asti — İtaliyanın Pyemont regionunda şəhər.
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. == Azotlu birləşmələr == Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. == Şoralar – azot gübrələri == NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. == Azot insan orqanizmində == İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
BMTİ
Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır. Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. == Ümumi məlumat == Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.