Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q.Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Abas Şahbazov
Abas Cavad oğlu Şahbazov (13 noyabr 1996, İmişli rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abas Şahbazov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişlidə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Abası
Abasallı
Abasallı (Yardımlı)
Abasallı (Neftçala)
Abasallı, Abasalılı, Abasəlikənd — Azərbaycan Respublikası Neftçala rayonu Tatarməhəllə ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Tatarməhlə inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Son illərdə Abasəlikənd variantında rəsmiləşdirilmişdir. == İqtisadiyyatı == heyvandarlıq, pambıqçılıq, taxılçılıqla məşğuldur. Məktəb, kitabxana, tibb məntəqəsi var.
Abasallı (Yardımlı)
Abasallı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kənd inzibati ərazi dairəsi tərkibindəki yaşayış məntəqəsi Abasallı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Abasalılı
Abasallı, Abasalılı, Abasəlikənd — Azərbaycan Respublikası Neftçala rayonu Tatarməhəllə ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Tatarməhlə inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Son illərdə Abasəlikənd variantında rəsmiləşdirilmişdir. == İqtisadiyyatı == heyvandarlıq, pambıqçılıq, taxılçılıqla məşğuldur. Məktəb, kitabxana, tibb məntəqəsi var.
Abasbəyi
Abasbəyi — Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növü Azərbaycanda qədim zamanlardan bəri becərilir. İlk dəfə Şirvanda yetişdirilməsi ehtimal edilir. Uzunömürlü bitkidir. Çətiri dairəvidir. Ağacının hündürlüyü 10-13 metrdir. Azərbaycanın Aran bölgəsində yaxşı inkişaf edir. 6 illiyində bar verir. Avqust ayında yetişir. Bir ağacdan 75 - 85 kq meyvə yığılır.Meyvəsi uzunsov, qabığı nazik, rəngi açıq-yaşıl rəngdədir.
Abasbəyli
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Abaskun
Abeskun, Absükun və ya Abaskun (fars. آبسکون‎) — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri və ticarət mərkəzi. İndiki İranın Gürgan ərazisindədir. == Coğrafiya == Ptolemey müəllifi olduğu «Coğrafiya» əsərində Hirkan vilayətindəki Sokanda çayının adını qeyd edir. Şəhərin adı buradan törəmiş ola bilər. Abaskun şəhərinin yeri naməlumdur. Ehtimal olunur ki, şəhər Gürgan çayının mənsəbində yerləşib. Ərəb coğrafiyaşünasları qeyd edir ki, Abaskun ilə Gürgan arasındakı məsafə 1–3 günlük idi. Şəhər Xacə Nəfəs kəndi və ya Gümüşan şəhəri yaxınlığında yerləşmiş ola bilər. == Tarix == Abaskun tacirlərin Deyləm, Dərbənd və Atil şəhərlərinə getmək üçün istifadə etdiyi çiçəklənən bir ticarət mərkəzi idi.
Abasov
Abasov — Azərbaycanda daha çox işlədilən soyad. İsmət Abasov — Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri İsmayıl Abasov — AMEA-nın müxbir üzvü Midhət Abasov — texnika elmləri doktoru (1962), professor. AMEA-nın həqiqi üzvü (1980) Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi.
Abasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru, professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1969-cu il fevral ayının 18-də Azərbaycanın Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1938–69-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunda eksperi mental və nəzəri fizika kafedrasının müdiri, 1939–57-ci illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1957–62-ci illərdə isə prorektor vəzifələrində çalışmışdır. Eyni zamanda 1932– 49-cu illər SSRİ EA-nın Azərbaycan filialında və Azərbaycan EA-nın fizika və riyaziyyat İn-tunda fəaliyyət göstərmişdir. 1957–62-ci illər "Politexnik təlim" və 1962– 69-cu illər "Fizika və riyaziyyat tədrisi" jurnallarının redaktoru, 1955–69-cu illər Azərbaycan EA-nın molekulyar fizika problemləri üzrə şurasının sədri, 1957–69-cu illər Azərbaycan SSR Maarif Nazirliyinin fizikanın tədrisi metodikası bölməsinin sədri, 1958–69-cu illər SSRİ Pedaqoji EA-nın proqram metodikası komissiyasının üzvü olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Axta – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan оlub. Orta təhsilini Uluхanlı məktəbində başa vuran alim 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt “Səthi-aktiv maddələr” zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmоlekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daхil оlub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə dоktоrluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə prоfessоr elmi adına layiq görülüb. 1968-ci ildən Pоlimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, labоratоriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktоr müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktоru vəzifələrində çalışıb.
Abastumani
Abastumani — Kutaisi quberniyasının Zuqdidi qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Ümumi məlumat == Gürcüstanda dağ-iqlim kurortu. Kiçik Qafqazın Mesxeti silsiləsinin cənub yamaclarında, 1250–1450 metr yüksəklikdə, Axaltsixe qəzasının 28 km-liyindədir. İynəyarpaqlı meşəlikdədir. Mülayim iqlimi (orta aylıq temperatur yanvarda –6˚C) təmiz və şəffaf havası ilə səciyyələnir. Əsasən, ağ ciyər vərəminin müalicəsi üzrə ixtisaslaşdırılmışdır. == Toponimkası == Yerli tələffüz forması (əsli) Abastuban. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa türklərinin yaşadığı kəndlərindəndir. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Yuxarı və Aşağı Abastuman kənd adları ilə mənaca eynidir. Xəzərlərin Abas tayfasının adından və qədim türkmənşəli Tuban (Duvan) tayfasının adından ibarətdir.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Abasxanlı
Abasxanlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 679 nəfərdir (2008) == Tarixi == Abbasxanlı və ya Abasxanlı Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd.Şirvan düzündədir. Keçmiş adı Gorus Abbasxanlı olmuşdur.Oykonim Şamaxı qəzasında maldarlıqla məşğul olan bir nəslin adını əks etdirir.Bu kənd Şirvan xanlığı dövründə Çaparlı və Ağarx kəndləri ilə birlikdə Gorus adlanan mahala daxil idi.Mahalın adı vaxtilə burada məskunlaşmış gorus qızılbaş tayfasının adından götürülmüşdür.XVIII əsrdə Gorus mahalı Şamaxı xanı Mustafa xanın kürəkəni Ağakişi bəyə mənsub olmuşdur. 1933-cü ildə Cəlilabad rayonu ərazisində eyniadlı kənd qeydə alınmışdır. Bu oykonimlər abbasxanlı nəslinin adı ilə bağlıdır.
Abasxanlı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır.İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir. === Əsas elmi əsərləri === A.I. Isayev, S.I.Mekhtieva, N.Z.Jalilov, R.I, Alekperov, Localised states in the band gap of chalcogenide glass-like semiconductors of Se–As system with Sm impurity,Solid State Communications, 149, ISS 1-2, (2009) 45 А. И. Исаев, С.Н. Гарибова ,В.З.Зейналов Алекберов Р.И., Исследование оптических параметров халькогенидной полупроводниковой системы Se-As , содержащей примеси EuF3 Физика и техника полупроводников 2011, том45, вып,8,ст.1026-1030 A.I. Isayev, S. I. Mekhtieva, N. Z. Jalilov, R.I. Ələkbərov V.Z. Zeynalov.
Abbasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru, professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1969-cu il fevral ayının 18-də Azərbaycanın Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1938–69-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunda eksperi mental və nəzəri fizika kafedrasının müdiri, 1939–57-ci illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1957–62-ci illərdə isə prorektor vəzifələrində çalışmışdır. Eyni zamanda 1932– 49-cu illər SSRİ EA-nın Azərbaycan filialında və Azərbaycan EA-nın fizika və riyaziyyat İn-tunda fəaliyyət göstərmişdir. 1957–62-ci illər "Politexnik təlim" və 1962– 69-cu illər "Fizika və riyaziyyat tədrisi" jurnallarının redaktoru, 1955–69-cu illər Azərbaycan EA-nın molekulyar fizika problemləri üzrə şurasının sədri, 1957–69-cu illər Azərbaycan SSR Maarif Nazirliyinin fizikanın tədrisi metodikası bölməsinin sədri, 1958–69-cu illər SSRİ Pedaqoji EA-nın proqram metodikası komissiyasının üzvü olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitabın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var.
Ayaz Abasov
Ayaz Nizami oğlu Abasov (20 dekabr 1998, Cəlilabad rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Ayaz Abasov 1998-ci il dekabrın 20 sində Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017 ci ilin yanvar ayında ordu sıralarına çağırılıb Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayır. == Hərbi xidməti == Ayaz Abasov 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmətini başa vurandan bəri Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstələrinin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Cəbrayıl Abasəliyev
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir. 30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ağababa Abasov
Ağababa Səfər oğlu Abasov (14 mart 2002, Uzunboyad, Dəvəçi rayonu – 29 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. Uzunboyad kənd məktəbində orta təhsil almışdır. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətindəcdöyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağacəbrayıl Abasəliyev
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir. 30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Davud Abasov
Davud Yalçın oğlu Abasov (19 noyabr 1999, Sabirabad, Cəlilabad rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007–2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Davud Abasov 2018–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldar Abasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 24 nömrəli I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abasov I çağırış Milli Məclisin deputatı seçilib.
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.
ABAD
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir."ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu.
Abak
Abak (lat. abacus – hesab taxtası) — b.e.ə. IV əsrdən başlayaraq Qədim Yunanıstanda, Romada və 18 əsrədək Qərbi Avropada hesablama üçün işlədilmiş lövhə. == Tarixi == Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı markaları (sümük, daş və s.) hərəkət etdirməklə hesablama aparılırdı. Azərbaycanda abak – hesab taxtası kimi tanınır. Çində abaka suan-pan deyirlər. Bu abak quruluşuna görə rus abakından fərqlənir. Onun hər milində 7 aşıq vardır və bu aşıqlar boyuna sədlə iki hissəyə ayrılır. Hissələrin birində 5, digərində isə 2 aşıq vardır.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q.Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir.V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır. Bu etnotoponimin başqa ərazilərdə yayılması da aşkara çıxarılmışdır.
Abbas
Abbas — kişilərə verilən şəxsi ad.Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası. Abbas Atamalıbəyov — Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi.
Abzas
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu.Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir. Bununla da avtomaşın yol üzərində daha dayanıqlı və idarə edilə biləcək olur.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Abbas Rzayev
Abbas Mirzə oğlu Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan – 12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir. Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == Teatr səhnəsindəki rolları == Sevil (1931)-Babakişi Romeo və Cülyetta (1937)-Montekki Vaqif (1938)-Şeyx Alı == Filmoqrafiya == Mahnı belə yaranır (film, 1957)-Xanapi Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Dağlarda döyüş (film, 1967)- Feyzi Poçt qutusu (film, 1967)-Kəndli Qanun naminə (film, 1968)-Kəndli Mənim əziz atam (1970) Yeddi oğul istərəm... (film, 1970)-Kənd sakini Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Yaqub kişi Qızıl qaz (film, 1972) Ağasadıq Gəraybəyli (film, 1974)-Vəzir ("Fərhad və Şirin") Bakıda küləklər əsir (film, 1974)-Həsənzadənin qonşusu == İstinadlar == == Mənbə == Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.
Abbas Seyidov
Abbas Seyidov (1 aprel 1957, Naxçıvan) — tarix elmləri doktoru, professor. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru. AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü. Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi. "Tarix, insan və cəmiyyət" jurnalının baş redaktorunun müavini. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru (2022-2023). 27 may 2023-cü ildə öz ərizəsi ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi.
Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Abbas Tufarqanlı
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir: Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin. və ya: Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin. == Haqqında film == Abbas və Gülgəz (film, 2000) == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Abbas Vəfadağlı
Abbas Əli oğlu Mazanov (ədəbi adı: Abbas Vəfadağlı; 19 mart 1929, Cil, Yeni Bəyazid qəzası) — Azərbaycanlı ictimai xadim, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, tədqiqatçı, istehsalat qabaqcılı. == Həyatı və fəaliyyəti == Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943-1946). 1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir. Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946-1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952-1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955-1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958-1962). Doğma Cil kəndində kolxoz sədri (1962-1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975-1983), Cil kənd sovxozunda direktor (1983-1988) işləmişdir.
Abbas Vəlibəyov
Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini. == Həyatı == 1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur. == Təhsili == 1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. == Karyerası == 1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı. == Fəxri adları və dərəcələri == 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Abbas Xəlilov
Abbas Sultan oğlu Xəlilov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rüstəbi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Abbas Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
ABŞ-ın baş hakimi
Abaşa
Abaşa (gürc. აბაშა) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Ağbaş
Ağbaş (Şabran)