Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurəddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov —DigərNurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Nurəddin (Laçın)
Nurəddin — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir. == Tarixi == == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur.
Nurəddin Alışov
Nurəddin Talış oğlu Alışov (25 mart 1970, Qazaxlar, Füzuli rayonu, Azərbaycan SSR – 17 aprel 1993, Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Alışov 1970-ci il martın 25-də Füzuli rayonunun Qazaxlar kəndində müəllim ailəsində dünyaya gəlmişdir. O, 1977-ci ildə Qazaxlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini yaxşı qiymətlərlə bitirmişdir. 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və burada yerləşən Ümumittifaq Tekstil və Yüngül Sanaye İnstitutunun "Mühəndis iqtisadiyyat" fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1991-ci ildə əmək fəaliyətinə başlamış və Horadiz Kimya Sənaye Birliyinə mühasib vəzifəsinə işə qəbul olunmuşdur. == Hərbi xidməti == Nurəddin 1988-ci ilin iyul ayında hərbi xidmətə yola düşmüş və Rusiya Federasiyasının Çita şəhərində yerləşən 44039 N-li hərbi hissədə xidmətə başlamışdır. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra, 1992-ci ildə könüllü olaraq ön cəbhəyə gedir və Füzuli rayonunun Könüllü özünümüdafiə taboruna daxil olur. Füzuli rayonu uğrunda gedən onlarla döyüş əməliyyatlarında faal iştirak edir və erməni işğalçılarına qarşı döyüşlərdə şücaət göstərir. O, yüksək döyüş bacarığı və şücaəti ilə seçilərək Füzuli rayonu Məngələnata yüksəkliyində yerləşən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri təyin edilir və zenit-raket qurğusunun idarə olunmasına rəhbərlik edir.
Nurəddin Aras
Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006). == Həyatı == Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.
Nurəddin Ağahüseynov
Nurəddin Ağahüseynov (tam adı; Nurəddin Aslan oğlu Ağahüseynov; 15 dekabr 1951, Həsənabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Neftçala, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1951-ci ildə Neftçala rayonun Sovetabad kəndində (indiki Həsənabad qəsəbəsi) anadan olmuşdur. 8 illik məktəbi bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi qulluqda olmuşdur. 1972-ci ildə Azərbaycan Yüngül Sənaye Texnikumunu bitirib və müxtəlif sahələrdə işləmişdir. Son işi Neftçala rayonunun 26-lar qəsəbə yeməkxanasında aşpaz olmuşdur. Doğulduğu kənddə yaşamışdır. Ailəli olmuş, iki qızı (İlahə, Xəyalə) və bir oğlu (Tərlan) yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 1990-cı il yanvarın 25-də axşam təxminən saat 19-da yoldaşı ilə sükanında oturduğu «Zaporojets»də işdən evə gələrkən Neftçala mərkəzi univermağının qarşısında tankları görmüş, geri dönməyə çalışarkən ona güllə dəymişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən həmin gün xəstəxanada vəfat etmişdir.Nurəddinin ölümü haqqında iki şəhadətnamə çıxarılıb. Birinci şəhadətnamədə göstərilir ki, o öz əcəli ilə ölüb.
Nurəddin Babayev
Nurəddin Babayev (jurnalist) — görkəmli yazıçı-jurnalist, alim, professor Nurəddin Babayev (kimyaçı) — Azərbaycan Milli Məclisinin deputatı (1990-1995), "Azərkimya" Dövlət şirkətitinin vitse prezidenti (1995-1998).
Nurəddin Batruci
Əbu Cəfər Nurəddin Batruci (?-1217) — Ərəb astronomu. == Həyatı == Modern astronomiyanın qurucusu. Əsl adı, Əbu Cəfər Nurəddin Əbu İshaq əl-Batruci el-İşbilidir. Doğum tarixi dəqiq bilinmir. Kordobanın şimalında, Pedroches şəhərində doğulduğu təxmin edilir. İspaniyadakı İşbildə (bugünkü adıyla Seviliya) yaşadığı üçün, Əl-İşbili ləqəbiylə məşhur oldu. Məşhur təbiblərdən İbn-i Tufeylinin tələbəsi oldu. Həyatı haqqında daha artıq bilgiyə qaynaqlarda rastlanmayıb. Nurəddin Batrucinin 1217-ci ilə qədər yaşadığı bilinir.
Nurəddin Cəfərov
Nurəddin Cəfərov (tam adı: Cəfərov Nurəddin Cəmaləddin oğlu; 1933, Nuxa – 2007) — Azərbaycan alimi, texnika elmləri doktoru. == Həyatı == Cəfərov Nurəddin Cəmaləddin oğlu Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə mexanik ixtisası üzrə APİ-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə Azərbaycanın Sumqayıt şəhərində işləmişdir. 1960–1964-cü illərdə Azərbaycan EA DNQYPİ-da dissertant olmuşdur. 1965–2003-cü illərdə bu institutun "Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası" laboratoriyasında mühəndisdən laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1965-ci ildə "Neftdaşıma konturunun yerdəyişməsinin və quyuların batareyalarının sulaşması prosesinin hidrodinamik tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Neft və qaz yataqlarının qeyri-bircins kollektorlarında süzülmə proseslərinin riyazi modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Cəfərov N. C. elmi fəaliyyətlə bərabər pedaqoji fəaliyyət ilə də məşğul olmuşdur. O BDU-nun Şəki filialında və dekan və kafedra rəhbəri olduğu Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 2003–2007-ci illərdə Azərbaycan MEA Geologiya İnstitutunun "Yeraltı hidrodinamika" şöbəsində elmi məsləhətçi işləyib.
Nurəddin Hümbətov
Nurəddin Hümbətov (həkim) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi,şair. Nurəddin Hümbətov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nurəddin Həbibov
Nurəddin Davud oğlu Həbibov (5 may 1923, Həzrə, Quba qəzası – 4 fevral 2006, Bakı) — professor. Nurəddin Həbibov Qusar rayonunun Həzrə kəndində anadan olub. İkinci cahan savaşının iştirakçısı olan N.Həbibov rəssamlığa olan sonsuz sevgisinə rəğmən müharibədən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetində, 1947–1951-ci illərdə isə Sankt-Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinin "İncəsənət tarixi" şöbəsində təhsil alıb və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. O, təhsilin başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Bir il sonra səmərəli fəaliyyətinə görə onu SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul ediblər. Həmin illərdə təsviri sənətin elmi cəhətdən öyrənilməsinə marağı onu Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına gətirib çıxarır və 1953–1956-cı illərdə burada təhsil alır. O, 1958-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. Elmi işlərini uğurla pedaqoji fəaliyyətlə əlaqələndirən Nurəddin müəllim 1984-cü ildə professor adına layiq görülüb. Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Nurəddin Həbibov burada şöbə müdiri vəzifəsinə qədər şərəfli yol keçib. Professor 1973–1988-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışaraq gənc kadrların hazırlanmasına xeyli əmək sərf edib.
Nurəddin Kazımov
Nurəddin Kazımov (28 aprel 1926, Gəncə – 6 dekabr 2018, Bakı) — prezident təqaüdçüsü, akademik. == Həyatı və təhsili == Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir. == Fəaliyyəti == 1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır. Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Nurəddin Kiyanuri
Nurəddin Kiyanuri (1915, Bələdə, Mazandaran ostanı – 5 noyabr 1999, Mazandaran ostanı) — İranlı memar və siyasi lider. Kiyanouri kommunist Tudə Partiyasının Mərkəzi Komitəsinin nüfuzlu bir üzvü idi. O, 1979-cu ildən 1984-cü ilə qədər partiyanın baş katibi kimi çıxış etdi.Məryəm Firuz, onun həyat yoldaşı idi. Kiyanuri, Şeyx Mehdi Nurinin oğlu və Şeyx Fəzlullah Nurinin nəvəsi idi.
Nurəddin Mehdixanlı
Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası. "Şöhrət" ordeni laureatı (2019) == Həyatı == Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar: Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar), Muxtar ("Təhminə və Zaur", Anar), Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Ross ("Maqbet", Uilyam Şekspir), Aydın ("Aydın", Cəfər Cabbarlı), Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı), Ərtoğrul ("Afət", Hüseyn Cavid), Elxan ("İblis", Hüseyn Cavid), Şair ("Fəryad" Bəxtiyar Vahabzadə), Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə), Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz), İppolit ("Fedra", J. Rasin), Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov), Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət), Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), Tağıyev ("Mesenat", Əli Əmirli), Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov), Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid). Kişi ("21:15 qatarı", Toyqun Orbay) Şeyx Nəsurllua ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı) Qonaq ("Cəhənnəm sakinləri", Elçin) İmamyar ("Yaşar", Cəfər Cabbarlı)Aktyor Azərbaycan Dövlət Televiziyasında: Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C. Cabbarlının "Solğun çiçəklər" (Bəhram), N. Həsənzadənin "Kimin sualı var?" (İlham), B. Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim)teletamaşalarında iştirak edib. "Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
Nurəddin Mirzəyev
Nurəddin Etimad oğlu Mirzəyev (d. 20 dekabr 1996; Yardımlı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Nurəddin Mirzəyev 1996-ci ilin 20 dekabr günündə Yardımlı rayonunun Honuba kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Nurəddin Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 4-ü isə Nurəddin Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Nurəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Nurəddin Məstəliyev
Nurəddin Hasil oğlu Məstəliyev (13 fevral 2000, Qızıldaş – 2020) — Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Məstəliyev 2000-ci il fevralın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. İbtidai təhsilinə 2007-ci ildə Azər Namazov adına 180 saylı orta məktəbdə başlamışdır. Nurəddin kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. Bir çox turnirlərə qatılan Nurəddin dəfələrlə rəqiblərindən fərqlənərək mükafatlar, sertifikatlar və medallar ilə təltif olunmuşdur. İdman məşğuliyyətini peşəkar səviyyəyə çatdıran Nurəddin Karatenin Gōjū-ryū növü üzrə 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Respublika Birincisi kimi ən yüksək mükafata layiq görülüb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində "qaynaqçı" peşəsi üzrə ixtisaslaşıb. Peşə təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi illəri == Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb.
Nurəddin Qənbər
Nurəddin Qənbər (azərb. Nurəddin Qənbər oğlu Mirzəyev‎; d.20 iyun 1933, Ağcabədi, Qaradolaq k.) — nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Fəxri cərrahı, Müharibə və Əmək vətəranı. == Həyatı == 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M.Qorki adına orta məktəbi bitirib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirir. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlamışdır. 1957-61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961-71-ci illərdə Azərbaycanda - Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973-74-cü illərdə isə baş həkim vəzifəsində çalışmışdır. Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N.Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirmişdi.
Nurəddin Rza
Rzayev Nurəddin Məmmədbağır oğlu (26 iyun 1929-cu il, Gədəbəy — 16 oktyabr 2011-ci il, Bakı) — görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Elm Xadimi. == Həyatı == Nurəddin Rzayev 1929-cu il iyun ayının 26-da Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N. M. Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964–1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973–1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur.
Nurəddin Rzayev
Rzayev Nurəddin Məmmədbağır oğlu (26 iyun 1929-cu il, Gədəbəy — 16 oktyabr 2011-ci il, Bakı) — görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Elm Xadimi. == Həyatı == Nurəddin Rzayev 1929-cu il iyun ayının 26-da Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N. M. Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964–1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973–1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur.
Nurəddin Sadıqov
Nurəddin Sadıqov (5 dekabr 1935, Behrud, Naxçıvan MSSR – 22 dekabr 2009, Bakı) – Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, sabiq Hərbi işlər üzrə dövlət müşaviri, General-mayor. == Həyatı == Sadıqov Nurəddin Sadiq oğlu 1935-ci il dekabr ayının 5-də Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olub. 1942-ci ildə Behrud kənd 4-illik məktəbin birinci sinfinə qəbul olunmuş sonradan təhsilini Biləv kənd yeddiillik məktəbində davam etdirmişdir. 1949-cu ildə Ordubad rayon pedoqoji texnikumuna daxil olmuş,lakin ailə vəziyyəti ilə əlaqədar 1950-ci ildə öz ərizəsi ilə texnikumu tərk edərək, Parağaçay dağ-filiz mədənində fəhlə kimi işləməyə başlamışdır. Lakin təhsilini davam etdirmək istəyi ilə doqquzuncu və onuncu sinfi Culfa rayonunun Yaycı kəndində oxumuşdur. 1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, kamal attestatı alır, həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır və beləliklə ordu həyatı başlayır. Hərbi təhsilini H.A.Şors adına Lvov hərbi məktəbində alıb, sonda təyinatla Zakorpat vilayətinin Mukaçevo şəhəırində 128 saylı Türküstan Motoatıcı diviziyasında xidmətə başlayır. Daha sonra Mukaçevo şəhərində 149-cu Motoatıcı alayının komandiri vəzifəsinə təyin olunur. 1965-ci ildə M.V.Frunze adına Hərbi Akademiyasına qəbul olub, 1970 –ci ildə akademiyanı qızıl medalla bitirir. 1974-cü ildə podpolkovnik hərbi rütbəsi alır.
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. == Həyatı == Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Nurəddin Süleymanov
Nurəddin Əmirхan оğlu Sülеymanоv (17 may 1974, Daşkənd, Vardenis rayonu – 4 aprel 1993, Murovdağ) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Sülеymanоv 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur. 1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonu 177 nömrəli tam orta məktəbi bitirmişdir.25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır. 08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurəddin Uluxanlı
Nurəddin Uluxanlı Dostuməli oğlu (1 aprel 1947, Göyçə mahalı, Basarkeçər rayonu, Böyük Məzrə) — coğrafiya üzrə fəlsəfə doktoru, APU-nin coğrafiya fakultəsində dosentdi, və dekan vəzifəsində çalışır. == Həyatı == N.D.Uluxanlı 1947-ci ildə Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1972-ci ildə ADPİ-nu bitirib, coğrafiyaçı ixtisası almışdır.1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun (indiki ADPU) Təbiət-coğrafiya fakültəsinin coğrafiya ixtisası üzrə əyani şöbəsinə daxil olub. 1972-ci ildə ali təhsilini başa vurub. 1984-cü ildə iqlimşünaslığın tətbiqi istiqamətlərindən olan “Aqroiqlim” ixtisası üzrə “Azərbaycanda əncir bitkisinin becərilməsinin aqroiqlim şəraiti və ehtiyatları” adlı namizədlik dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. == Elmi fəaliyyəti == 1972-ci ildən təyinatla Azərb. EA-nın (indiki AMEA) Coğrafiya institutunda iqlimşünaslıq şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, sonralar elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996/1999-cu illərdə isə иqlimşünaslıq şöbəsinin “Aqroiqlim” bölməsinin müdiri kimi elmi fəaliyyət göstərib. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətə baş müəllim kimi başlamış. 2001-ci ildən Coğrafiya fakültəsində dekan müavini, 2002-ci ilin sentyabr ayından 2003-cü ilin may ayına kimi Coğrafiya və ÇH fakültəsinin dekan əvəzi vəzifəsində işləyib.
Nurəddin Yolçuyev
Nurəddin Novruz oğlu Yolçuyev (29 iyul 1963, Quzanlı, Ağdam rayonu – 20 oktyabr 1992, Əliağalı, Ağdam rayonu) — Azərbaycan şəhidi. == Həyatı == Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirdi. Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar.
Nurəddin İbrahimov
Nurəddin İslam oğlu İbrahimov (16 mart 1951, Bakı – 10 fevral 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır. == Döyüşlərdə iştirakı == O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir.
Nurəddin Şıxalıyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurəddin Babayev (jurnalist)
Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982). == Bioqrafiyası == Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır.Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.O dövrdə Azərbaycanda Jurnalistika fakültəsi mövcud deyildi, sadəcə 1928-ci ildə Filologiya fakültəsinin nəzdində Jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Lakin 1969-cu ildə bir sıra alim və yazıçıların, habelə Nurəddin Babayevin səyi nəticəsində Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi yaradıldı və Nurəddin Babayev həmin fakültənin dekanı oldu.
Nurəddin Babayev (kimyaçı)
Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990-1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995-1998). Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954-1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır. == Fəaliyyəti == Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-ci ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Nurəddin Hümbətov (həkim)
Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair. == Həyatı == Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. == Ailəsi == Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1963-cü ildə terapiya kafedrasında assistenti 1964-cü ildə dossenti 1977-ci ildə professoru 1979-cu ildən isə II terapiya kafedrasının müdiri 1964-cü ildə namizədlik 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nurəddin Hümbətov (professor)
Nurəddin Hümbətov-(tam adı: Hurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub) tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi,şair. == Həyatı == Nurəddin Bahadır oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi,əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. == Ailəsi == Övladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub. 1963-cü ildə terapiya kafedrasında assistenti 1964-cü ildə dossenti 1977-ci ildə professoru 1979-cu ildən isə II terapiya kafedrasının müdiri 1964-cü ildə namizədlik 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nurəddin Hümbətov (əsgər)
Nurəddin İlqar oğlu Hümbətov (26 dekabr 1998; Nəbiağalı, Samux rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açmışdır. 2004—2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == 2017-ci ildə hərbi xidmətə yollanmış, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağ istiqamətində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa—Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Nurəddin Həmzə bəy
Həmzə bəy Bayandur — Ağqoyunluların tayfa başçısı. Cəlaləddin Əli Bəyin kiçik qardaşı idi. Qara Yuluq Osman bəyin oğlu. == Hakimiyyəti == Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur. O Ağqoyunlu tayfa başçısı Qara Yuluq Osman bəyin oğlanlarından biri idi. 1435-ci ildə atasının ölümündən sonra Teymuri Şahruxun oğlu Məhəmməd Cukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq köçəri hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi. Daha sonra 1436-cı ildə o Ərqanini ələ keçirmək üçün hazırlığa başlayır. Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi.1437-ci il yayının əvvəlində Həmzə də qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi. O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibn Qara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı. Həmzə, Mardin yaxınlığında İzzəddin Hacılı, Mosullu, Pörnək və Qoca Hacılı konfederasiya tayfaları, Cizrə Dögərləri, Həsənkeyf Əyyubluları və bölgədəki kürdlərdən ibarət bir ordunun köməkliyi ilə Qaraqoyunlu qüvvələrini Diyar-ı Rabiə və Şimali Cəzirədən qovdu.
Nurəddin Mahmud Zəngi
Nurəddin Mahmud Zəngi (11 fevral 1118, Mosul – 15 may 1174, Dəməşq) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy. == Həyatı == Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi. Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədi ilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi.
Qurdugöl-i Nurəddin (Biləsuvar)
Qurdugöl-i Nurəddin (fars. گورديگل نورالدين‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (21 ailə).
Nuriddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov —DigərNurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.