Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Aləm gözəl (albom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Aləm-i Nisvan
Aləm-i Nisvan — düynyadakı ilk türk-müsəlman qadın jurnalıdır. Qadınlar dünyası mənasına gəlir. Ərəb əlifbasından istifadə edərək Krım tatar dilində 1906–1912 arasında Krımda nəşr edilmişdir. Baş redaktorluğunu İsmayıl Qaspiralının qızı və AXC-nin qurucularından olan Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan Şəfiqə Qaspiralı (1886–1973) etmişdir. == Tarixi == Müsəlman qadın jurnalının nəşr edilməsi fikri XIX və XX əsrin önəmli Krım tatar nəşriyyatçısı və ziyalısı İsmayıl Qaspiralının həyat yoldaşı Zəhra Akçura-Qaspiralının təklifi ilə ortaya çıxmışdır. Qadınların bu məsələdəki istəkləri Tərcüman qəzetinin səhifələrində müxtəlif dövrlərdə gündəmə gətirildi və ayrı bir jurnal yayımlandı. Akçurin-Qaspirinskaya 1887-ci ildə Tərbiyə adlı qadın jurnalı çıxartma cəhdi etdi, daha sonra 1891-ci ildə Qaspiralı Qadın qəzetinə iki ayda bir əlavə icazəsi istədilər. Ancaq tələb rus səlahiyyətli şəxsləri tərəfindən qəbul edilmədi. Nəhayət, 1905-ci ildə inqilabdan sonra nəşriyyatın sərbəstləşdirilməsindən sonra yeni jurnal nəşr edildi. Jurnalın ilkin hədəfi müsəlman qadınları maarifləndirmək idi.
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372–ci (miladi 982–983–cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142-145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
II Aləm Şah
II Aləm Şah — Böyük Moğol İmperiyasının XVII padşahı.
Bəzmi-aləm Validə Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Tarixi-aləm arayi-Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Qoy bütün aləm bizdən danışsın — azərbaycanlı müğənni Aygün Kazımova və azərbaycanlı meyxanaçı-müğənni Üzeyir Mehdizadənin duetidir. Mahnının söz və musiqisi Üzeyir Mehdizadəyə aiddir. Aygün Kazımova ilk dəfə olaraq Azad Azərbaycan telekanalında yayımlanan Nanə Ağamalıyevanın aparacılıq etdiyi "Gün Keçir" proqramında təqdim etmişdir. Özbəkistanlı müğənnilər Babamyrat Ereşov və Zalina mahnını ifa etmiş və klip çəkmişdirlər.
Tarix-i aləm ara-yi Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Tarix-i aləm aray-i Abbasi
Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Tarix-i aləm aray-i Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Şelkunçik və dörd aləm (film, 2018)
Şelkunçik və dörd aləm (ing. The Nutcracker and the Four Realms) — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmidir. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır. == İstehsal == Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş informasiyalara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin mövludu (yaranması) yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Adəm Heydərov
Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür.Fənərbaxça TV-də yayımlanan müsahibəsində o, Rusiyadan (Qafqazdan) türk ailəsindən olduğunu bildirib.Anasının Ərzurumlu olduğunu da bildirdi.Onun Qarapapaq Türklərindən olduğu məlumdur. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışır.Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb. == Nailiyyətlər == 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14-3 hesabı ilə uduzdu. İlk raundda 2-0, 2-ci raundda 6-1, 3-cü raundda isə 11-2 hesablı geridə qalan Kılıçcı matçı da 14-3 hesabı ilə uduzdu 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cu ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Adəm Umalatov
Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR – 5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994-1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998-2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs. == Bioqrafiyası == Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur. Milliyətinə görə çeçendir. Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır. 1992-1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir. Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994-1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Adəm peyğəmbər
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş informasiyalara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin mövludu (yaranması) yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Adəm Şoqensukov
Adəm Şoqensukov (31 avqust (13 sentyabr) 1916, Baksan, Terek vilayəti – 5 may 1995, Baksan, Kabardin-Balkariya) — Kabardin şairi, nasir, dramaturq və publisist. Kabardin-Balkar MSSR xalq şairi (1969). Əsərlərini Kabardin və rus dillərində yazmışdır. == Bioqrafiyası == Adəm Şoqentsukov 1916-cı il avqustun 31-də Rusiya İmperiyasının Terek vilayətinin Nalçik dairəsinin Kuçmazukino (indiki Baksan şəhəri) kəndində anadan olmuşdur. İbtidai kənd məktəbində təhsil alır. 1940-cı ildə Kabardin-Balkar Universitetinin dil və ədəbiyyat fakültəsini bitirir. O, 1938-ci ildə ilk əsərlərini nəşr etdirir. 1939-cu ildə şeirlər silsiləsinə SSRİ Yazıçılar İttifaqına qəbul olunur. 1941-ci ilin noyabrından müharibənin sonuna kimi Adəm Şoqensukov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Qafqazdan Praqa, Budapeşt və Vyanaya yürüş etmişdir. Tərxis olunduqdan sonra Adəm Şoqentsukov Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Adəm Əliyev
Adəm İlqar oğlu Əliyev (19 noyabr 2000, Ağdam rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailəsi ilə birgə Kürdəmirə köçüb. Tofiq İsmayılov adına 1-saylı tam orta məktəbdə təhsil alıb. Kinqboks və karate ilə məşğul olub. 2019-cu ildə Bakıda əczaçılıq kursunu bitirib. == Hərbi xidməti == Adəm Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Gəncədə yerləşən "N"-saylı hərbi hissədə sonra isə Daşkəsəndə xidmət edib. Hərbi xidməti bitdikdən sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Adəm Əliyev 2020-ci ilin avqust ayından Daşkəsən rayonu Xoşbulaq kəndindəki "N"-saylı hərbi hissədə MAHXHQ kimi xidmətə davam edib.
Adəm Əmirov
Əmirov Adəm Elçin oğlu (26 avqust 1999, Xındırıstan, Ağdam rayonu – 2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. == Həyatı == Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur. II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Arxası qibləyə (film, 2009)
Arxası qibləyə filmi rejissor Asif Rüstəmov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SKM Prodakşn, Dərviş Prodüser Mərkəzi və Buta Film kino şirkəti tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Nicat Əliyev, Elsevər İsmayılov, Taleh İdrisov, Elmir Heydərov, Vaqif Osmanov və Gülzar Osmanova ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtulmaq üçün o cəsurluğunu sübut etməlidir...
Eugenia ridleyi
Eugenia ridleyi (lat. Eugenia ridleyi) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Qisseyi-Mənsur
Qisseyi-Mənsur - Seyid Yəhya Bakuvinin yazdığı məsnəvi. Seyid Yəhya Bakuvi Qisseyi-Mənsur məsnəvisini fars dilində yazmışdır. Bu əsərində məşhur sufi və təsəvvüf baxımından şəhid sayılan Mənsur Həllacın başına gələnlər və onu dar ağacına gətirib çıxaran ilahi eşq barədə söz açılır. Ə.Atəş bu əsər ilə əlaqədar olaraq qeyd edir ki, "Seyid Yəhyaya aid olduğu haqqda nüsxədə bir qeyd yoxdur.İlk baxışda Əttarın əsərlərinin birindən götürülmüş təsirini bağışlayır, lakin fars mütəfəkkirinin eyni vəzndə olan İlahinamə və Əsrarnamə adlı əsərlərində bu hekayə yoxdur.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. == Ümumi məlumat == Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Salem
Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcədə şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir. Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı. Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. == İştirak == İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür.Fənərbaxça TV-də yayımlanan müsahibəsində o, Rusiyadan (Qafqazdan) türk ailəsindən olduğunu bildirib.Anasının Ərzurumlu olduğunu da bildirdi.Onun Qarapapaq Türklərindən olduğu məlumdur. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışır.Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb. == Nailiyyətlər == 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14-3 hesabı ilə uduzdu. İlk raundda 2-0, 2-ci raundda 6-1, 3-cü raundda isə 11-2 hesablı geridə qalan Kılıçcı matçı da 14-3 hesabı ilə uduzdu 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb.
Adem Lyaiç
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir. Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu. Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Qisseyi-Yusif dastanı
"Qisseyi-Yusif" dastanı və ya "Yusif" dastanı — Qul Əlinin müəllifi olduğu əsər."Qisseyi-Yusif" hicri 609, miladi 1212-ci ildə tamamlanmışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə Əli adlı şair qələmə almışdır.
Qibli muzeyi
Qibli muzeyi (三鷹の森ジブリ美術館, Mitaka no Mori Jiburi Bijutsukan, Mitaka Meşəsi Qibli Muzeyi) – Yaponiya animasiya studiyası Studio Ghibli-nin işlərinə həsr olunmuş muzey. Yaponiyanın Tokio şəhərinin qərbində yerləşən Mitaka şəhərindəki İnokaşira parkında yerləşir. Muzey kompleksi uşaqlar muzeyindən, texnologiya muzeyindən, təsviri incəsənət muzeyindən ibarətdir və animasiya incəsənəti ilə texnikasına həsr olunub. Muzeydə "Qonşum Totoro" (1988) animesindən Kotobusun replikası, kafe, kitab mağazası, terras bağı və Studio Ghibli filmləri üçün xüsusi teatr var. Muzeyin açılması ilk dəfə 1998-ci ildə planlaşdırılmışdır. Tikinti işləri 2000-ci ilin martında başlamış, muzey 1 oktyabr 2001-ci ildə açılmışdır.Muzeyin içində şəkil və video çəkmək qadağandır, muzey rəbərliyi bunun səbəbini muzeyin "nağıl dünyasına portal" olması ilə əlaqələndirir. Hayao Miyazaskinin məqsədi insanların muzeyi gözləri və qulaqları ilə təcrübə etmələrini təmin etməsidir. Muzeyin şüarı Hayao Miyazaki tərəfindən yaradılıb və "Gəlin birlikdə itək" şəklindədir. == Giriş == Muzeyə biletləri ancaq girişdə almaq olar. Honkonqda, Tayvanda, Koreyada, Şimali Amerikada, Avropada və Avstraliyada biletləri LAWSON onlayn bilet mağazası ilə qabaqcadan rezerv etmək olur.
Qaleyi Sultaniyyə müqaviləsi
Qaleyi Sultaniyyə müqaviləsi və ya Çanaqqala müqaviləsi - Osmanlı-İngilis müharibəsinin nəticəsi olaraq 5 yanvar 1809-cu ildə, Osmanlı imperiyası ilə Birləşmiş Krallıq arasında imzalanmış sülh müqaviləsidir. Müqaviləyə Osmanlı tərəfini Mehmed Emin Vəhət Əfəndi, Birləşmiş Krallığı isə Robert Adair təmsil etmişdir. == Mahiyyəti == 12 maddədən ibarət olan bu müqaviləyə görə Birləşmiş Krallıq işğal etdiyi torpaqları Osmanlı imperiyasına geri verəcəkdi. Osmanlı ərazisində olan və müharibə vaxtı malları müsadirə olunan Britaniyalı tacirlərin malları geri qaytarılacaqdı. Müqavilənin IV maddəsi 1675-ci ilin sentyabrında Birləşmiş Krallıq ilə Osmanlı imperiyası arasında imzalanmış olan və daha əvvəlki Britaniya imtiyaz və kapitulyasiyalarının xülasəsi olan müqavilənin keçərli olduğunu bildirirdi. Buna əlavə olaraq V maddədə Birləşmiş Krallığın da öz sərhədləri içində ticarət edəcək olan Osmanlı gəmilərinə və tacirlərinə əlverişli şərait təmin edəcəyi bildirilirdi. VI maddədə Osmanlı imperiyasının müəyyən etdiyi gömrük həddinin Britaniyalı tacirlər tərəfindən qəbul ediləcəyi bildirilirdi.VII, VIII və IX maddələri diplomatik təmsil edilmə sahəsinə aid idi. Elçilərə qarşılıqlı olaraq hörmət göstəriləcək, Osmanlı dövləti öz təbəələrinin haqlarını qorumaq üçün Malta daxil olmaqla, Birləşmiş Krallıq hakimiyyətində olan torpaqlara şəhbəndər (konsul) göndərə biləcəkdi. Birləşmiş Krallığın Osmanlı torpaqlarındakı diplomatik nümayəndəliklərində tərcüməçi göndərməsi Osmanlı imperiyasının verəcəyi icazədən sonra münkün ola bilərdi. Tacir və sənətkarlara tərcüməçi icazəsi verilməyəcəkdi.
Giləki
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Giləzi
Giləzi – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhər tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılmışdır. == Toponimikası == Əsl adının Gilyazı olduğu göstərilir. Tədqiqatçıların fikrincə, oykonim gil və yazı (düzən) sözlərindən düzəlib, "gil torpaqlı düzən" mənasındadır. XIV əsrdə Barmaq dağının yaxınlığında Giləzi adlı yer olduğu göstərilir. 1870-ci ildə kəndin yerində poçt məntəqəsi (çaparxana) vardı. Sonralar poçt məntəqəsi dəmir yolu stansiyasına, daha sonralar isə yaşayış məntəqəsinə çevrilmışdir. Oykonimi "gil çölü, gil düzü" kimi də izah etmək olar. Kəndin yaranmasında Gərmiyan, Upa, Xəl, Gədi kimi hal-hazırda yaşayış olmayan kəndlərin əhalisinin böyük rolu var. == Coğrafiyası və iqlimi == Qəsəbə Bakı şəhərindən 73 km şimalda, Xızı rayonun mərkəzindən 30 km aralıda, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arsında, düzənlikdə yerləşir.
Qiblə
== İslam dinində qiblə == Qiblə (ərəb. قبلة‎) — İslam dinində Məkkədə olan Kəbə evidir. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..". Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir. Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Anthemis grisleyi
Lepidophorum (lat. Lepidophorum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lepidophorum repandum (L.) DC.Sinonim Anthemis grisleyi Samp. Anthemis repanda L. Chamaemelum grisleyi (Samp.) Vasc. Lepidophorum grisleyi (Samp.) Samp.
Ayaq göbələyi
Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. == Xəstəliyin əlamətləri == Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. == Yaranma səbəbləri == Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır. == Müalicəsi == Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar.
Bentonit gilləri
Bentonit gilləri−əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2,Mn+2,Co+2,Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Chamaemelum grisleyi
Lepidophorum (lat. Lepidophorum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lepidophorum repandum (L.) DC.Sinonim Anthemis grisleyi Samp. Anthemis repanda L. Chamaemelum grisleyi (Samp.) Vasc. Lepidophorum grisleyi (Samp.) Samp.
Dırnaq göbələyi
Tinea Unguium kimi də tanınan onikomikoz (Dırnaq Göbələyi) dırnağın göbələk infeksiyasıdır. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir. Onikomikoz dırnaq xəstəliyinin təxminən yarısını təşkil edir. İlk dəfə 1853-cü ildə Georg Meissner tərəfindən göbələk infeksiyasının nəticəsi olduğu müəyyən edilmişdir.
Gileyli məscidi
Comərd Gəray məscidi və ya Gileyli məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvаnşаhlаr dövründə, sоnrа isə XIX əsrin ikinci yаrısındа. == Haqqında == Köhnə hissə хаçgünbəzli kоmpоzisiyа sistemini təşkil edir. Burаdа хаçın qоllаrı dərin qübbələrdir, künclərdə isə kiçik оtаqlаr yerləşir. Dəqiq prоpоrsiyаlı, memаrlıq elementləri və detаllаrı ilə prоfillənmiş və nахışlаnmış mehrаb, həcmli kütlələrinin sərtliyi və tektоnilliyi ilə fərqlənən ibаdət zаlının dахili interyerini zənginləşdirir. Məscidə əlаvə tikilmiş yeni hissə plаnlаşdırılmа sхеminin vəhdətini pоzmur, əksinə ibаdət zаlının rаhаtlıq imkаnlаrını genişləndirərək, qübbəli, tаclı və çаtmа fоrmаlı künbəzi dахili məkаnın fоrmаlаşmış memаrlıq mühitini təkrаrlаyаrаq, оnun kоmpоzisiyа strukturunа аyrılmаz surətdə dахil оlur. Burаdа аvrоpаsаyаğı memаrlıq üsullаrını ifаdə edən yeni fоrmаlаr tətbiq оlunub. Dаhа qаbаrıq şəkildə bu öz əksini fаsаdın quruluşundа tаpıb. == Qeydlər == == İstinadlar == == Mənbə == "Gileyli məscidi" (az.). icherisheher.gov.az.
Lepidophorum grisleyi
Lepidophorum (lat. Lepidophorum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lepidophorum repandum (L.) DC.Sinonim Anthemis grisleyi Samp. Anthemis repanda L. Chamaemelum grisleyi (Samp.) Vasc. Lepidophorum grisleyi (Samp.) Samp.
Maya göbələyi
Maya göbələyi — təkhüceyrləli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur. == Ümumi == Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır. Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir.
Paliqorskit gilləri
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ca - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi. == Xassələri == Rəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr. == Mənşəyi və yayılması == Palıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir.
Qov göbələyi
Tırtıl göbələyi
Tırtıl göbələyi (lat. Ophiocordyceps sinensis) — Ophiocordycipitaceae fəsiləsindən göbələk növüdür, Kisəli göbələklər sinfinə aiddir. == İnkişafı == Tırtıl göbələyinə Tibet yaylasının dağlarında təxminən 4 km yüksəklikdə rast gəlinir. Əgər isti mövsümdə göbələyin sporu kəpənək növlərindən birinin (Hepialus armoricanus) sürfəsinə daxil olarsa, qışdan sonra vegetasiya dövrünün başlaması ilə bu spor cücərərək miselium - ota bənzəyən göbələk gövdəsi əmələ gətirir. Beləliklə, böyüyən göbələk öz böyüməsi üçün sürfənin qida maddələrindən istifadə edir. Tırtıl göbələyi (lat. Hepialidae) kəpənəyinin sürfələrində parazitlik edir. Sporlar göbələyin meyvə gövdəsindən küləklə yayılır və bu kəpənəyin tırtıllarında məskunlaşaraq onları yoluxdurur. Tırtıllar 3500-6000 metr hündürlükdə dağlara sürünərək qalxırlar, orada torpaqda gizlənirlər və tırtıllarda göbələklərin miseliumu inkişaf etməyə başlayır, sahibinin qida maddələrindən istifadə edir və onun ölümünə səbəb olur. Növbəti yay, tırtıldan göbələyin ota bənzər meyvə gövdəsi böyüyür.
Döş giləsi
Döş giləsi — qadınlarda südün, uşağı qidalandırmaq üçün döşdən gələn laktasiya kanallarından keçməsini təmin edən döşün səthindəki qaldırılmış toxuma sahəsidir. Süd döş giləsindən passiv şəkildə axa bilər və ya kanal sistemi boyunca meydana gələn hamar əzələlərin daralması ilə xaric edilə bilər. Döş giləsi ətrafındakı dəridən daha tünd rəngdə olan areola ilə əhatə olunmuşdur. Qeyri-insanlara istinad edərkən onu çox vaxt məmə ucları adlandırırlar. Əmzik uşaqların qidalandığı qida butulkasının elastik ağız hissəsini təsvir etmək üçün də istifadə edilə bilər. İnsanlarda, həm kişilərin, həm də qadınların döş gilələri cinsi oyanmanın bir hissəsi kimi stimullaşdırıla bilər. Bir çox mədəniyyətlərdə insanların, daha dəqiq desək qadınların döş gilələri cinsiləşdirilir, "… cinsi obyekt hesab edilir və onların fiziki xüsusiyyətləri və seksuallığına görə qiymətləndirilir.
Giləki sinaqoqu
Giləki sinaqoqu — Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən yəhudi icmasının ibadət evi. Sinaqoqun Gilan bölgəsindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş olduğu düşünülür. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var, burada isə fərqli tarix — 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur. Dördsütunlu dam üzərində ucalan ensiz, səkkizgüşəli günbəz bu məbədə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq var imiş.
Qaya göbəyi
Qaya göbəyi — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1b (i,iii) c (i,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, yoğun, çoxlu sayda kökətrafı yarpaq və gövdə əmələ gətirir. Kökətrafı yarpaqlar 5-10 sm uzunluğunda, ayaları yumurtavari, əsasında ürəkvari və ya dəyirmi; gövdələri nazik, zəif, əyri-üyrü, sallanan,10 (15) sm uzunluqdadır. Gövdə yarpaqları uzunsov və ya yumurtavari, 5-7 sayda, daha xırda, yuxarıdakılar salxımın əsasında oturaqdır. Salxımı tək, boş və azçiçəklidir. Tac mavi rəngdədir. Fındıqçaları 2,5-3 mm uzunluqda ensiz, kənarları azaciq enli dişli qanadlıdır. == Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarında, töküntülü və əhəngli yerlərdə, çayların yataqlarında rast gəlinir.